Məhkəmə qərarları › İş №2-1(102)-89/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-89/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-89/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlük şərtlərinin yoxlanılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Xidməti) “çıxarışın ve rilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-1(105)-367/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 28 fevral tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “JN-x saylı, x kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan xsaylı sahəsi 17489.54 kv.m-dən, x saylı 19981.25 kv.m-dən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İ ddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə başlayaraq Quba rayonu, İİ x kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alğı-satqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktları almışdır. Bundan sonra, 2008 və 2011-ci illərdə həmin torpaq aktlarının bir neçəsini cavabdehə təqdim etməklə həmin sahələrə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışdır. Həmin vaxt kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. 2020-ci il 29 yanvar tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da cavabdehə təqdim edərək, ona aşağıda qeyd olunan mülkiyyətlərində olan torpaq sahələrinə çıxarışların verilməsini xahiş etmişdir. JN xsaylı, x kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən, mülkiyyətində olan xsaylı sahəsi 17489.54 kv.m-dən, x saylı 19981.25 kv.m-dən ibarət torpaq sahələrinə. Lakin cavabdeh 2020-ci il 04 fevral tarixli, **********26 saylı məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X2 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə ona çıxarışların verilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaç ı JN-x saylı Torpağa Mülkiyyət Hüququna X4 kitablarda qeydiyyatdan keçməsi barədə İdarəyə 2020-ci il 29 yanvar tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 2019-cu il 04 fevral tarixli, **********26 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN-x, KOD x nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının İdarəyə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və İdarə tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 03 iyun tarixli, 2-1( 118)-813/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il 18 may tarixli, JN-xsaylı, x kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Quba rayonu İİ x kəndi ərazisində yerləşən “JN-x saylı, x kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 3.75 ha) xsaylı sahəsi 17489.54 m2 -dən, x saylı 19981.25 kv.m-dən ibarət torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hansısa məlumatların sənədlərin qeydiyy at kitablarında, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-1(105)-367/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddia üzrə torpaq sahəsi üzərinə hüquqlarının qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur.

9. İddiaçı həmin qərardaddan kassasiya ş ikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

10. İddiaçı çıxarışın verilməsi barədə cavabdehə təkrar müraciət edərkən 2 saat mübahisədən sonra ərizənin verilməsinə dair qeydi ərizənin surətinə yazmadılar. O, məcbur olub sonradan İdarəyə teleqramla müraciət etmişdir. Ona cavabdehdən 2020-ci il 15 oktyabr tarixdə **********78 saylı cavab gəlmiş, həmin cavabda da yenə qeyd olunub ki, onun təqdim etdiyi “Torpağa mülkiyyət hüququna dair” X2 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qe ydiyyatdan keçməmişdir.

11. Hər iki məktubun məzmunu eynidir. Cavabdeh tərəfindən verilmiş 2020-ci il 04 fevral tarixli, **********26 saylı məktubla ona çıxarışın verilməsindən imtina olunmuşdur. Bu sadəcə süründürməçilikdən başqa bir şey deyildir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fa ktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.

15. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “... işin hallarından iddiaçının hazırkı iddia üzrə torpaq sahəsi üzərinə hüquqlarının qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış məktubla bildirilmişdir ki, İddiaçı adına olan JN-x KOD x nömrəli “To rpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti ümumiyyətlə olmamış, İddiaçı müraciətinin məzmunu isə daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuş və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə olmamışdır.”.

18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 12.2, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, işdə iddiaçının cavabdehə han sı məzmunda müraciət etdiyini təsdiq edən inzibati icraat materialından hər hansı çıxarış yoxdur.

19. Tərəflər ərizənin məzmunu barədə fərqli mövqe ifadə etdiklərindən, cavabdehə təqdim olunmuş ərizənin məzmunu - tərəflərin bildirməsindən asılı olmayaraq - məhkəmə tərəfindən bilavasitə yoxlanılmalıdır.

20. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunması iddianın mümkünlüyünə də aiddir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-1(105)-367/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar