Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-895/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X10 Company” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı “X10 Company” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarın ləğv edilməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(106)-501/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarına əsasən, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məluma tları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmiş, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Vergi ödəyicisi İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarın ləğv edilməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə” q ərarın ləğv olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: “Vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində 14842326,69 manat dəyərində “Daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və sair” təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşağı Tala ünvanında X5 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X9 X1 əldə edilmiş məktubdan görünür ki, Agentlik tərəfindən İddiaçı MMC-yə yer təkindən istifadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilməmişdir. Həmçinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Bundan başqa, X5 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı, xx.xx.2023-cü il tarixdə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir.” Yuxarıda göstərilənlərlə əlaqədar cavabdehə məktublar göndərilərək bildirilmişdir ki, İddiaçı MMC-nin tərəfdaşlıq etdiyi müəssisələr üzrə onların sifarişlərinə əsasən, görülən işlərin operativliyi, təcili xarakter daşıdığı və verilən sifarişlərə təcili zərurət olduğu üçün qeyd olunan dövr ərzində İddiaçı MMC tərəfindən tələb olunan daş materialı, qırmadaş, qum, çınqıl, atsep və sair üzrə materialların vaxt və məsafə baxımından daha tez sifarişçinin qeyd etdiyi ünvana çatırılması üçün Qusar rayonunda iddiaçının əməkdaşlıq etdiyi X3 tədarük edilmişdir. Belə ki, qum-çınqıl materiallarının əsas hissəsi hazırda İddiaçı MMC-nin müqavilə əsasında icarəyə götürdüyü Qusar rayonu, Həsənqala kəndi ərazisində yerləşən (“TALEH-A.T.”) (VÖEN - **********) X2 göndərilməsi təmin edilmişdir. Lakin İddiaçı MMC Qusar rayonu Həsənqala kəndi ərazisində yerləşən X3 istifadə etdiyi halda, bu barədə heç bir rəsmiləşdirmə işi aparılmamış və həmin karxanadan istifdə barədə müvafiq vergi orqanına məlumat verilməmişdir. 01 iyul 2023-cü il tarixdən isə həmin karxanadan istifadə barədə rəsmiləşdirmə aparılmış və müvafiq vergi orqanında qeydiyyata qoyulmuşdur. İddiaçı MMC-nin xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində qum-çınqıl alışı 14,8 milyon manat deyil, 10,6 milyon manat təşkil etmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması təmin edilməlidir.
4. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə riskli əməliyyatların aparılması barədə xx.xx.202 3-cü il tarixli, **********780700 nömrəli bildiriş göndərilərək bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2023-cü il tarixdə 14842326,69 manat dəyərində “Daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və sair” təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşağı Tala ünvanında X5 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X9 X1 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən İddiaçı MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağmədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başq a şəxsə verə bilməz. Bundan başqa, X5 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6,786 kub.m faydalı qazıntı hasilatı aparıldığı, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133,214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir. Bu səbəbdən, həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi və riskli halların nümayəndənin iştirakı ilə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətinin vergi orqanına təqdim olunması təklif edilmiş, əks halda, aparılan əməliyyatlara uyğun olaraq qanuna müvafiq qərar qəbul olunacağı bildirilmişdir. Vergi ödəyicisinin nüməyəndəsi tərəfindən qeyd olunan məsələ ilə əlaqədar vergi orqanına əsaslı sənədlər təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən müvafiq araşdırmalar aparılaraq, xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri aralığında aparılmış 14842326,69 manat dəyərində “Daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və sair” malların satışının həyata keçirildiyi, həmin malların 4477229,19 manat hissəsinin alışının müəyyən edildiyi, qalan 10365097,5 manat dəyərində malların isə alış sənədinin olmadığı müəyyən edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən r iskli əməliyyatların meyarları”nın 2.1.1-ci bəndinə - bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda və 3.1.2-ci bəndinə (vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)) əsasən, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********958900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs kimi adı dəyişilərək “X10 Company” MMC olmuşdur.
5. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 25 iyun 2024-cü il tarixli, 2-1(120)-2174/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cav abdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarı ləğv edilmiş və “X10 Company” MMC riskli vergi ödəyicisi siyahısından çıxarılmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmiş dir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir.
7. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sə drlik edən və məruzəçi/, F.C.Hüseynov və H.X.Bəhmənov) 29 oktyabr 2024-cü il tarixli, 2-1(106)-501/2024 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, riskli vergi ödəyicisinin əməliyyatlarını riskli hesab edən zaman müəssisənin riskliliyini cavabdeh inzibati orqan müşahidə etməli, inzibati orqan tərəfindən hər hansı şübhəli hal müəyyən edildikdə operativ nəzarət qaydasında akt tərtib etməlidir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyat, həqiqətən həyata keçirildikdə, buna dair əsaslı sübutlar təqdim edilməlidir. Lakin iddiaçı barəsində vergi orqanı tərəfindən əvvəllər keçirilmiş səyyar vergi yoxlaması və digər aktlarda əmtəəsiz əməliyyatların həyata keçrilməsinə dair məlumatlar qeyd edilməmişdir. İşin müəyyən edilmiş halarından görünür ki, cavabdeh inzibati orqan operativ nəzarət qaydasında yerində obyektlərə baxış keçirməmiş, istehsalat həcminin müəyyən edilməsi üzrə hüquqlarından qanuna müvafiq olaraq istifadə etməmiş və qanunun tələblərinə əsasən inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, cavabdeh inzibati orqan inzibati icraat qaydasında həmin risklilik əlamətləri üzrə irəli gələn halları araşdırmalı, hasilatla məşğul olan müəssisəyə aldığı mal ilə satdığı mal arasında miqdar fərqi qoymalı deyildir. Həmçinin, vergi orqanı operativ nəzarət qaydasında müşahidə keçirərək qum-çınqıl hasilatı aparılan obyektlər üzrə müəssisələrin və obyektlərin güc ünü, onların hasilatını müəyyən etmək imkanı olduğu halda, bunların heç birini həyata keçirməmiş, alış-satış üzrə fərqlərin mövcud olduğuna istinad etmişdir. Müəssisə faktiki olaraq vergi uçotuna alınmışdır və bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-34-cü maddələrinin tələblərinə riayət etmişdir. İddiaçının Zaqatala rayonu, Aşağı Tala ünvanında icarəyə götürdüyü karxanası mövcuddur. Bu barədə, cavabdeh inzibati orqana məlumat verilmişdir. Həmin karxanada vergi ödəyicisi tərəfindən çay yatağından daş, çınqıl çıxarılıb hasil edilir və satılır. Cavabdeh inzibati orqanda yatağın ehtiyatının miqdarı, faydalı qazıntı aparılması məlumatı mövcud olmuşdur. Ümumiyyətlə, cavabdeh inzibati orqan iddiaçının vergi uçotuna alınmış obyektlərinin olduğunu nəzərə almamış və həmin obyektlər üz rə heç bir araşdırma aparmamışdır. Belə ki, iddiaçının vergi uçotunda ümumilikdə 18 fəaliyyət obyektininin (**********-15002, **********-55001, **********-47001, **********-55001 və sair) olduğu müəyyən edilmişdir. Qeyd edilən obyektlərdə iddiaçı müxtəlif inşaat materiallarının istehsalı, hasilatı və digər fəaliyyət sahələri ilə məşğul olmuşdur. Təqdim edilən materiallardan görünür ki, iddiaçının Qusar, İmişli, Saatlı rayonlarında da karxana fəaliyyəti üzrə vergi uçotunda obyektləri omuşdur. Əgər bu faktları yoxlamaq vergi orqanının hüquqlarına və vəzifələrinə aid edilmişdirsə, bu vəzifəni yerinə yetirmədən Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə əsasən operativ nəzarət, müşahidə