Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-9/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 4 uşaqlı anaya 50 yaşdan əmək pensiyası təyin edilməsi və müraciət edilən vaxtdan əvvəlki ən çoxu üç il üçün ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş (və ya xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş) qanunvericiliyə əsasən ona pensiya təyin edilməsi, xx.xx.2009-cu il tarixdən qətnamə qanuni qüvvəsini alan tarixədək olan dövr üzrə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)65/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur.
2. O, X3 ilə xx.xx.1979-cu ildə nikaha daxil olmuş, nikah bağlanandan sonra ərinin “xxxx” soyadını qəbul etmişdir. İddiaçının qeyd olunan nikahdan xx.xx.1979-cu ildə Rəşad, xx.xx.1981-ci ildə Ramil, xx.xx.1983-cü ildə Rasim və xx.xx.1986-cı ildə Ülviyyə adlı 4 övladı var.
3. İddiaçıya məxsus ******* saylı əmək kitabçasına əsasən o, xx.xx.1979-cu ildən xx.xx.1996-cı ilə qədər Nizami adına kolxozda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə qədər Qaradeyin kənd əsas məktəbində işləmişdir.
4. İddiaçı xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən 4 uşaqlı ana kimi yaşa görə pensiyaya çıxmaq üçün ərizə ilə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx xxx 2018-ci il tarixli, **********1 saylı məktubla pensiya təyin edən komissiyanın xx xxx 2018-ci il tarixli, 92 nömrəli q ərarına istinad edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim etdiyi sənədlərə görə onun 9 il sığorta stajı vardır. Lakin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 12 il əmək stajı tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, “xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş (və ya xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş) qanunvericiliyə əsasən ona pensiya təyin edilməsi, xx.xx.2009-cu il tarixdən qətnamə qanuni qüvvəsini alan tarixədək olan dövr üzrə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bi ldirmişdir ki, iddiaçının tələbi qanuna uyğun deyildir. Belə ki, iddiaçı xx.xx.2010-cu il tarixdən sonra pensiya təyin olunması üçün müraciət etdiyindən onun pensiya hüququ xx.xx.2010-cu il tarixdən sonra qüvvədə olmuş qanunvericilik əsasında müəyyən olunmalıdır və həmin tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən, 4 uşaqlı ana kimi 50 yaşdan əmək pensiya təyin olunması yolverilməzdir.
8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1201/2019 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2009-cu il tarixdən pensiya təyin edilməsi, xx.xx.2009-cu il tarixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya hüquq u yaranan zaman qüvvədə olan qanunvericilik onun çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ olmasını təsbit etdiyindən, həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hər üç element (uşaqların sayı və onların 8 yaşınadək tərbiyə olunması, iddiaçının sığorta stajı, yaşı) mövcud olduğundan cavabdehin dəlilləri əsaslı sayıla bilməz.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-65/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: E.Ş.Hüseynov və V.İ.Məlikov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhk əməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1201/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 50 yaşından yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlərin olması (dörd uşaq anası, xx.xx.2009-cu il tarixdə 50 yaşının tamam olması və 5 ildən artıq sığorta stajının olması) ona xx.xx.2009-cu il tarixdən yaşa görə pensiyaya çıxmaq hüququnu qazandırır. İddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyinin şübhə altına alınması üçün isə hər hansı əsas olmamışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, qüvvədə olan "‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Hazırki iş üzrə iddiaçının əmək kitabçasında əks olunan qeydlərin qarşılıqlı yoxlanışı zamanı həmin qeydlər öz təsdiqini tapmadığından onun müraciətinin təmin olunmasından tam əsaslı olaraq imtina ed ilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1 (xx.xx.2010-cu il tarixədək olan redaksiya) Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası almaq hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 1 0 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;... Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd a rtelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulm uş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur.
26. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş (və ya xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş) qanunvericiliyə əsasən ona pensiya təyin edilməsi, həmin tarixdən qətnamə qanuni qüvvəsini alan tarixədək olan dövr üzrə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
28. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh imtina məktubunda, etirazında və aşağı instansiya məhkəmələrində icraat zamanı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən qadınların yaşının 60 yaş 6 ay, stajının 12 il olduğu təqdirdə əmək pensiyası hüququnun yaranmasını bildirsə də, kassasiya şikayətində fərqli mövqe nümayiş etdirərək iddiaçının əmək kitabçasında əks olunan qeydlərin qarşılıqlı yoxlanışı zamanı həmin qeydlərin öz təsdiqini tapmadığını və bu səbəbdən inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir.
29. Göründüyü kimi, cavabdeh inzibati orqan hər dəfə fərqli mövqe nümayiş etdirmiş, aşağı instansiya məhkəmələrində icraat zamanı, eləcə də apelyasiya şikayətində mübahisələndirmədiyi hala kassasiya şikayətində istinad etmişdir.
30. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, iddiaçının 60 yaş 6 ayında, sosial sığorta stajının 12 il olduğu təqdirdə əmək pensiyası hüququnun yaranması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin müddəalarına və formalaşmış məhkəmə təcrübəsinə əsasən, hazırkı şərtlər daxilində iddiaçıya münasibətdə həmin normanın tətbiqi qanuni hesab edilə bilməz. Belə ki, iddiaçının 50 yaşına çatması, 5 ildən artıq sığorta stajına malik olması, dörd uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi 8.1-ci maddədə dəyişiklik edilənədək (2009-cu ildə) baş vermiş, bununla da o, qanunda dəyişiklik edilənədək dörd uşaqlı ana kimi əmək pensiyası hüququ əldə etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyində dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 50 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun olması nəzərdə tutulmuşdu.
31. İddiaçının kassasiya şikayətinin yeganə dəlili əmək kitabçasında əks olunan qeydlərin qarşılıqlı yoxlanışı zamanı həmin qeydlərin öz təsdiqini tapmaması, bununla da iddiaçının sosial sığorta stajının mübahisələndirilməsi ilə bağlıdır.
32. Kassasiya şikayətinin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, cavabdeh inzibati orqan iddia tələbinə etirazda və iddiaçıya ünvanladığı məktublarda iddia çının 9 il sığorta stajının olmasını təsdiq edir. Belə ki, həmin sənədlərdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən iş stajını təsdiq edən sənəd qismində əmək kitabçası və 1981-1985-ci illərdə “Nizami” adına sovxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 15 saylı arayış təqdim edilmişdir. Təqdim olunmuş sənədlərə əsasən iddiaçının 9 il sığorta stajının olması müəyyən olunur. (səh 19)
33. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbayca n Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.
34. İddiaçı qeyd edilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 15 nömrəli arxiv arayışını təqdim etmiş, işə baxan aşağı instansiya məhkəmələri arxiv arayışını sübut kimi qəbul edərək, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi nəticəsinə gəlmişdir.
35. Eyni zamanda, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin pensiya sektorunun müdiri O.İsgəndərli, şöbənin Sosial sığorta sektorunun baş məsləhətçisi M.Ağayev və Dövlət Arxivinin Qəbələ rayon filialının arxivinin müdiri S.Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktda qeyd edilmişdir ki, onlar tərəfindən iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində yoxlanılmış və iddiaçının 1981-1985-ci illərdə “Nizami” adına sovxozda işləyərək 1981-ci ildə 1 ay, 1982-ci ildə 7 ay, 1984-cü ildə 4 ay, 1985-ci ildə 9 ay, 1986-cı ildə 9 ay, 1987-ci ildə 5 ay, 1990-cı ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 7 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 6 ay, 1995-ci ildə 8 ay işləməkl ə əmək haqqı aldığı müəyyən edilmişdir. Yoxlama zamanı Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda qeyd olunmuş göstəricilərin düzgünlüyü təsdiq edildi. Yoxlama “Nizami” adına sovxozun əmək haqqı üzrə hesablaşma kitablarına əsasən aparılmışdır. Aktın həqiqiliyi bütün iştirakçılar tərəfindən imza ilə və Dövlət Arxivinin Qəbələ rayon filialının möhürü ilə təsdiq edilmişdir. (səh 20)
36. Beləliklə də cavabdehin əməkdaşları və arxiv müdiri tərəfindən tərtib edilmiş akta əsasən, iddiaçının 70 ay, yəni 5 il 10 ay ( 5 ildən artıq) işləməsi mübahisəsizdir.
37. Belə olan halda, cavabdeh orqanın iddiaçının əmək kitabçasında əks olunan qeydlərin qarşılıqlı yoxlanışı zamanı öz təsdiqini tapmaması ilə bağlı kassasiya şikayətində əks etdirdiyi mövqe başa düşülən de yil.
38. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi (xx.xx.2010-cu il tarixdə dəyişiklik edilənədək olan redaksiyada) tətbiq etdilməklə, onun 50 yaşdan pensiya hüququnun yaranması barədə düzgün nəticəyə gəlmişdir.
39. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı iddiaçıya xx.xx.2009-cu il tarixdən pensiya hesablanıb ödənilməsi hissəsində dəyişdirilməlidir.
40. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsində pensiya təyin edən komissiyanın 92 saylı, xx.xx.2018ci il tarixli qərarından görünür ki, iddiaçı hazırkı məzmunda tələblə cavabdehə xx.xx.2018ci il tarixdə müraciət etmişdir.(səh 10)
41. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il qərardadında göstərilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
42. Ali Məhkəmənin həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sab itliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Odur ki, iddiaçının pensiyası onun müraciət etdiyi (xx.xx.2018-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni xx.xx.2015-ci il tarixdən hesablanıb ödənilməlidir.
43. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir.
44. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-65/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2015-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.