Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-893/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə qarşı “16.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-717/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur, hazırda Şəki rayonunun Kiş kəndində qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 1969, 1971-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda tütünçü, 10.09.1977-ci il tarixdən 06.11.1977-ci il tarixədək X3 teleqrafçı şagirdi işləmiş, 21.11.1977-ci il tarixdən 13.11.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddət də ona 01.12.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, 17.04.1978-ci il tarixdən 25.05.1978-ci il tarixədək Kirovo-Çepetsk Tikinti İdarəsində bölmə briqadirləri - komandirləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmişdir. 89 nömrəli Tikinti-Quraşdırma idarəsi (MCУ-89) tərəfindən verilmiş 01.07.1978-ci il tarixli vəsiqəyə əsasən iddiaçı, hündürlükdə işləməyə yararlı hesab edilərək 01.07.1978-ci il tarixdən 13.11.1979-cu il tarixədək termoizolyasiyaçı işləmişdir. İddiaçıya hərbi xidmətə olduğu və işlədiyi dövrdə 01.09.1978ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə 3 dərəcə verilmişdir. İddiaçı 04.01.1980-cı il tarixdən 20.03.1980-cı il tarixədək X2 zavodunun Qışlaq-2 məntəqəsində tütün qəbulu məntəqəsində fəhlə, 22. 09.1980-cı il tarixdən 24.03.1981-ci il tarixədək “Azərelekrtoişıq” İstehsalat Birliyinin starter istehsalı üzrə sexində çilingər və təmirçi çilingər, 24.03.1981-ci il tarixdən 19.10.1983-cü il tarixədək həmin sexdə sazlayıcı, 11.11.1986-cı il tarixdən 17.04.1987-cı il tarixədək və 06.11.1987-ci il tarixdən 15.04.1988ci il tarixədək X1 zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı), 15.08.1988-ci il tarixdən 01.09.1993-cü il tarixədək Şəki şəhər 6 nömrəli Kiş orta məktəbində rus dili müəllimi işləmişdir. 01.09.1993-cü il tarixdən həmin məktəbdə psixoloq işləyir. Qeyd edilənlərin təsdiqi üçün iddiaçı məhkəməyə Şəki Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli 2(075)-1082/2018 nömrəli qətnaməsini, Kirovo-Çepetsk Tikinti İdarəsi tərəfindən verilmiş vəsiqəni, 08.04. 1980-cı il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasını, 89 nömrəli Tikinti-Quraşdırma İdarəsi (MCУ-89) tərəfindən verilmiş 01.07.1978-ci il tarixli vəsiqəni, НЗ seriyalı ******* nömrəli hərbi bileti və ona əlavəni təqdim etmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 06.06.2018ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə (bundan sonra – cavabdeh) qarşı müraciət etmiş, cavabdeh 23.07.2018-ci il tarixli 80/3-467 nömrəli əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə bildirişlə onun müraciətini cavablandırmişdır. Cavabdeh bildirmişdir ki, tələb olunan güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, onun işlədiyi illərin güzəştli iş stajı kimi hesablanması üçün qanuni əsaslar mövcuddur. Belə ki, onun tütünçü, izolyasiyaçı, çilingər, sazlayıcı, aparatçı kimi iş stajı var və həmin peşələr güzəştli şərtlə pensiya hüququ verən iş stajı kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1524/2018 saylı qərarı ilə (hakim: R.A.Məcidov) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 16.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-717/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: G.Q.Abbasov və R.R.Rəfiyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(86)-1524/2018 saylı qərarı ləğv edil miş, iddia təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə 12 il 6 ay müddətə xüsusi əmək stajı mövcud olmadığına görə o, 57 yaşında güzəştli şərtlə pensiya almaq hüququ qazanmır. Belə vəziyyətdə iddiaçı yalnız hazırda qüvvədə olan qanuna əsasən ümumi pensiya yaşının çatması müddətini gözləməlidir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, eləcə də hüquq normalarını tətbiq edərkən onları səhv təfsir etmişdir. Belə ki, apelyasiya məhkəməsi 18.12.2012-ci il tarixli 11 43 nömrəli arxiv arayışına əsasən iddiaçının 1969, 1971-1976-cı illərdə kolxozda işləyərkən minimum əmək və adam günü normasını (240 gün) yerinə yetirmədiyi, beləliklə də həmin illərin tam şəkildə iddiaçının iş stajına daxil edilməsinin qanunsuz olması barədə nəticəyə gəlsə də, müəyyən edilmiş əmək iştirakı minimumunun iddiaçı tərəfindən yerinə yetirilməməsinin üzrsüz səbəblərdən baş verməsinə dair işdə məlumat yoxdur. Kassator qeyd edir ki, işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara hərtərəfli qiymət verilməmiş, ziddiyyətli məqamlar araşdırılmadan qərar qəbul edilmiş, bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respub likası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəl diyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Hazırkı işdə apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının kolxoz üzvü kimi kolxozda işləyərkən minimum əmək iştirakı norması 240 adam günü müəyyən edildiyi halda (1969-cu il üçün 104 adam günü, 1970-ci ildə mövcud deyil, 1971-ci ildə 135 adam günü, 1972-ci ildə arxiv arayışına əsasən 78 adam günü, 1973-cü ildə 117 adam günü, 1974-cü ildə 312 adam günü, 1975-ci ildə 187 adam günü, 1976-cı ildə isə 78 adam günü), iddiaçının işlədiyi adam günləri müəyyən edilən normalardan aşağı olmuş, yalnız 1974-cü ildə 312 adam günü olmaqla 240 adam günü normasından artıq olmuşdur. Bu qaydada hesablanarsa iddiaçının işlədiyi 07 il müddətində iş stajı (104+135+ 78+117+312+187+78=101 adam günü/240 illik adam günü norması= 4 il 02 ay 13 gün) 04 il 02 ay 13 gün hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanununun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı ill ər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1969, 1971-1976-ci ildə işlədiyi kolxozda əmək iştirakı minimumunun üzrlü səbəbdən yerinə yetirilib-yetirilmədiyi apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, yuxarıda qeyd edilən qanunun dispozisiyasında əmək iştirakı (adam günü) minimumu yalnız üzrlü səbəb olmadan yerinə yetirilmədiyi halda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minumum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qeyd edilən bu hal hazırkı iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya məhkəməsi həmin halın aydınlaşdırılması üçün öz səlahiyyəti çərçivəsinə tam və hərtərəfli araşdırma aparmamış, iddiaçının 1969, 1971-1976-cı illərdə (1974-cü il istisna olmaqla) kolxozda işləyərkən minimum əmək və adam günü normasını (əmək günü norması 240 gün müəyyən edilmişdir) yerinə yetirməməsinin üzürlü və ya üzürsüz səbəbl ərdən baş verməsini aydılaşdırmamışdır. Beləliklə də, apelyasiya məhkəməsi hazırkı mübahisənin həllinə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsini tətbiq etsə də, həmin maddənin dispozisiya şətrlərinin tam ödənilibödənilməməsini yoxlamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-717/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-893/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-893/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver