Məhkəmə qərarları › İş №2-1(102)-889/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-889/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-889/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyası, peşə uyğunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik h üquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X5 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR005/22 nömrəli arayışında, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pens iyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(105)-723/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2. İddiaçıya məxsus ДТ-İ seriyalı 757241 nömrəli diplomla, HЗ seriyalı, ******* nömrəli hərbi biletlə və БT-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, 1977-ci ildən 1981-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1980xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx. 1981-ci illərdə, xx.xx.1984-xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987-xx.xx.1993-cü illərdə, xx.xx.1999xx.xx.2001-ci illərdə, xx.xx.2002-xx.xx.2005-ci illərdə, xx.xx.2005-xx.xx.2012-ci illərdə, xx.xx.2012xx.xx.2016-cı illərdə, xx.xx.2017-xx.xx.2020-ci illərdə, xx.xx.2020xx.xx.2022-ci illərdə müxtəlif peşələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh 07 iyun 2022-ciil tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az ( 9 il 8 ay 3 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişd ir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 mart 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunun “Yayma ixtisası” üzrə tam kursunu bitirmişdir. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrdə 22 may 1980-ci il tarixdən 05 noyabr 1980-ci il tarixədək X11 Metallurgiya zavodunun 2 nömrəli boru prokat sexində 3-cü kateqoriya üzrə boru kəsicisi və boru prokatı maşınına əl ilə işləyən yaymaçı vəzifəsində praktika keçmişdir. Sumqayıt Politexnik Texnikumunu bitirdikdən sonra 07 sentyabr 1981-ci il tarixdə Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun Boru Prokat sexinə soyuq boru kəsicisi vəzifəsinə təyin olunmuşdur. 09 oktyabr 1981-ci il tarixdə Sovet ordusu sıraların a hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunmuşdur. 23 oktyabr 1981-ci il tarixdən 01 dekabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olduqdan sonra 02 fevral 1984-cü il tarixdən 01 sentyabr 1985-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsində sexdə soyuq boru kəsicisi vəzifəsində işləmişdir. 18 noyabr 1985-ci il tarixdən 10 iyul 1987-ci il tarixədək “Azneftkimyaquraşdırma” trestinin Sumqayıt montaj boşluqları zavodunda qazan qaynaq sexinə 3-cü dərəcəli çilingər quraşdırıcı, metalokonstruksiyaçı vəzifəsində işləmişdir. 29 iyul 1987-ci il tarixdən 20 aprel 1993-cü il tarixədək Azərbaycan SSR Bakı Yüngül Metal Konstuksiyaların Təcrübə zavodunda aşağı metalkonstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 10 yanvar 1999-cu il tarixdən 25 dekabr 2001-ci il tarixədək Sumqayıt X2 Səhmdar Cəmiyyətində yığıcı çilingər vəzifəsində işləmişdir. 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixədək SDL Denholm Limited Şirkətinin filialında quraşdırıcı vəzifəsində işləmişdir. 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırım peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş usta peşəsinə, 13 yanvar 2008-ci il tarixdən MetalKonstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmişdir. 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. 01 fevral 2012-ci il tarixdən 30 sentyabr 2016-cı il tarixədək “AMEC M MC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə Metal-Konstruksiya üzrə Nəzarətçi vəzifəsində işləmişdir. 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək “SDL NOBEL” şirkətində boru quraşdırıcısı, 02 mart 2020-ci il tarixinədək dənizdə boru quraşdırıcısı vəzifəsində işləmişdir. 02 mart 2020-ci il tarixindən "xxxx" Şirkətinin filialında boru quraşdırıcısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda da həmin şirkətdə işləyir. İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. 2022-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının əslini, Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunu bitirməyini təsdiq edən Diplomun notariusda təsdiq edilmiş surətini, hərbi biletin 1,2-ci səhifələrinin notariusda təsdiq edilmiş surətini, güzəştli şərtlərlə pensiya hüququ verən arayışları əlavə etmişdir. Cavabdeh orqan 07 iyun 2022-ci il tarixli məktub ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ona Azərpoçtun Sumqayıt Mərkəzi filialı tərəfindən 14 iyun 2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qənaətinə görə iddiaçının Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsi sexində soyuq boru kəsicisi vəzifəsində 02 fevral 1984-cü il tarixdən-01 sentyabr 1985-ci il tarixədək işlədiyi dövr, SDL Denholm Limited Şirkətinin filialında 12 avqust 2002-ci il tarixdən-09 mart 2005-ci il tarixədək quraşdırıcı vəzifəsində işlədiyi dövr, AMEC Services LTD şirkətində dəniz platformalarında 08 mart 2005-ci il tarixdən -14 dekabr 2006-cı il tarixədək Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsində işlədiyi dövr, 14 dekabr 2006-cı il tarixdən 13 yanvar 2008-ci il tarixədək MetalKonstruksiya üzrə Baş Ust a peşəsində işlədiyi dövr, “SDL NOBEL” şirkətində 17 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək boru quraşdırıcısı peşəsində işlədiyi dövrlər hansı ki, 9 il 8 ay 3 gün təşkil edir, güzəştli şərtlərlə iş stajı sayılır. Hesab edilir ki, cavabdehin imtinası aşağıdakılara əsasən qanunazidd və əsassızdır. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR005/22 nömrəli arayışına əsasən iddiaçı 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixinə kimi SDL "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən quraşdırıcı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 6 ay 28 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmirbeton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş Usta peşəsinə keçirilmiş, 13 yanvar 2008-ci il tarixdən Metal-Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmiş və 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. Həmin arayışa əsasən iddiaçı 01 fevral 2012-ci il tarixdə “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə MetalKonstruksiya üzrə Nəzarətçi peşəsinə işə qəbul edilmiş və 30 sentyabr 2016-cı il tarixdə işdən azad edilmişdir. AMEC Services LTD və “AMEC MMC” şirkətlərində həmin peşələr üzrə ümumi əmək stajı 11 il 06 ay 22 gün hesablanmışdır. Arayışa əsasən “AMEC MMC” AMEC Services LTD şirkətinin hüquqi varisidir. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışına əsasən iddiaçı 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək “SDL NOBEL” şirkətində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı (nəzarətçi), 30 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək isə dənizdə boru quraşdırıcısı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 10 ay 16 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmirbeton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. " xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, 02 mart 2020-ci il tarixdən "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı vəzifəsində çalışır və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 01 ay 20 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalar ının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Beləliklə, göstərilən arayışlara əsasən, iddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Beləliklə, iddiaçı 39 ildən çox ümumi iş stajına, 15 ildən çox güzəştli iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir.

6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 saylı qərarı ilə (hakim X3) iddia təmin edilmiş, iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tari xədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X5 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışında, "xxxx" MMCnin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Odur ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının pensiya hüququnun pozulmasına səbəb olmuşdur.

9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya in stansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(105)-723/2023 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X4 və X1) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 21(118)-1764/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sına uyğun olmamasıdır.

14. Belə ki, iddiaçının xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində dəniz platformalarında işlədiyi quraşdırıcı, bas usta, nəzarətçi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin siyahısı”na uyğun deyil. Qeyd edilən vəzifələr sözügedən siyahının Neftin Qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) nəzərdə tutulmamışdır.

15. Həmçinin iddiaçının işlədiyi boru quraşdırıcı nəzarətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının Quraşdırılması üzrə guraşdırıcılar vəzifəsinə uyğun deyil

16. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşın a çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iş həmin hissədə təkrar apelyasiya baxışına göndərilməlidir.

24. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

25. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun mövcud olduğunu, bunun üçün onun qanunla müəyyən edilmiş 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajını tamamladığını qeyd etmişlər.

26. Cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni hesab etməyərək vermiş olduğu kassasiya şikayətində iddiaçının işlədiyi vəzifələrin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermədiyini bildirmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə qismən razılaşaraq gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

28. Şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün üç şərt mövcud olmalıdır.

1. Yaş,

2. Ümumi iş staj,

3. Güzəştli iş stajı

29. İddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün qanunla müəyyən edilmiş yaş və ümumi iş stajı mövcuddur. Eyni zamanda bu hal cavabdeh tərəfindən də mübahisə edilmir. Başqa sözlə, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması üçün yaşının və ümumi stajının qanunda nəzərdə tutulmuş meyara uyğun gəldiyi ilə razılaşır.

30. Mübahisə edilən məqam iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixl i qərarında göstərilən vəzifələrə uyğun olmaması ilə bağlıdır.

31. İş materiallarında olan “AMEC FOSTER WHEELER” tərəfindən verilmiş izahlı arayışda iddiaçının xx.xx.2008-ci il tarixində Metal Konstruksiya üzrə nəzarətçi peşəsinə keçirildiyi və xx.xx.2012-ci il tarixdən işdən azad edildiyi, həmçinin xx.xx.2012-ci il tarixində AMEC MMC şirkətində dəniz paltformalarında Metal Konstruksiya üzrə nəzarətçi peşəsinə işə qəbul edildiyi və xx.xx.2016-cı il tarixində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edildiyi qeyd edilmişdir. Həmin arayışda iddiaçının işlədiyi nəzarətçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəl ərin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu maddəsinin 10.1-ci bəndində qeyd edildiyi göstərimişdir (məhkəmələr məhz bu arayışa istinad edərək iddiaçının güzəştli iş stajının olması qənaətinə gəlmişlər).

32. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən siyahının 10.1-ci bəndinin adı Qazmadır. Həmin bənddə bir qrup peşələrin adları sadalanmışdır ki, onların arasında nəzarətçi peşəsinin adı mövcud deyildir. Belə olan halda adı Siyahıda olmayan və ya adı Siyahıda olmasa da, Siyahıda olan peşələrin iddiaçının işlədiyi vəzifələrlə uyğunluğu müəyyən edildikdən sonra həmin peşələr güzəştli iş stajı kimi qəbul edilə bilər (xx.xx.2008xx.xx.2012; xx.xx.2012-xx.xx.2016).

33. Əlavə olaraq iş materiallarında olan izahlı arayışla bağlı məhkəmə tərkibi qeyd edir ki, sözügedən arayışın məzmunu iddiaçının xüsusi (güzəştli) iş stajının təsdiqi üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

34. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş y erindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

35. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi növbəti məhkəmə baxışında iddiaçının işlədiyi peşələr üzrə güzəştli stajın olub-olmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırılma aparmalı, iddiaçının işlədiyi nəzarətçi peşəsinin Siyahının 10.1-ci bəndində sadalanan hansı peşə ilə üst-üstə düşməsi, eyni funksiya və vəzifələri yerinə yetirməsini müəyyən etməlidir.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iddianın təmin edilməməsi hissəsində şikayət təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(105)-723/2023 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar