Məhkəmə qərarları › İş №2-1(102)-89/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-89/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-89/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya kapitalı)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1994-xx.xx.1996-cı illərdə “Azərkimya” Təmir Trestinin 9 nömrəli Təmirtikini Quraşdırma İdarəsində (6 saylı Təmirtikinti Quraşdırma İdarəsində), xx.xx.1996-xx.xx.1997-ci illərdə Sumqayıt Etilen Politilen Zavodunda, xx.xx.1997-xx.xx.2005-ci illərdə Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 03 nömrəli Təsərrüfat Sahəsində ("xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli Müəssisəsi) işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0 2 iyun 2023-cü il tarixli, 21(105)-200/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci ildə doğulmuş, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1974-xx.xx.1974, xx.xx.1975-xx.xx.1977 və xx.xx.1980-xx.xx.1983-cü illərdə SU-27 İdarəsində, xx.xx.1983-xx.xx.1986-cı illərdə SUM-23 2 nömrəli Trestində, xx.xx.1986xx.xx.1994-cü illərdə 24 nömrəli Tikinti İdarəsində, xx.xx.1994-xx.xx.1996-cı illərdə “Azərkimyatəmir” Trestinin 9 nömrəli TTQİ-də, xx.xx.1996-xx.xx.1997-ci illərdə “Etilen Polietilen” Zavodunda, xx.xx.1997-xx.xx.2005-ci illərdə “Sumqayıt Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli TH sahəsində ( "xxxx" SC-nin 2 nömrəli Müəssisəsi) işləm işdir. 2. "xxxx" SC-nin 2 nömrəli Müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 09/11 saylı arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1987- xx.xx.1991-ci illərdə, xx.xx.1993-xx.xx.1997-ci illərdə və xx.xx.1997-xx.xx.2005-ci illərdə "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində usta-iş icraçısı vəzifəsində işləmişdir. Ümumi iş stajı 12 il 07 ay təşkil edir. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda tikintiquraşdırma işləri bölməsində 2290000b24441 yarımbəndində göstərilən vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının 09 avqust 1974-cü il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1986-xx.xx.1994-cü il tarixlərdə 2 nömrəli Trestin 27 nömrəli Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərkimyatəmir" Trestinin 9 nömrəli TTQİ-də, xx.xx.1996-cı il tarixdən 01,04.1997-ci il tarixədək Sumqayıt “Etilen-Polietilen" zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində (fəhlə, sonradan rəis müavini) işləməsinə baxmayaraq, təqdim olunmuş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışda xx.xx.1987- xx.xx.1991; xx.xx.1993-xx.xx.1997; xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə "xxxx" SC-nin 2 saylı Müə ssisəsində usta - iş icraçısı vəzifəsində işləməsi qeyd olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixdə aparılmış qarşılıqlı yoxlama zamanı istehsalat zərurəti ilə əlaqədar 1994-cü il tarixdən müəssisənin fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Bununla bağlı, xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və müvafiq akt "xxxx" SC-nin 2 saylı Müəssisəsinin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmişdir. Belə olan halda, iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 06 aydan az olmaqla, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələb inin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994 - xx.xx.1996-cı illərdə “Azərkimya” Təmir Trestinin 9 nömrəli Təmirtikini Quraşdırma İdarəsində (6 saylı Təmirtikinti Quraşdırma İdarəsində), xx.xx.1996xx.xx.1997-ci illərdə Sumqayıt Etilen Politilen Zavodunda, xx.xx.1997-xx.xx.2005-ci illərdə Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 03 nömrəli Təsərrüfat Sahəsində ("xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli Müəssisəsi) işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırki qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubda qeyd olunanlar təşkil edir.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-446/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin 8 iyul 2018-ci il tarixdən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqe yinə görə, iddiaçının 25 ildən az (18 il 4 ay ) ümumi iş stajı və 12 il 6 aydan az (4 il 5 ay 12 gün) xüsusi stajı vardır. Halbuki, əmək kitabçasına görə iddiaçı xx.xx.1974-cü ildən iş fəaliyyətinə başlamış və müxtəlif müəssisələrdə və peşələrdə işləmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən stajı daxil edildikdə, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanması üçün həm ümumi, həm də xüsusi stajı tamamlanmış olur. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə azı 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun 57 y aşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə usta – iş icraçısı peşəsi 2290000b-24441 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və onun müraciət etdiyi 08 iyul 2021-ci il tarixdən əvvəlki 3 il üçün, yəni 08 iyul 2018-ci il tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və G.İ.Cabbarova) 02 iyun 2023-cü il tarixli, 2-1(105)-200/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-446/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının işlədiyi “Etilen-Polietilen” zavodu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda onun əmək kitabçasında qeyd edilən dövrlərdə həmin zavodda müvafiq vəzifələrdə işləməsi öz əksini tapmışdır. Eyni zamanda, iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli Müəssisənin 04 aprel 2023- cü il tarixli, 09/56 nömrəli arayışında onun xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilədək; xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək həmin müəssisədə usta - iş icraçısı vəzifəsində işləməsi öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, direktoru olduğu "xxxx" SC-nin 2 saylı müəssisəsi keçmiş “Sənayekommunaltikinti” Birliyi 3 saylı Təsərrüfathesablı Sahənin hüquqi varisi olmaqla, xx.xx.1999-cu ildə yenidən dövlət qeydiyyatından keçmiş və fəaliyyət göstərmiş, iddiaçı 1987-1993 və 1997-2005-ci illərdə həmin müəssisədə usta - iş icraçısı işləmişdir. Şahid iddiaçı barədə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışda onun müəssisədə işlədiyi dövrlərin dəqiq göstərilməməsini texniki səhvlə izah etmiş, iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin əsli olan kitabı kollegiyaya təqdim etmiş, kollegiya tərəfindən müvafiq əmrlərin əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmişdir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində işləmiş və pensiya hüququ qazanmış digər şəxslərə münasibətdə də eyni dəlillərə əsaslanmaqla pensiya təyin edilməsindən imtina barədə cavabdehin mövqeyi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuş digər işlərdə də (2-1(105)-339/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərar; 2-1(105)699/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərar) araşdırılaraq əsassız hesab olunmuş, həmin qərarlar cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirsə də dəyi şdirilmədən saxlanılmışdır. Həmin işlərdə də iddiaçıların "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədikləri müəssisənin direktorunun birinci instansiya və apellyasiya məhkəmələrində şahid kimi verdiyi ifadə ilə yanaşı, təqdim edilmiş həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyestrinə alınma barədə şəhadətnamələr, habelə DSMF-nin Abşeron-Xızı regional filialının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il tarixli məktubu ilə təsdiq olunmuş, mübahisələndirilən dövrlərlə bağlı cavabdehin dəlilləri təkzib edilmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın, etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiy inə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatla rın, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya h üququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi - iş icraçıları (kod 2290000b— 24441).

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərd ən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və müəyyən edilmiş halları ilə iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilədək; xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək usta - iş icraçısı vəzifəsində işləməsi öz təsdiqini tapmışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirmişdir ki, direktoru olduğu "xxxx" SC-nin 2 saylı müəssisəsi keçmiş “Sənayekommunaltikinti” Birliyinin 3 saylı Təsərrüfathesablı Sahənin hüquqi varisi olmaqla, xx.xx.1999-cu ildə yenidən dövlət qeydiyyatından keçmiş və fəaliyyət göstərmiş, iddiaçı 1987-1993 və 1997-2005-ci illərdə həmin müəssisədə us ta - iş icraçısı işləmişdir. İddiaçı barədə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışda onun müəssisədə işlədiyi dövrlərin dəqiq göstərilməməsi texniki səhvdir.

34. Həmçinin, şahid tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin əsli olan kitabı apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, kollegiya tərəfindən müvafiq əmrlərin əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmişdir. 35. "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində işləmiş və pensiya hüququ qazanmış digər şəxslərə münasibətdə də eyni dəlillərə əsaslanmaqla pensiya təyin edilməsindən imtina barədə cavabdehin mövqeyi analoji işlər üzrə araşdırılaraq əsassız hesab olunmuş, iddiaçıların "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədikləri müəs sisənin direktorunun birinci və apellyasiya məhkəmələrində şahid kimi verdiyi ifadə ilə yanaşı, təqdim edilmiş həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyestrinə alınma barədə şəhadətnamələr, habelə DSMF-nin Abşeron-Xızı regional filialının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il tarixli məktubu ilə təsdiq olunmuş, mübahisələndirilən dövrlərlə bağlı cavabdehin dəlilləri təkzib edilmişdir.

36. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin, aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

37. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

38. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

39. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda hərb i xidmət etdiyi dövrlər də daxil olmaqla, onun xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli iş stajı mövcud olduğundan, onun "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, 2006-cı ilə qədər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 17-20-ci bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımınd an və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-200/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar