Məhkəmə qərarları › İş №2-1(102)-891/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-891/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-891/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; qaynaqçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2-1(106)-515/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, 14 avqust 1973-cü il tarixdən ƏliBayramlı Balıqartırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü i tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olm uş, 05 yanvar 1977-ci il tarixdən 09 oktyabr 1985-ci il tarixədək Əli-Bayramlı Balıqartırma və yetişdirmə təsərrüfatında elektrik qaynaqçısı, 1985-1992-ci illərdə həmin müəssisədə baş mühasib, 1992-1997-ci illərdə Meliorasiya-Mexaniki Təmir Zavodunda elektrik-qaz qaynaqçısı, 1997-1999-cu illərdə Əli-Bayramlı stansiyasının texniki mərkəzinin operatoru, xx.xx.1999-cu ildən "xxxx" BMMM-də icarə təmir sahəsində yükləyici, Neftin Komplekləşdirilməsi və Hazırlanması sexində təmirçi çilingər, daha sonra həmin sexdə texnoloji nasosların maşinisti və eyni müəssisədə xx.xx.2021-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir.

2. Əli-Bayramlı Balıqartırma və yetişdirmə təsərrüfatı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1973-cü ildən Əli- Bayramlı Balıqartırma və yetişdirmə təsərrüfatında 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildən hərbi xidmətə getmiş və xx.xx.1976-cı ildə hərbi xidmətdən qayıtmışdır. xx.xx.1977-ci ildə həmin təsərrüfatda 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, Bakı axşam Neft texnikumunun Ekonomist fakültəsini bitirdiyinə görə həmin təsərrüfata xx.xx.1985-ci ildə baş mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir.

3. X1ı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışdan görünür ki, iddiaçı X1ında 4-cü dərəcə elektrik qaynaqçısı işləmişdir. Onun Balıqçılıq təsərrüfatında güzəştli şərtlərlə yaşa görə pensiya hüqu qu verən peşələr vəzifələr üzrə iş stajı: X1ında 4-cü dərəcəli elektrik qaynaqçısı kimi xx.xx.1973 - xx.xx.1974, X1ında 4-cü dərəcəli elektrik qaynaqçısı xx.xx.1977 - xx.xx.1985, cəmi 9 il, 11 ay, 3 gün təşkil edir. 4. “X8 LTD” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 21 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən “X8 Limited” şirkətinin Anbar Təsərrüfatı Xidmətində anbardar vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) iddiaçının "xxxx" BMMM-də güzəştli şərtlərlə 01 il, 01 ay, 21 gün iş stajı var. Belə ki, 183/k nömrəli xx.xx.2001-ci il tarixli əmrlə xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" BMMM-in X7 və Vurulması sexində (NKHV sexi) 4-cü dərəcə texnoloji nasosların maşinisti peşəsində işləmişdir.

5. Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 09 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə 05 л/c nömrəli əmrə əsasən Meliorasiya-Mexaniki Təmir Zavodunun (keçmiş Əli-Bayramlı Mexaniki Təmir X5) Mexaniki sahəsinə 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsi üzrə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının ƏMnin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.1997-ci il tarixində 06 nömrəli əmrlə işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixədək işlədiyi dövr ərzində öz hesabına (ödənişsiz) məzuniyyətdə olmamışdır.

6. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş ИT-İ ******* nömrəli əmək kitabçanda xx.xx.1973xx.xx.1974-cü il, xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıının “X1 İdarəsi”ndə işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən dəqiqləşdirilməsi zamanı “X1 İdarəsi”nin X9 Filialında mühafizə olunan sənədlərində yuxarıda göstərilən dövrlərdə onun sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olmağına dair hər hansı məlumat aşkar edilməmişdir. Qeyd edilən faktlar X9 Filialı tərəfindən xx.xx.2021-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdə n, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 12 gün (xx.xx.1992xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiacıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçının tələbi hazırkı qərarın 1-6-cı bəndlərində sadalanan f aktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

9. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

10. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-14-21/2-263/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 811 nömrəli sərəncamınına əsasən "Azərbalıq" X6 Konserni ləğv edilmiş və həmin sərəncamın 2-ci bəndinə əsasən ölkə başçısının 2001 -ci il 29 mart tarixli 669 nömrəli Sərəncamının 1 -ci bəndində göstərilən digər müəssisə və təşkilatlar, o cümlədən, Əli-Bayramlı Balıqartırma və X2 və Təbii Sərvətlər Nazir liyinin tabeliyinə verilməmişdir. Bundan əlavə, X3 Xidmətinin müvafiq tabeli qurumunda qaynaqçı vəzifəsinin əmək funksiyası aşağıdakı kimidir: Elektrik avadanlıqlarına və qurğularına, nasos qurğularına, aqreqatların elektrik idarəetmə aparatlarına xidmət edir. Avadanlıq və qurğularda bütün təhlükəsiz qaynaq işlərini həyata keçirir. Bu avadanlıqlarda meydana çıxan nasazlıqları aradan qaldırır. Avadanlıqların təhlükəsizlik istismarını təmin edir. Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasına riayət edir. İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni m əhsulun və texnoloji proseslərin mənimsənilməsi üzrə iş aparır. Qaynaqçı vəzifəsi əmək şəraitinə görə ağır və zərərli iş hesab edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 saylı Qərarına əsasən əmək haqqına 1,12% əlavə ödəniş və Azərbaycan Respublikası Əmək Məcəlləsin 115-ci maddəsinin 1-ci bəndinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verilir.

11. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 24 iyul 2024-cü il tarixli, 21(120)-340/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının X1 İdarəsində işləməsi ilə bağlı sənəd lərin arxivə təqdim edilməməsi onun iradə ifadəsindən asılı olan hal deyil və ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də X1 İdarəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Eləcə də, inzibati orqanın imtinası iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

13. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd etmişdir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Lakin X1 İdarəsindən iddiaçının işlədiyi dövrün güzəştli iş stajı sayılması barədə arayış verilsə də, həmin dövrlə bağlı müaviq siyahının konkret bölməsi (kodu) qeyd edilməmiş və halhazırda həmin müəssisənin fəaliyyətsiz olması səbəbindən qeyd edilən arayışın alınması mümkün olmamışdır. Qeyd edilən isti qamətdə məhkəmə tərəfindən araşdırılma aparılmış və verilən sorğu məktubuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-14-21/2-263/2024 nömrəli cavab məktubuna əsasən qaynaqçı vəzifəsinin əmək funksiyaları qeyd edilərək həmin vəzifənin əmək şəraitinə görə ağır və zərərli iş hesab edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 saylı Qərarına əsasən əmək haqqına 1,12% əlavə ödənişlər edildiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsin 115-ci maddəsinin 1-ci bəndinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.1973-08.11,1974-cü il, xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasında “X1 İdarəsi”ndə işlədiyi müddət həm ümumi, həm də güz əştli iş stajı kimi qəbul edilməlidir. Belə olduğu halda, məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəşli iş stajının 12 il 06 aydan çox olduğu müəyyən edilir.

14. Məhkəmə qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən xx.xx.1973 - 08.11,1974-cü il, xx.xx.1977xx.xx.1992-ci il tarixləri arasındakı dövrdə iddiaçının işlədiyi vəzifənin (peşənin) əmək şəraitinə görə ağır və zərərli iş hesab edilməməsi və onun təqdim etdiyi arayışın həqiqətə uyğun olmadığı sübuta yetirilmir. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.

15. Eyni zamanda, iş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən təyin edilməli olsa da, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati or qana 01 fevral 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də iddiaçının ilkin müraciətinin iş materiallarına əsasən 01 fevral 2021-ci il tarixində edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 il ərzində, yəni 01 fevral 2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.X,Bəhmanov /sədrlik edən və məruzəçi/, S.F.Həsən ov və F.C.Hüseynov) 07 noyabr 2024-cü il tarixli, 2-1(106)-515/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışında müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə 12 iyun 2019-cu il tarixdə güzəştli şərtlərlə pensiyanın təyin olunması ilə bağlı müraciət etmişdir. Ona görə də iddiaçıya bu hal nəzərə alınmaqla pensiya ödənişi həyata keçirilməlidir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kass asiya şikayətinin dəlilləri:

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın, iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başl ayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. … 9.8. 1 yanvar 2006-c ı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir.... 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərd ə çalışarsa. 25. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqd im etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Ş ikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edi lmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları pro sessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması, xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.

35. İddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hansı tarixdən hesablanmalı olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın 11 iyul 2019-cu il tarixli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana ilk dəfə 12 iyun 2019-cu il tarixdə müraciət etmişdir. 36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, haz ırkı iş üzrə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun cavabdeh inzibati orqana ilkin müraciət etdiyi 12 iyun 2019-cu il tarixdən geriyə 3 il əvvəldən, yəni 12 iyun 2016-cı il tarixdən hesablanaraq ödənilməlidir. İddiaçıya pensiya ödənişinin bu qaydada həyata keçirilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadında təsbit edilmiş hüquqi mövqeyə və bu qəbildən olan işlər üzrə Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə uyğundur.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsas lanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2-1(106)-515/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar