Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-892/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Ziyatxanova Məryəm Cabir qızının cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikiliyə yaşayış yeri üzrə qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Ziyatxanova Məryəm Cabir qızının cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-3095/2022 nömrəli qərarından iddiaçı Ziyatxanova Məryəm Cabir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)162/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və Ziyatxanova Məryəm Cabir qızının iddiaçılar X2, X3, X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqları itirilməklə həmin evdən çıxarılmaları qət edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Apellyasiya və kassasiya instansi ya məhkəmələri tərəfindən həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
2. İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Ziyatxanova X4 rayon Polis İdarəsinə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən evə yaşayış yeri üzrə qeydiyyata alınmalarını xahiş etmişlər.
3. Qaradağ rayon Polis İdarəsi onların müraciətini təmin etməmiş və 15 mart 2022ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, göstərilən ünvana qeydiyyata alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin Qeydiyyat Məsələləri İdarəsinə təqdim olunması vacibdir. Lakin yuxarıda göstərilən sənədlər Qaradağ RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alın ma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Ziyatxanova Məryəm Cabir qızı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunazidd hesab edilməsi və onların ünvan 3 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X6 qarşı miras əmlakın bölünməsi tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə prosesi zamanı barışıq sazişi bağlanmış, Qaradağ Rayon Məhkəməsinin 13 may 2011-ci il tarixli, 2(002)-348/2011 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsinin divardan-divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə sahənin özünə yaşayış şəraiti yaradılması üçün İddiaçı2 ayrılması müəyyən edilmişdir. X1 onlara qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)-162/2019 saylı qətnaməsi ilə təmin edilmiş, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqlarını itirməklə həmin ünvandan çıxarılması qət edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (102)5587/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin gəldiyi nəticəyə görə tərəflərin yaşayış sahəsinə münasibətdə hüquqi vəziyyəti onların arasında bağlanmış barışıq sazişi əsasında yaranmış və sazişin şərtlərinə əməl etməklə X8, onun vəfatından sonra isə ailə üzvləri evə mülkiyyət hüququ əldə etmiş, onlar ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etdiklərindən və yaşayış sahəsi ilə təmin olunduqlarından onların evdən çıxarılması qanunvericiliyə uyğun olmuşdur. Hazırda onlar göstərilən məhkəmə qətnamələrinə əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13-dən pasport qeydiyyatından çıxarılmışl ar. Məhkəmə qətnaməsi ilə təsdiq edilən ünvanda yəni, ünvan 4öçüb orada yaşamaqla heç bir ünvanda pasport qeydiyyatları yoxdur. Qanunvericiliyin tələbinə görə vətəndaş yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bununla bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət etsələr də, müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.
6. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Aparılan araşdırma nəticəsində ünvan 3 ünvanının digər yaşayış sahəsinə verilməsi barədə məlumat aşkar edilməmişdir.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2000-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (xx.xx.2021-ci il tarixdə şəxsiyyət vəsiqəsi “qeydiyyatdan çıxma” səbəbi ilə ləğv edilərək fəaliyyətsizləşdirilmişdir) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13-də, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (xx.xx.2021-ci il tarixdə şəxsiyyət vəsiqəsi “qeydiyyatdan çıxma” səbəbi ilə ləğv edilərək fəaliyyətsizləşdirilmişdir) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13-də, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı3 xx.xx.2022-ci il tarixdən hazıradək Ba kı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 3, giriş-A, mənzil 71-də, xx.xx.1993-cü il təvəllüdlü Ziyatxanova Məryəm Cabir qızı xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim H.A.Ağalarov) ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. İddiaçıların qeydiyyata alınması tələbini irəli sürdüyü tikilinin yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə yanaş ı, həmin tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malik deyildir. Həmin ünvan üzrə hər hansı şəxs qeydiyyata alınmamışdır. İddiaçıların pasport qeydiyyatına alınmalarını tələb etdikləri əmlak özbaşına tikili olduğundan onlar qanunvericiliklə tələb olunan yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlər təqdim edə bilmirlər.
10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və A.P.Oruczadə) 23 dekabr 2022-ci il t arixli, 21(103)-3095/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8146/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ RİH Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilən ünvan vahid ünvan göstəriciləri hesab oluna bilməz. Arayışı tərtib etmiş orqan qeyd edilən əraziyə ünvan vermək səlahiyyətinə malik deyildir. Həmçinin iddiaçıların qeydiyyata düşmək istədikləri yer yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qanunsuz tikilidir.
13. İddiaçılardan Ziyatxanova Məryəm Cabir qızı həmin qərardan kassasiya şikayəti verər ək qərarın ləğv olunmasını və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdirr. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə iddia ərizəsinin məzmunu eynilik təşkil edir. Əlavə olaraq şikayətdə göstərilmişdir ki, məhkəmə qətnaməsi ilə onlara ayrılmış torpaq sahəsində ev tikməklə yaşasalar da, həmin ünvana pasport qeydiyyatına alınmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun M a d d ə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respubl ikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqı nda ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. M a d d ə
8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşd ırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarından yalnız iddiaçı Ziyatxanova Məryəm Cabir qızı kassasiya şikayəti verdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ona aid hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, habelə iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmışdır.
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İddiaçı ünvan 3 ünvanı üzrə pasport qeydiyyatına alınmasını tələb edir. Məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının pasport qeydiyyatına alınması tələbini irəli sürdüyü tikilinin yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə yanaşı, həmin tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) mal ik deyildir. Həmin ünvan üzrə hər hansı şəxs də qeydiyyata alınmamışdır. 24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yuxarıda sadalanmış normalarının tələblərinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlərdən birini təqdim etmiş olmalıdır. İddiaçı tərəfindən isə belə bir sənəd təqdim olunmamışdır. Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə inzibati orqan qeydiyyatın aparılmasından imtina etməkdə haqlıdır. Ona görə də, cavbadehin imtinası qanuni olmuşdur.
25. İddiaçıların barışıq sazişini təsdiq edən məhkəmə qərarına əsasən sözügedən ünvanda yerləşən evi inşa etməklə uzun müddətdir orada yaşadıqları ilə bağlı dəlillə əlaqədar olaraq isə kollegiya qeyd edir ki, bu halın özü də pasport qeydiyyatına alınma tələbini təmin etməyə imkan vermir. İddiaçılar sözügedən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olduqdan sonra həmin ünvana pasport qeydiyyatına alınma tələbini yeni əsasla qaldıra bilərlər.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ziyatxanova Məryəm Cabir qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 23 dekabr tarixli, 21(103)-3095/2022 nömrəli qərarı Ziyatxanova Məryəm Cabir qızına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.