Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-898/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Dadaşov İlqar Ağababa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MTK və "xxxx" KB ASC) “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-742/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)4139/2018 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeyri yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh orqana həvalə edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, ********* nömrəli məktubuna əsasən icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvan ına dair iddiaçının adına çıxarışlar (ünvan 1 ünvanında sahəsi 331,3 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında sahəsi 229,2 kvm. qeyriyaşayış sahəsinə dair 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış) verilmişdir. 4. “Yeni Ailə" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, “Yeni Ailə" MMC-nin üçüncü şəxs kimi cəlb edilməklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81)4139/2018 nömrəli qərardadı ilə " xxxx" MMC-nin ərizəsi təmin edilmiş, inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1 (81 )-4139/2018 saylı qərarı ləğv edilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81)4139/2018 nömrəli qərardadı ilə "xxxx" KB ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81)3012/2019 nömrəli qərarı ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-652/20 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, habelə Azərb aycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)1530/20 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3012/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qərarının icrasını təmin etmək üçün iddiaçının adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışların ləğv olunmaqla əvvəlki vəziyyətə geriyə dönüş edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)-3012/ 2019 nömrəli qərardadı ilə (hakim Ş.A.Həsənova) ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv olunmuş xx.xx.2018-ci il tarixli, 2-1 (81)-4139/2018 nömrəli qərarının icrasına dönüş edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 nömrəli qərarı əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanına dair iddiaçının adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edimişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (103)-2199/2021 nömrəli qərardadı ilə (hakimlər A.S.Hüseynov-sədrlik edən və məruzəçi, S.İ.Bektaşi və V.M.Məmmədov) qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)- 3012/2019 nömrəli qərardadı ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.A.Həsənova) üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X1 ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 nömrəli qərarının icrasına dönüş edilmiş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin ləğv edilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81 )-4139/2018 nömrəli qərarı əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanına dair iddiaçının adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına çıxarışların verilməsinə dair məhkəmə qərarı ləğv edildiyindən və işə yenidən baxıldıqdan sonra iddiaçının tələbi tamamilə rədd edildiyindən, üçüncü şəxs "xxxx" MTK-nın ərizəsi təmin edilməli, qeyd olunan 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilməlidir.
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadının l əğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ü.Həmidov sədrlik edən və məuzəçi, E.E.Nağıyeva və C.A.Yusifov) 24 yanvar 2022-ci il tarixli, 21(103)-742/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasi ya şikayətinin dəlilləri
17. İşə baxan apellyasiya instansiya məhkəməsi "xxxx" MTK-nın icrada dönüşlə bağlı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Halbuki, belə ərizə ilə torpağın mülkiyyətçisi və ya ona bərabər tutulan şəxs müraciət edə bilər. Eyni zamanda, "xxxx" MTK ləğvini tələb etdiyi çıxarışların mövcudluğunun onun maraqlarına toxunduğunu əsaslandırmamışdır. Əlavə olaraq, məhkəmə nəzərə almamışdır ki, mövcud olmayan əmlakların qeydiyyatının ləğvi ilə bağlı başqa prosedur nəzərdə tutulmuşdur Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə Maddə. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tut ulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qə rardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Mülki Prosessual Məcəllə Maddə 236-1. İcrada dönüş 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanlar ı digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 22.Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
26. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında sahəsi 331,3 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və ünvan 1 ünvanında sahəsi 229,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarı əsasında verilmişdir. Daha sonra, “Yeni Ailə" MTK ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində cəlb edilməklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli həmin qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81)- 4139/2018 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1 (81 )-4139/2018 saylı qərarı ləğv olunmuşdur. İşə yenidən baxıldıqdan sonra isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81)3012/2019 nömrəli qərarı ilə iddia rədd edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmişdir.
27. Göründüyü kimi, çıxarışların verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv olunmuş, eyni zamanda çıxarışın verilməsi ilə bağlı iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə rədd edilmişdir.
28. Hazırkı qərarın 20-ci bəndinə qeyd edilən prosessual normalar baxımından "xxxx" MTK icraatın iştirakçısı kimi məhkəmə qərarının icrasında dönüş olunması barədə müraciət etmək imkanı ilə təch iz olunmuşdur. Bu zaman həmçinin ərizəçinin İnzibati Prosessual Məcəllənin 28-ci maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunduğu da nəzərə alınmalıdır. Həmin maddənin müddəalarına görə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə onları üçüncü şəxs qismində icraata cəlb etməyə haqlıdır.Qeyd olunmalıdır ki, həmin Məcəllənin 29-cu maddəsinə görə, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.
29. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1 (81 )-4139/2018 saylı qərarı ləğv edildiyindən, qeyd olunm uş əmlaklara dair qeydiyyatın və bunun üzərindən iddiaçıya verilmiş qeyd olunan çıxarışların hüquqi əsasının aradan qalxdığı da diqqətə alınmalıdır. İcra edilmiş məhkəmə qərarı ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qərar çıxarıldıqda, məhkəmə tərəfindən icrada dönüş edilməsi barədə müvafiq tədbirlər görülməli, icranın nəticələri aradan qaldırılmalıdır. İcrada dönüş haqqında məsələyə məhkəmə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin icrada dönüş haqqında ərizəsinə əsasən baxır və bu barədə müvafiq qərardad qəbul edir.
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur.
32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti əsassız sayılmalı, şikayət təmin olunmam alı və apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-742/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.