Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-899/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil, və nümayəndəsi Ruslan Musayevin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilmə si tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-105/2021 nömrəli iş üzrə 02.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 may 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 2019-cu il üçün əlavə hesablanmış mənfəət vergisi üzrə 2.524,98 manat borcun və 20,16 manat faiz borcunun, cəmi 2.545,14 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş və iddiaçı müəssisənin elektron poçt ünvanına göndərilmiş 15.05.2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə müəssisənin həmin tarixə olan vergi borcunun 1170.19 manat olduğu göstərilmişdir. MMCnin vergi şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, vergi orqanı tərəfindən 04.05.2020-ci il tarixdə mənfəət vergisi üzrə kameral qaydada 2524.98 manat əlavə vergi və 20.16 manat faiz hesablanmış, lakin vergi orqanı tərəfindən bu verginin hansı üsullarla hesablanması barədə heç bir açıqlama və məlumat verilməmişdir. Bundan əlavə həmin borcun ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən MMC-nin bank hesablarına sərəncam qoyulmuşdur. Cavab dehin əlavə zəruri sənədlərin tələb edilməsi haqqında 04.05.2020-ci il tarixli məktubuna cavab olaraq iddiaçı tərəfindən təhvil-təslim aktının surəti və bank ödəniş tapşırığının surəti təqdim edilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 11 iyun 2020-ci il tarixli **********6919600 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(118)1050/2020 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın təmin edilməsi, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli **********919600 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
5. Birinci instans iya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 3.8, 3.11, 24.0, 24.1, 37.2, 37.2 və 37.3-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(118)-1050/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2021-ci il tarixli, 2-1(105)-105/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, biri nci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(118)-1050/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4-cü maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 58.3, 61.1, 61.2, 67.1, 68.1, 68.2, 87.6-cı maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi qərar qəbul edərkən hesab etmişdir ki, cavabdeh orqan kammeral vergi yoxlaması zamanı “Vergilərin hesablanması barədə” qərarı 30 günlü k müddət başa çatdıqdan sonra qəbul etdiyinə görə qanuni hesab edilməməli və ləğv edilməlidir. Məhkəmənin qeyd olunan əsassız dəlili ilə razılaşmayaraq bildirir ki, iddiaçı vergi orqanına mənfəət vergisi ilə bağlı sonuncu dəqiqləşmiş vergi bəyannaməsini 12.05.2020-ci il tarixdə təqdim etmiş, cavabdeh vergi orqanı 30 iş günü müddətini gözləməklə 11.06.2020-ci il tarixli **********919600 nömrəli elektron kameral hesablarına barədə qərar qəbul etmiş və heç bir müddət pozuntusuna yol verilməmişdir. Odur ki, mübahisələndirilən qərarlarla bağlı iddiaçıya göndərilən məktubları həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyini bəlli edir”. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və məhkəmə mübahisəli məsələyə dair qərar qəbul edərkən qanunvericiliyin tələblərini düzgün riayət etməmişdir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(105)-105/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək, cavabdehin kasasiya şikayətini əsassız hesab etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə ba xarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(105)-105/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Musayev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(105)-105/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnz ibati Kollegiyasından xahiş etmişdir.
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
20. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, yoxlama ilə iddiaçı müəssisənin gəlirləri təsdiqlənmiş, bəyan etdiyi xərclərdən isə yalnız əmək haqqı xərclərinin düzgün bəyan edildiyi müəyyən edildiyi, iddiaçının aldığı e-qaimə-fakturalara əsasən malın dəyəri ilə bağlı xərclərinin 121.619,56 manat, MDSS və işsizlik sığortası üzrə təqdim etdiyi rüblük hesabatlara əsasən sosial sığorta haqları üzrə xərclərinin 314,15 manat olduğu müəyyən edilmişdir. Beləliklə iddiaçının 2019-cu il üzrə sənədlərlə təsdiqi tapan xərclərinin cəmi - 123.433,71 (121.619,56 + 1.500,0 + 314,15) manat olduğu müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən Vergi Məcəlləsinin 106.1.23-cü maddəsinə əsasən göstərilmiş 5.424,47 manat mənfəət üzrə azadolma yoxlama ilə təsdiq edilməmişdir.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində qeyd etdiyi bu dəlil əsaslıdır.
22. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.23-cü maddəsinə əsasən mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə vergi dən azad olunduğu qeyd edilmişdir.
23. Ali Məhkəmənin İnzibati kollegiyası xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, sözügedən məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı ilə təmzimlənir və həmin qərarda “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə və onların təqdim edəcəyi məhsula (xidmətə) dair meyarları və “Startap” şəhadətnaməsinin alınması qaydası müəyyən edilmişdir.
24. Lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən işə iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.23-cü maddəsinin tələbləri baxımından 5.424,47 manat məbləğində mənfəət üzrə vergini ödəməkdən azad olunması ilə bağlı hüquqa malik olmasını təsdiq edən “Startap” şəhadətnaməsinin işə əlavə edi lmədiyini müəyyən etmişdir.
25. Belə olan halda apelyasiya instansiyası tərəfindən işə təkrar baxılarkən iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.23-cü maddəsinin və yuxarıda göstərilmiş Nazirlər Kabinetinin qərarının tələbləri baxımından 5.424,47 manat mənfəət üzrə vergini ödəməkdən azad olunması ilə bağlı hüquqa malik olub-olmaması halını araşdırılmalı, iddiaçının mənfəət üzrə azadolma hüququna malik olduğu halda isə iddiaçının bu hüquqa malik olmasını təsdiq edən “Startap” şəhadətnaməsini işə əlavə edilməli və iş üzrə obyektiv qərar qəbul etməlidir.
26. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməsi 12.05.2020-ci il tarixdə təqdim edilmiş, kameral yoxlama ilə əlaqədar qəbul edilmiş qərar is ə 30 iş günlük müddət ötürülmədən 11.06.2020ci il tarixində qəbul edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə almamış, cavabdeh orqan kameral vergi yoxlaması zamanı “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyi nəticəsinə gəlmişdir ki, bu da işin faktiki hallarına uyğun deyildir. Halbuki Vergi Məcəlləsində 30 gün deyil, 30 iş günü qeyd olunmuşdur.
27. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində olan həmin dəlili də nəzərdən keçirərək, hesab edir ki, kasasiya şikayətində qeyd edilən bu dəlil də əsaslıdır.
28. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yekun nəticəyə gələrkən qərarında qeyd etmişdir ki, vergi orqanı kameral vergi yoxlamasının keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra ve rgi ödəyicisindən kameral vergi yoxlamasının məqsədləri üçün sənəd tələb etmiş, yoxlamanı vergi bəyannaməsinin təqdim edildiyi gündən 30 iş günü ərzində keçirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirilərkən, iddiaçının cavabdeh tərəfindən vergi məsuliyyətinə cəlb edilməsini şərtləndirəcək hər hansı pozuntuya yol verilməmişdir.
29. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəlləni n 37.2-1-ci maddəsində göstərilən bildiriş barədə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
30. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında hazırkı mübahisəyə baxarkən vergi orqanı tərəfindən kameral vergi yoxlaması müddətinin hesablanmasını Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş qaydaya əsasən “iş günlərinin” sayı ilə deyil, “gün” sayı ilə müəyyən edərək, kameral vergi yoxlaması ilə bağlı müddətin hesablanmasında səhvə yol vermişdir.
31. Belə olan halda apelyasiya instansiyası tərəfindən hazırkı işə təkrar baxılarkən hazırkı mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti ilə bağlı keçirdiyi kameral vergi yoxlamasının başlama və bitmə tarixini Azərbaycan Respublik asının Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri baxımından düzgün müəyyən etməli, kameral vergi yoxlaması aparılarkən vergi orqanı tərəfindən bu cür yoxlamanın aparılması üçün vergi qanunvericiliyində müəyyən edilmiş müddətin sonuncu tərəfindən buraxılıb-buraxılmadığı ilə bağlı halı müəyyən etməlidir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli qərarı ləğv edilməli, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılarkən yol verilən pozuntuların aradan qaldırılması və məhkəmə araşdırmasının davam etdirilməsinin zəruriliyi ilə bağlı iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasına göndərilməlidir. Nəticə vi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2021-ci il tarixli 21(105)-105/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.