Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-898/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” bar ədə 13.11.2019-cu il tarixli, **********403700 nömrəli və 13.11.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iş üzrə 01.03.2021-cu il tarixli, 2-1(105)-242/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 13.11.2019-cu il tarixli, **********403700 nömrəli və 13.11.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumq ayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, "İddiaçı" MMC-yə 07.07.2017-ci il tarixli,**********108800 nömrəli “xxxx" Qərara əsasən 2017-ci ilin aprel ayı üzrə 175.692 manat ƏDV hesablanmışdır. Daha sonra həmin dövr üzrə tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edildiyindən cavabdeh vergi orqanı həmin dövr üzrə yeni inzibati akt “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 13.11.2019-cu il tarixli, **********403700 nömrəli Qərar qəbul edərək eyni əsaslarla eyni məbləğdə (175 692,0) manat əlavə vergi məbləği hesablamışdır. Qəbul edilmiş qərarların qəbul edilməsinə əsas kimi “01.01.201601.05.2017-ci illəri əhatə edən dövr ə rzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976 066,66 manat dəyərində mal qalığının yaranması" göstərilmişdir. Bundan başqa, iddiaçı "İddiaçı" MMC-yə 24.08.2017-ci il tarixli, **********047800 nömrəli "xxxx" Qərara əsasən 2017-ci ilin iyun ayı üzrə 149 447,16 manat ƏDV hesablanmışdır. Daha sonra həmin dövr üzrə tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edildiyindən cavabdeh vergi orqanı həmin dövr üzrə yeni inzibati akt - "Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə" 13.11.2019-cu il tarixli, **********401300 nömrəli Qərar qəbul edərək eyni əsaslarla, eyni məbləğdə (149 447,16 manat) əlavə vergi məbləği hesablamışdır. Qəbul edilmiş qərarların qəbul edilməsinə əsas kimi "idxal olunmuş ticarət əlav əsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830 262 manat kənarlaşmanın yaranması" göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Sumqayıt İnzibati Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2-1(118)-373/2020 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 13.11.2019-cu il tarixli, **********403700 nömrəli və 13.11.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 78-ci maddəsinə, Vergi Məcəlləsinin 53.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə istinad edərək belə hesab etmişdir ki, inzibati orqan müvafiq məhkəmə qərarlarını nəzərə almamış, səyyar vergi yoxlaması təyin etsə də, hər hansı yoxlama keçirməmiş, uzun müddət sonra səyyar vergi yoxlaması qərarını ləğv etmiş, bununla bağlı müvafiq araşdırmalar aparmadan əsassız olaraq mübahisələndirilən qərarları qəbul etmişdir.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2-1(118)-373/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 01.03.2021-ci il tarixli, 2-1(105)-242/2021 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2-1(118)373/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti o nunla əsaslandırılmışdır ki, hesablanmış vergilərin mahiyyəti ilə bağlı bildirilir ki, müəssisə tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında dəyəri 6.288.836,87 manat olan qara metaldan borular və digər mal idxal edilmişdir. Müəssisə tərəfindən qeyd olunan idxal olunmuş malın yalnız 4.482.508,0 hissəsi 2016-cı ilin yanvar və fevral ayları üzrə bəyan edilərək idxal dövriyyəsi tamamilə əvəzləşdirilmişdir.
9. Müəssisə 06.09.2016-cı il tarixində fəaliyyətini dayandırmış, 2016-cı il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində isə idxal edilmiş 6.288.836,87 manat dəyərində malın qalan 1.806.328,87 manat hissəsini mənfəət vergisi bəyannaməsinin əlavəsinin 1.3.2-ci “Mallar” sətrində qalıq olaraq göstərməmişdir. Bundan sonra iddiaçı həmin il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təq dim etsə də idxal olunan malın qalan 1.806.328,87 manat hissəsini təkrarən mal qalığı kimi bəyan etməkdən yayınmışdır. Eyni zamanda bildirilir ki, müəssisənin vergi orqanında qeydiyyatda olan hər hansı bir anbarı da olmamışdır.
10. Bunlarla yanaşı müəssisənin direktoru X1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində verdiyi izahatda qeyd etmişdir ki, idxal etdiyi malları gömrük məntəqəsindən sənədləşdirib keçirdikdən sonra anbar olmadığı üçün birbaşa vaqonlardan topdan səkildə müxtəlif fiziki şəxslərə satmışdır.
11. Bu hallar vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək Cəmiyyətə 22.06.2017-ci il tarixli, **********889000 nömrəli və 16.08.2017-ci il tarixli **********438700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) t ələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, uyğunsuzluq məktubunda göstərilən müddət ərzində vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşmalarla bağlı hər hansı məlumat, izahat, təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün müvafiq olaraq Cəmiyyətə 07.07.2017-ci il tarixli, **********108800 nömrəli “xxxx” Qərarla 2017-ci ilin aprel ayı üçün 175.692,00 manat (976.066,66 * 18%) və 24.08.2017-ci il tarixli **********047800 nömrəli “xxxx” Qərarla 2017-ci ilin iyun ayı üçün 149.447,16 manat ƏDV hesablanmışdır.
12. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla 06.04.2018-ci il tarixli, **********199800 nömrəli qərarla müəssisənin inzibati şikayəti təmin edilməmiş və 2 saylı Ərazi Vergilər Departamentinin 07.07.2017-ci il tarixli, **********108800 nömrə li və 24.08.2017-ci il tarixli, **********047800 nömrəli “xxxx” Qərarları qüvvədə saxlanılmışdır. Müəssisə bu qərardan məhkəməyə şikayət etməmiş və qərar qanuni qüvvəyə minmişdir.
13. Eyni zamanda bu qərarla müəssisənin daha yüksək məbləğdə vergidən yayındığı ehtimal olunaraq səyyar vergi yoxlamasının keçirilməsi qərara alınsa da, sonradan iddiaçının 10.12.2018-ci il tarixli müraciəti nəzərə alınaraq səyyar vergi yoxlaması ləğv edilmişdir. Bildirilir ki, qeyd olunan müraciət həmçinin müəssisənin ona kameral qaydada hesablanmış vergilərlə razılaşması kimi qəbul edilmişdir.
14. Sonradan iddiaçı 2019-cu ildə bu qərarları yenidən məhkəmədə mübahisələndirmək iddiasına düşsə də iddia müddətlərini ötürdüyünü anlamışdır. Lakin süni surətdə iddia müddətini yeniləmək üçün xüsusi bir sxemdən istifadə etmişdir.
15. AVİS-dən əldə olunmuş çıxarışdan göründüyü kimi, iddiaçıya hazırkı mübahisə predmetini təşkil edən 13.11.2019-cu il tarixli, **********403700 nömrəli və 13.11.2019-cu il tarixli, **********401300 nömrəli qərarlardan nə əsasına, nə də ki, məbləğinə görə fərqlənməyən ilkin inzibati aktlar aprel ayı üzrə 07.07.2017-ci ildə, iyun ayı üzrə isə 24.08.2017-ci il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, iddiaçı həmin qərarlarla bağlı cavabdehə inzibati şikayət ünvanlamış və şikayət təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.
16. Lakin iddiaçı sonradan həmin qərarları məhkəmədə mübahisələndirə bilməyəcəyini düşünüb yeni bir sxemə əl atmışdır. Yuxarıdakı təsvirdən göründüyü kimi, aprel ayı üzrə 05.01.2019 və 04.11.2019-cu il tarixlərdə, iyun ayı üzrə isə 0 4.11.2019-cu il tarixdə süni surətdə əvvəlki bəyannaməsindən fərqlənməyən dəqiqləşmiş bəyannamə təqdim etmişdir. Məqsəd isə vergi orqanının ona yeni tarixlə kameral vergi hesablaması na nail olmaqla yeni tarixli qərardan iddia müddətini ötürməmiş kimi məhkəməyə şikayət vermə imkanını əldə etmək olmuşdur ki, buna da nail olmuşdur. Əslində isə hazırda mübahisələndirilən 13.11.2019-cu il tarixli qərarlar həm hesablanma əsasına, həm də ki, hesablanmış vergi məbləğinə görə müəssisənin inzibati şikayət verdiyi 07.07.2017-ci və 24.08.2017-ci il tarixli qərarlardan fərqlənmir.
17. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əsaslarla bağlı 03 may 2016-cı il tarixli, **********527800 nömrəli qərar qəbul edilərək iddiaçıya 397.348,56 manat məbləğində ƏDV hesablanmış və həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 21(85)-885/2016 nömrəli qərarı ilə 2 saylı Ərazi Vergilər Departamentinin 03 may 2016-cı il tarixli, **********527800 nömrəli “xxxx” qərarı ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2-1(105)-386/2016 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 2-1(85)-885/2016 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ona görə də qeyd edilən məhkəmə qərarları ilə hazırda mübahisələndirilən qərarların qəbul edilməsinə əsas olmuş hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və həmin qərarla müəyyən edilmiş hallar yenidən mübahisələndirilməsi qanunvericiliklə qadağan edilmişdir.
