Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-90/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 üzrə Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-90/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 11.02.2020 Açar sözlər:sosial sığorta haqqları üzrə borcun tutulması, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlov ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 üzrə Baş İdarəsinin nümayəndəsi xxx1nin və vəkili İlkin Məmmədo vun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 üzrə Baş İdarəsinin rəsi müavini xxx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1462/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2017-ci il tarixə 4295,07 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması v ə əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri həyata keçirməlidirlər. Həmin ödənişləri vaxtında ödəməyən müəssiələrə müvafiq xəbərdarlıq edilməli, daha sonra onların hesablaşma və digər hesabları üzrə əməliyyatlar qanunvericiliklə müəyyən olunmuş qaydada dayandırılmalı, ödəmə qabuliyyəti olmayan sığortaedənlərin isə fəaliyyəti dayandırılmaqla əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqları üzrə borcları tutulmalıdır. Cavabdeh müəssisənin xx xxxxxx 2017-ci il tarixə məcbu ri dövlət sosial sığorta haqları üzrə 4295,07 manat borcu olmuş, cavabdehə müvafiq xəbərdarlıq göndərilməsinə və hesablaşma hesablarına xx xxxxxx 2017-ci il tarixli sərəncamların qoyulmasına baxmayaraq, onun tərəfindən ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(82)4563/2017 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia qismən təmin edilmiş, cavabdehin xx xxxxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 4295,07 manat məbləğində borcunun onun əmlakının satılması yolu ilə tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə bo rcunun mövcud olması mübahisələndirilməmiş, habelə həmin borc üzrə ödənişlərin həyata keçirilməsi sübuta yetirilməmişdir. İddiaçı yaranmış borcu tələb etməkdə haqlı olmuş, lakin iddiaçı cavabddehin fəaliyyətinin dayandırılmasına əsas verən yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-1462/2019 saylı qərardadı ilə (sərlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər N azirliyi yanında Bakı şəhəri X1 Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1462/2019 saylı qərardadı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin fəaliyyətinin dayandırılması, ona borcun hansı əsasdan hesablanması, habelə işin digər faktiki halları tam və hərtərəfli araşdırılmamış, həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, bununla da inzibati icraatın çəkişmə prinsipini n tələbləri pozulmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respuiblikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 15.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi cavabdeh müəssisənin xx xxxxxx 2015-ci il tarixdən fəaliyyətini dayandırdığını qeyd etməklə birinci cavabdehə məcburi dövlət sosial sığorta haqları üzrə borcun hansı qaydada hesablandığının birinci instansiya məhkəməsi tərəf indən araşdırılmadığı nəticəsinə gəlmişdir. Halbuki, cavabdeh müəssisənin məcburi dövlət sosial sığorta haqları üzrə borcu onun fəaliyyətinin dayandırıldığı tarixədək yaranmışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehə “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” və “Məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq” Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun ünvanına göndərilmiş və cavabdeh tərəfindən qəbul olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh borcları barədə xəbərdar olsa da, qəsdən onu ödəməkdən yayınmışdır. Bundan başqa bildirilmişdir ki, apellyasiya məhkəməsi işə baxarkən iddiaçıya müvafiq bildiriş göndərməklə onun nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və mübahisəyə iddiaçının iştirakı olmadan b axmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 18, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 23.1.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 403.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Məhkəmə qərarında cavabdehin xx xxxxxx 2017-ci il tarixə olan dövrə görə qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqını ödəməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İş materiallarının 16-cı vərəqəsindən görünür ki, cavabdeh “xxxx” MMC-yə məhkəmə bildirişi ünvanlanmış, lakin həmin bildirişin cavabdeh çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmənin iclas protokollarından görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, iş materiallarının 28-ci vərəqəsinə əlavə edilmiş zərfdən görünür ki, məhkəmə qərarının surəti cavabdehin “ünvan 1 ünvanına çatdırılmadan geri qaytarılmışdır. Cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasına təqdim etdiyi arayışdan görünür ki, “xxxx” MMC xx xxxxxx 2015-ci il tarixdə fəaliyyətini dayandırmışdır və fəaliyyətini və əməliyyatların aparılmasını xx xxxxxx 2020-ci il tarixdə bərpa edəcəkdir. Lakin, məhkəmə cavabdehin xx xxxxxx 2017-ci il tarixə olan dövrə görə olan məcburi sosial sığorta haqları üzrə borcunu onun əmlakının satı lması yolu ilə tutulmasını qərara almışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən müəyyən edilmişdir ki, çəkişmə prinsipinin tələblərinin pozulması və iş üçün əhəmiyyəti olan çoxlu sayda sübutların araşdırılmaması əsası ilə İPM-nin 12.1, 15.1 və 87.7-ci maddələrinin tələblərinə uyğun olaraq iddianın müm künlüyü mübahisə doğurmuşdur. Apellyasiya məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədən baxmış, bununla da inzibati icraatın çəkişmə prinsipinin tələblərini pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin fəaliyyətinin dayandırılması, həmçinin, ona borcun hansı əsasdan hesablanması, habelə işin digər faktiki halları tam və hərtərəfli qaydada araşdırılmamış, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iş üzrə zəruri olan sübutlar toplanaraq onlara hüquqi qiymət verilməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, yaranmış borc məbləği cavabdehin fəaliyyətini dayandırdığı xx xxxxxx 2015-ci il tarixədək hesablanmış borc məbləğidir. Bundan əlavə, apellyasiya məhkəməsi işə baxarkən iddiaçıya müvafiq bildiriş göndərməklə onun nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və mübahisəyə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; - 15.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İş materiallarından görünür ki, cavabde h “xxxx” MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İş materiallarının 16-cı vərəqindən görünür ki, cavabdeh “xxxx” MMCyə məhkəmə bildirişi ünvanlanmış, lakin həmin bildirişin cavabdehə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmənin iclas protokollarından görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, iş materiallarının 28-ci vərəqəsinə əlavə edilmiş zərfdən görünür ki, məhkəmə qərarının surəti cavabdehin “ünvan 1 ünvanına çatdırılmadan geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə hazırkı iş üzrə mübahisəyə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədən baxmış, bununla da inzibati icraatın çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin fəaliyyətinin dayandırılması, həmçinin, ona borcun hansı əsasdan hesablanması, habelə işin digər faktiki halları tam və hərtərəfli qaydada araşdırılmamış, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iş üzrə zəruri olan sübutlar toplanaraq onlara hüquqi qiymət verilməmişdir. Halbuki, işə baxan məhkəmə mübahisənin düzgün həlli məqsədilə işdə iştirak edən şəxslərin izahatları və onların təqdim etdiyi sübutlarla kifayətlənmədən, əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalıdır. Göründüyü kimi, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, iş üçün əhəmiyyəti olan çoxlu sayda sübutlar araşdırılmamışdır. Göstə rilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası qərara aldı: iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 üzrə Baş İdarəsinin rəsi müavini xxx2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1462/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-90/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-90/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver