Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-892/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs - "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs - "xxxx " MMC) qarşı mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1106/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V – AA*******, FİN –xxxxxxx) 1912.1949-cu ildə Azərbaycanda anadan olub.
2. İddiaçı “EVRO STROY-S“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzilin alınmasına dair 28 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə 15 saylı Müqavilə bağlamışdır.
3. Mənzilin tam dəyəri payçı yəni iddiaçı tərəfindən ödənilmiş və iddiaçı yuxarıda qeyd edilən mənzildə (qeydiyyatdadır) yaşayır.
4. İddiaçı 26 iyul 2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək, “EVRO STROY-S“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
5. Cavabdeh orqan 10 avqust 2021-ci il tarixli, **********43 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina edərək, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
6. İdd iaçı cavabdehə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “EVRO STROY-S“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzilin alınmasına dair 28 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə 15 saylı Müqavilə bağlamışdır. Mənzilin tam də yəri payçı yəni onun tərəfindən ödənilmişdir və "xxxx" MMC-yə borcu yoxdur, həmin mənzilin 31 avqust 2021-ci il tarixə kimi kommunal xidmət haqları onun tərəfindən tam ödənmişdir. Ona məxsus mənzil qazlaşdırılmış və bu barədə müvafiq sənədləşmə aparılmışdır. "xxxx" MMC-nin Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış binasının tikintisi 2014-cü ildə başa çatdırılmış və istismara qəbul olunmuş, mənzil tam təmir olunmuş və iddiaçı mənzildə yaşayır.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki,, aparılan araşdırma zamanı sözügedən mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmiş, bununla bağlı vətəndaşa **********43 qeydiyyat nömrəli 10.08. 2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış l ayihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur.
9. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-9748/2021 nömrəli (sədrl ik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır.
11. Məhkəmə hesab etmişdir ki, hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı cavabdehə təqdim edilmədiyi üçün inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavas itə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
12. İddiaçı həmin qərardan apellyasiya şik ayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(103)-1106/2022 nömrəli (hakimlər Aytən Oruczadə -sədrlik edən və məruzəçi, Elşən Kazımov və Mirzə Tağızadə) qərarı ilə apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli bina "xxxx" MMC tərəfindən payçılara istifadəyə verilmiş, sakinlər mənzillərini təmir etdirmiş və artıq 6-7 ildir ki, həmin bina faktiki olaraq istismara verilmişdir. Kassator hesab edir ki, əgər bina tam məskunlaşıbsa, yəni faktiki olaraq istismara verilibsə istismara icazə sənədinin tələb edilməsinin əhəmiyyəti yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə isə “ tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tiki ldiyini və ondan təyinat üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. İddiaçı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası apellyasiya şikayətinə baxarkən Azərbaycan Respublikası İPM-nin 11-13-cü, 14.3-cü, 15-ci, 18- ci, 48-ci, 58-ci, 59-cu, 68.1-68.3-cü, 73-cü, 74-cü, 82-ci, 87.1-ci, 87.8-ci maddələrinin tələblərini pozmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir.
17. Belə ki, “EVRO STROY-S“ MMC -nin Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış Binasının tikintisi 2014-cü ildə başa çatdırılmış və sakinlər mənzillərini təmir etdirmiş, binaya elektrik cəryanı verilmiş, kanalizasiya xətti işə salınmış, su xətti istismara qəbul olunmuş və bütün sakinlər həmin mənzildə yaşamağa buraxılmışlar. “EVRO STROY -S “ MMC -nin icraçı direktoru A. Baxşəliyev tərəfindən imzalanmış 029-2021/ss nömrəli, 16 avqust 2021 -ci il tarixli Arayışından da görünür ki, “Yeni ünvan 3 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzil tam təmirlidir və mənzildə yaşayış vardır". TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.9.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyy əti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 8.0.10.1 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, m əhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prose ssual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Belə ki, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini tə krarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, sözügedən mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********43 №li 10.08.2021-ci il tarixli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilm işdir.
27. Hazırkı qərarın 17-ci bəndində qeyd edilən maddi hüquq normaların tələbləri baxımından ərizəçi çoxmərtəbəli binada yerləşən mənzilə mülkiyyət hüququ qeydə alınması üçün daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırkı qərarın 17-ci bəndində qeyd olunan maddi hüquq normaların tələblərinə uyğun hərəkət etmişdir. Hazırkı halda iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı mənzilin yerləşdiyi bina qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, a pellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsi olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı onun tələbinin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1106/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qə