Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-894/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş qarajlara görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03.05.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-97/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Yasamal Bələdiyyəsi sədrinin xx.xx.2004-cu il tarixli 186/06 saylı Sərəncamına görə, ünvan 1 ünvanda yaşayan İddiaçı1 Hüseyinbala qızı öz vəsaiti hesabına yaşadığı məhəllədə quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qarajın yerləşdiyi 24,0 kv.m torpaq sahəsi İddiaçı1 Hüseyinbala qızına icarəyə verilmişdir.
2. Bakı şəhəri Yasamal Bələdiyyəsi ilə İddiaçı1 Hüseyinbala qızı arasında bağlanmış xx.xx.2004-cü il 247 saylı torpaq icarəsi müqaviləsinə görə, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 24 kv.m torpaq sahəsi qarajdan istifadəsi üçü n İddiaçı1 Hüseyinbala qızına verilmişdir.
3. Bakı şəhəri Yasamal Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 186/06 saylı Sərəncamına görə, ünvan 2 ünvanda yaşayan X6 yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0 x 4.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qarajın yerləşdiyi 12,0 kv.m torpaq sahəsi X8 icarəyə verilmişdir.
4. Bakı şəhəri Yasamal Bələdiyyəsi ilə X11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 195 saylı torpaq icarəsi müqaviləsinə görə, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə ünvanında yerləşən 12 kv.m torpaq sahəsi qarajdan istifadəsi üçün Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızına verilmişdir.
5. Yasamal rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 026725 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən, Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızının adı Aydan-dan Əbabilə dəyişdirilmişdir.
6. Yasamal Bələdiyyəsi tərəfindən verilmiş situasiya planına görə, İddiaçı1 Hüseyn qızına məxsus qaraj 6-cı Xrebtovıy küçəsindəki 2 №-li binanı qarşısında yerləşir, ölçüləri 24.0 kv.m-dir (3.0 x 8.0).
7. Yasamal Bələdiyyəsi tərəfindən verilmiş situasiya planına görə, iddiaçı X7 məxsus qaraj 518-ci məhəllədəki 2 №-li binanın qarşısında yerləşir, eni 3.0, uzunluğu 4.0 metrdir.
8. Yasamal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 250 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 3 ünvanında yaşayan İddiaçı1 yaşadığı məhəllədə ona məxsus öz vəsaiti hesabına quraşdırdığı 18 kv.m. dəmir qarajın yerləşdiyi 24 kv.m. torp aq sahəsi xx.xx.2005-ci ildə 166/06 saylı X5 tərəfindən torpaq icarə müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Torpaq istifadəsi ilə bağlı Sərəncam 2005-ci ildə bağlandığı üçün Bələdiyyə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv idarəsinə təhvil verilmişdir. Həmin ərazidəki İddiaçı1 və digərlərinə məxsus qaraj yerləri rayon ərazisində quruculuq - abadlıq işləri aparılan bölgələrə düşdüyündən torpaqdan istifadə müqaviləsinə xitam verilmişdir.
9. Yasamal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 676 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 4 ünvanında yaşayan İddiaçı1 öz vəsaiti hesabına quraşdırdığı sahəsi 18 kv.m. olan dəmir qarajın yerləşdiyi 24 kv.m. torpaq sahəsi üçün xx.xx.2005ci ildə 166/06 saylı X5 tərəfindən torpaq icarə müqaviləsi və Nağdəliyeva Əbabil (Aydan) Sadiq qızını n H.Cavid pr-ti, 518-ci məhəllə, ev 2 ünvanında yaşadığı məhəllədə ona məxsus 12 kv.m. dəmir qarajdan istifadə etdiyi barədə xx.xx.2005-ci il tarixdə bağlanmış 186/06 saylı Sərəncam ilə onun icarəsinə verilmişdir. Həmin icarə müqavilələrinin müddəti xx.xx.2008-ci il və xx.xx.2005-ci ilə qədər olsa da tərəflər icarə haqlarını vaxtlı-vaxtında ödədiklərinə görə müqavilənin müddəti uzadılmış hesab edilmişdir. Həmin ərazidəki qarajların yerləşdiyi ərazidə quruculuq və abadlıq işləri aparılaraq abad həyət yaradılmışdır. Ona görə də həmin qaraj sahibləri ilə bağlanmış müqavilələrə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçılar İddiaçı1 və X9 xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, S.Dadaşov küçəsi, ev binasının qarşısında yerləşən iki dəmir (3.0x8.0 və 3.0x4.0) qarajların qanunsuz sökülməsinə görə 20000 (iyirmi min) manat pul kompensasiya verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X3 ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması:
12. İddia tələbini onun la əsaslandırılmışdır ki, 2020-ci ilin iyul ayında İddiaçı1 Bakı şəhəri Cavabdehnə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İH) 1967-ci ildə Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən binanın qarşısında iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların quraşdırılması üçün qayınatası X1 adına ərizə verilmişdir. Həmin vaxtdan bu iki qarajlar ailəsinin istifadəsində olmuşdur. 1994-cü ildə İddiaçı1 qayınatası vəfat etmişdir. Onun ölümündən sonra iki qaraj iddiaçının və qızı Nağdəliyeva Aydan (indi Əbabil) Sadiq qızının istifadəsinə keçmişdir. Bununla əlaqədar dəmir qarajların iddiaçıların istifadəsinə verilməsi barədə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər. İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2 004-cü il tarixli sərəncamı ilə Yasamal rayonu, H.Cavid pr-ti, 518-ci məhəllə, ev 2 ünvanında yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi fakt təsdiq edilmişdir. Həmin Sərəncama əsasən qarajın yerləşdiyi 24,0 kv.m. torpaq sahəsi icarəsinə verilmişdir. Yuxarıda qeyd edilmiş sərəncamlar əsasında Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi bir tərəfdən, vətəndaş İddiaçı1 digər tərəfdən aralarında xx.xx.2004-cü il tarixdə 247 №li torpaq sahəsinin icarəyə verilməsinə dair Müqavilə bağlanmışdır. Eyni zamanda, Yasamal Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 195 saylı torpaq icarəsi müqavilə əsasında qızı Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızının istifadəsinə qarajın altında olan torpaq sahəsi verilmişdir. O vaxtdan bu iki qarajlar qanuni əsasla ailəsinin istifadəsində olmuşdur. 2018-ci ilin iyun ayında ailəsinin istifadə etdiyi iki qaraj heç bir xəbərdarlıq olmadan Yasamal rayonu İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülmüşdür. Qarajların qanunsuz və xəbərdarlıq olmadan sökülməsi ilə bağlı dəfələrlə Yasamal rayonu İcra Hakimiyyətinin Başçısına şikayəti ilə müraciət etmişdir. Şikayətində istifadə etdiyi qarajların sökülməsi ilə bağlı dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişlər. Eyni zamanda, ünvan 5 binanın qarşısında yerləşən iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların qanunsuz sökülməsinə görə pul kompensasiyasının verilməsini, eyni zamanda, iddiaçılara dəymiş maddi ziyanı müəyyən etmək üçün komissiya yaradılmasını xahiş etmişlər. Bu ərizəni xx.xx.2020-ci ildə İcra Hakimiyyətinə göndərmişlər. Alınmış poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə görə, xx.xx.2020-ci ildə müraciəti cavabdehə təhvil verilmişdir. Cavabdehin etirazları:
13. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəraitinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, S.Dadaşov küçəsi 518-ci məhəllədə abadlıq işləri aparılmış, kompensasiya ödənilmədən qeyd olunan qarajlar sökülmüşdür.
14. İddia əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Ölkə Prezidenti nin müvafiq tapşırıqları əsasında yerli icra hakimiyyətləri tərəfindən vaxtaşırı olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair mühüm işlər görülür.
15. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəraitinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, S.Dadaşov küçəsi 518-ci məhəllədə abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd edilən park ətraf binaların sakinləri tərəfindən rəğbətlə qarşılanmış və bəyənilmişdir.
16. Qeyd edilən ünvanda yerləşən iddiaçıların istifadəsində olan qarajlara mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlər m övcud olmadığından abadlıq işləri ilə əlaqədar olaraq götürülmüşdür.
17. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. Bakı şəhəri Yasamal rayonu, S.Dadaşov küçəsi 518-ci məhəllədə yerləşən iddiaçılara məxsus olması barədə qeyd olunan qarajlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan ke çməmiş və mülkiyyət hüquqları barədə sənəd verilməmişdir. Qarajlar üçün verilmiş texniki pasport qeyri-yaşayış sahələri üçün mülkiyyəti təsdiq edən sənəd hesab olunmamalıdır. Belə ki, texniki pasport sadəcə qarajın texniki vəziyyətini müəyyən etmək üçün sənəddir. Odur ki, qeyd edilən qarajların götürülməsi, ərazinin təmizlənməsi rayon İcra Hakimiyyətinə əlavə maddi yük gətirməməlidir. Həmçinin qarajın texniki pasportunu mülkiyyət sənədi kimi qəbul edərək rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları əsasən iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Mütəxəssis rəyi: 19. “X14 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 40 nömrəli xx.xx.2021ci il tarixli mütəxəssis rəyinə görə, ünvan 5 ünvanında yerləşən bi nanın qarşısındakı iki dəmir (3x8 və 3x4) qarajların söküldüyü 2018-ci ilin iyun ayı üçün olan orta bazar qiyməti - 3x8 ölçülü qaraj 25000 (iyirmi beş min) manat, 3x4 metr ölçülü qaraj 13000 (on üç) min manat məbləğində müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ünvan 5 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X3 ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə olunmuşdur.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların uzun müddət istifadələrində olmuş qarajlar məhz cavabdeh orqan tər əfindən sökülmüşdür. Məhkəməyə cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda bu fakt öz təsdiqini tapmışdır. Həmin etirazda cavabdeh orqan sökülmə faktını təsdiq etsə də, bunun qanun çərçivəsində edildiyinə istinad edərək, iddiaçıların istifadəsində olan qarajlar üzərində mülkiyyət hüququnun qeydiyyata alınmamasını əsas dəlil kimi irəli sürmüşdür. Halbuki, məhkəmə araşdırması zamanı həmin qarajlardan iddiaçıların istifadə etməsi faktı Bakı şəhəri Yasamal Bələdiyyəsi sədrinin müvafiq sərəncamları ilə öz təsdiqini tapır. Həmçinin inzibati orqanla bağlanmış torpaq icarə müqavilələrinin olması həmin qarajların məhz qanuni istifadəsində olduğunu bir daha təsdiq edir. Yəni iddiaçıların xeyrinə əlverişli inzibati aktın (qarajlardan iddiaçıların istifadə etməsi faktını təsdiq edən sərəncam) mö vcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən iddiaçıların istifadəsində olan əmlakın sökülməsi barədə qərar vermiş, bununla da iddiaçıların qanunla qorunan əmlak hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir.
22. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılara maddi zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçılar zərərin əvəzini tələb etmək hüququna malikdirlər. İddiaçıların cavabdehin qanunsuz hərəkətinə görə hüquqlarının pozulması, pozulmuş hüquqlarının bərpa edilməsi üçün ç əkdikləri xərc mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçıların vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olduğundan cavabdeh mülki hüquq məsuliyyəti daşıyır.
23. İddia üzrə iddiaçıların əmlakının qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən sökülməsinə görə iddia ərizəsində göstərilən söküntüyə məruz qalmış əmlak söküntü zamanı məhv olduğundan iddiaçılara dəymiş zərər mütəxəssis rəyində göstərilən qiymətlərə uyğun olaraq (delikt törətmiş qarşı tərəf bu məbləğə dair hər-hansı etiraz və əks-sübut t əqdim etməmiş) hesablanmalıdır.
24. Buna görə də, mütəxəssis tərəfindən müəyyən edilmiş qarajların bazar qiyməti olan 3x8 ölçülü qaraja görə 25000 (iyirmi beş min) manat, 3x4 metr ölçülü qaraj 13000 (on üç) min manat məbləğində kompensasiya iddiaçılara ödəməlidir.
25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-97/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. -ünvan 7 ünvanında iddiaçılar X4 və İddiaçı1 istifadəsində olmuş 3.0x4.0 və 3.0x8.0 kv.m ölçülü dəmir qarajların (söküldüyü 2018-ci il və həmin ərazidə yerləşən qarajların müqayisəli şəkildə qiyməti nəzərə alınmaqla) hazırkı bazar qiyməti nə qədər təşkil edir?
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1797-9/1913 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə mövcud olmuş qarajların orta bazar qiyməti təxminən 2018-ci il tarixində 12 kv.metr dəmir metaldan qaraj-12.000 manat, 25 kv.metr dəmir metaldan qaraj -19.000 manat, 2023-cü il tarixində isə 12 kv.metr dəmir metaldan qaraj-15.000 manat, 25 kv.metr dəmir metaldan qaraj -22.000 manat müəyyən edil ir.
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-97/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-394/2022 nömrəli qərarı dəyişdirilmiş, ünvan 5 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 22.000 (iyirmi iki min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13.000 (on üç) min manat məbləğində kompensasiyanın X3 ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara zərərin cavabdeh tərəfindən vurulması ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraat z amanı qarajların hazırkı orta bazar qiymətlərinin, müvafiq olaraq 15.000 manat və 22.000 manat olduğu müəyyən edilmişdir.
30. Ekspert rəyini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 5 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə İddiaçı1 22.000 (iyirmi iki min) manat, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə iddiaçı X3 isə 13.000 (on üç min) manat məbləğində kompensasiya ödənilməlidir.
31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlillər
32. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
33. Şikayətd ə, həmçinin qeyd edilmişdir ki, məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır.
34. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinə əhəmiyyət verməyərək qarajlara dair hüquq müəyyənedici sənəd olmadan qərar çıxarmışdır.
35. Məhkəmə kollegiyası bu xüsusatda da pozuntuya yol vermiş, inzibati proses çərçivəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsindən irəli gələn tələblərə əməl etməmişdir. b. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı1 vəkili Vəkil1 Vladimiriovna tərəfindən təqdim edilmiş etirazın dəlillərinə görə, kassasiya şikayəti tamamilə əsassızdır və kassasiya instansiya məhkəməsi tərəfindən rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi bu iş üzrə qərar çıxararkən həm maddi, həm də prosessual hüquq normalarını düzgün tətbiq etmiş, bununla da iddiaçıların hüquqları bərpa edilmişdir.
37. İş materiallarında olan sənədlərdən görünür ki, qarajlar uzun müddət iddiaçıların istifadəsində olmuşdur. Bu faktı, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş qonşuları təsdiq etmişdir. Hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılara maddi z ərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçılar zərərin əvəzini tələb etmək hüququna malikdirlər. İddiaçıların cavabdehin qanunsuz hərəkətinə görə hüquqlarının pozulması, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdikləri xərc mütəxəssis rəyi ilə öz təsdiqini tapır. İddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçıların vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olduğundan cavabdeh mülki hüquq məsuliyyəti daşıyır.
38. Beləliklə, həmin iş üzrə iddiaçılar və cavabdeh arasında yaranmış hüquq münasibətlərinə həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi h üquq normaları düzgün tətbiq edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV Hər kəs dövlət orqanlarının, siyasi partiyalar ın, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 40. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 58.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ;... Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, tor paqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğular a) da şamil edilir. 42. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati akt ları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
46. Apellyasiya məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şi kayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
49. İddiaçıların uzun müddət istifadələrində olmuş qarajların məhz cavabdeh orqan tərəfindən sökülməsi işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda bu fakt öz təsdiqini tapmışdır.
50. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıların qaraj üzərində mülkiyyət hüquqlarının rəsmi reyestrdə qeydə alınmasına dair çıxarışın olmaması (yalnız texniki pasportun tərtibi) onların cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürmək hüquqlarını aradan qaldırmır, tələbin faktiki əsaslarına təsir etmir.
51. Yuxarıda istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
52. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
53. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində, həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
54. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə, həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
55. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.
56. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.
57. Hazırkı mübahisəyə müna sibətdə cavabdeh tərəfindən iddiaçılara məxsus dəmir qarajların alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçılarla müqavilənin bağlanması və onlara əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçılara məxsus qarajlar qanuna zidd olaraq və onların iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüquqlarına qanunsuz müdaxilə edilmişdir.
58. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız sayılmalıdır. İddiaçılar onlara məxsus dəmir qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə əvəz ödənilməsini tələb etməkdə haqlıdırlar.
59. M əhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və işin müəyyən olunmuş hallarına uyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-97/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.