Məhkəmə qərarları › İş №2-1(102)-894/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-894/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-894/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.06.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsə rrüfatı Birliyi) qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2021-ci il tarixli, 21(103)-1884/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-yə mənzilə dair kirayə müqaviləsi və ya order verilməsi barədə müraciət etmiş, iddiaçıya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan yaşayış, qeyri-yaşayış, o c ümlədən Xətai rayonu, 830-cu keçiddə yerləşən 35 saylı bina 3 saylı XT MKTB-nin balansına verilmişdir. Balansa verilərkən ona aid olan mənzilə dair heç bir hüquqi sənəd təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 830-cu keçid, ev 35-də yerləşən 123-124 saylı mənzilə kirayə müqaviləsinin bağlanması və ya orderin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 5000 manat vəsaitin tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Gəncə prospekti, ev 35, 123-124 nömrəli mənzilə dair (orderin verilməsi) kirayə müqaviləsinin b ağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. iddiaçının əsaslandırılması:

5. İddiaçının atası X5 vaxtilə işlədiyi “Azneftkimyatəmir” tresti tərəfindən mənzil növbəsində birinci olduğuna və evləri olmadığına görə ona və ailə üzvlərinə 2030-cu məhəllə (830-cu keçid) ev 35-də yerləşən ailəvi yataqxanada boşalan 123-124 saylı mənzillər ayrılmış (ümumilikdə 7 nəfər). Mənzil trestin 25 avqust 1994-cü il 9 nömrəli protokoluna əsasən verilmişdir. Trestin verdiyi 25 avqust 1994-cü il 9 nömrəli protokolda göstərilmişdir ki, “Azneftyağ” İB tərəfindən göstərilən 123-124 saylı mənzilə order verilsin, orderə ailə üzvləri daxil edilsin. 2020-ci ild ə atası “Azneftyağ” İB-nə kirayə müqaviləsinin alınması üçün müraciət etdikdə ona bildirilmişdir ki, sözügedən yataqxanalar Bakı şəhəri MKTD-nin balansına verilmişdir. Atası kirayə müqaviləsini almaq üçün MKTD-yə müraciət etmişdir. Onlar isə öz növbəsində tabeçiliyində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-yə həvalə etmişlər. Sonradan atası vəfat etdikdən sonra o, 3 saylı Xüsusi Təyinatlı MKTB-yə mənzilə dair kirayə və ya order verilməsi barədə müraciət etmişdir. 3 saylı Xüsusi Təyinatlı MKTB isə öz növbəsində cavab olaraq bildirmişdir ki, onlara aid olan hüquqi sənəd Dövlət Neft Şirkətindən təhvil verilməmişdir, bununla bağlı orderin verilməsi səlahiyyətləri xaricindədir. Hesab edir ki, ona verilən cavab qanunsuzdur, əsassızdır və onun hüquqlarının pozulmasına gətirib çıxarır. cavabdehin e tirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 yanvar 2012ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən təhvil verilən mənzil fonduna aid sənədlər arasında qeyd edilən binanın 123-124-saylı mənzillərinə dair hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdi r.

7. Əlavə olaraq da bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 4 iyun 2020-ci il tarixli, 2-1(112)-3668/2020 saylı qərardadı ilə iddiaçı X4 cavabdeh Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı “X6 830-cu keçid, ev 35-də yerləşən 123-124 saylı mənzilə kirayə müqaviləsinin bağlanması və orderin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması, həmçinin iddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 5000 manat mənəvi ziyanın tutulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)- 1357/2020 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İ nzibati Məhkəməsinin 2-1(112)-4469/2021 saylı, 31 may 2021-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzilin hazırkı iş üzrə İddiaçı, o cümlədən onun atası X1 və istifadəsinə verilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. İddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçının iddiası təmin edilməməlidir.

10. İddiaçı həmin qərardan apellya siya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 7 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1884/2021 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(112)-4469/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə apellyasiya instansiyası mə hkəməsinə ərizə vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1884/2021 nömrəli iş üzrə qərardadı ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi rədd edilmişdir.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(102)-2284/2021 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən v ə məruzəçi, Z.Quliyev və S.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. İddiaçı apellyasiya instansiyası məhkəməsinə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə təkrar ərizə ilə müraciət edərək bildirmişdir ki, “Covid” pasportu olmadığı üçün “Asan Xidmət” Mərkəzi, DOST Mərkəzi və X3 işsizlik barədə arayışlar ala bilməmişdir. Bu arayışları əldə edə bilmədiyi üçün o, dövlət hesabına vəkillə təmin edilməmişdir. Lakin iddiaçı işsizliyi barədə arayışı 24 yanvar 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən alm ış və məhkəməyə təqdim etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(103)-1884/2021 nömrəli qərardadı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Hüseyn) iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmişdir.

19. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1884/2021 nömrəli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə sübutun predmetindən kənara çıxıb işi aidiyyəti olmayan sübutlarla qərar qəb ul etmişdir. Qanun müəyyən edir ki, tərəflərin tələb və tərəddüdlərini əsaslandıran hallar, habelə iş üçün əhəmiyyət kəsb edən digər hallar (MPM-nin 80-81 maddəsi) sübuta yetirilməlidir. Qeyd etmək lazımdır ki, sübut etmə predmetinə müxtəlif faktor və halların mürəkkəb məcmusu daxildir. Hər şeydən əvvəl, sübut etmə predmeti iddianın əsası olan və ya ona qarşı iradların əsası olan hüquqi faktlarla müəyyən edilib. Beləliklə, sübutetmə predmeti istiqamətini maddi hüquq normasına tərəf dəyişmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəm iyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti vermək üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunm ası barədə apellyasiya instansiyası məhkəməsinə ərizə vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi rədd edilmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. İddiaçı apellyasiya instansiyası məhkəməsi nə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə təkrar ərizə ilə müraciət edərək bildirmişdir ki, “Covid” pasportu olmadığı üçün “Asan Xidmət” Mərkəzi, DOST Mərkəzi və X3 işsizlik barədə arayışlar ala bilməmişdir. Bu arayışları əldə edə bilmədiyi üçün o, dövlət hesabına vəkillə təmin edilməmişdir. Lakin iddiaçı işsizliyi barədə arayışı 24 yanvar 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən almış və məhkəməyə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022ci il tarixli, 2-1(103)-1884/2021 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmişdir. Həmin qərardad icra olunaraq 10 mart 2022-ci il tarixli orderlə vəkil təyin edilmiş, vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 15 mart 2022-ci il tarixdə poçt xidmətinə təqdim edilmişdir. İddiaçı, həmçinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, müddətin ötürülməsinin səbəbi kimi yuxarıda qeyd olunan halları göstərmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində göstərdiyi dəlillərini, o cümlədən bu qərarın 23, 24-cü bəndlərində göstərilənləri nəzərə alaraq prosessual müddətin üzrlü səbəblərdən ötürüldüyü qənaətinə gəlir.

26. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istin ad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 35, 123-124 nömrəli mənzillərə dair (orderin verilməsi) kirayə müqaviləsinin bağlanması üçün həmin mənzillər üzərində onun hüquqlarının yarand ığını təsdiq edən hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1884/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar