Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-9/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak kompleksindən payın ayrılaraq dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən və 3884.89 kv.m. sahəsi olan 2F saylı əmlak komplek sinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9,D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-1089/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 2 ünvanında dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən və ümumi sahəsi 3884.89 kv.m olan əmlak kompleksinin A1, A2, A4, A8, A9, C5, D2 tikililəri üzərində iddiaçının, C6 tikilisi üzərində X3, D3 və A6 tikililəri üzərində Bağır-X12, A7 tikilisi üzərində X7, A 5 tikilisi üzərində X4, C1 tikilisi üzərində X10, D1 tikilisi üzərində X5, C3 tikilisi üzərində X6, C2 tikilisi üzərində X2, A3 tikilisi üzərində isə X8 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adlarına **********555-12301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır.
2. İddiaçı əmlak kompleksinin A1, A2, A4, A8, A9, C5, D2 tikililəri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana hər bir tikili üzrə ayrı-ayrılıqda müraciətlər etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktublarla (bildirişlər) imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən, əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq s ahəsi üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirilmiş iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və 3884.89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdehin iddiaya qarşı yazılı et irazının əsasını iddiaçının müraciətindən imtinada qeyd olunanlar təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2805/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin əsaslandırması: 7.1.İşin faktiki hallarına əsasən, iddiaçının iddia ərizəsində qeyd edilən daşınmaz əmlak (əmlak kompleksi) onunla yanaşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən şəxslərin də paylı mülkiyyətindədir, iddiaçının adına həmin əmlak üzərində paylı mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni, əmlakın hüquqi rejimi paylı mülkiyyət kimi müəyyən edilmişdir. Qanunvericilikdə isə paylı mülkiyyət kimi hüquqi rejimi müəyyən edilmiş əmlakın bir hissəsinin ayrıca əmlak kimi d aşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.F.Babayev /sədrlik edən və məruzəçi/, R.Ə.Eyvazov və G.T.Axundova) 19 aprel 2023-cü il tarixli, 21(103)-1089/2023 nömrəli qərardadı ilə iddiaçının C5 tikilisinə münasibətdə iddiadan imtina etməsi barədə ərizəsi qəbul edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2805/2022 nömrəli qərarı qismən (C5 tikilisinə münasiətdə) ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının (hakimlər: F.F.Babayev /sədrlik edən və məruzəçi/, R.Ə.Eyvazov və G.T.Axundova) 19 aprel 2023-cü il tarixli, 21(103)-1089/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2805/2022 nömrəli qərarı qismən (A1, A2, A4, A8, A9, D2 tikililərə dair hissədə) ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçının payı (A1, A2, A4, A8, A9, D2 tikililərə dair) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqların daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması cavabdehə həvalə olunmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. İddiaçının iddia etdiyi yaşayış sahəsinin ona aid olan hissəsinə mülkiyyət hüquqları qeydiyyata a lınmış və digər payçıların adları göstərilməklə ona çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tikililərin üzərində mülkiyyət hüquqlarını digər payçıların adları olmadan ayrıca çıxarışın verilməsi ilə gerçəkləşdirmək istəyir. Cavabdehin qənaətinə görə isə əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq sahəsi üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün deyildir. Mübahisəli əraziyə dair artıq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydə alınmasını istəmir, sadəcə, mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlaka münasibətdə ayrıca çıxarışın veril məsini istəyir. Başqa sözlə, iddiaçı torpaq sahəsinə münasibətdə hər hansı tələb irəli sürməmişdir. Hazırkı mübahisənin həlli məqsədi ilə ümumi paylı mülkiyyətdə olan ayrıca çıxarışın verilməsinin qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığı müəyyən edilməlidir. Bu hissədə isə məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına istinad edir. Doğrudur ki, vahid məhkəmə təcrübəsində ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ay rılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə gerçəkləşdirmək istədiyi yaşayış sahəsinə münasibətdə payçıların razılaşması ilə tərtib olunmuş çıxarışa və ya məhkəmə qərarına ehtiyac yoxdur. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş bölgü sxeminə əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin A1, A2, A4, A8, A9, C5, D2 tikililəri iddiaçıya məxsus olmuşdur. İddiaçının mülkiyyət hüquqlarını reallaşdırmaq istədiyi A1, A2, A4, A8, A9, D2 tikililərinin digər tikililərin daxilində olub-olmaması istiqamətində zəruri araşdırma aparılmış və müəyyən olunmuşdur ki, A1, A2, A4, A8, A9, D2 tikililəri digər tikililərlə konstruktiv bağlılığı olmayan, bir dam altında yerləşməyən ayrıca tikilidir. Odur ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 3884.89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin A1, A2, A4, A8, A9, D2 tikililərinin digər tikililər ilə konstruktiv əlaqəsi olmadığından, tikililərin giriş-çıxışı ayrı olduğundan, həmçinin, tikililər digər tikililər ilə bir dam altında yerləşmədiyindən həmin tikililərə münasibətdə payçıların razılıq ərizələrinin və ya payların ayrılmasına dair məhkəmə qərarının mövcudluğuna zərurət yaranmamışdır. Belə olan halda, mübahisə predmetini təşkil edən A1, A2, A4, A8, A9, D2 tikililərə münasibətdə ayrıca çıxarışın verilməsini istisna edən hal mövcud olmamışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmi n edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlak kompleksi kimi müəssisə torpaqdan ayrıla bilən əmlak olmadığı üçün vahid daşınmaz əmlak hesab olunur. Həmin əmlak kompleksi kimi müəssisənin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı tərəfindən daşınmaz əmlakın mülkiyyətçilərinin notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunsa da, əmlak kompleksi kimi müəssisənin altında yerləşən torpaq sahəsinin bölgüsü həmin sxemdə göstərilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır.... Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı c üzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflər i ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - apel yasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşin mübahisə edilməyən hallarına görə, sözügedən ümumi paylı mülkiyyətdə olan əmlak daşınmaz əmlakın dövlət reyestrində əmlak kompleksi kimi müəssisə növündə qeydiyyata alınmışdır.
23. İddiaçı tərəfindən məhkəməyə həmin daşınmaz əmlakın mülkiyyətçilərinin notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmuşdur. İddiaçı məhz həmin bölgü sxeminə istinadən hesab edir ki, sözügedən əmlak kompleksinin, yəni ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında öz aralarında razılığa gəldiklərindən, mülkiyyətində olan əmlaka dair ona ayrıca çıxarış verilməlidir və payın ayrılması barədə bölgü sxemi olduğu ndan payın naturada ayrılması barədə məhkəmə qərarının olmasına zəruriyyət yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu mövqeyi ilə razılaşaraq iddianı təmin etmişdir.
25. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, sözügedən əmlak kompleksinin tərkibinə daxil olan C5 tikilisi xx.xx.2022-ci il tarixli, 4Ə-145 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının təqdim etdiyi bölgü sxemində isə həmin mülkiyyətçinin razılığı qeyd olunmamışdır.
26. Belə olan halda, həmin bölgü sxemi ümumi paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üçün əsas ola bilməz.
27. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razı laşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (MM-in 220.1, 220.1, 220.3-cü maddələri).
28. Qeyd edilməlidir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətin mülkiyyətçiləri öz səlahiyyətlərinin h əyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətdə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər.
29. Hazırkı halda isə, paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlməsinə dair heç bir mötəbər sübut yoxdur. Həmçinin, iddiaçının ümumi mülkiyyətdəki payının MM-in 220-ci maddəsində nəzə rdə tutulmuş başqa qaydada da naturada ayrılması sübuta yetirilmir.
30. Odur ki, iddiaçı yalnız MM-nin 220-ci maddəsində qeyd edilən qaydada ümumi mülkiyyətdəki payının naturada ayrılmasına nail olduqdan sonra ona ayrıca çıxarış verilməsi barədə cavabdehə müraciət edə bilər.
31. Qeyd edilənlər iddiaçının hazırkı iddia tələbinə hüquqi marağının olmaması anlamına gəlməyə əsas verdiyindən, bu iddia mümkün sayıla bilməz.
32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq edilmədiyindən kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-ci il tarixli, 21(103)-1089/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən və 3884.89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9,D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Qərar qətidir.