Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-897/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, Manayeva (Şoranova) Səbinə Əli qızı və İddiaçı 3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X2 Sona Nəbi qızı, X7, X8) “X16 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı, 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)-322/2022 nömrəli qərarından iddiaçılar tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayon Katex kolxozunun Katex kəndində torpaq sahələrinin subyektlər arasında bölüşdürülməsinin püşkatma ardıcıllığının siyahısında 192-ci sırada X14 adı göstərilmiş, ailə üzvlərinin sayı 4 nəfər, qaytanlanmış kitabda 010 qeyd edilmişdir. X1 adı 1406-cı sırada göstərilmiş, qaytanlanmış kitabda 015 qeyd edilmişdir. Balakən rayon Katex kolxozunun ərazisindən torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısında 610-cu sırada H.Hüşənovun adı göstərilmiş, təsərrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsi qrafasında torpaq sahəsinin ölçüsü 015 kimi qeyd edilmişdir. Həmin siyahıda Ə.Şoranovun adı 812-ci sırada göstərilmiş, təsərrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsi qrafasında torpaq sahəsinin ölçüsü 010 kimi qeyd olunmuşdur. Balakən rayon AİK tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Balakən rayonunun Katex kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 943-cü sırada X4 və ailə üzvlərinin adı göstərilmiş, Dövlət aktının nömrəsi 192, xəritədə nömrəsi 943, ailənin tərkibi 4 nəfər, qanuni istifadəsində olan həyətyanı sahə 0,10 kimi qeyd olunmuşdur. Həmin cədvəldən çıxarışda 1035-ci sırada X20, X16 və X6 (X3 ailə üzvləri) adları qeyd edilmiş, Dövlət aktının nömrəsi 1409, xəritədə nömrəsi 1035, ailə tərkibi 3 nəfər, qanuni istifadəsində olan həyətyanı sahə 0,15 göstərilmişdir.
2. İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək, X16 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı, 4 0105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının onlara məxsus çıxarışda göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsini xahiş etmişlər.
3. Cavabdeh 12 fevral 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmişdir və qeyd etmişdir ki, müraciətin təmin olunması Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X16 və onun ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı, 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçı və ailə üzvlə rinə məxsus RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu AİK-nın qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsində ev inşa edilmişdir. Evə və həyətyanı torpaq sahəsinə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli çıxarış, həmçinin fərdi yaşayış evinə reyestr nömrəsi **********0-103a olan texniki pasport verilmişdir. X16 isə iddia edir ki, həmin 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsi onun və onun ailə üzvlərinin adına tərtib edilmiş dövlət aktının 1409/017 ha nömrəli plan şetdə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. Orada olan çörək kürəsi, su hovuzu, toyuq hini və digər tikililərin dağıdılmasını tələb edir. İddiaçı2 cavabdehə ərizə ilə müraciət edərək, X16 və onun ailə üzvlərinin adına işlənmiş JN1409 seriyalı, 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçı və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin olunması Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 1,85 ha k/t torpaq sahəsi iş üzrə üçüncü şəxs X10 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1409 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı verilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(116)-1461/2022 nömrəli qərarı (hakim: X9) ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində hər üç siyahıda iddiaçılara məxsus torpaq sahəsinin ölçüsünün 0,10 ha, A 206166 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə isə 401,92 kv.m göstərildiyi halda, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 2V-286 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Balakən rayon İcra Hakimiyyətinin Katex kənd inzibati ərazi dairəsinin arayışı əsasında iddiaçıların adına 0,12 ha torpaq sahəsinin qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi müəyyən olunmuşdur. İş üzrə mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Dövlət Aktının 1409 nömrəli planşetində göstərilən torpaq sahəsinin sənəd üzrə koordinatları ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin 0,019 ha hissəsi üst-üstə düşür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların üçüncü şəxslərə münasibətdə daha əvvəl tərtib edilmiş və onlara mə xsus hüququ təsdiq etmiş dövlət aktının ləğv edilməsindən ibarət tələbi əsassızdır.
9. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)-322/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X15 və X11) ilə Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, həm birinci instansiya, həm də Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edərkən, iddiaçıların əlində ləğv edilməmiş RX seriyalı, ******* nömrəli xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatından çıxarış olduğunu nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən həmin çıxarışın 0,12 ha həyətyanı torpaq sahəsinə verilməsinə əsas olmuş sənədləri ətraflı araşdırmamış, həmin sənədlərin əsasında verilmiş hüquqların dövlət qeydiyyatından çıxarışın prezumpsiyasını nəzərə almamışdır. Bundan əlavə, məhkəmələr işdə olan sübutlara (ekspert rəyinə) hüquqi qiymət vermədən qanunsuz və əsassız qərar qəbul etmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqı nda, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüq uqun yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hes ab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan H üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından JN-1409 seriyalı, 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv olunmasını şərtləndirən əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya m əhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, bu qərarın 15-ci bəndində istinad olunan normaların müddəalarına görə, torpaq sahəsi üzərində hüquq hüquqmüəyyənedici sənədlər əs asında, eləcə də həmin sənədlərdə qeyd olunmuş göstəricilərə və ölçülərə tam uyğun olaraq qeydiyyata alınmalıdır.
24. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, iddiaçılara 0,10 ha torpaq sahəsi ayrılmışdır və həmin fakt iş üzrə materiallara əlavə olunmuş müxtəlif sübutlarla, o cümlədən torpaq sahələrinin subyektlər arasında bölüşdürülməsinin püşkatma ardıcıllığına aid siyahı ilə, qaytanlanmış kitabla, torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısı ilə, təsərrüfatbaşına kitabdan çıxarışla təsdiq olunur. Bundan əlavə, Balakən rayon AİK tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Balakən rayonunun Katex kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən də iddiaçılara 0,10 ha torpaq sahəsinin ayrıldığı müəyyə n olunur.
25. İddiaçılara hüquqmüəyyənedici sənədlə 0,10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıların adına 0,12 ha torpaq sahəsi qeydə alınmış və bu barədə onlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, həmin qərarın 15-ci və 23-cü bəndlərində istinad olunan normaların tələbləri baxımından iddiaçıların adına tərtib olunmuş çıxarışın torpaq sahəsinin hüquqmüəyyənedici sənəddə qeyd olunmuş ölçüdən artıq olan hissəsinin hüquqi əsası mövcud deyildir.
26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən 3-cü şəxslərə aid şəhadətnamənin həmin hissədə ləğv olunmasını tələb etməkdə iddiaçılar haqlı sayıla bilməzlər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nə ticə əsaslı və qanunauyğun hesab olunmalıdır.
27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)-322/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.