Məhkəmə qərarları › İş №2-1(102)-895/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-895/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-895/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ƏDV hesabının blokdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (dövlət qeydiyyatına alındığı tarix 3 noyabr 2014-cü il VÖEN**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ƏDV hesabının blokdan çıxarılması” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-216/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək depozit hesabının açılmasını xahiş etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 29 fevral 2020-ci il tarixli məktubla iddiaçıya iddiaçının müraciəti araşdırılmış və aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmamışdır. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə və ya Vergi ödəyicilərinə xi dmət mərkəzlərinə müraciət edə bilinməsi iddiaçıya tövsiyə edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 3 mart 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının eyni məzmunlu 2 mart 2020-ci il tarixli müraciətinin 11 mart 2020-ci il tarixli məktubla cavablandırıldığı, əlavə olaraq iddiaçı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatların vergi orqanı tərəfindən risklərinin müəyyən edildiyi bildirilmişdir. Müəssisə tərəfindən göndərilmiş elektron müraciətin Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində **********785200 nömrəsi ilə qeydiyyata alındığı, müraciətə baxılma vəziyyəti ilə onlayn rejimdə sənədin “əməliyyat tarixçəsi”n də tanış ola biləcəyi qeyd edilmişdir.

4. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “Ümid İnşaat" MMC-nin ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması haqda məhkəmə mübahisəsi bitənə qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçını cavabdeh riskli siyahıya salaraq 18 % ƏDV yəni depozit hesablarının bloklanması, faktiki işlərinin dayanmasına və onlarla işçinin işsiz qalmasına və sonradan iddiaçının küllü miqdarda ziyana düşərək işin tam dayanmasına aparır.

6. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdi r ki, iddia tələbi müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizənin məzmununa və mahiyyətinə görə eyni olduğundan, o cümlədən cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulması iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı ərizənin təmin edilməsi üçün əsas olmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə rədd edilməlidir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2- 1(103)-1418/2020 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin 27 aprel 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 23 aprel 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin riskli əməliyyatlar aparılan qrupdan çıxarılması və 18 faizlik ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada rəsmi qeydiyyatdan keçməklə, qanuna müvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı ƏDV ödəyicisidir. Cavabdeh tərəfindən iddiaçının 18 faiz ƏDV yəni depozit hesabı bloklanmışdır. Sözügedən bloklanma barəsində cavabdeh tərəfindən heç bir qərar olmadan iddiaçının ƏDV yəni depozit hesabı, cavabdeh tərəfindən faktiki bloklanmışd ır. Bununla əlaqədar cavabdehə elektron məktub göndərmiş və cavabdeh tərəfindən elektron məktubla imtina almışlar. İddiaçı faktiki işləyən və işçilərinə əmək haqqı verən faktiki sahibkarlıqla məşğul olan şəxs kimi ƏDV hesabının, yəni depozit hesabının cavabdeh tərəfindən bu şəkildə bloklanması qanusuzdur və işi dayandırır.

12. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslanmışdır ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Cəmiyyət tərəfindən 2019-cu il ərzində riskli vergi ödəyicisi olan "xxxx" MMC və "xxxx" MMC-dən dəmir və qutu profillər, "xxxx" MMC və "xxxx" MMC-dən metal profillər, "xxxx" MMC-dən taxta olmaqla, ümumilikdə 313.300,0 manat (ƏDV-si 56.400,0 manat) məbləğində mənbəyi şübhəli bilinən maliyyə əməliyyatı apararaq mallar əldə edilmişdir. Aparılmış araşdırmalar ilə adıçəkilən vergi ödəyiciləri tərəfindən, "xxxx" MMC-yə satılmış malların əldə edilmədiyi, idxal olunmadığı və eləcədə özləri tərəfindən istehsal edilmədiyi müəyyən edilmişdir. Uçot baza məlumatlarına əsasən qeyd olunan riskli vergi ödəyiciləri tərəfindən banan, ananas, bibər, sarımsaq, mebel, xırda mətbəx məişət ləvazimatları əldə edildiyi və ya idxal olunduğu aşkarlanmışdır. ƏDV və mənfəət vergisi ödəyiciləri olan riskli vergi ödəyiciləri tərəfindən təqdim edilmiş malların əldə edilmə mənbəyi məlum olmadığından real rentabellik səviyyəsinin və vergi ö hdəliklərinin müəyyən edilməsi mümkün olmamışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli, 5/970 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiq olunan "www.etaxes.gov.az” internet resursda "xxxx" MMC-yə məxsus hesabdan “Digər sub-uçot hesaba köçürmə” üsulu ilə diqər hesablara köçürmələri həyata keçirmək naməlum məhdudiyyət səbəbindən (texniki qüsur, nəzərdə tutulmuş texniki əməliyyat, kənar müdaxilə) mümkün olmadığı, “www.e-taxes.gov.az” intemelreşursda saxlanılan məlumatlara, informasiyanı əks etdirən serverlərə və məlumat səbəbdən qeyd olunan üsul məhdudiyyətin səbəblərini (texniki və digər səbəblər) müəyyən etməyin mümkün olmadığı müəyyən edilmiş dir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 2-1(112)-857/2021 nömrəli 3 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. Göründüyü kimi qanunvericiliklə ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2020 -ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzə rdə tutulmamışdır. iddiaçı məhkəmədən ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılmasını xahiş etsə də, təqdim etdiyi sənədlər üzrə onun ƏDV depozit hesabında məhdudiyyətin qoyulub-qoyulmaması, iddiaçı tərəfindən hüquqi şəxs olaraq ümumiyyətlə əməliyyat aparıla bilməməsi müəssisənin fəaliyyətinə hansı manenin yaradılmasını və ya onun işini dayandırmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: S.İ.Bəktaşiməruzəçi, M.N.Tağızadə və A.Ə.Hüseyn) 2-1(103)-216/2022 nömrəli 4 fevral 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(112)-857/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya məxsus “ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV subuçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyəti daşıyır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən man eəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır. Həmçinin, iddiaçının sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğundan, sonradan iddiaçının hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmaya, yaxud xeyli dərəcədə çətinləşə bilər. Eyni zamanda iş materiallarında iddiaçı "xxxx" MMC-nin hər hansı bir vergi borcunun olmasına dair sübut yoxdur, yəni iddiaçının vergi borcunun olması barədə qərar qəbul olunmamışdır.

19. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğ v edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidmətindən istifadə edə bilməməsi iş materiallarına əsasən sübut olunmuşdur. Bununla bağlı bildiririk ki məhkəmə araşdırması ilə iddiaçının qeyd olunan elektron xidmətdən istifadə edə bilməməsınin mümkün olmamasının cavabdehlə əlaqəlı olması sübut edilməmiş və əsaslandırılmamışdır.

21. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Döv lət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır.

22. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, sözügedən məhkəmə mübahisəsinə analoji olan digər bir məhkəmə işində cavabdehin kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq həmin məhkəmənin xx.xx.2019-cu il tarixli (hakimSevda Hüseynova) qərarı ilə cavabdeh vergi orqanının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilmişdir ki, "yeni apellyasiya baxışı zamanı iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olması araşdırmalı, iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli, onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalıdır. Sonuncu hal müəyyən edildiyi təqdirdə proqram təminatından istifadəyə dair imtinanın əsasları yuxarıda istinad edilmiş elektron xidməti üzrə inzibati reqlamentə uyğun olaraq araşdırılmalıdır. Nəticəsindən asılı olaraq iddiaçının xahiş etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsinə qiymət verilməlidir." b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskl i vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası m əhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmi şdir.

27. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin inzibati kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-216/2022 nömrəli qərarı və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, istər Vergi Məcəlləsində, istərsə də vergi orqanı tərəfind ən məhdudiyyətin bilməməsinin mümkün olmamasının cavabdehlə əlaqəli olması sübut edilməmiş və əsaslandırılmamışdır.

30. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, sözügedən məhkəmə mübahisəsinə amaloji olan digər bir məhkəmə işində cavabdehin kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq həmin məhkəmənin 27 iyun 2019-cu il tarixli qərarı ilə cavabdeh vergi orqanının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instasniya məhkəməsinin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

31. Ali Məhkəmə mübahiənin düzgün həllinə nail olmaq üçün aşağıdakı məsələlərin araşdırılaraq qiymət verilməli olduğunu bildirir. - İddaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olması araşdırılmalı - İddiaçının ƏDV dep ozit hesabı ilə bağlı cavabeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli: - onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşıdırlmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində göstərilmiş bu dəlilləri əsasızdır.

33. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanlanan ərizəyə əsasən, iddiaçı onun depozit hesabının cavabdeh orqan tərəfindən bağlanıldığını bildirərək, bununla əlaqədar olaraq müəssisənin faktiki fəaliyyətinin dayandığını, müəssisənin depozit hesabının açılmasını xahiş etmişdir.

34. Həmçinin apellyasiya məhk əməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 29 fevral 2020-ci il tarixli məktuba əsasən, iddiaçının müraciəti araşdırılmış və aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmamışdır. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilinməsi iddiaçıya tövsiyə edilmişdir.

35. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 03 mart 2020-ci il tarixli məktuba əsasən, iddiaçının eyni məzmunlu xx.xx.2020-ci il tarixli **********636900 nömrəli müraciətinin xx.xx.2020-ci il tarixli **********457900 nömrəli məktubla cavablandırıldığı, əlavə olaraq iddiaçı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatların vergi orqanı tərəfindən risklərinin müəyyən edildiyi bildirilmişdir. Müəssisə tərəfindən göndərilmiş elektron müraciətin Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində **********785200 nömrəsi ilə qeydiyyata alındığı, müraciətə baxılma vəziyyəti ilə onlayn rejimdə sənədin “əməliyyat tarixçəsi”ndə tanış ola biləcəyi qeyd edilmişdir.

36. Bununla yanaşı apellyasiyan məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4 mart 2021-ci il tarix li, 5/970 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiq olunan "www.etaxes.gov.az” internet resursda "xxxx" MMC-yə məxsus hesabdan “Digər sub-uçot hesaba köçürmə” üsulu ilə diqər hesablara köçürmələri həyata keçirmək naməlum məhdudiyyət səbəbindən (texniki qüsur, nəzərdə tutulmuş texniki əməliyyat, kənar müdaxilə) mümkün olmadığı, “www.e-taxes.gov.az” intemelreşursda saxlanılan məlumatlara, informasiyanı əks etdirən serverlərə və məlumat səbəbdən qeyd olunan üsul məhdudiyyətin səbəblərini (texniki və digər səbəblər) müəyyən etməyin mümkün olmadığı müəyyən edilmişdir.

37. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarına (1.1, 1.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndlərinə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının “Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” 24 dekabr 2012-ci il tarixli ** ********004800 saylı Qərarına Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlamentinə istinad edib, haqlı olaraq qeyd etmişdir ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.

38. Qanunvericilikdə başqa hallar n əzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

39. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

40. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaiməfakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda göstərilən mənb ələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.

41. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hes abı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.

42. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər.

43. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Elektron sənəd haqqında” iddiaçı ilə cavabdeh arasında bağlanmış 1 noyabr 2014-cü il tarixli Müqavilənin 2.1.3-cü bəndində vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, internet vergi idarəsində digər vergi ödəyicilərinə alınmış mala görə elektron vergi hesab-fakturasının hazırlanıb təqdim edilməsi nəzərdə tutulmuşdur.

44. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 2.1.3-cü bəndində qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na uyğun həyata keçirilməlidir. 45. 1 noyabr 2014-cü il tarixli Müqavilənin 4.3-cü bəndinə görə, bəyannamənin (hesabatın) və bildirişin elektron şəkildə tərtib və təqdim olunması üçün zəruri proqram təminatları Vergilər Nazirliyi tərəfindən hazırlanır və müqavilə əsasında əvəzsiz vergi ödəyicisinə verilir. Həmin proqram təminatının nöqsansız və maneəsiz fəaliyyətinin təmin edilməsi cavabdehin məsuliyyət sferasına aid edilir.

46. İstinad olunan 1 noyabr 2014-cü il tarixli Müqavilənin 7.1.-ci bəndində müqavilənin 1 il müddətinə qüvvədə olması qeyd edilsə də, 7.2-ci bəndində o da vurgulanır ki, müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilənin müddəti Müqavilədə nəzərdə tutulmuş müddətdə uzadılmış hesab edilir.

47. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, proqram təminatının “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısının göstərildiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir.

48. Həmçinin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının bununla bağlı müraciətinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının ƏDV sub-uçot hesabı üzr ə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı və hər hansı bir məhdudiyyətin qoyulmadığı bildirilmişdir. Lakin bundan sonra da “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti vasitəsi ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparılması təmin edilməmişdir.

49. Bununla bağlı apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, həmin müraciətdən sonra cavbdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi.

50. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında iddiaçı "xxxx" MMC-nin hər hansı bir vergi borcunun olmasına dair sübut yoxdur, yəni iddiaçının vergi borcunun olması barədə qərar qəbul olunmamışdır.

51. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən həm yuxarıda istinad olunan normaların tələbindən, həm də tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik iddiaçıya münasibətdə yerinə yetirilməmiş, nəticədə iddiaçının maliyyə əməliyyatlarının aparılması və malların təqdim edilməsi üzrə imkanları məhdudlaşmışdır.

52. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV subuçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyəti daşıyır.

53. Hazırkı mübahisəy ə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır.

54. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan məsələ ilə bağlı iddiaçının riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Lakin iş materiallarında belə bir qərar mövcud deyildir. Beləliklə sözügedən qərar olmadığı üçün İddiaçı riskli vergi ödəyicisi deyildir.

55. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(102)-216/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

56. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavadehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-216/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlaılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar