Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-89/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi, məhkumluğun olduğu müddətin qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzil ilə təmin olunması ü çün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1857/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməli olmasına istinad edərək müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 02 iyul 2020-ci il tarixli, 11/3330 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, xidmət dövründə törətdiyi cinayət əməlinə görə Hərbi Dəniz Qüvvələri Məhkəməsinin 17 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 241-ci maddəsinin “v” bəndinə əsasən təqsirli bilinərək məhkum olunduğuna görə, Müdafiə Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq üçün xidməti qüsursuz sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, iddiaçı 1991-ci ildə orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından hərbi təhsilini davam etdirmək üçün Türkiyə Cümhuriyyətinə göndərilmişdir. X1 təh silini davam etdirmişdir. 1996-cı ildə həmin hərbi məktəbi bitirmiş və leytenant rütbəsi almışdır. 1996-cı ildən 1997-ci ilin noyabr ayına kimi Ankara şəhərinin Poladlı ilçəsində yerləşən Topçu Fuzə okulunda ixtisasartırma kursunu keçib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xidmətini davam etdirmək üçün gəlmişdir. 1997-ci ildən Silahlı Qüvvələrin 888, 812, 177, 191, 130, 703, 172, N saylı hərbi hissələrində xidmət etmişdir. Hərbi xidmətinin 15 ili ön xətdə keçmişdir. 2020-ci ilin may ayının 11-dən xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı aldığı xəsarət səbəbindən təqaüdə göndərilmişdir. Azərbaycan Ordusunda 28 təqvim ili fasiləsiz xidmət keçmişdir. O, 1997-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlamış və 11.05.2020-ci ildə xəstəliyi i lə əlaqədar ehtiyata buraxılmışdır. “Qüsursuz xidmətə görə” müvafiq olaraq 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə nazirinə etdiyi müraciət 06.07.2020-ci il tarixdə 2405 №li məktubla Mənzil-İstismar İdarəsi tərəfindən cavablandırılmış, xidmət illərində məhkumluğunun olduğuna görə adının 1997-ci ildən xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. Həmçinin, məhkəməyə müraciət etmək hüququnun olduğu da həmin məktubla ona izah edilmişdir. Hərbi xidmətdə olduğu müddətdə HQD 17.09.1999-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarı ilə məhkumluğu olmayan şəxs hesab edilmişdir. O, müvafiq olaraq 26 iyun 2015-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 06 iyun 2016-cı ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və 26 iyun 2017-ci il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Onun 09.03.2000-12.05.2020-ci illər üzrə ümumilikdə 20 il qüsursuz xidməti vardır. Əgər xidməti qüsurlu hesab edilsəydi, o, Silahlı Qüvvələrin veteranı medalları ilə təltif olunmazdı.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xah iş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının xidmət illəri qüsursuz sayıla bilməz. Belə ki, o, Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1491/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: M.Q.Qarayeva) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1997-ci ildən 11.05.2020-ci il tarixədək müxtəlif hərbi vəzifələrdə xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da, hərbi xidmət dövründə təqsirli bilinməsi onun Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında nəzərdə tutulmuş şəxslərin dairə sinə aid edilməsini istisna edir. Çünki o, 20 ildən artıq qüsursuz xidmət etmiş şəxs hesab edilə bilməz. Belə olan halda, onun adının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz.
7. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1857/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: V.Ə.Ba xışova və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1491/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli, obyektiv araşdırma aparmamış, maddi hüquq normalarını düzgün şərh etməmişdir. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
14. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
15. «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nöm rəli Fərmanı: Bənd
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: … 3-2.3. məhkumluğun olduğu müddət. 16. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Maddə 83.2. Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mü bahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İş materiallarından görünür ki, iddiaçı mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının məhkum olunmasına istinad edərək müraciətin təmin olunmasından imtina etmiş, birinci və apelyasiya instansiyası məhkəmələri də cavabdehin mövqeyi ilə razılaşaraq iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişlər.
22. Mə hkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməlidir.
23. Belə ki, iddiaçının 20.05.1997-ci il tarixdən 11.05.2020-ci il tarixədək, 23 il Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etməsi, 17.09.1999-cu il tarixli hökmə əsasən, Cinayət Məcəlləsinin 241.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarı ilə məhkumluğunun ödənilmiş şəxs hesab edilməsi işin mübahisəsiz hallarıdır.
24. Apelyasiya instansiyası məhkəməsi iddiaçının 07.09.1992-ci il tarixdən 11.05.2020-ci il tarixədək müxtəlif hərbi vəzifələrdə xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da, hərbi xidmət dövründə təqsirli bilindiyi üçün onun Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında nəzərdə tutulmuş şəxslərin dairəsinə aid edilməməsi nəticəsinə gəlmişdir. 25.Məhkəmə tərkibi apelyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmıtr. Belə ki, hazırda qüvvədə olan cinayət qanunvericiliyinin tələbinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. İş materiallarında olan 17 sentyabr 1999-cu il tarixli hökmdən görünür ki, iddiaçı CM-in 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinmiş, hökmün icrası hərbi əməliyyatlarının sonuna qədər təxirə alınmı ş, 09 mart 2000-ci il tarixli qərardadla iddiaçı təyin edilmiş cəzadan azad edilmişdir. Beləliklə də, iddiaçının məhkumluğunun olduğu müddət nəzərə alınmasa belə, hərbi xidmət müddəti 20 ildən artıqdır.
26. İş materiallarından görünür ki, iddiaçı “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2015-ci il tarixli 052t nömrəli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2016ci il tarixli 0117t nömrəli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli 0119t nömrəli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdu r.
27. Medalların adından və təltif etmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur.
28. Beləliklə, yuxarıda qeyd edilən hallar iddiaçının 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olmasını təsdiq edir. 29.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanla dəyişiklik edilmiş, əvvəli Fərmana yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir. Əlavə edilmiş hissəyə əsasən, hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə məhkumluğun olduğu müddət daxil edilməmişdir. Yəni, Fərmanın tələbinə əsasən, hərbi qulluqçunun məhkum olunduğu müddət nəzərə alınmadan, 20 il qüsursuz xidmət etdiyi sübuta yetirilirsə, onun adı dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına salınmalıdır.
30. İddiaçının yuxarıda qeyd edilən medallarla təltif edilməsi onun 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, onu “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir. Odur ki, iddiaçının tələbi haqlıdır və həmin Fərman ona da şamil edilməlidir.
31. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını düzgün təfsir və tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də həmin qərar ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.
32. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1857/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərar qətidir.