Məhkəmə qərarları › İş №2-1(102)-896/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-896/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-896/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı 01.09.1983-cü il tarixdən 28.02.1987-ci il tarixədək Mingəçevir Baza Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın ü zərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)598/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 01.09.1983-cü il tarixdə Mingəçevir Baza Politexnik Texnikumunun gündüz şöbəsinə daxil olmuş, sənaye tikintisi və mülki tikinti ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət İxtisas Komissiyasının 28.02.1987-ci il tarixli qərarı ilə texnik inşaatçı ixtisası verilərək adına Xx seriyalı **** nömrəli diplom verilmişdir. İddiaçı təhsil müddətinin nəzərə alıb pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, s onuncu 13.06.2018-ci il tarixli **/*** nömrəli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığı bildirilmiş və bu səbəbdən də təhsil müddətini sığorta stajına daxil etməmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1983-cü il tarixdən 28.02.1987-ci il tarixədək Mingəçevir Baza Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1231/2018 nömrəli qərarı ilə (hakim Rüfət Məcidov) iddia tələbi təmin edilmiş, cavabdeh DSMF-nin Mingəçevir şəhər şöb əsinin üzərinə Iddiaçı 01.09.1983-cü il tarixdən 28.02.1987-ci il tarixədək Mingəçevir Baza Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1231/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-598/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1231/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına dax il edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1983-1987-ci illərdə əldə etdiyindən bu hüquq onun qazanılmış hüququdur və şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-598/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu i lə tənzimlənir. Bu Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 407, 417.1.3, 418-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-598/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarının ləğv ediməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştir ak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-598/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı **.**.****-ci il təvəllüdlü olmaqla 01.09.1983-cü il tarixdən 28.02.1987-ci il tarixədək Mingəçevir Baza Politexnik Texnikumunda əyani təhsil aldığı aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyumasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş və apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin m övqeyi ilə razılaşmışdır. Halbuki, müvafiq illərin iş stajına daxil edilməsi ilə bağlı iddia tələblərinə baxılması zamanı ilk növbədə müvafiq iddia ilə məhkəməyə müraciət edən şəxsin pensiya hüququnun olub-olmaması və ya ona artıq pensiya təyin edilib-edilməməsi məsələsi yoxlanılmalıdır. Belə ki, sosial sığorta stajı şəxsə müvafiq pensiyanın təyin edilməsi üçün tələb olunan şərtdir və şəxsin pensiya almaq hüququ yoxdursa müvafiq dövrün (hazırkı halda təhsil aldığı illərin) onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmədiyindən bu qəbildən olan iddialar mümkün sayılmamalıdır. Başqa sözlə, müvafiq dövrün sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbləri üzrə işə baxılarkən ilk növbədə iddiaçıya artıq pensiya təyin e dilib-edilməməsi yoxlanılmalı, əgər təyin edilməyibsə iddiaçının pensiya hüququnun olması müəyyən edilməli, bundan sonra müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verilməlidir. Lakin iş üzrə qərar qəbul edən aşağı instansiya məhkəmələri **.**.****-ci il təvəllüdlü iddiaçıya artıq pensiya təyin edilib-edilməməsini yoxlamadan, iddiaçının pensiya hüququnun olmasını müəyyən etmədən onun təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verərək iddianı təmin etmişlər. İş materiallarından isə iddiaçının pensiya alması və ya pensiya hüququnun olması aydın deyildir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digə r materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-598/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar