Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-890/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdirilməsi” tələbinə dair inzib ati mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-755/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçı istifadəsində olan Xırdalan şəhəri, H.Əliyev prospektində tikinti altında olan 600 kv.m torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli, 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında iddiaçı tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 601.0 kv.m tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyi cavabdehin üzə rinə qoyulmuşdur.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1654/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 16 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)97/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 06 dekabr 2021-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş, 11 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir.
6. İddiaçının nümayəndəsi 10 dekabr və 14 fevral 2021-ci il tarixlərində ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək uzun müddət keçməsinə baxmayara q məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli məktubundan sonra üç (3) aydan artıq müddət ərzində qərarın icrası ilə bağlı tədbir görülməmiş, 29 mart 2022ci il tarixli məktubla cavabdeh inzibati orqan 15 gün müddətində qərarın icra olunmadığı təqdirdə cərimənin tətbiq olunacağı barədə xəbərdar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, uzun müddət keçməsinə baxmayaraq müvafiq məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmadığını bildirmişdir. Bu səbəbdən də cavabdeh barəsində tədbirlər görülməsini xahiş etmişdir.
9. Cavabdeh əriz əyə dair etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı İddiaçı çoxsahəli kiçikmüəssisəsinin istifadəsində olan torpaq sahəsində qanunsuz tikililərin inşa edildiyi və həmin torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Qeyd edilən qanun pozuntuları ilə əlaqədar Xidmət tərəfindən Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Qeyd edilən səbəblərdən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-97/2021 nömrəli 16 may 2021-ci il tarixli qərarının icrası mümkün olmamışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-89/2020 nömrəli, 14 oktyabr 2022-ci il tarixli (hakim C.Məmmədov) qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-97/2021 nömrəli 16 may 2021-ci il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 manat məbləğində cərimə edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməsindən boyun qaçırmaq məqsədi ilə cavabdeh təşkilat müxtəlif bəhanələr edərək məhkəmə qərarını icra etməkdən yayınır. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın Sumqayıt Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbinin hazırkı mübahisə ilə əlaqəsi yoxdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarı ilə cavabdeh təşkilatın üzərinə torpaq sahəsini normativ qiymətlərə uyğun olaraq məhz iddiaçının adına özəlləşdirilməsi nəzərdə tutulmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsində hər hansı bir tikililərin inşa edilməsi 16 may 2021-ci il tarixli qərarın icra edilməsi üçün maneə ola bilməz.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-755/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov) qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmişmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şi kayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə əsasən, qanunvericiliyə əsasən hazırda özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin dəyəri normativ qiymətlə deyil, bazar qiyməti ilə müəyyən edildiyindən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisəli torpaq sahəsi bazar qiymətinə uyğun iddiaçıya satıla bilər. İddiaçı isə bununla razılaşmadığından, məhkəmənin qərarının icrasını təmin etmək mümkün olmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının icrası qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bu səbəbdən də hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin məhkəmə qərarının icra etməməyə görə 5 00 manat məbləğində cərimə etməsi barədə qərardad əsassız olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayəti əsassızdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayət in təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti mümkündür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmə ləri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qeyd edilməlidir ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərki b hissəsini təşkil edir.
25. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.
26. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəy ə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərilərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxar ılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).
27. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəmə si proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müə yyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
28. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində qeyd etdiyi “qanunvericiliyə əsasən hazırda özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin dəyəri normativ qiymətlə deyil, bazar qiyməti ilə müəyyən edildiyindən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisəli torpaq sahəsi bazar qiymətinə uyğun iddiaçıya satıla bilər. İddiaçı isə bununla razılaşmadığından, məhkəmənin qərarının icras ını təmin etmək mümkün olmamışdır” dəlilnə münasibətdə qeyd etmək istərdi ki, iş üzrə iddia tələbinə mahiyyəti üzrə məhkəmədə baxılan ərəfədə də, cavabdeh tərəfindən eyni dəlillər irəli sürülmüş, apellyasiya instansiya məhkəməsi qeyd edilən dəlilləri əsassız sayaraq, torpaq sahəsinin bazar qiyməti ilə deyil, normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olduğundan və məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş mə suliyyətlə nəticələndiyindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icrasını təmin etmədiyi üçün onun cərimə olunması barədə birinci instansiya məhkəməsinin nəticəsini dəyişdirilmədən qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.
30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-755/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.