Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-890/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “i ddiaçıya 18.12.1973-cü ildən 27.12.1976-cı ilədək İsmayıllı rayonu Lahıc Xalça emalatxanasında toxucu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)660/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.01.2018-ci il tarixli 04 nömrəli arxiv arayışına əsasən iddiaçı 18.12.1973-cü ildə 77 №-li əmrlə İsmayıllı rayonu Lahıc emalatxanasında toxu cu vəzifəsinə işə qəbul edilib, 22.05.1978-ci il tarixdə 84 №-li əmrlə 15 iş günü əmək məzuniyyətinə buraxılmışdır. Onun 1978-ci ildə məzuniyyətdən qayıtması və ya işdən azad olunması aşkar edilməmişdir. İddiaçı həmin müddətin sosial sığorta müddəti kimi nəzərə alınmasını cavabdehdən xahiş etmiş, cavabdeh 09.07.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçıya pensiya təyin olunarkən 1973-1978-ci illərdə işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı cavabdehə qarşı 24 sentyabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “18.12.1973-cü ildən 27.12.1976-cı ilədək İsmayıllı rayonu Lahıc Xalça emalatxanasında toxucu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, arxiv arayışı iddiaçının iş stajını təsdiq edən sənəddir. İddiaçının “18.12.1973-cü ildən 27.12.1976-cı ilədək İsmayıllı rayonu Lahıc Xalça emalatxanasında toxucu işlədiyi dövr ümumi iş stajına əlavə olunmaqla pensiyası yenidən hesablanmalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(84)-1610/18 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qərarı iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçının 18.12.1973-cü ildən 27.12.1976-cı ilədək İsmayıllı rayonu Lahıc Xalça emalatxanasında toxucu işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməs ini onunla əsaslandırmışdır ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3 -məruzəçi, X4 və X1, 2-1(107)-660/2018 saylı iş) 12 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 21 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 11 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Şikayətdə “Əmək pensiyaları haqqında“ Qanunun 21-ci, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1, 3.4-cü bəndlərinə istinad edilərək qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi cavabdehin üzərinə iddiaçının 18.12.1973-cü ildən 27.12.1976-cı ilədək İsmayıllı rayonu Lahıc Xalça emalatxanasında toxucu işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin düzgün həlli üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə əsasnaməsi əsas götürülərək maddi hüquq norması kimi tətbiq edilməlidir. Həmin əsasnamənin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi ilə bağlı 27 fevral 2007-ci tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşməsinə baxmayaraq Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmənin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü və hüquq münasibətləri 27 iyun 2018-c i il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımd an lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi 18 dekabr 1973-cü il tarixdən 27 dekabr 1976-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdeh imtinasında bildirmişdir ki, qanunvericiliyin tələbinə görə iş stajı əmək kitabçası ilə müəyyən edildiyindən, iddiaçı tələb etdiyi iş stajı ilə bağlı əmək kitabçası təqdim etmədiyindən pensiya təyin edilərkən həmin dövr onun ümumi iş stajına daxil edilməmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir, mübahisə olunan dövr əmək kitabçasında göstərilmədiyinə görə pensiya təyini zamanı həmin dövr nəzərə alınmamışdır. Cavabdeh etirazının və şikayətinin dəlilini də iddiaçının iş stajının əmək kitabçası ilə təsdiq edilməməsi ilə əsaslandırmışdır. İddiaçının 1973-1976-cı illərə aid iş stajı dövlət arxivinin verdiyi arayışla təsdiq edilir. İddiaçının 1973-1976-cı illərdə işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. İddiaçının işlədiyi 1992-1998-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağl anmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası ol madıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəss isələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret hal da istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən sənəd-dövlət arxivinin verdiyi arayış mövcuddur, dövlət arxivinin arayışı yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus arayışdakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr dövlət arxivinin verdiyi arayışda qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-660/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-890/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-890/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver