Məhkəmə qərarları › İş №2-1(102)-9/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-9/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-9/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı XXX1nın cavabdeh Bakı şəhər Yasamaı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-09/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 18.02.2020 Açar sözlər: dövlət ehtiyacı üçün alınan daşınmaz əmlak üçün ödənilən kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil1, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin vəkili Xəyalə Quliyevanın iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1560/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqa (bundan sonra mətndə üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də 0,01248 sahədə yerləşən 109 kv.m fərdi yaşayış evinə görə ona 180.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, qeyd etdiyi ünvanda olan fərdi yaşayış evinə onun mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli, ******* saylı çıxarışla öz təsdiqini tapır. Ona məxsus evin sökülməsi səbəbindən iddiaçı evin dəyərinin ödənilməsini tələb etmiş, üçüncü şəxs evin sökülməsinin cavabdeh tərəfindən aparıldığını qeyd etmiş, cavabdeh isə evin qiymətinin 61.690 manat təşkil etdiyini bildirmişdir. Lakin onun evinin qiyməti 180.000 manat təşkil edir və qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh və üçüncü şəxs göstərilən məbləği ona ödəməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)181/2019 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan evin sökülmə anında ondan faktiki istifadə edən, ona sahiblik edən və bununla bağlı əmlakın saxlanılmasını xərclərini çəkən şəxs XXX2 və onun ailə üzvləri olduqlarından, iddiaçı cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləğinin 93.000 manatlıq hissəsinin ona deyil, XXX2ya ödənilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz olduğunu iddia etməkdə haqlı olmamışdır. İddiaçı həmçinin, onun paylı mülkiyyətində olan əmlaka görə 180.000 manatın ödənilməsi olmasına dair mövqeyini əsaslandıra bilməmiş, həmin məbləği cavabdehdən tələb etmək hüququnun olmasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1560/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 152.3, 158.1, 228.3, 246.1, 249.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 29.4, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 2.2.7, 14.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar q əbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, məhkəmə tərəfindən təqdim olunması tələb edilməsinə baxmayaraq, cavabdeh evin qiymətləndirilməsi barədə hesabatı deyil, “qiymətləndirmə hesabatından çıxarış”ın kserosurətini təqdim etmiş, mübahisəli məsələnin məhkəmədə baxıldığı müddət ərzində ona məxsus evi sökmüş, iddiaçıya kompensasiya olaraq 40.000 manat ödəmiş, kompensasiya məbləğinin digər hissəsini isə iddiaçının ailə üzvü olmayan, lakin həmin evdə qeydiyyatda olan şəxslərə vermişdir. Cavabdeh tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respub likası İPM-nin 96.5.1-ci maddəsi ilə əsaslandırmışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılması nı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşının ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xxx3 dalan 3, ev 2-nin üzərində İddiaçı paylı (2/6 hissəsi) mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktuba əsasən cavabdehin cəlb etdiyi müstəqil qiymətləndiricilər tərəfindən iddiaç ının paylı mülkiyyətçisi olduğu yaşayış sahəsinin iddiaçıya məxsus hissəsi 61.690 manat dəyərində qiymətləndirilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən, iddiaçının fərdi yaşayış evinin yaşayış sahəsi 24,0 kv metr, yardımçı sahəsi 16,46 kv metr, ümumi sahəsi 40,46 kv metrdir. Mülkiyyətçi ona məxsus olan çıxarışda qeyd edilən evdə yaşamadığına və faktiki sahəsini göstərə bilmədiyinə görə çıxarışda qeyd edilən və İddiaçı məxsus olan fərdi yaşayış evi 4085/1A şərti kodu ilə qeydiyyata alınmış və sənədli sahəyə əsasən 40.000 manat qiymətləndirilmişdir. xx xxxxxx 2018-ci il tarixli akta əsasən, ünvan 1 ünvanda İddiaçı məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı Cavabdeh təşkil etdiyi komissiyaya dəvət edilmiş və xx xxxxxx 2018-ci ildə həmin komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı iddiaçıya ona məxsus yaşayış sahəsinə görə iddiaçıya 40000 manat məbləğində kompensasiya təklif edilmişdir, lakin iddiaçı razılığını bildirməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 3-də yerləşən 2 nömrəli ev 2/6 hissədə paylı mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, cavabdeh tərəfindən dövlət ehtiyacları ilə bağlı sökülmüşdür. Sökülmə zamanı əmlaka görə 93000 manat həmin evdən istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış X1 verilmiş, iddiaçının adına depozitə 40000 manat keçirilmişdir. İddiaçı 1986-cı ildən Bakı şəhəri, Vidadi küçəsində paylı mülkiyyətində olan evində yaşamamış, həmin evdən istifadə etməm iş, payının olduğu evin saxlanması xərclərində iştirak etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının özünün məhkəməyə təqdim etdiyi yazılı izahatına əsasən, onun mülkiyyətində olan evdə 1986-cı ildən əmlak sökülənə qədər 30 ildən çox müddətdə X3 ailəsi ilə birlikdə yaşayaraq evdən istifadə etmişlər. İddiaçı iddia ərizəsində evinin sahəsinin 109 kv metr olmasını göstərsə də, daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olan əmlakın ümumi sahəsi (2/6 hissədə pay olmaqla) 40,46 kv metr, o cümlədən yaşayış sahəsi 24,0 kv metr, yardımçı sahəsi isə 16,46 kv metr olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan evin sökülmə anında ondan faktiki istifadə edən, ona sahiblik edən və bununla bağlı əmlakın saxlanılmasını xərclərini çəkən digər şəxslər olduqlarından, iddiaçı cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləğinin 93.000 manatlıq hissəsinin ona deyil, həmin şəxslərə ödənilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz olduğunu iddia etməkdə haqlı olmamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulması onda ifadə olunur ki, məhkəmə tərəfindən təqdim olunması tələb edilməsinə baxmayaraq, cavabdeh evin qiymətləndirilməsi barədə hesabatı deyil, “qiymətləndirmə hesabatından çıxarış”ın kserosurətini təqdim etmiş, mübahisəli məsələnin məhkəmədə baxıldığı müddət ərzində ona məxsus evi sökmüş, iddiaçıya kompensasiya olaraq 40.000 manat ödəmiş, kompensasiya m əbləğinin digər hissəsini isə iddiaçının ailə üzvü olmayan, lakin həmin evdə qeydiyyatda olan şəxslərə vermişdir. Məhkəmə kolllegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə əmlak tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. İşin hallarına görə, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlak dövlət ehtiyacl arı üçün alınmış, lakin iddiaçı ona ödənilən məbləğlə razılaşmamışdır. Tələbin hüquqi əsasını “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) aşağıdakı maddələri təşkil edir: - 1.1.2-ci maddəsinə əsasən,torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər); - 1.1.3-ci maddəinə əsasən, tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cü mlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər; - 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir; - 19.3-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; - 23.1-ci maddəsinə əsasən, bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndir mə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; - 29.2-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Maddələrin tələbləri belə izah olunur ki, dövlət ehtiyacları üçün alınan torpağa həmçinin həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlak qismində yaşayış sahələri aiddir ki, onların əvəzinə ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin ödənilməsi üçün həmin əmlak qiymətləndirilməlidir. Bunun üçün qiymətləndirmə komissiyası yaradılmalı, həmin komissiyaya müstəqil qiymtləndirici cəlb edilməlidir. Hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edilməlidir. Ödənilən kompensasiyanın məbləği ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər. Bu müddəaların tələblərinə uyğun olaraq işin hallarından göründüyü kimi, iddiaçıya ünvanlanan xx xxxx 2018-ci il tarixli məktubla bildirilmişdir ki, cavabdehin cəlb etdiyi müstəqil qiymətləndiricilər tərəfindən iddiaçının paylı mülkiyyətçisi olduğu yaşayış sahəsinin iddiaçıya məxsus hissəsi 61.690 manat dəyərində qiymətləndirilmişdir. Lakin daha sonra digər, xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə hesabatından çıxarış təqdim olunmuş və alınmanın təsirinə məruz qalan yaşayış sahəsi 40 000 manat dəyərində qiymətləndirilmişdir. Məbləğin müəyyən edilməsinin əsası kimi “mülkiyyətçinin ona məxsus evdə yaşamadığı və faktiki sahənin yerində göstərə bilmədiyi” qeyd edilmişdr. Habelə, işin hallarından göründüyü kimi, ödənilməli olan kompensasiya sonunc u məbləğdə depozitə köçürülmüşdür. Məhkəmə kollegiyası xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə hesabatı ilə qeyd etməyi zəruri hesab edir, artıq müəyyən edilmiş kompensasiya məbləğinin azalmasına dair rəydə göstərilmiş əsaslar qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, yuxarıda istinad edilmiş Qanunun 56-58-cı maddələrində alınacaq torpağın kompensasiya məbləğinin bazar qiyməti əsasında müəyyən edilməsi qaydaları, o cümlədən, kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı və nəzərə alınması tələb olunmayan amillər sadalanmışdır ki, onların sırasında alınmanın təsirinə məruz qalan mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan daşınmaz əmlakın ilkin qiymətləndirilməsinə münasibətdə daha aşağı qiymətin müəyyən edilməsinin əsası əks olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən sonuncu qiymətin müəyyən edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinə istinadını məhkəmə kollegiyası iddia tələbinə münasibətdə düzgün hesab etmir. Belə ki, həmin maddə ilə tənzimlənən məsələ yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələrinə aiddir və dövlət ehtiyacı üçün torpaqların alınması zamanı daşınmaz əmlakın məbləğinin müəyyən edilməsində nəzərə alınmalı olan amill kimi nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 31-ci maddəsində müəyyən edilmişdir ki, yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında » Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yəni, məsələnin tənzimlənməsi xüsusi qanun üzrə aparılması müəyyən edildiyindən, mənzil qanunvericiliyinin tələblərinin tətbiqi istisna edilməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası kassasiya şikayətində bildirimiş o dəlillə razılaşır ki, yuxarıda istinad edilmiş Qanunun tələbinə uyğun olaraq müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş bilavasitə qiymətləndirmə hesabatları üzrə araşdırma və hüquqi qiymətləndirmə aparılmalı olduğu halda, məhkəmlər tərəfindən işin hallarının araşdırılması düzgün həyata keçirilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının a raşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin müəyyən olunmasına əsas olmuş faktiki hallara dair cavabdehdən müvafiq sübutları tələb etməli və həmin sübutlarla bağlı araşdırma aparmaqla, tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, müb ahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1560/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar