Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-899/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-899/19 Bakı şəhəri 10 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(107)641/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1975-1980-ci illərdə əyani təhsil aldığı dövrün sosial siğorta stajı kimi hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1969-cu ildən əmək fəaliyyətinə başlayaraq m üxtəlif vəzifələrdə çalışmış, həmçinin 1975-1980-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 2016-cı ildə ona yaşa görə əmək pensiyası təyin edilərkən, təhsil aldığı müddət sosial siğorta stajı kimi nəzərə alınmadığından, iddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun əyani təhsil aldığı müddətin sosial siğorta stajın daxil olunmasından imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının təhsil aldığı müddətin onun sosial siğorta stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin hüquq münasibətinin yarandığı zaman, yəni iddiaçının pensiya yaşına çatdığı tarixdə qüvvədə olan tələblərinə ziddir. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik sosial siğorta st ajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərini nəzərdə tutmuş, lakin vətəndaşın təhsil aldığı müddətin sosial siğorta stajına daxil edilməsi öz əksini tapmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1225/2018 saylı qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericilik ali, orta ixtisas və texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutduğundan, iddiaçının 1975-1980-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunda oxuduğu illər onun qazanılmış hüququ olaraq siğorta stajına daxil edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yen i qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(107)-641/2018 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbi olduğundan, məhkəmə kollegiyası cavabdehin iddiaçının vəziyyətini ağırlaşdıran hallara istinad etməklə təhsil müddətinin sosial siğorta stajına daxil edilməsindən imtinasını konstitusion hüquq normasının poz ulması kimi qiymətləndirmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.4, “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1, Azərbaycan Respublikası İPMnin 1.2, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, əmək pensiyaları haqqında qanun vericilik vətəndaşın təhsil aldığı müddəti onun sosial siğorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində nəzərdə tutmamışdır. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 21.1, 21.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəb i barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 1975-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1980-ci ildə həmin təhsil müəssisəsini bitirərərək EB seriyalı, 269506 nömrəli diplom almış, Dövlət İmtahan Komissiyasının 19 iyun 1980-ci il tarixli qərarı ilə ona mühəndis elektrik ixtisası verilmişdir. Əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmiş, lakin cavabdeh 06 iyun 2018-ci il tarixli, **********7 saylı məktubla bildirmişdir ki, təhsil müddəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda həmin müddətin iş stajı kimi hesablanması nəzərdə tutulmadığı üçün əyani təhsil müddəti iş stajı kimi hesablanmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbay can Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının əyani təhsil aldığı müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: iş dövrü (1);digər fəaliyyət dövrü (2); müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər (3). İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və onun 21.1-ci maddəsində hansı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi göstərilmişdir. Həmin maddənin 21.2.1 – 21.2.11-ci hissələrində isə iş və digər fəaliyyət dövründən başqa hansı müddətlərin də sığorta stajına daxil edilməsi sadalanmışdır. Beləliklə, Qanunda sosial sığorta stajının müəyyən edilməsi üçün iş dövrünə və digər fəaliyyət dövrlərinə hansı halların aid edilməsi Qanunun 21.1-ci maddəsində göstərilmiş, “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər” anlayışına daxil edilən müddətlər 21.2-ci maddədə sadalanmışdır. Misal üçün, 21.2.5-ci maddədə müəyyən edilmişdir ki, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin maddədə sadalanmış halla r “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin” siyahısını tam müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzər ə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququn a aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Bu halda apellyasiya məhkəməsi düzgün olaraq qanunveriliyin zamana görə qüvvəsi ilə bağlı qaydalara əsasən, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. İddiaçının təhsil aldığı müddət 1975-1980-cü illəri əhatə etdiyi üçün, həmin dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanun qüvvəli normativ akt əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta ixtisas (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Habelə, Azərbaycan Respublikasının qəbul etdiyi 23 sentyabr 1992-ci il tarixli“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümu mi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarının tələblərindən göründüyü kimi, ümumi iş stajı anlayışına həmçinin ali, orta ixtisas məktəblərində təhsil alınmış müddət daxil edilir. Sadalanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, bu halda ümumi iş stajınının müəyyən edilməsi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aparılmalı olduğundan, aşağı instansiya məhkəmələri düzgün olaraq iddiaçının həmin müddətdən əvvə l təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil edilməsi barədə tələbini təmin etmişdirlər. Məsələyə hüquqi qiymət verərkən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını həmin dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtis adi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a ldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri müdiri vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(107)-641/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-899/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-899/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver