Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-895/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçın Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməməsi; iddianın geri götürülmüş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-1(103)-2766/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının şəxsi hesab vərəqəsinə yazdığı vergi borcuna əsas olmuş vergilərin hesablanmasına dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2018-ci il tarixli 2-1(82)1146/2018 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddianın geri götürmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2018-ci il tarixli 2-1(103)-2427/2018 nömrəli qərardadı ilə (sədrlik edən S.Seyidova, hakimlər V.Ağayev və V.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.04.2019-cu il tarixli, 21(102)-156/2019 nömrəli qərarı ilə kassa siya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2308/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı «qərarların ləğv edilməsi» tələbi barədə iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 12.06.2019-cu il, 11.07.2019-cu il və 26.09.2019-cu il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında üzrlü səbəb bildirmədən nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. İddiaçı MMC apellyasiya şikayəti verərək həmin qər ardadın ləğv edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-1(103)-2766/2019 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Həmid Həmidov, hakimlər – Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2308/2019 saylı 26 sentyabr 2019- cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə mübahisənin həllində hüquqi marağının olmaması iş materialları ilə sübuta yetirilir.
10. İddiaçıya məhkəmə qərardadı 29.01.2021-ci il tarixində təqdi m edilmişdir.
11. İddiaçı 01.02.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-1(103)-2766/2019 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının hüquqi ünvanı mövcud olduğu halda Bakı Apellyasiya Məhkəməsi həmin ünvana heç bir bildiriş və yaxud xəbərdarlıq göndərməmiş, məhkəmə iclasının vaxtı və yeri haqda məlumat verməmişdir.
13. Lakin məhkəmə sadəcə olaraq mübahisələndirilən 27.11.2019-cu il tarixli qərardadında qeyd etmişdir ki, İddiaçı MMC-nin nümayəndəsinin telefonuna SMS göndərmiş, həm də məhkəmə nümayəndəni məhkəmə iclasına nümayəndəlik institutunun bitməsi ilə əlaqədar buraxmamış, iddiaçıya isə heç bir xəbərdarlıq, bildiriş verməmişdir.
14. Bununla da, İddiaçı MMC-nin rəhbərliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərsiz olmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli qərardadını 29.01.2021-ci il tarixində qəbzə imza etməklə almışdır.
15. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının proses iştirakçısı kimi hüquqları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verməmiş, bununla da Mülki Prosessual Məcəllə nin 134-136-cı maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını belə əsaslandırmışdır ki, iddiaçı kassasiya şikayətini qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə vermişdir. İddiaçı prosessual müddətin ötürülməsinə əsas kimi ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı olduğunu qeyd etmişdir. Lakin ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimində poçt şöbələri fəaliyyət göstərmişdir. Qeyd olunan hal prosessual müddətin bərpası üçün əsas deyil. Eyni zamanda, iddiaçının məhkəmə iclasının nəticəsində maraqlı olmaması barədə məhkəmənin mövqeyi də əsaslıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sən ədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına tə qdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Maddə 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkra r baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
20. Mülki Prosessual Məcəllə: Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı il ə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24.06.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh M.Məmmədova bildirişlər göndərilmişdir. Lakin mülki işdə birdirişlərin M.Məmmədov tərəfindən alınması barədə məlumatlar mövcud deyildir. Beləliklə, Xətai Rayon Məhkəməsi Konstitusiyanın və prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq, iş üzrə cavabdeh M.Məmmədovun məhkəmə proseslərində iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi qaydalarını pozmaqla işin hallarını Mülki Prosessual Məcəlləyə uyğun olaraq araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir.
22. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquq i mövqeyinə görə, məhkəmədə işinə baxılarkən iştirak etmək hüququna müdaxilə ilə bağlı çoxsaylı işlərdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin nəzərdə tutduğu məhkəmə araşdırmasının ədalətli olması tələblərinin pozulmasının əvəzinin ən məqsədə müvafiq yolla əvəzlənməsinin şikayətçinin işinə yenidən baxılması olduğunu müəyyən etmişdir (Somoqyi İtaliyaya qarşı iş üzrə 67972/01 saylı Qərar §86). Avropa Məhkəməsinin Elçin Abbasov Azərbaycana qarşı iş üzrə 17.01.2008-ci il tarixli Qərarında isə şikayətçinin işinə kassasiya qaydasında baxılarkən məhkəmə bildirişinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilmişdir”.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir. (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95). 24. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29.04.2014-cü il tarixli qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühaki məsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəm iyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər.
25. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun mü vafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, nəticədə “tərəflərin bərabərliyi” və “çəkişmə” prinsiplərini pozmuşdur.
29. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsinin əsası kimi iddiaçının 12.06.2019-cu il, 11.07.2019-cu il və 26.09.2019-cu il tarixlərdə keçirilmiş məhkəmə iclas larında üzrlü səbəb bildirmədən nümayəndəsinin iştirakını təmin etməməsini göstərmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 24-cü bəndində göstərilən hüquqi mövqeyinin hazırki işə tətbiqi baxımından məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düş ən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
31. Yuxarıda göstərildiyi kimi qanunverici iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Buna görə, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq iddiaçı tərəfə ünvanlanmış onun qaldırdığı iddianın taleyi baxımından ciddi prosessual nəticələrlə üzləşə biləcəyini özündə aydın əks etdirən tələb irəli sürməlidir. Məhkəmənin həmin tələbi isə iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır). Yalnız məhkəmənin tələbinin iddiaçı tərəfə çatdırıldığının (təqdim olunduğunun) sübut olunduğu və digər şərtlərin ödənildiyi hallarda iddia məhkəmə tərəfindən geri götürülmüş sayıla bilər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırıldığı qəbul edilsə belə, yenə də iş üzrə iddianın geri götürülmüş sayılmasına dair qərardad çıxarılması üçün əsaslar mövcud olmamışdır.
33. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə iclası 12 iyun 2019cu il tarixə təyin edilmişdir. Məhkəmənin bununla bağlı tərəflərə göndərdiyi bildirişin mətnindən görünür ki, orada yalnız məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, məhkəmənin iddiaçıdan iş üzrə konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyinə dair mövqeyi, eləcə də iddiaçının məhkəmə icraatından yayınmasının doğuracağı hüquqi nəticələr barədə xəbərdarlıq əks olunmamışdır. Ona görə də, məhkəmə həmin məktubu rəhbər tutmaqla iddiaçıya münasibətdə prosesə gəlməmənin hüquqi nəticələrini tətbiq edə bilməzdi.
34. Eyni səhvə 11 iyul və 26 sentyabr 2019-cu il tarixlərinə təyin olunmuş məhkəmə iclasları barədə iddiaçıya göndərilmiş bildirişlərdə də yol verilmişdir. Belə olan halda isə məhkəmə iddianın geri götürülmüş sayılması haqqında qərardad qəbul etmək hüququna malik olmamışdır. Çünki bunadək onun tərəfindən yerinə yetirilməli olan vəzifələrə tam əməl edilməmişdir.
35. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı geri götürülmüş hesab edərkən yerinə yetirməli olduğu vəzifələrə tam əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halları araşdırmadan və həmin hallara heç bir hüquqi qiymət vermədən qərardad qəbul etmişdir.
36. Bundan başqa qeyd edilməlidir ki, hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada xəbərdar olunmalıdırlar və bu onlar ın öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün zəruri amildir. Tərəflər məhkəmə bildirişi vasitəsilə məlumatlandırılır.
37. İş materiallarını araşdırdıqda məlum olur ki, inzibati iş apellyasiya instansiyası məhkəməsinə göndərildikdən sonra məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 20.11.2019-cu il tarixinə təyin edilmiş, bu barədə tərəflərə 05.11.2019-cu il tarixli bildiriş göndərilmişdir. Lakin İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 2ə bildirişi ünvan 3 ünvanına göndərmişdir. Beləliklə, iddiaçı 20.11.2019-cu il tarixində keçirilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmamışdır.
38. Cavabdeh məhkəmə iclasında sözügedən bildirişdə qeyd edilən ünvanın iddiaçının nümayəndəsinin ünvanı olduğunu, bu nunla da iddiaçının lazımi qaydada məlumatlandırıldığını bildirmişdir. Halbuki, hazırkı qərarın 20-ci bəndində göstərilən prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməlidir. Odur ki, nümayəndənin həmin sənədi qəbul etməsi, sözügedən sənədin hüquqi şəxsə təqdim edilməsi kimi qəbul edilə bilməz.
39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verməyərək İPM-in 62-ci maddəsinin tələblərini pozmuşdur.
40. Eyni zamanda, hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, məhkəmə işlərə baxarkən tərəflərin bərabərliyini təmin etməli, bunun üçün tərəflərin bərabər vəziyyətlərdə izahat vermək imkanlarını təmin etməli, bu məqsədlə isə ilk növbədə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflər qanunauyğun formada məlumatlandırılmalıdırlar ki, məhkəmədə baxılan işlə bağlı izahatlarını verə bilsinlər. Hazırkı iş üzrə iddiaçıya iclasın vaxtı və yeri barədə məlumat verilməməsi isə və qərar qəbul edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin də göstərilən hüquqi mövqeyinə ziddir.
41. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya göndərilən bildirişlərdə onun hüquq və vəzifələri, məhkəmə iclasına gəlməməsinin hüquqi nəticələri iddiaçıya izah edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halı qiymətləndirmədən iş üzrə icraata x itam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.
43. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı hazırkı qərardadın 19-25-ci bəndlərində göstərilən prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş sonra kı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-1(103)-2766/2019 nömrəli qərardadı ləğv olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.