Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-894/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A- 178-055 nömrəli məktubunun ləğv edilməklə, onun etibarsız sayılması və mənəvi ziyan” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-126/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 14 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənovanın göndərdiyi 22 noyabr 2021-ci il tarixli məktubun ləğv edilməklə, onun etibarsız sayılmasını müəyyənləşdirən müvafiq məhkəmə qərarının çıxarılmasını, ona və bütünlüklə onların ailələrinə 10.000 (on min) AZN məbləğində mənəvi ziyan cavabdeh təşkilatdan alınaraq ona ödənilməsini, Elnarə Həsənovanın ciddi cəzalandırılmasını təmin edəcək müvafiq məhkəmə qərarının çıxarılmasını, Cavabdeh başçısı Rafiq Cəlilovun və Millət Vəkili Elman Nəsirovun barəsində müvafi q Xüsusi Qərardadın çıxarılmasını həyata keçirib, səlahiyyətli bu şəxslərin hər biri barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Azərbaycan Respublikasının Milli Məclis Aparatına göndərilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonunun Dələli kəndində üç nəfər şəhidin xatirəsinə tikilmiş bulağın açılışında rayon İcra Hakimiyyəti başçısının və deputat Elman Nəsirovun çıxışı zamanı birinci və ikinci Qarabağ müharibəsi şəhidləri arasında fərq qoyulmuş, çıxışlar zamanı şəhid ailələrinə söz verilməmiş, iddiaçının şəhid oğlunun və digər şəhidin adları çəkilməmişdir. Hesab etmişdir ki, onun şəhid övladının və digər ş əhidin “X1” açılışında adlarının qərəzli ifadə edilməməsi və şəhid adlarına fərq qoyulması yolverilməzdir. Bundan başqa qeyd edilmişdir ki, iddiaçı mövcud narazılığı barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanan 22 noyabr 2021-ci il tarixli, A-178-055 saylı cavab məktubunu əsassız hesab etdiyindən məhkəməyə müraciət etmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-891/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim F.N.Abbbasov) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A-178-055 nömrəli məktubu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt hesab olunmur. Bu səbəbdən də iddiaçının “Cavabdeh 22 noyabr 2021-ci il ta rixli, A-178-055 nömrəli məktubunun ləğv edilməklə, onun etibarsız sayılması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Mövqeyini onunla əsaslandırmışdır ki, “...Hazırkı mübahisədə Cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə cavabdehin inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müə yyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). İddiaçının mübahisələndirdiyi Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A-178055 nömrəli məktubu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt hesab olunmur.... iddiaçı mənəvi ziyan (kompensasiya) tələbi ilə bağlı Cavabdehnə müraciət etmədiyindən iddia bu hissədə də mümkün sayılmamalıdır. İddiaçının “şəhid anası olaraq, məhz ona qarşı böhtan xarakterli 22 noyabr 2021-ci il tarixli imzaladığı məktubla onu əsassız ittiham edib, Cavabdeh Başçısı Rafiq Cəlilovun və Elmarın Nəsirov kimi deputatın müdafiəsində dayanaraq, əsaslı fikirlərini rədd etməsi, ədalətsizliyin ən yüksək zirvəsini göstərdiyindən, bu gün şəhidlərin xatirəsinə ciddi hörmətsizlik edərək, Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətli müdir olduğunu unudub, bu vəzifənin sərbəstliyini rəsmi məktubla inkar edib, onu yox edərək, şəhid və valideyn ayrı-seçkiliklərinə önəm verib, məhz görünən və görünməyən qüvvələrin maraqlarına xidmət etdiyindən, Cavabdeh Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənovanın ciddi cəzalandırılmasını təmin edəcək müvafiq məhkəmə qərarının çıxarılması, eləcə də Cavabdeh Başçısı Rafiq Cəlilovun və Millət Vəkili Elman Nəsirovun barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını həyata keçirib, səlahiyyətli bu şəxslərin hər biri barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Azərbayca n Respublikası Milli Məclis Aparatına göndərilməsi” barədə xahişinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu xahiş hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir; Xüsusi Qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı işə baxılarkən isə, həmin şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkar edilməmişdir”.
5. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
6. Şirvan Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-126/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər Z.M.Allahyarov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və O.N.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-891/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə uyğunluq təşkil edir. Kassasiyaçı əlavə olaraq Azərbaycan Respublikası Konstitusiyasının 26 və 125-ci maddələrinə, həmçinin İPM-nin 35, 58.7, 70.1, 81.2 və 87.6-cı maddələrinə istinad etməklə şikayətin təmin olunmasını xahiş etmişdir. b. kassasiya şikayətinə dair etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “İnzibati icraat haqqında” Qanun: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...
12. İnzibati Prosessual Məcəllə (İPM) a) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikasının A li Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özün ün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada b irləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
14. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyas iya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi nin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
20. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia ya lnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövc udluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
23. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ha zırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Həmçinin apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-126/2022 nömrəli, 26 apr el 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.