və digər yoxlama keçirilmədən cavabdeh qaydaları pozaraq risklilik haqqında qərar qəbul etmişdir. Han sı sənədlərin, məktub, icazələrin mövcudluğu, kimə hansı icazə verilməsi, obyektin qeydiyyatı, vergi uçot məlumatlarının mövcudluğu sənədlərdə öz təsdiqini tapsa da, vergi orqanı bütün bu qeyd edilənlərin mövcudluğunu şübhəli hesab etdiyi halları araşdırmadan risklilik haqqında qərar qəbul etmişdir. Əslində, cavabdeh vergi orqanının bu qeyd edilən hərəkətləri inzibati icraat qaydalarına və Vergi Məcəlləsinin tələblərinə əsasən pozuntu hesab edilir. Cavabdeh orqan tərəfindən icarəyə götürülmüş karxanada daş çınqılın alış sənədinin olmaması qanun pozuntusu hesab edilmişdir. Halbuki, karxana istehsal obyekti olduğu üçün burada daş, qum, çınqıl çaydan yığılır, hər hansı alış sənədinin olması zərurəti yoxdur. Göstərilən alış sənədi isə cavabdeh orqan tərəfindən tam araşdırılmamışdır. Lakin cava bdeh heç bir əsaslı səbəb olmadan iddiaçını Meyarların 2.1.1-ci, 3.1.2-ci bəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək, xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarı ilə onu riskli vergi ödəyicisi hesab etmişdir.
10. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. Kassasiya şikayətində Vergi Məcəlləsinin 13-cü maddəsinə, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların” Meyarlarına istinad edilərək apellyasiya instansiya məhkəməsinin qər arının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
12. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarında qeyd edilir ki, operativ müşahidə və digər yoxlama tədbirləri keçirilmədən qaydalar pozularaq risklilik haqqında qərar verilmişdir. Vergi orqanı tərəfindən operativ müşahidə və digər yoxlama keçirilməməsi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğv edilməsinə əsas ola bilməz. Bununla yanaşı, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162322 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyət dövrünü əhatə etməklə “X10 Company” MMC-də (VÖEN ********* *) növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamaya xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlamanının nəticəsi üzrə 387832,58 manat əlavə vergilərin və 213416 manat məbləğdə maliyyə sanksiyasının tətbiqi barədə xx.xx.2023-cü il tarixli, **********179729 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. 13. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilərkən ətraflı araşdırma aparılmış və müəyyən edilmişdir ki, vergi ödəyicisinin karxana fəaliyyəti üzrə vergi uçotunda aktiv obyekti ancaq xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağı olmuşdur. Məhkəmə qərarında göstərilən digər karxana fəaliyyəti üzrə obyektlər isə vergi ödəyicisinin adında 2020-2021-ci illər ərzində vergi uçotunda olmuşdur. Karxana fəaliyyəti üzrə vergi ödəyicisinin adında aktiv qeydiyyatda olan tək obyektdə - “Talaçay” qum-çınqıl yatağında isə iddiaçının yerin təkindən istifadə hüququ olmamışdır. Təqdim edilmiş 10365097,5 manat dəyərində malların əldə edilməsi ilə bağlı vergi ödəyicisi tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş, riskli hesab edilən 10365097,5 manat dəyərində mallar üzrə elektron qaimə-fakturalar ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı, nəticədə riskli əməliyyatlar üzrə kənarlaşmalar tam aradan qaldırılmadığı üçün iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün heç bir əsas yoxdur.
14. İddiaçı tərəfindən mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərar həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş və həmin halın üzrlü olmasına dair məhkəməyə əsaslı sübut təqdim edilməmişdir. Məhkəmə heç bir əsas olmadan qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilən şikayətə baxaraq qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;... Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması... 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təq dim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə
70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavi ni) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 i ş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.2-4. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əm əl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gü ndən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.... 25. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza va sitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Maddə
27. Elektron sənədin göndərilməsi və alınması 27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən i nformasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. 27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. 27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. 27.5. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir. 27.6. Bu Qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı münasibətlər istisna olmaqla, elektron sənədlərin məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir. Maddə
28. Elektron sənədin göndərilmə və alınma vaxtı 28.1. Tərəflər arasında bağlanmış m üqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. 28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. 28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
27. Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayəti n əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tə ləblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfind ən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
34. Hazırkı iş üzrə iddiaçının tələbi iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması və xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasına yönəlmişdir.
35. Kassasiya şikayətində cavabdeh iki halı mübahisələndirir:
1. İddia müddəti;
2. İddiaçının fəaliyyətinin riskli vergi ödəyicisinə aid olması.
36. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisələndirilən hər bir məsələyə ayrı ayrılıqda qiymət verilməsini məqsədəmüvafiq hesab edir. İddia müddəti ilə bağlı qeydlər:
37. Cavabdeh hesab edir ki, iddiaçı hazırkı iş üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının ləğvini tələb etdiyi inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuş, lakin iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin iddia müddəti ilə bağlı kassasiya şikayətində əks etdirdiyi dəlillə əlaqədar olaraq bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti za manı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğ u vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
40. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
41. Cavabdeh qəbul edilmiş qərarın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə oxunduğunu bildirir və sübut qismində “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a istinad edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”da, həqiqətən də inzibati orqan tərəfindən qəbul edilərək iddiaçının elektron kabinetinə göndərilən qərarın onun tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:17-də oxunduğu qeyd edilmişdir (iş materiallarının 122-ci vərəqi).
43. Lakin cavabdehin mübahisələndirilən qərarı “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun deyildir. Belə ki, qeyd edilən qanunun müddəalarına əsasən, elektron üsulla elektron kabinetə göndərilmiş hər hansı sənədin elektron qaydada həqiqiliyi təsdiqlənmiş olmalıdır. Hazırkı iş materiallarına əlavə edilən qərardan, göndərilmiş sənədin elektron qaydada təsdiqləndiyi müəyyən edilmir. Odur ki, elektron qaydada təsdiqlənməmiş qərarla bağlı iddia müddəti tətbiq edilə bilməz. İddiaçının fəaliyyətinin riskli vergi ödəyicisinə aid olması ilə bağlı qeydlər:
44. Cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi digər məsələ əmtəəsiz əməliyyatlar apardığından iddiaçının riskli vergi ödəyiciləri kateqoriyasına edilməsi il ə bağlıdır. Cavabdeh vergi orqanı xx.xx.2022-xx.xx.2023-cü il tarixlər ərzində təqdim olunmuş 14842326,69 manat dəyərindəki materialları əsas götürərək iddiaçının əmtəəsiz əməliyyatlar apardığını qeyd etmişdir.
45. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin tələbinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq ic ra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
46. Qeyd etmək lazımdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi üçün vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı inzibati orqan tərəfindən sübut edilməlidir. Lakin hazırkı işdə cavabdeh lazımi qaydada inzibati icraat aparmadığından iddiaçının - vergi ödəyicisnin əmtəəsiz əməliyyat aparması sübuta yetirilmiş hesab edilmir. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçının apardığı əməliyyatın “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
47. Məhkəmə kollegiyası vergi qanunvericiliyinin müddəalarına əsaslanaraq qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsə dilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir, məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır.
48. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məzmunundan müəyyən edilir ki, cavabdehin iddiaçını riskli vergi ödəyicisi hesab edərkən, iddiaçı müəssisənin müvafiq icazə (lisenziya) sənədinin olmamasına əsaslanmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda vergi ödəyicisinin lisenziyasınız fəal iyyət göstərmənin riskli fəaliyyət olması müəyyən edilməmişdir. Həmçinin, müəssisənin lisenziyasız fəaliyyət göstərməsi, onun həyata keçirdiyi əməliyyatların əmtəəsiz olması kimi qiymətləndirilə bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(106)-501/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.