Məhkəmə qərarları › İş №2-1(102)-896/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-896/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-896/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və y a ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-52/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, 28 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək qanunvericiliyin tələblərinə uyğun olaraq, məharət dərəcəsindəki yanlışlıqların aradan q aldırılması, qanunvericiliyin tələblərinə uyğun olmayan, heç bir əsas olmadan vəzifədən aşağı vəzifəyə keçirilmənin aradan qaldırmaqla bərpa olunması, DSMF-yə göndərilən məlumat vərəqəsinə dəyişikliyin edilməsi, ödənilməyən ezamiyyə və xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi barədə öhdəliyin cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini dəqiqləşdirərək 07 fevral 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə əlavəsini təqdim edib, ödənilməsi nəzərdə tutulan xx.xx.2014- xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, x idməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı ilə (hakim E.Hüseynov) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir.

5. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı tərəfindən hüquqların pozulmasının əsaslandırılması şərti yerinə yetirilmir. Bu şərtə iş üzrə əməl olunduğu fərz edilsə, o halda iddia qanunla tələb olunan müddət şərtinə cavab vermədiyi əsası ilə mümkün sayılmayacaqdır.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-52/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: S.Qarayev /sədrlik edən və məruzəçi/, Y.Qurbanov və S.Novruzov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərardadı qismən, iddianın 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbinə dair hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası qismən 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbinə dair hissədə mümkün hesab edilsin və inzibati iş həmin hissədə mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmrlərdən həmin tarixdən etibarən xəbərsiz olması ağlabatan hesab olunmur, çünki şəxsin tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilməsi onun artıq fərqli əmək funksiyalarını icra etməsi, hər hansı fərqli bir xidməti fəaliyyəti həyata keçirməsi, aldığı əmək haqqından məbləği fərqli əmək haqqı alması, ən əsası isə başqa iş yerində xidmətə davam etməsi deməkdir. Belə bir şərai tdə qeyd edilən əmrlərdən xəbərsiz olmasının ağlabatan olmadığını deməyə əsas verir.

9. Belə ki, uzun müddət ərzində iddiaçı yerinə yetirdiyi əmək funksiyalarında, həmçinin əmək haqqında olunmuş dəyişikliklərə, hətta məkan olaraq başqa iş yerinə getməsinə baxmayaraq verilən əmrlərdən xəbərinin olmaması dəlili qətiyyən inandırıcı deyil, bu iddiaçının subyektiv mülahizəsidir və heç bir hüquqi əsası yoxdur.

10. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati orqanların 2014-2021-ci illərə də qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdı r

11. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadının təmin olunmamış hissəsində ləğv edilməsini, kassasiya şikayəti təmin edilməsini, iddiaçı X1 tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikasının Penitensiar xidmətinə qarşı verilmiş iddia mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları yetərincə araşdırmadığını (müvafiq sorğuları göndərməyib, sənədləri tələb etməyib və s.), iddiaçıya nə etməli olduğunu bildirməklə kifayə tləndiyini nəzərə almayıb.

13. Apellyasiya instansiyası məhkəməsi verilən şikayətə baxarkən, birinci instansiya məhkəməsinin iddiaçıya yardım etmək vəzifəsini həyata keçirmədiyini nəzərə almayıb.

14. İddiaçıya və onun ailə üzvlərinə qanunla nəzərdə tutulan müalicə üçün birdəfəlik müavinətlər verilməyib. Bundan başqa məzuniyyətə çıxarkən nəzərdə tutulan iki aylıq əmək haqqı həcmində müavinətlər ödənilməyib.

15. Fakt ondan ibarətdir ki, iddiaçı penitinsiar xidmətində xidmət edib və bu dövrdə ona qanunverciliklə nəzərdə tutulan müalicə pulu, məzuniyyətə çıxarkən müavinət pulu ödənilməyib, həmçinin başqa hüquqlarının da pozulduğu aşkardır. Məhkəmə iddianı mümkünsüz hesab edərək, qeyd edilən məsələlərin açıq məhkəmə prosesində araşdırmasının qarşısını alır. Ancaq məhkəmə prosesində, çəkişmə pri nsipi təmin edilərək ədalətli və qanuni qərar vermək olar.

16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadının təmin olunmamış hissəsində ləğv edilməsini, kassasiya şikayəti təmin edilməsini, iddiaçı X1 tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikasının Penitensiar xidmətinə qarşı verilmiş iddia mümkün hesab edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan ve rən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraa tının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin ha llarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasi ya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək q anunvericiliyin tələblərinə uyğun olaraq, məharət dərəcəsindəki yanlışlıqların aradan qaldırılması, qanunvericiliyin tələblərinə uyğun olmayan, heç bir əsas olmadan vəzifədən aşağı vəzifəyə keçirilmənin aradan qaldırmaqla bərpa olunması, DSMF-yə göndərilən məlumat vərəqəsinə dəyişikliyin edilməsi, ödənilməyən ezamiyyə və xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Sözügedən iddia ərizəsi iddiaçının ilkin iddia ərizəsi olmuşdur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq, iddiaçıya cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi ilə ba ğlı xx.xx.2022-ci il tarixdə (işin İ cildinin 25-27-ci səhifələri), xx.xx.2023-cü il tarixdə (işin İ cildinin 28-400-cı səhifələri) yardım məktubları göndərilmişdir.

25. Eyni zamanda işin İ cildinin 36, 37-ci səhifələrində olan birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclası protokolundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmamış, sədrlik edən mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçısı ilə müzakirə edib İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbini dəqiqləşdirməyi təklif etdi və bu barədə öz mülahizələrini bildirmək üçün iddiaçıya söz verdi, iddiaçı iddia tələbini dəqiqləşdirmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etdi, iddiaçının bu vəsatəti təmin olunaraq, işə baxılması xx.xx.2 023-cü il tarixinə təyin olunmuşdur.

26. Bununla yanaşı işin İ cildinin 173-176-cı səhifələrində olan 02 may 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, hakim iddiaçıya yenə də iddia tələbini dəqiqləşdirməyi təklif etdi, lakin iddiaçı bildirdi ki, o iddia tələbinin müdafiə edir.

27. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, birinci instansiya məhkəm’sində iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən yardım edilməsi dəfələrlə təklif olunmuşdur.

28. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində, “Apellyasiya instansiyası məhkəməsi verilən şikayətə baxarkən birinci instansiya məhkəməsinin iddiaçıya yardım etmək vəzifəsini həyata keçirmədiyini nəzərə almayıb” dəlili əsassızdır.

29. Nəhayət İddiaçı tələbini dəqiqləşdirərək 07 fevral 2023-c ü il tarixdə məhkəməyə iddia ərizəsinə əlavəsini təqdim edib, ödənilməsi nəzərdə tutulan xx.xx.2014- xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

30. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

31. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 25 sentyabr 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, açıq aydın qeyd olunmuş konkret tələbini nəzərə almayan və iş üzrə müvafiq sübutları qiymətləndirmədən qəbul edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-74/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-74/2023 nömrəli məhkəmə iclasları üzrə protokolların, məhkəmə zallarında quraşdırılmış video qeydiyyat cihazlarının yazılarına baxış keçirilərək mübahisələndirilməsini və ona məxsus olmayan heç bir zaman işlətmədiyi şa blon ifadələrin çıxarılmasının təmin edilməsini kollegiyadan xahiş etmişdir.

32. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-52/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qismən, iddianın 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbinə dair hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci ill ər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası qismən 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbinə dair hissədə mümkün hesab edilsin və inzibati iş həmin hissədə mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Bununla əlaqə dar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, verilmiş kassasiya şikayəti, apellyasiya məhkəməsinin sözügedən qərardadının, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərardadının, məhz qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində baxılır.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbi mahiyyət baxımından həm mübahisələndirmə, həm məcburetmə və həm də öhdəliyin icrası haqqında iddia növlərini özündə ehtiva edir.

35. Belə ki, cavabdehin aşağı vəzifəyə keçirilməsi barədə 14 noyabr 2018-ci il tarixli, 16ş/h nömrəli əmrinin ləğv olunmasına dair tələb mübahisələndirmə haqqında iddia növünə, məharət dərəcəsinin verilməsinə dair 14 noyabr 2014-cüil tarixli, 130 ş/h nömrəli əmrə dəyişiklik edilməsi barədə iddia tələbi məcburetmə haqqında iddia növünə, 20162018-ci illər üzrə əlavə ödəncin və ya ezamiyyə pulunun verilməsi, 2014-2022-ci illər üzrə müalicə pulunun ödənilməsi ilə bağlı tələbləri isə öhdəliyin icrası haqqında iddia növünə aiddir.

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci, 3.1-ci, 3.2-ci, 33-cü, 34-cü maddələrini tətbiq etməklə doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiasında irəli sürdüyü tələblər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları nöq teyi nəzərindən müzakirə olunmalı və hüquqi qiymət verilməlidir.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə, pul tələbi ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

38. İş materiallarından göründüyü kimi, iddiaçı ona məharət dərəcəsinin verilməsi barədə 14 noyabr 2014-cü il tarixli, 130 ş/h nömrəli əmri, aşağı vəzifəyə keçirilməsi barədə 14 noyabr 2018-ci il tarixli, 16ş/h nömrəli əmrləri qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmiş, eyni zamanda 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin (ikinci vəzifənin icrası və ya ezamiyyətə göndərilməsi barədə hər hansı əmrin mövcud olma dığı müəyyən olunur) ödənilməsi barədə isə həmin dövrdən uzun zaman keçməsinə baxmayaraq məhkəməyə müraciət etməmişdir.

39. Apellyasiya məhkəməsi qərardadında haqlı olaraq göstərmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Yəni, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yeti rilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati orqanların 2014-2021-ci illərə də qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

41. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 42. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələrində deyilir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü ha qqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə uyğun olaraq buraxılmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.

44. Həmin məcəllənin 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün şəkildə belə nəticəyə gəlmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia müddəti buraxıldığına görə (2022-ci il üçün müalicə olunması üçün nəzərdə tutulan pul təminatı istisna olaraq) mümkünlük şərtlərinə cavab vermədiyindən iddia haqlı olaraq mümkün sayılmamışdır.

46. Belə ki, iddiaçı, 2022-ci il üçün müalicə olunması üçün verilməsi nəzərdə tutulan pul təminatı istisna olmaqla, digər illər üçün nəzərdə tutulmuş pul təminatının tələb edilməsi ilə əlaqədar nəzərdə tutulmuş müddət çərçivəsində məhkəməyə müraciət etməmişdir.

47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı “Naxçıvan Mu xtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-52/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərardadı “Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar