Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-892/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması, əsaslandırılmamış qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-52/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarından idd iaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 8/62 hissəsi və “B” tikilisi (1 otaq) paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsini xahiş etmiş, cavabdeh 14.05.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, sözügedən mənzil Çıxarışa əsasən Nəsimi, Texniki Pasporta əsasən isə Nərimanov rayonunun ərazisində yerləşir. Yaranmış uyğunsuzluq aradan qaldırıldıqdan sonra sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri rayon İ cra Hakimiyyətinə təqdim edildikdə məsələyə yenidən baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus, xxxx ünvanında yerləşən paylı mülkiyyətdə olan binanın mağaza və aptek kimi fəaliyyət göstərən, yaşayış sahəsi hesab olunan hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildə mərhum anası X2 xxxx ünvanında yerləşən paylı mülkiyyət olan binanın mağaza və aptek kimi fəaliyyət göstərən 1 otağını qeyri-yaşayış sahəsi kimi almışdır. Sözügedən sahə, artıq 22 ildir ki, qeyriyaşayış sahəsi kimi, obyekt olaraq fəaliyyət göstərir. Həm in qeyri-yaşayış sahəsi, fəaliyyəti dövründə vergi orqanlarında qeyri-yaşayış sahəsi kimi (obyekt kimi) qeydiyyatdan keçmişdir, kommunal xərclər qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş həcmdə ödənilmişdir. Sözügedən sahəyə tərtib edilmiş texniki pasportda, həmin sahə qeyri-yaşayış sahəsi kimi göstərilmiş və belə də qeydiyyata alınmışdır. Hazırkı qeydiyyatla da bağlı sözügedən sahəyə mülkiyyət hüququ və evlərin texniki inventarlaşdırılmasına və qiymətləndilməsinə dair pasport verilmişdir. Həmin binada, eləcə də digər binalarda yerləşən və bu kimi fəaliyyət göstərən sahələr - obyektlər qeyri-yaşayış sahələrinə keçirilmişdir. Odur ki, cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinasını əsassız hesab edir.
5. Cavabdeh iddia tələbinə yazılı e tiraz təqdim etməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)2622/2019 saylı qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın iddiaçıya məxsus pay hissəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğundan, həmin daşınmaz əmlakın giriş-çıxış üçün başqa şəxslərin maraqlarına toxunmayan texniki imkanları olduğundan, həmçinin daşınmaz əmlakın paylı mülkiyyətçilərinin iddiaçıya məxsus payın qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə etirazları olmadığından, idd ia tələbi əsaslıdır və təmin edilməlidir.
8. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-52/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.Nuriyeva, hakimlər V.Ağayev və A.Hüseyn) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 2622/2019 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, ünvan 5 ünvanda yerləşən tikililərə dair texniki pasportun məlumatlarına əsasən tikililərin faktiki vəziyyəti ilə müqayisə aparılan zaman tədqiq olunan tikililərin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən iddia tələbi əsassızdır.
11. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, 1997-ci ildə iddiaçının mərhum anası X2, xxxx ünvanında yerləşən paylı mülkiyyət olan binanın mağaza və aptek kimi fəaliyyət göstərən 1 otağını qeyri- yaşayış sahəsi kimi almışdır. Sözügedən sahə artıq 22 ildir ki, qeyri-yaşayış sahəsi kimi, obyekt kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi, fəaliyyəti dövründə vergi orqanlarında qeyri-yaşay ış sahəsi kimi (obyekt kimi) qeydiyyatdan keçmişdir, kommunal xərclər qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş həcmdə ödənilmişdir. Sözügedən sahəyə tərtib edilmiş texniki pasportda da həmin sahə qeyri-yaşayış sahəsi kimi göstərilmiş və belə də qeydiyyata alınmışdır. Hazırkı qeydiyyatla da bağlı, bu sahəyə mülkiyyət hüququ və evlərin texniki inventarlaşdırılmasına və qiymətləndilməsinə dair pasport verilmişdir. Həmin binada, eləcə də digər binalarda yerləşən və bu kimi fəaliyyət göstərən sahələr - obyektlər qeyri-yaşayış sahələrinə keçirilmişdir. Lakin cavabdeh əsassız olaraq ona məxsus sahənin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina etmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyinə münasibətdə isə qeyd edilmişdir ki, iddiaçıya məxsus əmlakda hər hansı bir yenidənqur ma və ya sahələrin artırılması ilə bağlı təmir-tikinti işləri aparılmamışdır, mübahisəli sahələr qeyri-yaşayış sahəsi kimi istifadə edildiyindən texniki pasporta uyğun gəlməməsi normal haldır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nüma yəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Maddə 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Maddə 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələb lərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ə razi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Maddə 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arz uladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 54.3. İddianın dəyişdiril məsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. İlk növbədə qeyd olunmalıdr ki, iddiaçı tərəfindən 18.06.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verilmiş (iş v. 228), lakin apellyasiya məhkəməsi ərizəni iş materiallarına əlavə etsə də, ərizəyə münasibət bildirməmiş, bununla da İPM-nin 54-cü maddəsinin tələblərini pozmuşdur. Halbuki, apellyasiya məhkəməsi ərizəni İPM-nin 54-cü maddəsinin tələblərinə uyğun qiymətləndirməli idi.
22. Bundan əlavə, apellyasiya məhkəməsinin iddia tələbini rədd etməsinin əsasını Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.2021-c i il tarixli, 10/2804 saylı ekspert rəyi təşkil edir. Belə ki, məhkəmə kollegiyasının 09.09.2020-ci il tarixli 2-1(103)-549/2020 saylı qərardadı ilə iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 08.01.2019-cu il tarixli çıxarışa əsasən Bxxxx ümumi sahəsi 5688.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5: 62 x 8 =73.35 kv.m) və “B” tikilisi ( l otaq) İddiaçı mülkiyyətində olan yaşayış sahəsində neçə otaq mövcuddur və hər biri neçə kv.m. təşkil edir?
2. Həmin otaq (otaqlar) iddiaçının anası - X1 adına verilmiş 1963-cü ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki p asportuna uyğundur, ya yox?” sualları qoyulmuşdur. 15.01.2021-ci il tarixli, 10/2804 saylı ekspert rəyində suallara cavab olaraq qeyd edilmişdir ki, RX seriyalı ******* nömrəli, 08.01.2019-cu il tarixli çıxarışa əsasən Bxxxx ümumi sahəsi 568.5 kv.m. olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 kv.m: 62) x 8 + 73,35 kv.m və B tikilisi (1 otaq) İddiaçı mülkiyyətində olan sahələr faktiki olaraq 151.8 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə olunur və tədqiq olunan tikililərin daxilində faktiki olaraq yaşayış otaqlarının mövcud olmadığı müəyyən edilir. ünvan 5 ünvanda yerləşən tikililərə dair texniki pasportun məlumatlarına əsasən tikililərin faktiki vəziyyəti ilə müqayisə aparılan zaman tədqiq olunan tikililərin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən qəra rdadın bu sualı üzrə tədqiqat aparılmadı.
23. Apellyasiya instansiya məhkəməsi sözügedən ekspert rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, ünvan 5 ünvanda yerləşən tikililərə dair texniki pasportun məlumatlarına əsasən tikililərin faktiki vəziyyəti ilə müqayisə aparılan zaman tədqiq olunan tikililərin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən iddia tələbi əsassızdır, odur ki, təmin edilə bilməz.
24. Göründüyü kimi, sözügedən ekspert rəyində “Bxxxx ümumi sahəsi 568.5 kv.m. olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 kv.m: 62) x 8 + 73.35 kv.m və B tikilisi (1 otaq) X4 mülkiyyətində olan sahələr faktiki olaraq 151.8 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə olunur” qeyd edilsə də, ümumi sahəsi 568.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi 73.35 k v.m təşkil edir. Ekspert iddiaçıya məxsus sahəni hesablayarkən, “(568.5 kv.m: 62) x 8 = 73.35 kv.m” yazmaq əvəzinə, səhvən “+” işarəsindən istifadə etmiş, nəticədə iddiaçının ümumi mülkiyyətdə payı 151.8 kv.m və B tikilisi (1 otaq) kimi göstərilmişdir.
25. Bundan əlavə, apellyasiya məhkəməsi ekspert qarşısında tikililərin vəziyyətinin, X1 adına verilmiş 1963-cü ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna uyğun gəlib-gəlməməsi barədə sual qoymuşdur. Halbuki, iş materiallarından görünür ki, sözügedən əmlak iddiaçıya məxsus olmamışdan öncə “xxxx” MMC-nin mülkiyyətində olmuş (06.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 tərəfindən satılmışdır) və “xxxx” MMC-nin adına texniki pasport tərtib edilmişdir (iş v.139). Daha sonra iddiaçının xeyrinə həmin əmlak lizing ki mi yüklü edilmiş (90 ay müddətinə) və nəticədə iddiaçının mülkiyyətinə keçmişdir.
26. Belə olan halda, sözügedən tikililərin, həmin texniki pasporta və ya tikili iddiaçının mülkiyyətinə keçdikdən sonra onu adına tərtib edilmiş texniki pasport varsa, həmin texniki pasporta uyğunluğu yoxlanılmalı idi. Digər tərəfdən, iş materiallarında olan “B tikilisi”nə dair köhnə texniki pasportda (iş v.74) tikilidə mağaza, aptek, müdir otağı, qalereya olduğu qeyd edilmişdir.
27. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “ona məxsus əmlakda hər hansı bir yenidənqurma və ya sahələrin artırılması ilə bağlı təmir-tikinti işləri aparılmamışdır, mübahisəli sahələr qeyri-yaşayış kimi istifadə olunduğundan texniki pasporta uyğun gəlməməsi normal haldır”. Bundan əlavə, iddiaçı iddia ərizəsində də qeyd etmiş dir ki, “sözügedən sahə, artıq 22 ildir ki, qeyri-yaşayış sahəsi kimi, obyekt kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi, fəaliyyəti dövründə vergi orqanlarında qeyri-yaşayış sahəsi kimi (obyekt kimi) qeydiyyatdan keçmişdir, kommunal xərclər qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş həcmdə ödənilmişdir. Sözügedən sahəyə dair tərtib edilmiş texniki pasportda həmin tikililər qeyri-yaşayış sahəsi kimi göstərilmiş və belə də qeydiyyata alınmışdır.”
28. Hazırkı iş üzrə isə yuxarıda qeyd olunan hallar apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
29. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın (çıxarışa əsasən müəyyən edilmiş sahəyə uyğun olaraq) qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanuni əsasların olub-olmam ası Mənzil Məcəlləsinin 20-21-ci maddələrinə əsasən yoxlanılmalıdır. Digər tərəfdən, iddiaçının faktiki istifadəsində daha çox sahənin olması (apellyasiya məhkəməsinin qeyd etdiyi kimi) onun tələbini təmin etməkdən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı çıxarışa əsasən onun mülkiyyətində olan hissənin qeyri-yaşayış sahəsinə çevrilməsini tələb edir. İddiaçının faktiki istifadəsində daha çox sahənin olması isə onunla digər mülkiyyətçilər arasında həll edilməli olan məsələdir.
30. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbu l edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
31. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-c i il tarixli qərarı).
32. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). 33.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə ara şdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. 34.Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndəri lməlidir.
36. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-52/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.