Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-896/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)885/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 22 oktyabr 1982-ci ildə “Azərelektroterm” X3 X2 Zavodunda tədarük sahəsinə kontakt-qaynaq maşınları üzrə qaynaqçının şagirdi qəbul olunmuş, 2 dekabr 1982-ci ildə ixtisas komissiyasının qərarı ilə həmin sahədə kontakt-qaynaq maşınları üzrə 1-ci dərəcəli qaynaqçı verilmiş, 1 iyul 1984-cü ildə kontakt-qaynaq maşınları üzrə 3-cü dərəcəli qaynaqçı verilmiş, 24 mart 1986-cı ildə kontakt-qaynaq maşınları üzrə 5-ci dərəcəli qaynaqçı verilmiş, 13 mart 1990-cı ildə kontakt-qaynaq maşınları üzrə 5-ci dərəcəli qaynaqçı verilmiş, 17 iyul 1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 20 iyul 1998-ci ildə Azərbaycan DDY Salyan işarəvermə və rabitə distansiyasına işə qəbul edilmiş, 24 fevral 2016-cı ildə işdən azad edilmişdir. 24 fevral 2016-cı ildə "xxxx" QSC İD6 Salyan işarəvermə və rabitə sahəsinin rels dövriyyə sexində böyük elektromexanik işinə qəbul edilmişdir.
3. H3 ******* nömrəli hərbi biletə əsasən İddiaçı 28 oktyabr 1979-cu ildən 4 noyabr 1981-ci ilədək müddətli, 14 yanvar 1982-ci ildən 28 avqust 1982-ci il tarixədək müddətdən artıq hərbi xidmətdə olmuşdur.
4. İddiaçı 11 yanvar 2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə y aşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 fevral 2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək qeyd edilmişdir ki, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 22 avqust 1982-17 iyul 1998-ci il tarixləri arasındakı dövr ərzində “Salyan X2 Zavodu”nda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi peşə yuxarıda qeyd olunan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlə rdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 5 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 22 avqust 1982-ci ildən 17 iyul 1998-ci ilədək Salyan X2 zavodunda təhlükəl iliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları kateqoriyasında işlədiyi təsdiq edilməklə onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 28 iyun 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 28 oktyabr 1979-cu ildən 24 fevral 2016-cı il tarixədək müxtəlif vəzifələrdə işləmiş, təhsil almış və hərbi xidmətdə olmuşdur. 22 avqust 1982-ci ildən 17 iyul 1998-ci ilədək Salyan X2 zavodunda avtomat və yarımavtomat qaynaq maşınında 6-cı dərəcə qaynaqçı işləmişdir. Əmək kitabçasına isə bu əmək stajı qeyd olunmuşdur. Ağır işdə işlədiyini müəssisə də arayışla və güzəştli aktla təsdiq etmişdir. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmişdir. Əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajı 28 oktyabr 1979-cu ildən 24 fevral 2016-cı il tarixədək 37 il təşkil edir. İddiaçı 16 il təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları kateqoriyasında işlədiyi halda cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçının işlədiyi vəzifə birbaşa olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı
23. Yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəşt kateqoriyalı işçilər kateqoriyasına aiddir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiy i nəticə:
10. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4832/2021 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının işlədiyi peşənin güzəştli peşə hesab olunmadığına istinad etsə də həmin peşənin zərərli iş hesab edilməməsi əsasları ilə bağlı sübut təqdim etməmiş, ümumiyyətlə, iddiaçının işlədiyi kontakt-qaynaq maşınları üzrə qaynaqçı peşəsinin əmək funksiyasının nədən ibarət olması və hansı əsasla iddiaçının işlədiyi peşənin zərərli peşələrə uyğun olmaması barədə sübutu məhkəməyə təqdim etməyərək istinad etdiyi dəlili əsaslandırmamı şdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixə 15 il 08 ay 27 gün güzəştli iş stajı mövcuddur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 4 fevral 2022-ci il tarixli, 2-1(103)-885/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq bildirmişd ir ki, iddiaçının xx.xx.1982-xx.xx.1998-ci illərdə işlədiyi kontakt qaynaq maşınları üzrə qaynaqçı peşəsinin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 sayli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı. XXXİİİ. Metal məmulatların istehsalı bölməsində qeyd edilən kod: 2070100a-18338 kontakt (press qaynağı maşınlarının) qaynaqçıları peşəsinə uyğun olması faktı məhkəmə araşdırması ilə öz təsdiqini tapır. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tari xdə isə 57 yaşı tamam olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər, hərbi xidmət və təhsil dövrü də daxil edilməklə, iddiaçının ümumilikdə 26 il 11 gün sığorta stajı mövcuddur.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. 17. “Əmək pe nsiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur.
19. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Salyan X2 Zavodu”nda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşə yuxarıda qeyd olunan təhlükəl iliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun deyil.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il i ş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçi vəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Cavabdehin mübahisələndirdiyi xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı iş dövrünə gəldikdə, “Salyan X2” ASC-nin təqdim etdiyi sənədlərlə müəyyən edilmi şdir ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1998-ci ilə kimi X4 X1 sahədə kontakt-qaynaq maşınında 6-cı dərəcəli qaynaqçı işləmiş, TD306 və TD102 transformatlarının karkaslarının kontakt qaynaq maşınında qaynaq edilməsi ilə məşğul olmuşdur. TD306 və TD102-nin karkaslarının hazırlanması üçün metal lövhələr ölçülərə uyğun olaraq kəsilir, sonra tərəflər kontakt qaynaq maşınında qaynaq edilir, hazır olduqdan sonra qaynaq olunan yerlər şlaklardan təmizlənir və maşına yüklənib rənglənməsi üçün rəngləyici sexə rəngləmə kamerasına göndərilir. İşlədiyi zərərli maddələr: bronza, mis. İşlədiyi mühit karbon qazı ilə əhatə olunur. Bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalat ların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında 2070100a-18338 - kontakt (press qaynağı maşınlarının) qaynaqçıları peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-885/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.