Məhkəmə qərarları › İş №2-1(102)-891/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-891/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-891/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1514/2022 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmişdir. Məhkəmə qərarından görünür ki, 55 saylı MKİS-nin texniki H.Hüseynov tərəfindən tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş evin sxemindən fərdi yaşayış evinin 59,8 kv.m yaşayış, 34,8 kv.m köməkçi, cəmi 93,8 kv.m. sahədən ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə də həmin ölçüdə olan fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almışdır.

2. Daşınmaz əmlakın bağışlanılmasına dair 18 dekabr 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən, sahəsi 93,8 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,01147 ha olan torpaq sahəsini müqavilədə göstərilən ölcülərdə İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə vermişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 575041 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 saylı evdən 2 otaq y/s-24,6 kv.m (№5,9), k/s-21.2 kv.m (№ 6,7, 8) və 1/3 hissə torpaq sahəsi İddiaçı4, 1 otaq y/s-12 kv.m (№4), k/s-6.5 kv.m (№ 3) və 1/3 hissə torpaq sahəsi İddiaçı2 və 1 otaq y/s-20,6 kv.m (№2), k/s-8.9 kv.m (№ 1) və 1/3 hissə torpaq sahəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 498 nömrəli reyestr kitabının 46803 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək fərdi yaşayış evinin bütün tikililərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh 5 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, yaşayış evinin faktiki vəziyyətinə və həmin əlavə tikililərinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTL ARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki quruluşuna uyğun olaraq ümumi sahəsi 134,32 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında iddiaçının adına çıxarış verilmişdir. Apellyasiya məhkəməsinin qərarında fərdi yaşayış evinin ölçüləri faktiki quruluşuna uyğun qeyd olunmamışdır. Belə ki, məhkəmə qərarında və çıxarışda evin 59.4 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumi sahəsinin 93,8 kv.m olduğu göstərilmişdir. Faktiki olaraq isə məhkəmə qərarı qəbul olunan vaxt fərdi yaşayış evinin ümumi sahəsi 134,32 kv.metrdən ibarət olunmuşdur.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yaşayış evinin faktiki vəziyyətinə və həmin əlavə tikililərin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə qərarında qeyd olunan ölçülər fərqlidir.

9. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11708/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı fərdi yaşayış evinə dair çıxarış aldıqdan sonra əlavə tikililər inşa etmiş və həmin tikililər üçün əvvəlki məhkəmə qərarına istinad edərək çıxarışın verilməsini iddia etmişdir. Məhkəmə qeyd etmişdir ki, reyestrdən çıxarışda qeyd olunan ölçüdən əlavə tikililərlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan sənədlərin təqdim edilməsi zəruridir. Lakin iddiaçı əlavə tikililərə, eləcə də onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən heç birini təqdim edə bilməmişdir.

11. İddiaçılar apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1514/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi ), X2 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarının əsaslandığı müayinə aktının özündə ərazinin ümumi torpaq sahəsinin 188.1 kv.m olduğu və əsas tikinti altı sahənin 114.7 kv.m olduğu öz əksinin tapmışdır. Lakin, iddiaçiya təqdim olunan çıxarışda torpaq sahəsinin ölçüsü nün 0.011470 ha olduğu qeyd edilmişdir. Bu faktın özü həmin reyestrdən çıxarışın düzgün verilmədiyini göstərir. Reyestrdən çıxarış və müayinə aktı üst-üstə düşmür. Faktiki torpaq sahəsi daha çox olduğu halda, çıxarışda az göstərilmişdir. Digər tərəfdən, məhkəmə qərarında və çıxarışda evin 59.4 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumi sahəsinin 93.8 kv.m olduğu göstərilmişdir. Faktiki olaraq isə məhkəmə qərarı qəbul olunan vaxt fərdi yaşayış evinin ümumi sahəsi 134.32 kv.m ibarət olmuşdur. Həmçinin məhkəmənin qərarında qeyd edilır ki, 55 saylı MKİS-nin texniki H.Hüseynov tərəfindən tərtib edilmiş və notariat qaydasında təsdiq edilmiş evin sxemindən müəyyən edilir ki, fərdi yaşayış evi 59.8 kv.m yaşayış, 34.8 kv.m isə köməkçi sahədən ibarət olmuşdur. Həmin MKİSin tərtib e tdiyi sxem 2006-cı ildə tərtib edilmişdir, həmin vaxtdan 2018-ci ilə qədər fərdi yaşayış evinə dair reyestrdən çıxarış olmamışdır. İddiaçı hüquqi savadsızlığı nəticəsində məhkəməyə 2018-ci ildə faktiki vəziyyəti əks etdirən sxemi təqdim etməmişdir. Cavabdeh orqanın tərtib etdiyi müayinə aktında və texniki pasportda göstərilən quruluş isə iddiaçının fərdi yaşayış evinin real vəziyyətini əks etdirməmişdir. Çünki, cavabdeh məhkəmə qərarında sahənin 93.8 kv.m qeyd edildiyini görüb, real vəziyyətə uyğun deyil, qərara uyğun çıxarış vermişdir. İddiaçı məhkəməyə həmin tikililərin əvvəldən tikildiyini bildirmiş, bununla bağlı şübhə olduğu təqdirdə məhkəmə ekspertiza təyin etmək yolu ilə tikintinin köhnə tikili olduğunun müəyyən edilə bilməsini vurğulamışdır. Lakin məhkəmə iddiaçının xeyrinə araşd ırma aparmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protok ol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları tə sdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakim iyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdi q edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarın a icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; [35] 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; [36] 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ict imai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti mümk ündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunma mışdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya ş ikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından fərdi yaşayış evinin faktiki quruluşuna uyğun olaraq həmin ev üzərində iddiaçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkra rlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Bu qərarın 17-ci bəndində istinad olunmuş normalarda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, fərdi yaşayış evləri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və ya qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar-hüquqmüəyyənedici sənədlər qismində təsbit edilmişdir. Başqa sözlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün şəxs həmin normalarda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı birini qeydiyyat orqanına təqdim etməlidir.

27. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəmə qərarı əsasında verilmişdir. Belə ki, iş üzrə materiallara əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, 59,8 kv.metr yaşayış, 34,8 kv.metr köməkçi, cəmi 93,8 kv.metr sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması cavabdehə həvalə olunmuşdur. İddiaçı tərəfindən həmin məhkəmə qərarının mübahisələndirilməsi iş üzrə materiallardan görünmür.

28. Daşınmaz əmlakın bağışlanılmasına dair 18 dekabr 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən, sahəsi 93,8 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,01147 ha olan torpaq sahəsini müqavilədə göstərilən ölcülərdə İddiaçı4, İddiaçı2 və İd diaçı3 mülkiyyətinə vermişdir.

29. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 575041 saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ev və 0,01147 ha torpaq sahəsi daşınmaz əmlakın bağışlanılmasına dair 18 dekabr 2021-ci il tarixli müqavilədə göstərilən ölcülərdə İddiaçı4, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmışdır. 30. ünvan 3 ünvanında yerləşən evə və 0,01147 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, həmin ünvanda əlavə olaraq 2 y/otağı, köməkçi sahə və dükan inşa edilmiş, eyni zamanda 73,4 kv.metr torpaq sahəsi artırılmışdır. 31. 27 dekabr 2018-ci il tarixli məhkəmə qərarında və 575041 saylı Çıxarışda qeyd olunan ölçülərdən artıq tikililərə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olduğu iş üzrə materiallarla və mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Halbuki, qeydiyyata alınması tələb edilən faktiki tikili və torpaq sahəsi üzərində qanuni istifadə hüququnu təsdiq edən bu qərarın 17-ci bəndində istinad olunan normalarda nəzərdə tutulmuş sənədlərin iddiaçılar tərəfindən cavabdehə təqdim edilməsi mütləqdir. Lakin iddiaçılar tərəfindən istinad olunan normada təsbit edilmiş sənədlərdən hər hansı biri təqdim olunmadığı üçün, 27 dekabr 2018-ci il tarixli məhkəmə qərarında və 575041 saylı Çıxarışda qeyd olunan ölçülərdən artıq tikililər də nəzərə alınmaqla faktiki quruluşuna uyğun, ümumi sahəsi 134,32 kv.m olmaqla fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası bu qərarın 17-ci bəndində istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 15-ci maddələrinin tələblərinə uyğun hesab edilməlidir.

33. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1514/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar