Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-893/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimləri Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)-1493/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin əmək pensiyası təyin edən komissiyasının 4 iyun 2018-ci il tarixli, 943 nömrəli qərarına əsasən iddiaçıya 15 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Həmin qərarın verilməsinə əsas olmuş pensiya işindəki sənədlərə əsasən cavabdeh tərəfindən iddiaçının: - 1 may 1973-cü il tarixdən 1 may 1976-cı il tarixə qədər hərbi xidmətdə olması, 21 sentyabr 1972-ci il tarixdən 26 aprel 1973-cü il tarixə, 26 iyul 1976-cı il tarixdən 1 iyun 1987-ci il tari xə, 9 iyun 1987-ci il tarixdən 7 yanvar 1991-ci il tarixə, 8 yanvar 1991-ci il tarixdən 1 yanvar 1992-ci il tarixə, 4 oktyabr 2001-ci il tarixdən 4 iyul 2003-cü il tarixə və 7 iyul 2003-cü il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər işlədiyi illər nəzərə alınaraq 1 yanvar 2006-cı il tarixə qədər cəmi 23 il 2 ay 25 gün əmək stajı; - 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2018-ci il tarixədək 12 il 2 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və 1 yanvar 2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 24916,41 manat pensiya kapitalı nəzərə alınmışdır.
3. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - 8 yanvar 1991-ci il tarixdə X2 köçürmə yolu il ə "xxxx" Kiçik Müəssisəsinə növbə rəisi vəzifəsinə işə götürülmüş; - 1 dekabr 1991-ci il tarixdə mexanik vəzifəsinə keçirilmiş; - 5 may 1993-cü il tarixdə "xxxx" X4 Maşınqayırma zavoduna birləşməsi ilə əlaqədar 11 nömrəli sexdə 1-ci kateqoriyalı mühəndis-konstruktor vəzifəsinə qəbul edilmiş; - 2 yanvar 2001-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən "xxxx" Kiçik Müəssisəsindən işdən azad edilmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 27 yanvar 2020-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən iddiaçının şöbəyə təqdim etdiyi əmək kitabçasında 1 avqust 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrün sığorta stajına hesablanmasından imtina olunmuşd ur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı 4 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 8 yanvar 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın 15 oktyabr 2018-ci il tarixdən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 1954-cü ildə anadan olmuş, 21 sentyabr 1972-ci ildə əmək fəaliyyətinə başlamış, 26 aprel 1973-cü ildə hərbi xidmətə göndərilmiş və üç il hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən 4 saylı Tikinti Trestində əmək fəal iyyətini davam etdirmişdir. 1 iyun 1987-ci ildə Keşlə Maşınqayırma zavoduna keçirilmiş və orada işləmişdir. 7 yanvar 1991-ci ildə X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsinə keçirilmə yolu ilə işdən azad edilmiş və 8 yanvar 1991-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinə növbə rəisi vəzifəsinə işə götürülmüşdür. 1 dekabr 1991-ci il tarixdə "xxxx" KM-də mexanik vəzifəsinə keçirilmişdir. 5 may 1993-cü ildə "xxxx" KM-nin Keşlə Maşınqayırma zavoduna birləşməsi ilə əlaqədar 11 nömrəli sexdə 1ci kateqoriyalı mühəndis konstruktor vəzifəsinə qəbul edilmişdir. 2 yanvar 2001-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsindən işdən azad edilmişdir. 4 oktyabr 2001-ci ildə İ.Allahverdiyev adına Gəmiqayırma zavodunda 3-cü dərəcəli mühəndis-çilingər vəzifəsinə qəbul edilmişdir. 4 iyul 2003-cü il tarixdə həmin zavoddan işdən azad edilmişdir. 7 iyul 2003-cü il tarixində "xxxx" QSC-nin X1 Qaradağ kompressor üzrə operator vəzifəsinə qəbul edilmiş, 24 aprel 2018-ci il tarixdə işdən azad edilmişdir. Ümumi əmək stajı 46 ilə bərabər olmuşdur. 7. 15 oktyabr 2018-ci il tarixdə yaşının 63 yaş yarım olması ilə bağlı ona əmək pensiyası təyin edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona əmək pensiyası təyin edilərkən 8 yanvar 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixə kimi X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsində işlədiyi əmək stajı hesablanmamışdır. DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət edərək, 8 yanvar 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyasının 15 oktyabr 2019-cu il tarixdən hesablanıb ona v erilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh ona imtina məktubu verərək əmək kitabçasında 1 avqust 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığı qeyd etmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçı 8 yanvar 1991-ci ildən 2 yanvar 2001-ci ilə kimi X3 tərkibində yaradılan "xxxx" kiçik müəssisəsində işlədiyini iddia edir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin müvafiq sorğuya cavabında qeyd olunmuşdur ki, "xxxx" kiçik müəssisəsi 22 aprel 1998-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. İddiaçı 1991-ci il tarixindən sözügedən müəssisədə işlədiyini iddia etsə də, müəssisə 1998-ci ildə dövlət qeydiyyatına alınmış və məhz həmin tarixdən fəaliyyət qabiliyyəti əldə etmişdir. Dövlət qeydiyyatından əvvəl müəssisənin hər hansı fəaliyyəti qanuni hesab oluna bilməz. Bundan əlavə, işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqları ödənilməlidir. "xxxx" kiçik müəssisəsinin sığortaedən kimi uçota alınması haqqında heç bir məlumat aşkarlanmamışdır.
9. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 iyun 2020-ci il tarixli, **********315500 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində 30 noyabr 1990-cı il tarixdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsinin (köhnə VÖEN: 1********) 22 aprel 1998-ci il tarixdə vergi uçotuna dayanması b arədə məlumat mövcuddur. Müəssisə 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir.
10. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 01/66 saylı, 04 sentyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Nazirlər Kabinetinin 1 aprel 2009-cu il tarixli, 60 saylı qərarı ilə "xxxx" TASC-nin "xxxx" ASC-yə qoşularaq yenidən təşkil olunması zamanı "xxxx" TASC tərəfindən təhvil verilmiş sənədlər arasında həmin zavodun tərkibində yaradılan "xxxx" kiçik müəssisəsinə aid heç bir sənəd yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3029/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qe yd etmişdir ki, iddiaçının 8 yanvar 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixə kimi "xxxx" Kiçik Müəssisəsində işləməsi iş materiallarına əlavə olunmuş əmək kitabçasında öz əksini tapsa da, "xxxx" Kiçik Müəssisəsi 22 aprel 1998-ci il tarixdən vergi uçotuna dayandığından iddiaçının 8 yanvar 1991-ci il tarixdən 22 aprel 1998-ci il tarixədək olan dövrdə həmin müəssisədə işlədiyi dövr üzrə sosial sığorta haqlarının ödənilməsi mümkün deyildir. İddiaçının "xxxx" Kiçik Müəssisəsində işlədiyi dövr üzrə ümumiyyətlə məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsi müəyyən edilməmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı iddia tələbin in dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək onun 8 yanvar 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın 15 aprel 2018-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə 11 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı inzibati icraata qəbul edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)-1493/2021 nömrəli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər S.Bəktaşi və H.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3029/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçının 8 yanvar 1991-ci il tarixdən 2 yanvar 2001-ci il tarixə kimi işlədiyi əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın 15 aprel 2018-ci il tarixdən ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən pensiya hesablanarkən 1 yanvar 2006-cı ilə qədər iddiaçının əmək kitabçasında qeyd edilən işlədiyi dövr, hərbi xidmət illəri, həmçinin 8 yanvar 1991 - 1 yanvar 1992-ci illər ("xxxx" kiçik müəssisəsində işlədiyi müddət) də göstərilməklə, cəmi 23 il 02 ay 25 gün ümumi sığorta stajı hesablanmış, cavabdeh iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi dövrü qismən qəbul etmiş, 1 yanvar 1992 - 2 yanvar 2001-ci il dövrünü qəbul etməmişdir. İddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd əmək kitabçası olmuşdur. Qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Bu halda, əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir.
17. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi və ya inzibati işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən işləmiş olduğu "xxxx" kiçik müəssisəsinin müvafiq sənədləri dövlət arxivinə təhvil verilməmiş, həmçinin iddiaçı sözügedən müəssisədə 8 yanvar 1991-ci il tarixdən işlədiyini qeyd etsə də, həmin müəssisə 22 aprel 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Sözügedən mübahisə üzrə tam, hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, həqiqətin aşkara çıxarılması məqsədilə bu xüsusatların məhkəmə baxışı zamanı araşdırılmaqla sübut edilməsini iş üçün zəruri etsə də, məhkəmə bu halları araşdırmadan qərar qəbul etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən lazımi qaydada məlumatlandırılmamış, işə cavabdehin iştirakı olmadan baxılmış və qəbul edilmiş qərarın cavabdeh orqana təqdim edilməsi təmin olunmamışdır. Qərar icra edilməsi üçün göndərilmişdir. Bundan sonra sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək 9 fevral 2022-ci il tarixdə rəsmi qaydada əldə edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin axımı həmin tarixdən başlamışdır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək f əaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-). 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı s übuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət müm kün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xü susən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsini n qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Cavabdehin mübahisələndirdiyi 1 avqust 1991 - 2 yanvar 2001-ci il tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, "xxxx" kiçik müəssisəsinin 22 aprel 1998-ci il tarixindən vergi uçotuna dayanması və həmin müəssisəsinin sığortaedən kimi uçota alınması haqqında heç bir məlumat aşkarlanmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.
33. Cavabdehin öz etirazının və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 1 avqust 1991-ci ildə baş lamış, əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 2001-ci ilədək davam etdirmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin 22 aprel 1998-ci ildə vergi uçotuna dayanması iddiaçının həmin tarixədək qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.
34. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
35. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
36. Qərarın 23-cü bə ndində qeyd olunan, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin lazımi qaydada məlumatlandırılmaması və işə cavabdehin iştirakı olmadan baxılması ilə bağlı dəlilə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. İş materialları ilə müəyyən olunur ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin ünvanı ünvan 1nla aparılmış, cavabdehin nümayəndələri birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmişlər.
39. İş Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə müvafiq olaraq cavabdehin işdə ola n ünvanına (ünvan 2 il tarixli məhkəmə bildirişlərini göndərmiş, qeyd edilən məhkəmə bildirişlərinin zərfi “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlu m olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
42. Cavabdeh ünvanın dəyişməsi barədə məlumatı məhkəməyə təqdim etməmiş, ona görə də, məhkəmə tərəfindən bütün bildiriş və məktublar cavabdehin işdə olan və yazışmaların aparıldığı ünvanına göndərilmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)-1493/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.