Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-895/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı 01.09.1968-ci il tarixdən 04.03.1972-ci il tarixədək Mingəçevir Politexnik Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması təl əbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-583/18 saylı 20 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 01.09.1968-ci il tarixdə Mingəçevir Politexnik Texnikumuna daxil olmuş, toxuculuq müəssisəsinin maşınları və avadanlığı ixtisası üzrə tam kursu bitirmiş və dövlət ixtisas komissiyasının 04.03.1972-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilərək adına X seriyalı **** nömrəli diplom verimişdir. İddiaçı təhsil müddəti nəzərə alınaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 08.06.2018-ci il tarixl i ****** nömrəli məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmamışdır. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1968-ci il tarixdən 04.03.1972-ci il tarixədək Mingəçevir Politexnik Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2-1(84)1191/2018 nömrəli qərarı ilə (hakim Rüfət Məcidov) iddia tələbi təmin edilmiş, cavabdeh DSMF-nin Mingəçevir şəhər şöbəsinin üzərinə Iddiaçı 01.09.1968-ci il tarixdən 04.03.1972-ci il tarixədək Mingəçevir Politexnik Tex nikumunda təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2-1(84)1191/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-583/18 saylı 20 noyabr 2018-ci il qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1191/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1968-1972-ci illərdə əldə etdiyindən bu hüquq onun qazanılmış hüququdur və şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-583/18 saylı 20 noyabr 2018-ci il qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Hə min maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 407, 417.1.3, 418-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-583/18 saylı 20 noyabr 2018-ci il qərarının ləğv ediməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-583/18 saylı 20 noyabr 2018-ci il qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçı Iddiaçı 01.09.1968-ci il tarixdə Mingəçevir Politexnik Texnikumuna daxil olmuş, toxuculuq müəssisəsinin maşınları və avadanlığı ixtisası üzrə tam kursu bitirmiş və dövlət ixtisas komissiyasının 04.03.1972-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilərək adına X seriyalı **** nömrəli diplom verimişdir. İddiaçı əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanmasına cavabdehin verdiyi imtinanın əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin iş stajı kimi hesablanmasının nəzərdə tutulmaması təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin III hissəsinin «G» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmi ş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna is tinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı onun təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-583/18 saylı 20 noyabr 2018-ci il qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-895/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-895/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver