Məhkəmə qərarları › İş №2-1(102)-9/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-9/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-9/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs qarşısında vəsatəti n qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(103)-1765/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 4 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş torpaqların alğı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasın a münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsusdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 5 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 4 may tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmış dır ki, Bakı şəhəri, Nizami rayon Nizami Bələdiyyəsinin 2006-cı il 20 iyul tarixli, 53 saylı qərarı ilə Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv. metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaqların alğı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Ba kı İnzibati Məhkəməsinin 2021-ci il 31 mart tarixli, 2-1(112)-953/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən torpağın ona satılması barədə Nizami bələdiyyəsinin qərarı, alğı-satqı aktı həm cavabdehə, həm də məhkəməyə təqdim edilsə də Nizami bələdiyyəsinin qeyd edilən qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 2020-ci il 20 oktyabr tarixli məktubuna əsasən həmin Mərkəzdə mövcud deyildir. “Torpağın alğı-satqısına dair aktı”n müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulsa da bu şərtə də əməl edilməmiş, torpaq şöbəsi tərəfindən akt imzalanmamış və qeydiyyata alınmamış dır. Yəni torpağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafə məlumatları qeyd edilmədiyindən sənədin həmin sahəyə aid olubolmamasını araşdırmaq mümkün deyildir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olduğundan iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2- 1(103)-1765/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2021-ci il 31 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsi kimi qərarında qeyd etmişdir ki, qərar qəbul edilən zaman məhkəmə “torpaq alğı-satqısına dair akt”ın müvafiq torpaq şöbəsi tərəfindən imz alanması və qeydiyyata alınması məcburi sərt kimi aktın tərtib edildiyi dövrdə nəzərdə tutulsa da. bu şərtə əməl edilməmişdir. Belə ki, iddiaçı müvafiq bələdiyyəyə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Nizami Bələdiyyəsinin 2006-cı il 20 iyul tarixli, 53 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Buna dair torpaqların alğı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçı tərəfindən Bələdiyyənin hesabına 2006-cı ildə 798 manat pul ödənilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, iddiaçının istifadəsində və sahibliyindədir. Qeyd olunan prosedurlardan sonra, iddiaçıya ayrılmış torpaq sahəsinə dair qərarın müvafiq torpaq şöbəsində və ya Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar olunmaması (bələdiyyə və ya başqa inzibati orqan işçisinin səhlənkarlığı) iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas olmamalı və iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır. Dövlətin inzibati orqanının və ya bələdiyyənin qarşılıqlı əlaqə olmadan fəaliyyəti vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Həmin qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən qeyd edilən dəlillərə dair ədalətli yanaşma olmamış, həmin hallar obyektiv araşdırılmamışdır. Bu da sonda əsassız qərar qəbul edilməsi ilə nəticələnmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hi ssədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına istinadla qeyd etmişdir ki, müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Memarlıq və Şəhərsalma İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, Bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bu qənaətə dair əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il 4 okty abr qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keç məsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.”.

22. Məhkəmə kollegiyası qeyd edir k, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslarını, həmçinin bununla bağlı işin faktiki hallarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 4 oktyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun araşdırmalı və qiymətləndirməli idi (həmçinin bax: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 noyabr tarixli Qərarı).

23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaları n tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 21(103)-1765/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar