Məhkəmə qərarları › İş №2-1(102)-899/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-899/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-899/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsinə birdəfəlik ödəmə; natamam inzibati icraat; işin hallarının ətraflı araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs - AR Dövlət Sığorta Kommersiya Şirkəti) q arşı “şəhid hərbi qulluqçu olmuş oğluna görə 11000 manat (on bir min manat) məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1996/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərində məskunlaşmışdır. Onun oğlu 27 dekabr 1972-ci il tarixdə anadan olmuş X5 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

2. Sumqayıt şəhər Məhkəməsinin 2-1019-2007 saylı xx. xx.2007-ci il tarixli qətnaməsinə əsasən 27 dekabr 1972-ci ildə anadan olmuş X5 ölmüş elan edilmişdir.

3. Füzuli rayon dövlət notariat kontoru tərəfindən v verilmiş xx.xx.2007-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, X2 vərəsələri X3 (atası) və İddiaçı (anası) müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi Dövlət sığorta Agentliyində olan sığorta pulu qeyd edilmişdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən, X2 vərəsəsi iddiaçı təyin edilmiş və o, miras əmlakdan tam hissədə pay ala bilər.

5. İddiaçı cavabdehə müraciət edərək şəhid hərbi qulluqçu olmuş oğlu X4 görə 11000 manat (on bir min manat) məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsini xahiş etmişdir.

6. Cavabdehin iddiaçıya ünvanladığı 14 oktyabr 20 19-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçusu X2 vərəsəsinə (vərəsələrinə) 2007-ci il 28 dekabr tarixində 11000 (on bir min) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə şəhid hərbi qulluqçu olmuş oğlu X4 görə 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş və ona şəhid oğluna görə hesablanan kompensasiyanın verilməsi ilə bağlı xx.xx.2018-ci ildə notariat kontoru tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin kompensasiyanın verilməsi ilə bağlı müvafiq sənədlərin toplanaraq cavabdehə təqdim edilməsinə baxmayaraq, ona həmin kompensasiya məbləğinın ödənilməsindən imtina edilmişdir.

9. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-501/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişdir.

10. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikas ı Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanuna əsasən, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta İxtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il Fərmanının 1-ci bəndinə əsasən, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itki n düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 (on bir min) manat məbləğində (qanunvericilikdə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının vərəsələrinə verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirl iyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X1 29 aprel 1994-cü ildə Füzuli rayonunda hərbi borcunu yerinə yetirərkən xəbərsiz itkin düşməsi Füzuli Rayon Məhkəməsinin 27 iyun 1994- cü il tarixli qətnaməsi, ölmüş elan edilməsi isə Füzuli Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinə şəhid hərbi qulluqçu X2 vərəsələrinə sığorta ödənişinin edi lib-edilməməsi barədə xx.xx.2021-ci il tarixli **********4 nömrəli sorğu ünvanlanmışdır. Həmin sorğuya xx.xx.2021-ci il tarixli 07-02-105 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatlarına əsasən X1 varisinə 28 dekabr 2007-ci il tarixdə 11.000 (on bir min) manat sığorta ödənişi verilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 (on bir min) manat sığorta ödənişi S.Ş.Əsgərxanovun vərəsəsinə ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.P.Oruczadə) 2-1(112)-44/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin məktubuna cavab olaraq, göndərilmiş məktubun surətindən görünür ki, 1991-1997-ci illər ərzində sığorta ödənişi ala bilməyən şəhid olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə sığorta ödənişinin verilməsi barədə siyahı araşdırılmış, yoxlama nəticəsində 02 avqust 1997-ci il tarixdən sonra 646 nəfər sığorta ödənişi alanların siyahısı göndərilmişdir. Siyahının 193-cü sırasında xx.xx.1972-ci il təvəllüdlü əsgər X4 görə 11.000,00 manatın ayrıldığı və xx.xx.2007-ci il tarixdə verildiyi görünür.

13. B undan başqa, məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən ünvanlanmış № 07-02-105 saylı, 13 aprel 2021-ci il tarixli məktubdan görünür ki, elektron informasiya bazasının məlumatına əsasən X2 varisinə 28 dekabr 2007-ci il tarixində 11 000 (on bir min) manat sığorta ödənişi ödənilmişdir.

14. Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının oğlu şəhid hərbi qulluqçu X2 vərəsəsinə 11000 manat məbləğində sığorta ödənişi tam həyata keçirildiyindən, qanunvericilikdə bu ödənişin birdəfəlik olması nəzərdə tutulduğundan, iddiaçıya hazırki halda yenidən həmin ödənişin həyata keçiriləsi mümkün deyildir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsin i xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bektaşi və C.A.Yusifov) 2-1(103)-1996/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

17. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq kassasiyaçı tərəfindən qeyd edilmişdir ki, iddiaçının və həyat yoldaşının adına xx.xx.2007ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hazırlanmış, şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2007-ci ildə 2 manat 20 qəpik dövlət rüsumu ödənilmiş və qəbz verilmişdir. Həmin şəhadətnamə sığorta şirkətinə təqdim olunsa da, iddiaçı 11000.00 manat məbləğində sığorta ödənişi almamışdır. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2007-ci il tarixdə 2V-1-38 nömrəli notariat işində olan qəbz təqdim edilsə də, həmin sübut məhkəmə tərəfindən nəzərə alınmamışdır. Çünki vərəsəlik işi ilə bağlı ödənilən rüsum barədə qəbzin tarixi vərəsəlik şəhadətnaməsinin tərtib edilmə tarixindən sonradır. Əgər vərəsəlik şəhadətnaməsi təqdim olunmamışdırsa sığorta ödənişi xx.xx.2007-ci il tarixdə iddiaçı tərəfindən alına bilməzdi. Eyni zamanda, əgər xx.xx.2007-ci ildə vərəsəlik açılmışdırsa, xx.xx.2007-ci ildə sığorta ödənişinin belə tezliklə alınması da ağlabatan deyil. Çünki sənədlərin təqdim edilməsi, onların yoxlanılması, pulların hazırlanması da, müəyyən vaxt alan məsələlərdir.

19. Bundan başqa, məhkəmə vərəsəlik şəhadətnaməsinin reyestrdə qeydiyyata alındıqdan sonra sığorta şirkətinə təqdim edilə bilməsi və ödənişin bundan sonra həyata keçirilməli olmasına və 3-cü şəxs Dövlət Sığorta Şirkətinin nümayəndəsinin sığorta ödənişinin verilməsinə dair qəbzin məhv edilmiş olduğundan sübut olaraq məhkəməyə təqdim edə bilməməsinə hüquqi münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi qulluqçuların icbari tibbi sığortası haqqında” Qanun (vərəsəlik şəhadətnaməs i alınan zaman qüvvədə olan norma): Maddə

5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;... Maddə

6. Sığortanın aparılması qaydası Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsait dən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır. Maddə

7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud on un vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;... 22. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbə rsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların … və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə … verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi nə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış....

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştir akçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. … 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat … 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. … 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtə rəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

27. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının oğlu X5 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş, Sumqayıt şəhər Məhkəməsinin 2-1019-2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən ölmüş elan edilmişdir (xx.xx.2007-ci il tarixdən). Bundan sonra Füzuli rayon dövlət notariat kontoru tərəfindən vərəsəlik işi açılmış və həmin kontor tərəfindən verilmiş xx.xx.2 007-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, X2 vərəsələri X3 (atası) və İddiaçı (anası) müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi Dövlət sığorta Agentliyində olan sığorta pulu qeyd edilmişdir (iş v.89). Bundan əlavə, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən, X2 vərəsəsi iddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnaməyə əsasən verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdı rılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmana uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir (iş v.5).

29. İddiaçının tələbi X2 şəhid olması ilə əlaqədar “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmana uyğun ödənilən birdəfəlik ödənişin alınması ilə bağlıdır.

30. İş üzrə cavabdehin imtinasının, həm də iddia tələbini əsassız hesab edən aşağı instansiya məhkəmələrinin yega nə dəlili ondan ibarətdir ki, X2 vərəsələrinə 28 dekabr 2007-ci il tarixdə 11.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

31. İddiaçı isə bildirir ki, nə o, nə də onun əri qeyd olunan ödəməni almamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta məbləği, sığorta ödənişi üçün tələb edilən sənədlər və sığorta ödənişinin verilməsi “Hərbi qulluqçuların icbari tibbi sığortası haqqında” Qanunla və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərm anı ilə tənzimlənmişdir.

33. Cavabdeh və üçüncü şəxs X2 vərəsələrinə 28 dekabr 2007-ci il tarixdə 11.000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini bildirsələr də, bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Hətta iş üzrə üçüncü şəxs Dövlət Sığorta Kommersiya Şirkəti birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda mərhumun vərəsələrinə heç bir sığorta ödənişi verilmədiyini qeyd etsə də, Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli məktuba əlavədə (Sığorta ödənişi alanların Siyahısında) X2 vərəsələrinə 28 dekabr 2007ci il tarixdə 11.000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini qeyd etmiş, həmçinin, üçüncü şəxsin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu da eyni məzmu nlu olmuşdur. Bundan başqa, üçüncü şəxsin xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı məktubunda mərhumun vərəsələrinə sığorta ödənişi verildiyi qeyd edilmişdir.

34. Göründüyü kimi, üçüncü şəxs məhkəmə icraatının gedişində X2 vərəsələrinə 28 dekabr 2007-ci il tarixdə 11.000 manat məbləğində sığorta ödənişi həyata keçirilibkeçirilməməsi ilə bağlı ziddiyyətli məlumatlar təqdim etmiş, məhkəmə isə bu hala qiymət verməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə ödənişin həyata keçirilməsi ilə bağlı sübutları tələb etmiş, üçüncü şəxsin nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, arxivdə sənədlər 5 il ərzində saxlanıldığından, ödənişi sübut edən qəbzin təqdim edilməsi mümkün deyildir.

35. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan dəlillə kifayətlənmiş və üçüncü şəxsin ziddiyyətli məktublarına, o cümlədən cavabdehə təqdim etdiyi Siyahıdakı məlumatlara (hansı ki, həmin məlumatların əsasını təşkil edən sənədlər təqdim edilməmişdir) istinad etməklə, iş üzrə əlavə araşdırmanın aparılmasını zəruri hesab etməmiş, bununla da İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsi birdədəfəlik ödəmənin məbləğini, hansı sənədlər əsasında həyata keçirilməsini, nə vaxt, kimə ödənilməsini, ödəməni sübut edən mötəbər dəlilin olmasını müəyyən etmədən əsassız olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

37. Üçüncü şəxs müvafiq sənədlərin 5 illik müddət ötdüyü üçün məhv edildiyini bildirmişdir.

38. Sənədlərin saxlanma müddətlərini müəyyən etmək, yaxud məhv etmək üçün ayırmaq işini həy ata keçirmək məqsədilə idarələrdə daimi fəaliyyət göstərən ekspert komissiyaları yaradılır. Onların tərkibinə idarənin rəhbər işçilərindən birinin sədrliyi ilə əsas struktur bölmələrin ixtisaslı mütəxəssisləri, həmçinin müvafiq dövlət arxivlərinin nümayəndələri daxil edilir.

39. Ekspert komissiyaları öz işində “Milli arxiv fondu haqqında” Qanunu, həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş normativ-hüquqi aktları, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təli matı”, Milli Arxiv İdarəsinin normativ hüquqi sənədlərini rəhbər tuturlar. Ekspert komissiyaları arxiv və kargüzarlıq xidmətilə yanaşı, sənədlərin saxlamaq və məhv etmək üçün seçilməsi qaydalarını müəyyən edir, onların dəyərinin ekspertizasını təşkil edir və ona nəzarəti həyata keçirir. Bu işdə dövlət arxivlərinə verilməli olan sənədlərə xüsusi diqqət yetirilir.

40. Sənədlərin daimi mühafizə və məhv etmək üçün seçilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilikdə müəyən olunmuş qaydalara uyğun aparılır.

41. Məhv edilmək üçün ayrılmış və akta daxil edilmiş sənədlər təkrar xammal emalı müəssisələrinə təhvil verilir və yaxud bərpası mümkün olmayan qaydada məhv edilir. Bu sənədlərdən təsərrüfat tələbatları üçün istifadə edilməsinə icazə verilmir. Sənədlərin məhv edilmək üçü n təkrar xammal emalı müəssisələrinə təhvil verilməsi təhvilqəbul qəbzi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir.

42. Apelyasiya instansiyası məhkəməsi iddiaçının şəhid oğluna görə birdəfəlik ödəməni təsdiq edən sənədlərin mövcud olmasını və yuxarıda göstərilən qaydada məhv edilməsini, sənədlərin nə vaxt məhv edilməsini, bunu təsdiq edən sənədlərin olmasını araşdırmamışdır.

43. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən yuxarıda qeyd edilən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apelly asiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi barədə şikayət təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1996/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar