Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-890/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi; kameral vergi yoxlaması; malın statistik dəyərinn xərc kimi nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3454/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2021-ci il üzrə mənfəət vergi bəyannaməsini xx.xx.2022-ci il tarixdə vergi orqanına təqdim etmişdir.
2. Cavabdeh vergi orqanı tərəfindən mənfəət vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən iddiaçı tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 6.621.638,81 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 5.950.646,19 manat dəyərində olması müəyyən edilmişdir ki, bu da iddiaçı tərəfind ən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir.
3. Bununla əlaqədar olaraq iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, daha sonra iddiaçı 3 dəfə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində) dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir.
4. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün iddiaçıdan zəruri sənədlər, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir.
5. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma a radan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 74.659,8 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, müba hisələndirilən qərarla hesablanmış mənfəət vergisi məbləği əsassız olaraq hesablanmışdır. Sözügedən qərar qanunsuz çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, uyğunsuzluq məktubunda göstərilənlər araşdırılmış və müəyyən edilmişdir ki, vergi orqanının göstərdiyi fərq mal-material hesabatları ilə aşkar edilməmişdir. MMC qanunvericiliyə uyğun olaraq malların uçotunu aparmışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 14, 20, 24, 71, 72, 89-cu maddələrinə, Vergi Məcəlləsinin 3.8, 15, 37, 53, 62, 64, 94-cü maddələrinə, İPM-in 2, 8, 32, 35, 45, 46, 74-cü maddələrinə əsaslanaraq, cavabdehin 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi xahiş olunur.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında işin hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi yük gömrük bəyannaməsinə əsasən 5.950.646,19 manat dəyərində mal-material idxal etmiş, 527.915,7 manat dəyərində elektron-qaimə əsasında mal-material almışdır. 2021-ci il mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən 2020-ci ilin sonuna mal qalığı 112.676,9 manat dəyərində olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il tarixli mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin xərcinin 6.964.267,63 manat olması müəyyən edilmiş, 373.299 manat xərc sənədlərlə təsdiqini tapmamış, xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi satıcının ölkəsində təhvil aldığı malların təyinat n öqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri-rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərində n və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Göstərilənlərə və Vergi Məcəlləsin in 16.1, 23.1, 24, 36, 37, 108, 134 – 136, 139, 162-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmən xahiş olunur.
9. Məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 31 mart 2023-cü il tarixli 9/357 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri və s.) mövcuddur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Beləliklə, cavabdeh tərəfindən mənfəət vergisi düzgün hesablanmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2-1(112)-1804/2023 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı ləğv edilmişdir.
11. Məhkəmə ekspert rəyini formal şəkildə əsaslandırıldığına və iddiaçının təqdim etdiyi bəyannamə üzrə göstəricilərin sadalanmasına, o cümlədən nəticənin əsaslandırılmamasına istinadən mötəbər hesab etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddət ötürülməklə (pozulmaqla) keçirilmiş, bununla da, 21 iyul 2022-ci il tarixli həmin qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, mübahisələndirilən qərar yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düsturunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulm uş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. a) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3454/2023 nömrəli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2-1(112)-1804/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ilk növbədə, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddət ötürülməmişdir. Bundan əlavə, iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir. Lakin, vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil. Belə ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Odur ki, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın faktura dəyə ridir. Əlavə olaraq, mübahisələndirilən qərarın əsaslandırılması ilə bağlı edilmişdir ki, oxşar işlər üzrə oturuşmuş məhkəmə təcrübəsi və vergi münasibətləri üzrə mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Odur ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi üçün əsaslar cavabdeh orqanın təqdim etdiyi və iddiaçının özünün də məlumatlı olduğu “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubda göstərildiyi üçün bu hal mübahisələndirilən qərarın qanuniliyi və əsaslılığı yoxlanılarkən nəzərə alınmalıdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman hərtərəfli araşdırma aparılmamış, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi əsassız olaraq nəzərə alınmamış, mübahisələndirilən inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun o laraq əsaslandırılmaması halı qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunduğundan məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları y etərli hesab olunur.
23. Mübahisələndirilən qərarla hesablanan mənfəət vergisinin qanuniliyi və əsaslılığı ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qey d etməyi zəruri sayır.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
26. Digər tərəfdən, “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor g ömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsulu olsa da, digər üsullar da (eyni malların sövdə ləşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin çıxılması üsulu, dəyərin toplanması üsulu, ehtiyat üsulu) nəzərdə tutulmuşdur.
27. Göründüyü kimi gömrük və vergi məqsədləri baxımından malın dəyəri qanunvericilikdə fərqləndirilmişdir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Odur ki, vergi məqsədləri baxımından mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın alışı üçün çəkilmiş faktiki xərc olmalıdır. Hazırkı iş üzrə iddiaçı invoys dəyərindən daha artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübut təqdim etməmişdir.
28. Beləliklə, apellyasiya instansiya məhkəmə si haqlı olaraq o nəticəyə gəlmişdir ki, hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir və vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli,2-1(103)-3454/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.