Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-896/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.05.2021 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1562/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçıya məxsus əmək kitabçasında, arayışda və diplomda əksini tapmış məlumatlara əsasən o, 1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almış, 07.08.1981-ci ildən 01.05.2001-ci ilə qədər “Azərdənizneftinşaat” Trestinin Neft daşlarında yerləşən 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, dənizdə yüksək təzyiqli neft və qaz boru k əmərlərinin çəkilməsində usta, iş icraçısı, sahə rəisi, baş mühəndis işləmiş, 01.05.2001-ci ildən 02.04.2007-ci ilə qədər isə həmin idarədə rəis və baş mühəndis işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 21.06.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 1976-1981-ci illərdə təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, 01.08.1997-ci ilə qədər 20 il 11 ay 24 gün ümumi və 15 il 11 ay 24 gün güzəştli iş stajı vardır. Həmçinin onun 07.08.1981-ci ildən 01.08.1997-ci ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X bölməsində ö z əksini tapmışdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2-1(81)3469/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, iddiaçıya 1976-1981ci illərdə təhsil aldığı müddətin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 7.1 Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.08.1997-ci ilə qədər 20 il 11 ay 24 gün ümumi və 15 il 11 ay 24 gün güzəştli iş stajı mövcuddur. Həmçinin, iddiaçının 07.08.1981-ci ildən 01.08.1997-ci ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək ş əraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X Bölməsindəki 110000a-19238 – tərkibində hidrogen, sulfit olan qaz və kondensatların mədəndən zavoda qədər nəqll edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər peşəsinə uyğunlaşdırılmalıdır. Göstərilənlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.01.2020-ci il tarixli, 21(103)-174/2020 nömrəli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2-1(81)-3469/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının nə 1 nömrəli Siyahı üzrə 50, nə də 2 nömrəli Siyahı üzrə 55 yaşından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” və “b” bəndlərinə uyğun olan güzəştli şərtlərlə pensiya hüququna malik olmasının faktiki əsasları sübuta yetirilmir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya 50 yaşından güz əştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qəbul edilə bilməz.
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.01.2020-ci il tarixli, 21(103)-174/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)1458/2020 nömrəli, 14.07.2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), R.Nəbizadə və İ.Hüseynov) kassasiya şikayət qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsində işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının 07.08.198101.01.1982-ci illərdə dəmir-beton konstruksiyaların quraşdırıcısı kimi çalışdığı müddət (4 ay 27 gün) 1 nömrəli Siyahıda (X bölmədə (Dəniz neftçiləri) 110000a-18496 (dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingər) şriftində yer almış, 4 il 3 ay 10 gün iş icraçısı kimi və 2 il 5 ay 7 gün sahə rəisi kimi çalışdığı (cəmi: 6 il 8 ay 17 gün) mütəxəssis və rəhbər vəzifələr isə 2 nömrəli Siyahıda (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçının çalışdığı “dəmir-beton konstruksiyaların quraşdırıcısı”, “iş icraçısı” və “sahə rəisi” peşələrinin müvafiq olaraq 1 və 2 nömrəli Siyahılara uyğunluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur və bu hal mübahisə doğurmur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda adıçəkilən peşələrin müvafiq siyahıya uyğunluğunu düzgün müəyyən etsə də, iddiaçının çalışdığı digər peşələrin həmin siyahıya uyğunluğunun müəyyən edilməsində səhvə yol vermişdir. İddiaçının 01.08.1997-ci il tarixinədək 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı olduğu halda 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsal atların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X bölməsinin b bəndində “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” (kod: 1100000b—17541); “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” (kod: 1100000b—22247); “dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri” (kod: 1100000b—23886); “buruq qurğularının rəisləri və onların müavinləri” (kod: 1100000b—24094); “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri” (kod: 1100000b—24125); “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” (kod: 110000 0b—24125) peşələri öz əksini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamış, iddiaçının “baş mühəndis” və “rəis” kimi çalışdığı peşələrin 1 nömrəli Siyahıda təsbit olunan və yuxarıda qeyd edilmiş “mühəndis” və “rəis” peşələrindən hansına uyğun olubolmadığını araşdırmamışdır. ç. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1562/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
14. İddiaç ı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, işin halları düzgün araşdırılmadığı üçün Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2020-ci il tarixli, 2-1 (103)-1562/2020 saylı qərarı ləğv olunmalıdır və iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının qanunverciliyin tələb etdiyi xüsusi sığorta stajı tamamlanmamışdır və iddiaçı bu barə də məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, iddiaçının məhkəmədə iddia qaldırarkən təqdim etdiyi sənədlər arasında əmək kitabçası və iş yerindən arayışı olmuşdur. Həmin sənədlərdən də sübut olunur ki, iddiaçının qanunla tələb olunan həm ümumi stajı, həm də xüsusi sığorta stajı toplanmışdır. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında şərh edilən göstərişləri qanuna uyğun yerinə yetirməmiş, düzgün araşdırmamışdır. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. b. Kasasiya şikayətinə qarşı etirazlar
16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək təmin olunmamasını xahiş etdi.
18. İşə baxılmasının vaxtı v ə yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hü ququna malikdir.
20. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişil ər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. 01.01.2006-cı il tarixə qədər qüvvədə o lmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1- dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi s ənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
23. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və a zadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. Apelyasiya instansiyası məhkəməsində icraat zaman ı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə koll egiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları tam araşdırılmamışdır. Buna görə də qərar ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13cü maddəsinin təhlilindən göründüyü kimi 50 yaşı tamam olmuş o kişilərə güzəştli şərtlərə əmək pensiyası təyin edilə bilər ki: bu şəxs 01.08.1997-cı il tarixədək azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 10 ilini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfində n təsdiq olunan 1 nömrəli siyahısı üzrə işləmiş olsun.
29. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.
30. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 10 ildən azdır və eyni zamanda iddiaçının çalışmış olduğu vəzifələr siyahıda göstərilməmişdir.
31. İşə baxmış apelyasiya instansiyası cavabdehin imtinasını əsaslı hesab etmiş və göstərmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmiş, bu sənəd məhkəməyə də təqdim olunmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi SOCAR “Neftqaztikinti” trestinin 28.02.2018-ci il tarixli SOCAR **********30020123X00036 nömrəli, 01.03.2018-ci il tarixli SOCAR **********80020123X00047 nömrəli və 30.03.2018-ci il tarixli SOCAR **********80020123X00074 nömrəli arayışlar Qaydaların tələb etdiyi şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı kimi qəbul edilə bilməz. Çünki, həmin arayışlarda iddiaçının ümumi stajı göstərilmiş və işlədiyi vəzifələr sadalanmış, lakin onun çalışmış olduğu peşələrin 1 nömrəli Siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu əsaslandırması ilə razılaşmır. Çünki «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödən ilməsi Qaydaları»nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin s ənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. İddiaçının iş yeri barədə təqdim etdiyi arayışlarda onun işlədiyi ümumi stajı göstərilmiş və işlədiyi vəzifələr sadalanmış, lakin onun çalışmış olduğu peşələrin 1 nömrəli Siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi bu arayışları, iddiaçının işlədiyi peşə və vəzifənin 50 yaşdan xüsusi şərtlərlə pensiya təyin olunmasına imkan verən peşə və vəzifə kimi müəyyən edən sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddiaçıya həmin arayışların «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»n 2 nömrəli Əlavəsində nəzərdə tutulan iş yerinin arayışı üçün zəruri məzmuna malik olmadığını bildirməmiş, ona həmin arayışlarda işlədiyi peşə və vəzifələrin güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifələr olub-olmaması göstərilməklə təqdim olunmasını təklif etməmiş, bununla bağlı məhkəmə öz təşəbbüsü ilə sorğu göndərməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (İPM-nin 12.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
51. İşin hallarının bu vəziyyətində məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir.
52. İşin hallarının İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun araşdırılması üçün geniş həcmdə sübutlar araşdırılmaqla davam etdirilməsinə ehtiyac vardır. Bu da məhkəmə qərarının ləğv edilməklə işin təkrar baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi üçün əsaslardan biridir. İşə yenidən baxılarkən məhkəmə iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb etməli, arayışda göstərilən məlumatları digər iş materialları ilə əlaqəli təhlil etməklə qərar qəbul etməlidir. Məhkəmə kollegiyası xatırladır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışla rı həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli 2-1(103)-1562/2020 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.