Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-898/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: İPM ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardaddan şikayət verilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 6 saylı Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(106)322/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarın tam ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(120)-65/2022 saylı qərarı ilə (hakim: H.Nəcəfov) iddia təmin edilm iş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərarı ləğv edilmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(120)-65/2022 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-322/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli (hakimlər M.Həsənov – sədrlik edən və məruzəçi, Z.Allahyarov və O.İsmayılov) qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilmiş, apellyasiya şikayəti üzrə işin baxılması “08” fevral 2023-cü il tarixə təyin edilmişdir.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehin apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
6. Kassasiya şikayətində göstərilir ki, 12 oktyabr 2022-ci il tarixli, 2-1(120)-65/2022 nömrəli qərarı tərəflərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə elan edildikdən sonra xx.xx.2022ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Hüquqi şəxs olaraq 6 saylı ƏVİdə xx.xx.2022-ci il tarixdə məhkəmə qərarını almışdır. Lakin işin son cildi 96 vərəqəd ə olan apellyasiya şikayətindən görünür ki, Şirvan İnzibati Məhkəməsinə ilk dəfə 14 dekabr, təkrar isə 23 dekabr daxil olmuşdur. Göründüyü kimi, cavabdeh qanunda nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddəti 14 gün ötürməklə vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən h ərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 83.3.6. Bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
10. Belə ki, apellyasiya şikayətinin dəlilindən görünür ki, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1 06)-322/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin mümkün hesab edilməsi məsələsini mübahisələndirmişdir.
11. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərardadlarından yalnız o halda müstəqil qaydada, yəni ayrıca şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. İnzibati Prosessual Məcəlləsi ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.( İPM-in 83.1 və 83.4-cü maddələri). İPM-də isə hazırda mübahisələndirilən qərardaddan müstəqil qaydada şikayət verilməsi nəzərdə tutulmamışdır. İddiaçı hazırkı iş üzrə məhkəmə qərardaddan da müstəqil qaydada kassasiya şikayəti vermişdir. H albuki, qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, İPM-də bu qərardaddan müstəqil qaydada şikayətin verilməsi nəzərdə tutulmamışdır.
12. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
13. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-322/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.