18. Bununla ə laqədar olaraq bildirilir ki, bundan əvvəl məhkəmədə mübahisələndirən qərarın aid olduğu dövr (2016-cı ilin mart ayı), habelə həmin qərarla hesablanmış vergi məbləği tamamilə fərqlidir. Eyni zamanda, bundan əvvəl məhkəmədə mübahisələndirən qərarın hesablanma əsası da tamamilə fərqli olmuşdur. Belə ki, o zaman vergi qalıqda olan mala bazar qiyməti tətbiq etməklə hesablansa da, hazırkı qərarla yalnız qalıqda qalan malın dəyərinə vergi hesablanmışdır. Göründüyü kimi, yuxarıda adı çəkilən məhkəmə qərarının hazırkı iş üçün predusiallığından ümumiyyətlə söhbət gedə bilməz.
19. Bunlarla bərabər qeyd edilir ki, hazırkı mübahisələndirilən inzibati aktlarla əlaqədar yaranmış dövriyyəyə əsasən müəssisəyə 2017-ci il üzrə 95.111,24 manat mənfəət vergisi hesablansa da, bu məbləğ müəssisə tərəfindən mü bahisələndirilməmiş və iddia müddətləri də ötürülmüşdür. Göründüyü kimi, müəssisənin ona hesablanmış mənfəət vergisi ilə razı olduğu halda, bu dövriyyəyə uyğun hesablanmış ƏDV məbləği ilə razı olmaması tamamilə məntiqsizdir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(105)-242/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən daxil olmuş etirazda iddiaçı kasasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarını qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi Fazil Əzizov və cavabdehin nümayəndəsi Ruslan Musayev vəkilsiz gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
25. Ali Məhkəmənin İnzibati Kolle giyası məruzəçi hakimin məruzəsini, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
28. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlillər əsassızdır.
29. Məlum olduğu kimi, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 13.11.2019-cu il tarixli, **********403700 nömrəli və 13.11.2019-cu il tarixli, **********401300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.
30. Qeyd edilməlidir ki, cavabdehin hər iki qərarı kameral vergi yoxlaması əsasında qəbul edilmişdir, belə ki, 13 noyabr 2019-cu il tarixli, **********403700 nömrəli qərarla ƏDV üzrə 2017-ci ilin aprel ayı üçün 175.692 manat məbləği, 13 noyabr 2019-cu il tarixli, **********401300 nömrəli qərarla isə ƏDV üzrə 2017-ci ilin iyun ayı üçün 149.447,16 manat məbləğ hesablanmışdır.
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın vergi ödəyicilərinə xidmət və uçot idarəsinin iddiaçıya ünvanlandığı “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubunda göstərili r ki, “06.09.2016-cı il tarixli ərizənizə əsasən fəaliyyətiniz 06.09.2016ci il tarixindən 06.09.2021-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır.”
32. Beləliklə iddiaçı rəsmi olaraq 06.09.2016-cı il tarixindən fealiyyətini dayandırmışdır.
33. Lakin buna baxmayaraq cavabdeh yuxarıda göstərilmiş 2 (iki) kameral vergi yoxlaması aparmış və müvafiq qərarlar qəbul etmişdir.
34. Halbuki, Vergi Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq: “Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.”
35. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən: “Vergi ilində vergi ödəyicisi sahibkarl ıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.”
36. Həmin Məcəllənin 67.8-ci maddəsinə görə: “ Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır.”
37. Həmin Məcəllənin 67.9-cu maddəsinə müvafiq olaraq: “Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır.”
38. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdehin iddiaçıya özünün verdiyi “Borcun olub-olmaması haqqında” arayışında göstərilir ki, “şəxsi hesabvərəqəsinin 05.07.2017-ci il tarixə olan göstəricilərinə əsasən cəmiyyətin dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur”.
39. Digər tərəfdən, cavabdeh iddia edir ki, iddiaçı tərəfindən 2016-cı ilin yanvarfevral ayları ərzində gömrük dəyəri 6.250.225 manat dəyərində mal idxal edilmiş, həmçinin iddiaçı tərəfindən 01.01.2016-01.05.2017-ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə 7.420.827,52 manat dəyərində mallar ilə 2017-ci ilin aprel və iyun ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən dövriyyə arasında kənarlaşma yaranmış, eyni zamanda 01.01.2016-01.02.2016-cı il tarix ərzində ümumilikdə 6.250.225,0 manat gömrük dəyərində mallar idxal etmişdir.
40. Digər tərəfdən xüsusi olaraq qeyd edilməlidir ki, inzibati orqan tərəfindən iddiaçının məhz aprel və iyun 2017-ci il tarixdə hər hansı bir əməliyyatın aparılması heç cürə sübuta yetirilməmiş və bu barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
41. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, halbuki sözügedən məsələlərlə cavabdeh iddiaçı ilə müvafiq yazışmalara başlamış və faktiki olaraq iddiaçını yazışmalara cavab verməyə vadar etmişdir.
42. Bu arada cavabdeh kasasiya şikayətində özü göstərir ki, “Eyni zamanda bu qərarla müəssisənin daha yüksək məbləğdə vergidən yayındığı ehtimal olunaraq səyyar vergi yoxlamasının keçirilməsi qərara alınsa da sonradan iddiaçının 10.12.2018-ci il tarixli müraciəti nəzərə alınaraq səyyar vergi yoxlaması ləğv edilmişdir”.
43. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əsaslarla bağlı 03 may 2016-cı il tarixli, **********527800 nömrəli qərar qəbul edilərək iddiaçıya 397.348,56 manat məbləğində ƏDV hesablanmış və həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir.
44. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 2-1(85)885/2016 nömrəli qərarı ilə 2 saylı Ərazi Vergilər Departamentinin 03 may 2016-cı il tarixli, **********527800 nömrəli “xxxx” qərarının ləğv edilməsi qərara alınmışdır.
45. Həmin qərardan apelyasi ya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2- 1(105)-386/2016 nömrəli, 18 noyabr 2016-cı il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
46. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh vergi orqanının 17 dekabr 2018-ci il tarixli, **********171683 nömrəli qərarı ilə 2 saylı Ərazi Vergilər Departamenti baş vergi xidməti müşaviri X2 tərəfindən İddiaçı MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 04 may 2018-ci il tarixli, **********149729 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
47. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2016-cı ilin yanvar- fevral ayları ərzində gömr ük dəyəri 6 250 225,0 manat (ƏDV, gömrük rüsumu və gömrük yığımları ilə birlikdə 7 420 827,52 manat) dəyərində mal idxal etmiş, lakin təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyə 4 482 508,0 manat (ƏDV daxil olmadan) manat bəyan edildiyindən, vergiyə cəlb edilən dövriyyə üzrə kənarlaşma yaranmış və bu səbəbdən 13.05.2016-cı il tarixli, **********527800 nömrəli “xxxx” Qərarına əsasən 2016-cı ilin mart ayı üzrə 397348,56 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən 01.01.201601.05.2017-ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə 7 420 827.52 manat dəyərində mallar ilə 2017-ci ilin aprel və iyun ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən dövriyyə arasında kənarlaşma yarandığından iddiaçıya “Vergilərin, sosial sığorta və işsi zlik sığortası haqlarının hesablanması barədə 13.11.2019-cu il tarixli, **********403700 nömrəli və 13.11.2019-cu il tarixli, **********401300 nömrəli Qərarlara əsasən ümumilikdə 325139,16 manat əlavə vergi məbləği hesablanmışdır.
48. Bu səbəbdən də, apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı metal idxalı ilə məşğul olmuş, hazırda mübahisələndirilən qərarlar 2016-cı ildə həyata keçirilən idxal əməliyyatları ilə bağlı qəbul edilmiş, iddiaçının ondan sonra fəaliyyəti olmamış, həmin idxal əməliyyatları ilə bağlı qəbul edilmiş və cavabdeh inzibati orqanın məktubunda istinad etdiyi həmin 13.05.2016-cı il tarixli, **********527800 nömrəli “xxxx” qərar yuxarıda qeyd olunan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 21(85)885/2016 nömrəli qərarı ilə ləğv edilmiş, dah a sonra inzibati orqan tərəfindən səyyar vergi yoxlaması təyin edilsə də, inzibati orqan tərəfindən səyyar vergi yoxlaması ləğv edilmiş və nəhayət 13.11.2019-cu il tarixdə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir, yəni mübahisələndirilən qərarların qəbul edilməsinin əsasını təşkil edən hallara dair daha əvvəllər də vergi orqanı tərəfindən qərarlar qəbul edilmiş və həmin qərarlar məhkəmə araşdırmasının predmeti olmuşdur.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 ma rt 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-1(105)-242/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.