Məhkəmə qərarları › İş №2-1(102)-895/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-895/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-895/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, işin hallarının tam araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızının və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-2410/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən İddiaçı 28 dekabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa e dilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri rəsmi qaydada iddiaçıya təqdim edilməmiş və o, əmrlə tanış olmamışdır. İddiaçının əmək kitabçası ona poçt vasitəsilə 25 yanvar 2021-ci il tarixində çatdırıldıqdan və həmin vaxt əmək kitabçasında qeyd olunan məlumatlardan məlum olmuşdur ki, o, cavabdehin 25 noyabr 2020-ci il tarixli, **********0 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin əmr əsassızdır və onun əmək hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, A.Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmr inə əsasən Nazirlik yanında X6 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, r egional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli nə yetirilməsi üçün onlara texniki və metodiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətlərin araşdırılması zamanı nöqsanlara yol verilmişdir. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ bənədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyrinormativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrıca göstərilmədiyi müəyyən olunmuşdur. Həmçinin daha əvvəl İddiaçı barəsində 30 aprel 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən intizam tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin protokol qərardadı i lə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********0 №-li əmri ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, bir daha qeyd olunur ki, cava bdeh tərəfindən iddiaçının işdən azad olunması üçün əsas göstərdiyi hallar (protokollarda tozun ölçü və göstəricilərin; “yol verilən hədd” düzgün qeyd olunmaması, ölçü aparılan otaqların sahəsinin yazılmaması və s.) məhkəmə icraatı zamanı mötəbər dəlillər ilə təsdiq olunmadığından, həmçinin cavabdeh tərəfindən inzibati icraat prosessual qənaət baxımından düzgün aparılmadığından, o cümlədən də iddiaçının ilkin olaraq “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizə ilə müraciət etdiyi (əmək kitabçasında edilən düzəliş və bildiriş əsasında) kifayət qədər ciddi ehtimalı olduğundan, eyni zamanda iddiaçının yaş, cinsiyyət və s faktoru və əlilliyi olan şəxs olması bilavasitə onun “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-ci maddəsi ilə işdən azad olunması üçün əsas vermir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməli, iddiaçı işə bərpa edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2410/2023 nömrəli iş üzrə 14 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(112)-190/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini və ya mümkün sayılmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 62.1, 64.1, 73.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

14. Belə ki, əvvəla iddiaçı tərəfindən verilmiş iddia ərizəsi mümkün sayılmalı deyildi. İddia ərizəsindən də görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmrin məzmunundan həmin vaxt (25.11,2020-ci il tarixdə) məlumatlı olmuşdur. Belə ki, iddia ərizəsinin 2-ci səhifəsinin 2-ci abzasında iddiaçı əmrin ona elan edildiyini göstərmiş, etiraf etmişdir. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş yoxlamaların avtomatlaşdırılmış informasiya sistemindən olan xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı mübahisələndirdiyi əmr barədə məlumatlı olmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan əmr barədə iddiaçıya həmin gün, yəni xx.xx.2020-ci il tarixdə məlumat verilmiş və o, həmin əmrin mövcudluğundan xəbərdar olmuş və bunu özü etiraf etmişdir. İddiaçı mübahisələndirilən əmrin məzmunundan xx.xx.2020-ci il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş 30 g ünlük müddəti əsassız olaraq ötürmüşdür. Ona görə də iddia mümkünsüz sayılmalıdır.

15. Daha sonra qeyd edilir ki, Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur (surəti təqdim edilmişdir). Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən Nazirlik yanında X6 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərini n və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur.

16. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, regional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli yerinə yetirilməsi üçün onlara texniki və metodiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətl ərin icrası zamanı nöqsanlara yol verilmişdir.

17. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi və instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ sənədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyri- normativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrıca göstərilmədiyi müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilm əməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onlar ı qərəzsiz həll etməli; Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə a şağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti it irdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 20. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

16. Əmlakdan istifadə... 16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozu lması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Ka ssasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən əməl edilmədiyindən qərar ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

25. İddia tələbi xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş məvacibin cavabdeh tərəfindən ödənilməsi barədədir. Mübahisələndirilən əmrdən görünür ki, cavabde h inzibati orqan “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsaslanaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla 25 aprel 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərara almışdır. İddiaçı adıçəkilən əmrin onun əmək hüquqlarının pozulması yolu ilə qəbul edilməsinə əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

26. Mübahisələndirilən əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli arayışı d ayanır. Həmin arayışda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi laboratoriyası tərəfindən iş yerlərində əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrasının araşdırılmasının nəticələri göstərilmiş, iddiaçının əmək fəaliyyətinə dair nöqsanları və çatışmazlıqları qeyd olunmuşdur. Cavabdeh inzibati orqan həmin arayışa əsaslanaraq iddiaçı barəsində 25 noyabr 2020-ci il tarixdə əmr qəbul etmişdir.

27. Cavabdehin apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Cavabdeh şikayətində iddiaçının işdən azad olunması barədə əmrin məzmunundan 25 noyabr 2020-ci il tarixdə məlumatlı olmasını, l akin iddia ərizəsini 2 fevral 2021-ci il tarixdə məhkəməyə verdiyini, bu səbəbdən İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində müəyyən edilən iddia müddətini buraxdığını bildirmişdir.

29. Cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsində iddiaçının iddia müddətini buraxması ilə bağlı mübahisə açmamış, iddia müddətinin buraxılması apellyasiya məhkəməsinin yoxlama predmeti olmamış və bu barədə apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilməmişdir. Bu səbəbdən şikayətin bu dəlilinin yoxlanılması istisna olunur.

30. Kassasiya şikayətinin "xxxx" MMC-dən daxil olmuş xx.xx.2017-ci il tarixli məktub əsasında iddiaçının xx.xx.2017-ci il tarixdən 3 gün müddətinə Cəmiyyətin yerləşdiyi Bərdə rayonuna ezam olunması, 1 gün ezamiyyətdə olduğu halda 3 gün üçün ezamiyyə xərcinin ödənildiyi, protokolların DƏMX-in laboratoriyası tərəfindən təsdiq olunsa da, iddiaçı tərəfindən imza edilməməsi və bunun səbəbinin göstərilməmdiyi, habelə intizam tənbehinin aşkar edildiyi gündən 1 ay keçəndən intizam cəzasının verilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq bildirir ki, cavabdehin göstərdiyi hallar 2017-ci ilin iyul ayında baş vermiş, sonrakı aylarda bu iddiaçının tabe olduğu quruma məlum olmuş, intizam tənbehi barədə əmr isə 2020-ci ilin noyabr ayında qəbul edilmişdir. İnzibati orqan və dövlət qulluqçusu arasında əmək mübahisələri üçün imperativ olmasa da, bərabərtərəfli əmək hüquq münasibətlərinin iştirakçısı olan işçi və işəgötürən arasında əmək mübahisələri zamanı Əmək Məcəlləsinin 187-ci maddəsini n 3-cü hissəsi imperativ tələb olaraq müəyyən etmişdir ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. 31. “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinə əsasən, intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. "xxxx" MMC-də aparılan araşdırma zamanı cavabdehin qeyd etdiyi hallar 2017-ci ilin iyul ayında və ondan sonrakı vaxtda məlum olsa da, cavabdeh ötən 3 ilə yaxın müddətdə həmin halla rla bağlı iddiaçını intizam məsuliyyətinə cəlb etməmişdir.

32. Bundan başqa, iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləmədiyinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı noutbooku özündə (evində) saxlayaraq şəxsi məqsədləri üçün istifadə etməsi barədə şikayətin dəlilini əsaslı saymayan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 16.2-ci maddəsinə görə dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfində n xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır. Məhkəmə araşdırmaları zamanı iddiaçının laboratoriyaya məxsus “Fujitsu AH531” markalı noutbooku özündə (evində) saxlayaraq şəxsi məqsədləri üçün istifadə etməsi sübuta yetmədiyindən bu əsasla iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi qanunsuz olmuşdur.

33. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçı barəsində intizam tənbehi Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdirinin imzaladığı 15 sentyabr 2020-ci il tarixli arayışı əsasında verilmiş, arayışda "xxxx" MMC-nin 23 yanvar 2017-ci il tarixli məktubu əsasında iddiaçı tərəfindən həmin Cəmiyyətdə aparılan instrumental ölçmələrin aparılması zamanı nöqsanlara və N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2018-ci il tarixli mə ktuba əsasən iddiaçı tərəfindən həmin hərbi hissədə nöqsanlara yol verməsi qeyd edilməmiş, 25 noyabr 2020-ci il tarixli əmrdə bu hallara istinad edilməmişdir. Odur ki, iddiaçının "xxxx" MMC-də və N nömrəli hərbi hissədə vəzifə funksiyasını yerinə yetirməməsinə görə intizam məsuliyyətinə cəlb olunması barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Odur ki, bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. İddiaçının intizam məsuliyyətinə cəlb edilməsinin əsasları kimi cavabdeh həm də bildirmişdir ki, Azərbaycan Milli İncəsənət Muzeyindən daxil olmuş xx.xx.2019-cu il tarixli məktub əsasında iddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 260 nömrəli protokolda faktiki səs-küy, 261 nömrəli protokolda faktiki titrəyiş, 262 nömrəli proto kolda istehsalat tozu və zərərli kimyəvi maddələr, 263 nömrəli protokolda nisbi rütubət, havanın hərəkəti, 264 nömrəli protokolda işıqlanma, 265 nömrəli protokolda faktiki radiasiya, 266 nömrəli protokolda ionlaşmayan şüalanma göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktub əsasında iddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 242 nömrəli protokolda faktiki səs-küy, 247 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 248 nömrəli protokolda faktiki səs-küy, 249 nömrəli protokolda faktiki istehsalat tozu, 253 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 254 nömrəli prot okolda faktiki səs-küy, 255 nömrəli protokolda faktiki istehsalat tozu, 259 nömrəli protokolda faktiki ionlaşmayan şüalanmaya dair göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Göstərilən ölçmələr X10 Laboratoriyasında, X1 və Milli Referans Laboratoriyasında müxtəlif vaxtlarda aparılmasında baxmayaraq 242, 248 və 254 nömrəli protokollara əsasən faktiki səs-küy, 247, 253 və 259 nömrəli protokollara əsasən faktiki ionlaşmayan şüalanma, 249 və 255 nömrəli protokollara əsasən istehsalat tozuna dair göstəricilər tamamilə eyni olmuşdur.

35. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında aparılan ölçmə işlərinin rəsmiləşdirilməsinə dair sınaq protokolları ilə bağlı cavabdeh tərəfindən irəli sürülən mülahizələrə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan bununla bağlı arayışda qeyd edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçı tərəfindən aparılan ölçmə işləri sınaq protokolları ilə rəsmiləşdirilmiş, 253,256 və 259 №-li protokollarda “yol verilən hədd” düzgün qeyd olunmamış, ölçü aparılan otaqların sahəsi yazılmamış, 244 №-li protokolda hava axını barədə qeyd aparılmamış, 252 və 258 №-li protokollarda radiasiya normaları qeyd olunmamış, 254 №-li protokollarda tozun ölçü və göstəriciləri yazılmamış, 261№-li protokolda titrəyiş norması düzgün yazılmamış (40 yazılıb, 80 olmalıdır, 262 №-li protokolda istinad olunan sənəd (ГОСТ 12.1.00-88) toz ö lçüsünə aid deyil, mikroiqlimə şamil olunur. 263 №-li protokolda temperatur 22-28 yazılıb, ancaq norma 22-24 olmalıdır. 266 №-li protokolda ionlaşmayan şüalanma göstəricisi 25-2,5 olmalıdır, lakin 10 yazılmışdır. Göründüyü kimi, cavabdehin bu hissədə əsaslandığı hal, sınaq protokollarında əks olunan ölçmə göstəricilərinin düzgün olmaması, bəzilərində qeyd olunmaması, həmçinin düzgün sənədə istinad olunmaması (ГОСТ) ilə bağlıdır.

36. Birinci instansiya məhkəməsi tərtib olunmuş sınaq protokollarında əks olunan göstəricilərin düzgünlüyünün müəyyən edilməsini xüsusi bilik tələb edən sahəyə aid olduğunu hesab edərək, həmin hissədə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin ə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil. Göründüyü kimi ekspert qarşısında qoyulan sualların (sınaq protokollarında əks olunan göstəricilərin əsaslı olub-olmaması ilə bağlı) müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda, məhkəmə ekspertizalarını keçirən və tədqiqatlar aparan Mərkəz tərəfindən həmin suallara cavab verilməsi mümkün olmamamışdır ki, bu da öz növbəsində həmin protokolların düzgün olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi halını istisna edir.

37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər nə qədər də cav abdeh sınaq protokollarında qeyd olunan məlumatların düzgün olmaması ilə bağlı mülahizələr irəli sürsə də, sınaq protokollarda əks olunan məlumatların yoxlanılmasını, düzgün olub-olmaması istiqamətində araşdırmanın məhz bu sahənin mütəxəssisi tərəfindən aparıldığını sübut edə bilməmişdir. Belə ki, məhkəmə icraatı zamanı tərəflərin verdiyi izahatlardan görünür ki, X7 eyni tipli işçi olmamış, hər sahənin öz mütəxəssisləri olmuş, iddiaçı Baş laboratoriyanın məsləhətçisi olmuş, onun qulluq funksiyaları bilavasitə X6 Xidməti aparatının müfəttişləri ilə birlikdə müəssisə, idarə və təşkilatlarda əmək şəraitinin ekspertizasını keçirmək, instrumental ölçmələrin aparılması və s. bağlı olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, hal-hazırda həmin vəzifə (Baş laboratoriyanın məsləhətçisi) üzrə hər h ansı şəxs işə götürülməmişdir. Buna baxmayaraq, sınaq protokollarında instrumental ölçülər əsasında qeyd olunan göstəricilərin əsassız olmasını müəyyən edən şəxsin, iddiaçı ilə eyni əmək funksiyası icra etdiyi və ya həmin sfera üzrə xüsusi biliyə malik olan mütəxəssis olmasını təsdiq edən hər hansı dəlil olmamışdır. Başqa sözlə desək, sınaq protokollarının əsaslı olub-olmaması məhkəmə ekspertizası zamanı müəyyən olunmadığından (həmin ekspertiza növü olmaması əsası ilə), həmin sahə xüsusi bilik tələb edir və bu sahə üzrə qiymətləndirilmənin aparılması da məhz ixtisaslaşdırılmış, peşəkar mütəxəssis tərəfindən aparılmalıdır. Lakin yoxlamanın bu sahənin mütəxəssisi tərəfindən aparıldığı müəyyən olunmamışdır.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni əsaslı he sab etməyərək bildirir ki, iddiaçının vəzifə funksiyalarının nədən ibarət olması dəqiqləşdirilməmiş, onun hərəkətlərində vəzifə funksiyalarının, o cümlədən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.2 və 18.0.5-ci maddələrinin pozuntusunun baş verməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işlərinin vəzifə funksiyalarına uyğun həyata keçirilibkeçirilmədiyinə hüquqi qiymət verilməmişdir.

39. Cavabdeh apellyasiya şikayətində iddiaçının protokollar hazırlanarkən normativlərdən istifadə etmədiyini, yalnız ölçmələr həyata keçirdiyini, bəzi hallarda ölçmənin aparılmadığını, məhkəmə iclasında iddiaçının ölçmənin səthi aparmasını etiraf etməsini, göstəricilərin heç bir əsas olmadan yazılmasını, təqdim edilmiş proto kol nümunələrinin iddiaçının iddiasının əsassız olduğunu təsdiq etməsini, bəhs olunanların iddiaçının əmək funksiyasını düzgün icra etmədiyini, əməkdaşları F.Mirzəyev və A.İsmayılovun bu sahədə ixtisaslaşmış kadrlar olmasına baxmayaraq pozuntuların araşdrılmasında guya sahəvi mütəxəssislərin cəlb edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı olmamasını və sairə bildirmiş, lakin apellyasiya məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməmişdir.

40. İş materiallarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Laboratoriyasının Əsasnaməsi və mərkəzi laboratoriyanın baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatı əlavə edilmişdir (3-cü cild, səh. 11-19).

41. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Mill i İncəsənət Muzeyinin müraciətləri əsasında həmin təşkilatlarda aparılan ölçmə işləri və s. zamanı iddiaçının Əsasnaməyə və işlədiyi baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatına uyğun davranmasını araşdırmamışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 12 və 57-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmədiyindən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işlərinin vəzifə funksiyalarına uyğun həyata keçirilib-keçirilmədiyinə hüquqi qiymət verilmədiyindən, bu təşkilatlara münasibətdə iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.2 və 18.0.5-ci maddələrinin tələblərinə əməl edilməsi yoxlanılmadığından və apellyasiya şikayətinin dəlillərinə münasib ət bildirilmədiyindən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, bu hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2410/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar