Məhkəmə qərarları › İş №2-1(102)-9/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-9/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-9/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd xx.xx.1983-cü il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1015/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş 103431 ******* nömrəli, 27 iyun 2002-ci il tarixli diplomun dublikatının azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı “Hüquqşünaslıq” peşə istiqaməti üzrə mütəxəssis dərəcəsi verilmişdir. Diplom Moskva şəhər Təhsil və Elm Departamenti tərəfindən xx.xx.2020-ci ildə 544776 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

2. İddiaçı ona məxsus diploma əsasən hüquqşünaslıq ixtisasının ölkə üzrə tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının “eksternat” təhsilalma forması üzrə təhsil alması və mövcud təhsil qanunvericiliyində sözügedən təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin nəzərdə tutulmaması səbəbindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.7-ci bəndinə əsasən onun müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ bi rinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən ona verilmiş mütəxəssis diplomuna əsasən hüquqşünaslıq ixtisasının ölkə üzrə tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-2002-ci illər aralığında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyasında sərbəst formada hüquqşünaslıq ixtisası üzrə təhsil almış, hüquqşünaslıq ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasında müvəffəqiyyət əldə etmişdir. Bu barədə xx.xx.2002-ci il tarixli, 3 saylı protokol tərtib edilmiş və Dövlət İmtahan Komissiyasının qərarı ilə iddiaçıya hüquqşünaslıq ixtisası verilmişdir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin üçüncü şəxs qismində göstərilməsini xahiş etmişdir.

6. Məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatlı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb olunmuşdur.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının diplom əlavəsində onun qiyabi təhsil alması göstərilsə də, iddiaçının oxuduğu ali təhsil müəssisəsinin sorğuya göndərdiyi xx.xx.2021-ci il tarixli cavabdan onun “eksternat” təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.39-cu yarımbəndinə əsasən sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır. Eyni zamanda, Qanunun 10.5-ci bəndində göstərilmişdir ki, xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir və təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin hal-hazırda təhsil qanunvericiliyində eksternat təhsilalma formasının tətbiqi, tədrisin təşkili qaydaları, habelə həyata keçirilmə mexanizmi mövcud deyildir. Eyni zamanda “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, xarici ölkələrdə verilən təhsilin istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi formada olması, lakin Azərbaycan Res publikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilməməsi mənfi rəy verilməsi üçün əsas kimi çıxış edə bilər. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, o, “hüquqşünaslıq” ixtisası üzrə eksternat formada təhsil almışdır. Azərbaycan Respublikasında həmin ixtisasın eksternat formada tədrisi həyata keçirilmir. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-ci bəndinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Bu səbəbdən iddiaçının aldığı təhsil üzrə ixtisasın tanınması mümkün deyildir.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2021-ci il tarixdə, məhkəmə iclasında "iddia ərizəsinin dəqiqləşdiri lməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən adıma verilmiş 103431 ******* nömrəli, 27 iyun 2002-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi” göstərilməsini xahiş etmişdir.

9. Məhkəmənin 1 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7761/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilərək, iddiaçının adına Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş 103431 ******* nömrəli, 27 iyun 2 002-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda, o cümlədən iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və eksternat təhsilin dövlət standartlarının müəyyən edilməməsi, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə v erən hər hansı sənədin, diplomun, yaxud başqa bir ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtinanın qeyd-şərtsiz əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı olaraq yaranmamış və iddiaçının bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/ F.Ş.Talışinski və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7761/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, eksternat təhsildə auditoriya saatlarına dair normativlər mövcud olmasa da, bu təhsilalma formasında imtahanların əyani formada verilməsi nəzərdə tutulur. Məhkəmə iddiaçının ümumiyyətlə təhsil aldığı dövr ərzində Rusiya Federasiyasında olub-olmamasını araşdırmamışdır.

17. Məhkəmə qərar ını əsaslandırarkən iddiaçının təhsil aldığı dövrdə (2000-2002) xx.xx.1992-ci il tarixli “Təhsil haqqında" Qanuna istinad etmiş və Qanunda eksternat təhsilalma formasının bilavasitə təsbit olunduğunu vurğulasa da, bu təhsilalma formasının təhsilin hansı pilləsinə tətbiq olunması məsələsinə diqqət yetirməmişdir. Belə ki, Qanunun 3.8-ci maddəsinə əsasən, vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali təhsilin birincibakalavr pilləsi də daxil olmaqla) almaq hüququna malikdirlər.

18. Qanunun 12-ci maddəsinə əsasən istehsalatdan ayrılmadan və eksternat yolu ilə qazanılması qadağan olunan peşə və ixtisasların siyahısını Azərbaycan Respublikası hökuməti müəyyən edir.

19. Qanunun 19-cu maddəsinə əsasən müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər.

20. Belə ki, iddiaçıya Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş diplom bakalavr deyil, mütəxəssis diplomu olduğuna və bakalavr diplomundan fərqli hüquqlar nəzərdə tutduğuna görə, eksternat formada təhsil alması sözügedən Qanunun müddəalarına ziddir. kassasiya şikayətinə dair etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu 6.3-cü maddəyə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr t arixli, 156 saylı Fərmanına əsasən, sözügedən maddədə göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir (2.2-ci bənd). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 27.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 23. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-c i maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

24. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə, nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir.

25. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli,367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox, alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Həmin bənddə qeyd edilir ki, "hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sah əsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.1-ci bəndinə əsasən, bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; - 1.5-ci bəndinə əsasən, "xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xa rici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağ ıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tə klifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

34. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, eksternat təhsildə auditoriya saatlarına dair normativlər mövcud olmasa da, bu təhsilalma formasında imtahanların əyani formada verilməsi nəzərdə tutulur. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının təhsil aldığı ölkənin qanunvericiliyində və ya təhsil aldığı müəssisənin həmin təhsil formasına aid qaydalarında eksternat təhsilalma formasında imtahanların hansı qayda verilməsi araşdırılmamış, cavabdehin qeyd edilən dəlilinin təsdiq olunduğu h alda iddiaçının həmin dövr ərzində Rusiya Federasiyasında olub-olmadığı araşdırılmamışdır.

35. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Təhsil haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 saylı Fərmanına əsasən, “Təhsil haqqında” Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir (2.2-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 36. 7 oktyabr 1992-ci ildə qəbul edilmiş və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Təhsil haqqında” Qanunun 3-cü maddəsinin 8-ci bəndinə əsasən, vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali təhsilin birinci-bakalavr pilləsi də daxil olmaqla) almaq hüququna malikdirlər. Həmin Qanunun 19-cu maddəsinə görə, müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Hazırkı mübahisəyə münasibətdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akadem iyası tərəfindən verilmiş diplom mütəxəssis diplomudur və həmin diplom üzrə iddiaçıya bakalavr deyil, hüquqşünas ixtisası üzrə mütəxəssis dərəcəsi verilmişdir. Bununla bağlı ziddiyyətli məqamlar yoxlanılmamış, mütəxəssis və bakalavr diplomları arasında təhsilin məzmunu və tədris proqramları baxımından fərqlərin olub-olmadığı, mütəxəssis diplomu üzrə tədris proqramlarının və təhsil standartlarının Azərbaycan Respublikasının müvafiq təhsil proqramları və dövlət standartlarına uyğunluğu yoxlanılmamış, eləcə də mütəxəssis diplomunun hansı hüquqlar nəzərdə tutduğu araşdırılmamışdır. Bu halların aydınlaşdırılması ali təhsilə aid kvalifikasiyanın tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası-xarici dövlətlərin səlahiy yətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəddir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qə bul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

39. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəy yən edilməlidir.

40. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar