Məhkəmə qərarları › İş №2-1(102)-89/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-89/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-89/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsinə çıxarışın verilməsi GİRİŞ HİSSƏ 11.03.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə çıxarışın verilməsi haqqında iddia təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1990-cı ildən fasiləsiz və etirazsız sahib olaraq istifadə etdiyi 506 A saylı bağ evinə mənsub olan 0,25 ha həyətyanı torpaqsahəsinin şəxsi mülkiyyət kimi onun adına rəsiləşdirilməsini cavabdeh idarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx xx 2019-cu il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)-311/2019) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə(sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)-1343/2019) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərar ləğv edilərək yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normala rını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçnın vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İ PMnin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyə n edilir ki, iddiaçının iddia ərizəsində qeyd edilənlərə görə, O, 1990-cı ildən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha həyətyanı torpaq sahəsi olan 506A saylı bağ evində yaşayır. Bağ evini onun adına fərdi təqaüdçü X1 ərizəsi əsasında onun adına keçirmişdir. İstifadə etdiyi torpaq sahəsinin yalınz 0,12 ha hissəsi xx.xx.2018-ci il tarixdə cavabdeh İdarə tərəfindən onun adına ******* saylı reyestr nömrəsi ilə qeydiyyata alınıb ona bu barədə çıxarış verilmişdir. 0,13 ha hissəsinə dair isə sənədləri itirdiyindən bu mümkün olmamışdır. Həmin torpaq sahəsini cavabdeh İdarə onun adına rəsmiləşdirməkdən imtina edərkən xx.xx.2018-ci il tarixli məktubunda bildirmişdir ki, 506A saylı bağ evi, torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir və sxematik xəritəyə əs asən 506 saylı bağın ərazisində yerləşir. İdarənin arxivində 506 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına bağlanmış icarə müqaviləsi vardır. Cavabdeh İdarə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinadən qeyd edir ki, sənədlərin əsillərinin təqdim olunması tələb olunur. İddiaçı cavabdeh İdarənin imtinası ilə razılaşmayaraq iddia edir ki, Mülki Məcəlləyə görə, əgər şəxs torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edilə bilməz. Habelə, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki olaraq fasiləsiz və etirazsız olaraq istifadə etmişsə, o, mülkiyyətçi kimi qeyd alınmasını tələb edə bilər. Məhz Qanunun bu tələbi nəzərə alınaraq, xx xxxx 1996-cı ildən fasiləsiz və etirazsız olaraq istifadə etdiyi 0,25 ha torpaq sahəsi onun şəxsi mülkiyti kimi qeydə alınmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 506A saylı bağ evinin yerləşdiyi 0,25 ha torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə qeydə alınmasını cavabdeh İdarədən tələb edir. Bu zaman onun özü də qeyd edir ki, həmin torpağın 0,12 ha hissəsinə dair müvafiq sənədləri mövcud olmuş və cavabdeh İdarə tərəfindən onun adına mülkiyyət hüququna dair çıxarış verilmiş, qalan hissəsinə isə sənədləri itirdiyindən adına rəsmiləşdirilməsindən imtina olunmuşdur. İddia tələbinin mahiyyətində n belə çıxır ki, iddiaçı bağ torpaq sahəsinə bütövlükdə vahid çıxarış almaq niyyətindədir. İddiaçının iddia ərizəsindən və apellyasiya şikayətindən müəyyən olunur ki, əvvəlcə O, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5 və 178.6-cı maddələrinə istinadən mübahisəli torpaq sahəsinə 1990-cı ildən, sonra isə xx xxxx 1996-cı il tarixdən etibarən fasiləsiz və etirazsız faktiki sahiblik etdiyini iddia edərək, həmin torpaq sahəsinə bütövlükdə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Bu dəlillər ona görə əsassızdır ki, iddiaçının istinad etdiyi Mülki Məcdəllənin 178.5-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Maddədən göründüyü kimi, şəxs torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi təqdirdə, bu torpaq sahəsinin mülkiyyətçisi kimi o halda sayıla bilər ki, birincisi həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına əsassız qeydə alınmış torpaq sahəsi olsun və ikincisi onun bu barədə xəbəri olmasın. Lakin, iddiaçının mübahisəli 0,25 ha torpaq sahəsindən 0,12 ha hissəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı var və bu işin mübahisələndirilməyən halıdır. Həmin 0,25 ha torpaq sahəsinin qalan hissəsinə dair isə daşınmaz əmlakın dövlət reyestrində nə onun, nə də ki, başqa şəxsin adına qeydiyyat mövcud deyil. Belə olan halda, Mülki Məcəllənin qeyd olunan 178.5-ci maddəsinin iddiaçıya mü nasibətdə tətbiqi mümkün sayıla bilməz. İddiaçının istinad etdiyi, Mülki Məcəllənin digər 178.6-cı maddəsinə müvafiq olaraq əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Həmin Məcəllənin qeyd olunan normasın ın tətbiqi də iddiaçıya münasibətdə tətbiqi mümkün deyil. Çünki, birincisi, iddiaçı faktiki sahibliyində olan 0,25 torpaq sahəsinin onun adına qeydə alınmayan hissəsindən fasiləsiz və etirazsız olaraq istifadə etdiyini iddia edərək, iddia ərizəsinin əvvəlində bəyan etdiyi 1990-cı il, sonunda isə xx xxxx 1996-cı il tarixlərindən 30 il müddət keçməmişdir. Digər tərəfdən, iş materiallarında olan, məhkəmə sorğusu əsasında cavabdeh İdarədən tələb olunub alınmış sənədlərə əsasən isə müəyyən olunur ki, iddiaçının öz adına qeydiyyata alınmasına səy göstərdiyi 0,25 ha torpaq sahəsinin artıq adına reyestrdə qeydə alınan 0,12 ha hissəsindən sonra yerdə qalan hissəsi heç də kimsəsiz torpaq sahəsi deyil. Belə ki, arxiv sənədlərinə əsasən müəyyən olunur ki, X1 istifadəsinə Bakı şəhər Bağlar İdarəsi ilə aralarında bağlanmış xx xxxxxxxx 1988ci il tarixli 291 saylı müqaviləyə əsasən 0,25 ha sahəyə malik 506 saylı bağ sahəsi verilmişdir (bundan da əvvəl, həmin bağ sahəsi x xxx 1985-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, onun mərhum əri Hüseynzadə Muxtar Hüseyn oğluna məxsus olmuşdur) Xanım Hüseynzadə Bağlar İdarəsinə ünvanladığı 4/07-1990-cı il tarixli, Bakı şəhər İcraiyyə Komitəsinə ünvanladığı isə xx.xx.1990-cı il tarixli ərizələri ilə həmin bağın 0,12 ha hissəsinin X2 adına (İddiaçı qardaşıdır) keçirilməsini xahiş etmiş və həmin sahə ilə bağlı «506a» saylı bağ kimi X4 İdarəsi arasında x xxxx 1991-ci il tarixli 20777 saylı icarə müqaviləsi bağlanmışdır. Sonradan iddiaçının qardaşı R.Məmmədov özünə ayrılmış 12 ha 506A nömrəli bağ sahəsini bacısı İddiaçı adına keçirilməsini Bağla r Təsərüfatı İdarəsindən xahiş etmiş və x xxxx 1996-cı il tarixdə həmin sahəyə dair Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış və sonuncu həmin 0,12 ha bağ sahəsini xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində öz adına cavabdeh inzibati orqanda qeydə aldırmış və sonuncu tərəfindən iddiaçıya bu barədə ******* saylı çıxarış verilmişdir. Göründüyü kimi, mübahisə bağ sahəsinin qalan 0,12 ha sahəsi 506 saylı bağ kimi (291 saylı icarə müqaviləsinə əsaəən) sahibi olan Xanım Hüsyenzadənin adında qalmışdır. Beləliklə, iddiaçının öz torpaq sahəsinə birləşdirib 0,25 ha torpaq saşəsinə vahid çıxarış almaq istədiyi 0,12 ha sahədən ibarət 506 bağ torpağına başqasının, daha konkret, Xanım Hüsyenzadənin adına ayrıca icarə müqaviləsi mövc uddur. Başqa sözlə, iddiaçının qalan torpaq sahəsinə dair nə icarə müqaviləsi, nə orderi, nə də ki üzərində sərəncam vermək hüququna malik olan inzibati orqanın müvafiq sərəncamı mövcud deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınması üçün aşağıdakı sənədlərin mövcudluğu tələb olunur: -bağ sahəsinə dair icarə müqaviləsi; -sərəncam; -order; -kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının p rotokolundan çıxarış. Göründüyü kimi, qeyd edilən hüquqmüəyyənedici sənədlərin yoxluğu halında, mübahisəli torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeyd alınmasından söhbət gedə bilməz. Beləliklə də, qeyd olunanlarla, birmənalı olaraq iddiaçının hazırkı iddia tələbində haqlı olmadığı sübuta yetirilir. Ona görə də onun həmin torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. Belə olan halda, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Odur ki, iddiaçının iddia tələbi əsassız və qanunsuz oldğundan düzgün olaraqn 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçıların ın öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar