Məhkəmə qərarları › İş №2-1(102)-897/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-897/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-897/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması. giriş hissəsi: Hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6, X16, X12 və X7 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-52/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı 10 may 1994-cü il sərəncamı ilə X5 Mərdəkan qəsəbəsində 5/102 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə/İ-1 25 sayla qeyd edilmiş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı 10 may 1994-cü il tarixli sərəncamına əsasən özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,12 hektar torpaq sahəsini 18.000.000 manata İddiaçı satmışdır.

3. Torpağın mülkiyyətə verilməsinə dair JN-3217D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli reyestrdə 4Ə/İ-125 saylı alqı-satqı müqaviləsi ilə satılmış, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı adına xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur.

4. Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyy əti başçısının 407/306 saylı 10 may 1994-cü il tarixli sərəncamı ilə X13 Mərdəkan qəsəbəsində 5/502 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır.

5. Torpağın mülkiyyətə verilməsinə dair JN-17530D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı 10 may 1994-cü il tarixli sərəncamı ilə ayrılmış Mərdəkan qəsəbəsi, 5/502 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi X11 adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur. 6. ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış verilmişdir.

7. X16 həmin torpaq sahəsini daşınmaz əmlakın AN–İ № ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765. saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır.

9. X6 həmin torpaq sahəsini daşınmaz əmlakın AN –İ № ******* saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2.

10. H üquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı, X6 və X16 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X16 və X3 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, üçüncü şəxslərin adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artrılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X16 və X3 və X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz he sab edilməklə, habelə üçüncü şəxslərin adına, yəni X11 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №-li Çıxarışı, X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X8 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Daha sonra iddiaçı yenidən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artrılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X16, X3 və X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslərin adına, yəni X11 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №-li çıxarışın, X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X8 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, onun hazırki iş üzrə üçüncü şəxs Mələk Gülməmmədovaya və digərlərinə qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi zərər tələblərinə dair iddiası üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınıb, ona müvafiq çıxarış verilsə də, həmin qeydiyyatın və çıxarışın verilməsinə əsas olmuş, Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 407/306 saylı, 10 may 1994cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin ünvanı 502 E saylı deyil, 5/502 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrıldığı təsdiq edilmişdir. X10 mübahis əli torpaq sahəsini digər üçüncü şəxs Zaur Məmmədovdan alqı-satqı yolu ilə əldə etmiş və torpaq sahəsinə dair Xəzər rayon İcra hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli Sərəncamı məhz sonuncunun adına verilmişdir. Cavabdeh tərəfindən üçüncü şəxslərin adına mübahisəli torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsinə əsas olmuş yuxarıda göstərilən sənədlərlə (sərəncam), cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərə verilmiş sənədlər, xüsusilə torpaq sahəsinin planı və ölçüsü və çıxarış arasında uyğunsuzluqlar aşkar olunmuşdur.

15. Cavabdeh iddia ərizəsinə etiraz etmiş və bunu onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 say lı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı və təsdiqlənmiş yerləşmə cizgisi əsasında X11 adına JN-17630D saylı şəhadətnamə verilmiş, daha sonra isə həmin şəhadətnamə əsasında qeydiyyata alınaraq **********1 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. X16 ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X3 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. X6 ilə X12 arasında xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavil əsinə əsasən sözügedən daşınmaz əmlak X8 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı iddia ərizəsində Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamında müvafiq daşınmaz əmlakın 5/502 saylı sahə kimi göstərilsə də, X13 verilmiş çıxarışda hansı səbəbdən ünvanın 502E saylı olmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarının 3.14-cü bəndinə əsasən ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu Qaydaların 3.9-3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilm əsi zamanı Ə,Ö,Ü,İ,İ,Ç,J,G,O,Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir. 10 fevral 2012-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə artıq nömrələnmiş daşınmaz əmlak obyektləri arasında yeni inşa edilmiş daşınmaz əmlak obyektinə iki nömrədən kiçik nömrəyə kəsr xəttindən sonra yeni nömrə verilməsini nəzərdə tutan 3.17-ci bənd ləğv edilmişdir. Cavabdeh həmçinin etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 68-ci, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 140-cı maddələrinə istinad etməklə məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadı ilə iddia cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X3 və X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxs X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X8 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmı ş xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

17. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

18. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1210/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər A.Hüseyn -məruzəçi, A.Hüseynov və S.Bəktaşi, 2-1(103)-2623/2021 saylı iş) 28 yanvar 2022-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 21.Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edərək, qeyd etmişdir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddia mümkün sayılmamalıdır. 22.Apellyasiya instansiyası məhkəməsi bu mövqeyini müdafiə edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz Əmlakın döv lət reyestri haqqında” AR Qanunun 2.1-ci və AR iPM-in 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına əsaslanmış və qeyd etmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxslər X3 və X8 adına hüquqmüəyyənedici sənədlər, müvafiq olaraq iş üzrə üçüncü şəxslər arasında notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən verilmişdir. 23.Bundan başqa, apellyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndinə də istinad etmişdir. 24.Bununla belə, apellyasiya instansiy ası məhkəməsi birbaşa prosessual hüquq normasına əsaslanmamış, AR Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarını isə düzgün tətbiq etməmişdir. 25.Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddia tələbi, cavabdehin üçüncü şəxslərin adına mübahisəli torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsini ehtiva edir. Bu da, inzibati orqanın faktiki xarakterli hərəkətlərinin mübahisələndirilməsidir. 26.Məhkəmənin istinad etdiyi AR Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövl ət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən i r ə l i gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır." 27.Bir daha qeyd edirik ki, bizim iddia da məhz üçüncü şəxslərə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsini, yəni inzibati orqanın, iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olan, torpaq sahəsinin yeri ilə bağlı yanlış hərəkətlərinin qanunsuz hesab edilməsini nəzərdə tutur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə (İPM): Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məc əllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. (-). Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımı qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2-1(103)-52/2022 saylı qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, iddiaçı kassasiya şikayətinin “ maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe dəlillər” adlanan hissəsində göstərir ki, maddi hüquq normasının apellyasiya məhkəməsi tərəfindən pozulması yoxdur.

32. Digər tərəfdən iddiaçı kassasiya şikayətinin “Prosessual hüquq normasının pozulmasina və ya düzgün tətbiq edilməməsinə” dair mövqe dəlillər adlanan hissəsində apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması kimi A zərbaycan Respublikası İnzibati icraat haqqında “qanunun 1.2-ci maddəsini qeyd etmişdir.

33. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, “İnzibati icraat haqqında” qanun həmin qanunda sırf inzibati orqanın hərəkətlərini tənzimləyən və buna görə də yanlız onlara aid olan bir sıra prosessusal hüquq normalarını mövcud olsa da, bu qanun məhkəmənin onun tətbiqi baxımdan bütövlükdə maddi hüquq normadır,orada olan bir sıra prosessual hüquq normalarının məhkəməyə aidiyyəti yoxdur yəni məhkəmə prosessual hüquq normaları tətbiq edərkən İnzibati- prosessual məcəllənin müəyyən etdiyi prosessual hüquq normalarına istinad edir.

34. Beləliklə, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı inzibati mübahisəyə baxılarkən hər hansı maddi və prosess ual hüquq normalarının pozulmasını faktiki olaraq göstərməmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məlum olduğu kimi iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X16, X3 və X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslərin adına, yəni X11 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №-li çıxarışın, X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tari xli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X8 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı 10 may 1994-cü il sərəncamı ilə X5 Mərdəkan qəsəbəsində 5/102 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır.

37. Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə/İ-125 sayla qeyd edilmiş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı 10 may 1994-cü il tarixli sərəncamına əsasə n özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,12 hektar torpaq sahəsini 18.000.000 manata İddiaçı satmışdır.

38. Torpağın mülkiyyətə verilməsinə dair JN-3217D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli reyestrdə 4Ə/İ-125 saylı alqı-satqı müqaviləsi ilə satılmış, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı adına xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur.

39. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı 10 may 1994-cü il tarixli sərəncamı ilə X13 Mərdəkan qəsəbəsində 5/502 saylı sahədə fərdi ev tikm ək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır.

40. Torpağın mülkiyyətə verilməsinə dair JN-17530D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı 10 may 1994-cü il tarixli sərəncamı ilə ayrılmış Mərdəkan qəsəbəsi, 5/502 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi X11 adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur. 41. ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış verilmişdir.

42. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X16 həmin torpaq sahəsini daşınmaz əmlakın AN–İ № ******* saylı xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X1.

43. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765. saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır.

44. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X6 həmin torpaq sahəsini daşınmaz əmlakın AN –İ № ******* saylı xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X2.

45. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır.

46. Beləliklə İddiaçı DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən X16, X6 və X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə sonuncuların adına qeyd olunan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın və çı xarışların Bakı İnzibati məhkəməsindən ləğv edilməsini xahiş etmişdir.

47. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanunun 2.1-ci və AR İPM-in 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına istinat etmişdir ki, belə ki, həmin qərarda deyilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi a kt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

48. Apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Hazırda iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxslər X3 və X8 adına hüquqmüəyyənedici sənədlər, müvafiq olaraq iş üzrə üçüncü şəxslər arasında notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən verilmişdir.

49. Buna görədə apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki- hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur.

50. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına istinat etmiş, həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət r eyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik ş əhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

51. Bu baxımdan apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qeyd olunan “hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır,” əsasla mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir.

52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2-1(103)-52/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

53. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-52/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar