Məhkəmə qərarları › İş №2-1(102)-90/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-90/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-90/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı-nin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinə görə kompensasiya tələbi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı-nin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1121/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında 28.12.1992-ci il tarixdə bağlanmış 3-x nömrəli icarə müqaviləsinə əsasən ünvan ünvanında yerləşən torpaq sahəsi üzərindəki istehsalat təyinatlı sahə, avadanlıqla birlikdə iddiaçının icarəsinə verilmişdir. 2. “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, icarəyə verilmiş ərazidə (keçmiş Q.Qarayev adına zavodun 3 № sexinin ərazisi) anbar və digər köməkçi sahələrin tikilməsinə icazə verilmişdir. (imzalayan direktor R.B.Quliyev)

3. ARDNŞ “Azərneftyağ” İB ilə (icarəyəverən) idd iaçı (icarəçi) arasında imzalanmış 30.11.1998-ci il tarixli müqavilə ilə S.Məmmədova küçəsi 1 ünvanında yerləşən 92 kv.m qeyri-yaşayış sahəsi və 2010 kv.m yerüstü sahə iddiaçının istifadəsinə verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamenti (icarəyə verən) ilə iddiaçı (icarəçi) arasında imzalanmış 21.12.2001-ci il tarixli müqavilə ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 92,9 kv.m təşkil edən “Azərneftyağ” İB-nin balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədilə iddiaçının müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti 15.12.2001-ci il tarixdən 15.06.2002-ci il tarixədək müəyyən edilmişdir. 01.11.2001-ci il tarixindən 15.12.2001-ci il tarixinə kimi dövlət büdcəsinə icarə haqqı borcu 41.109,0 manat təş kil edir. ƏDV- 167.220,0 manat; İllik icarə haqqı (ƏDV ilə)- 1.096.220, 0 manat; bir aylıq icarə haqqı (ƏDV ilə) – 91.352,0 manat.

5. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2014-cü ilin dekabr ayında təsdiq edilmiş razılaşma aktına əsasən ölkənin sosial iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq və quruculuq işlərinin sürətlənməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq və yenidən qurma işlərinin tərkib hissəsi olaraq Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti i lə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.06.2013-cü il tarixli 225 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncamın icrasını təmin etmək məqsədi ilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinin başçısının 28.04.2014-cü il tarixli 126 saylı sərəncamı ilə təsdiq edilmiş komissiya yaradılmışdır. ünvan 3 ünvanında iddiaçının təsisçisi və direktoru X5 inşa etdiyi istehsalat sexinin (istehsalat sexi 13,6 m x 13,2 m + 7,9 m x 2,5 m = 179,52 kv.m + 19,75 kv.m = 199,27 kv.m) və h ər iki hissəsindən ibarət anbar binasının (anbar binasının 1-ci hissəsi 5,2 x 12,7 = 66,04 kv.m və anbar binasının 2-ci hissəsi 22,7 m x 6,0 m = 136,2 kv.m anbar 202,24 kv.m) cəmi 401,51 kv.m tikilinin Nobel və Babək prospektlərini birləşdirən yol tikintisi ilə əlaqədar sökülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə hesablamaqla istehsalat tikilisinin 1 kv.m üçün qiymətləndiricinin müəyyən etdiyi 500 manat əsas götürülür. Sahibkarın 401,51 kv.m sökülməsi zəruri olan tikilisinə 401,51 kv.m x 500 manat = 200.755 manat təklif olunmuşdur. X2 alacağı təzminatın məbləği 200.755 manatdır. X1 iclasında iştirak etdiyini, ödəniləcək təzminatın məbləği ilə razılaşdığını bildirməklə razılaşma aktını imzalamışdır. Razılaşma aktı nı komissiyanın üzvləri də imzalamışlar.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.03.2020-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən əmlaka dair “Azərneftyağ” İB-nin adına tərtib edilmiş 19.01.1997-ci il tarixli texniki pasport və onun verilməsinə əsas olmuş sənədlər İdarənin arxivində aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 14 avqust 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında iddiaçı tərəfindən inşa edilmiş sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürü lməsi ilə əlaqədar olaraq 471.211 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi “Azərneftyağ” İstehsalat Birliyinə məxsus olmuşdur. iddiaçı icarəyə götürülmüş torpaq sahəsinin mülkiyyətçisinin razılığı əsasında orada başqa tikililər inşa etmişdir. Belə ki, iddiaçının müvafiq müraciəti əsasında “Azərneftyağ” İstehsalat Birliyi DM № 19/21 19/İİ-93 nömrəli məktubla sözügedən ərazidə tikililərin inşa edilməsinə dair iddiaçıya razılıq vermişdir. Buna uyğun olaraq da sonradan iddiaçı tərəfindən həmin torpaq sahəsində tikililər inşa edilmiş və 19.01.1997-ci il tarixdə ona bu tikililərlə bağlı texniki pasport verilmişdir. Bakı Ş əhər İcra Hakimiyyəti başçısının 10.06.2013-cü il tarixli, 225 saylı Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov küçəsi, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10.06.2013-cü il tarixli, 225 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində yarad ılmış komissiyada ünvan 6 ünvanında iddiaçıya məxsus olan tikililərin dəyərinin ümumilikdə 200.755 manat olması müəyyən edilmişdir. Sözügedən əmlakların sökülməsi nəticəsində iddiaçıya vurulmuş ziyan bu günədək ödənilməmişdir. Müəyyən olunmuş bu məbləğlə iddiaçı razı deyil. Sözügedən ünvanda iddiaçı tərəfindən inşa edilən tikililərin dəyəri 200.755 manat təşkil etmir. Belə ki, Azərbaycan Respublikası “X18 LTD" müştərək müəssisəsi tərəfindən tərtib edilmiş 30.10.2007-ci il tarixli qiymətləndirmə hesabatından da göründüyü kimi ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 30.10.2017-ci il (mətnə uyğun) tarixə olan bazar dəyəri və maddi ziyan məbləği 471.211 manat müəyyən olunmuşdur.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən və Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 21 dekabr 2001-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən icarəyə götürülmüş sahədə fiziki şəxslər X5 və X3 vəsaiti hesabına inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20.0 % əlavə hesablanmaqla birlikdə alqı-satqı orta bazar qiyməti 300 manat müəyyənləşdirilərək fiziki şəxslər X7 və X6 hesablanmış 150 kv.m tikili üçün cəmi alacaq təzminat 45.000 manat təşkil etmişdir və onlar öz imzaları ilə təzminatın məbləği ilə razılaşmış və qeyd edilən vəsaiti qəbul etmişlər.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X8, 2-1(112)-1455/2020 saylı iş) 17.11.2020-ci il tarixli qərarı ilə ünvan 5 ünvanında sahəsi 401,51 kvadra tmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 200.755 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona 471.211 manat kompensasiyanın ödənilməsini tələb etsə də, tərəflər arasında imzalanmış razılaşma aktından qeyd olunan tikili üçün müəyyən edilmiş və təklif olunan 200.755 manat məbləğ ilə iddiaçının razılaşdığı görünür. Ona görə də ünvan 5 ünvanında sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 200.755 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

12. Həmin qərardan narazı qalan iddi açı, cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Apelyasiya instansiyası məhkəməsində icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayonu Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10 iyun 2013-cü il tarixli, 225 saylı sərəncamının surətinin, eyni zamanda mübahisə predmeti olan əmlakın yerləşdiyi yerə yaxın analoji əmlakların hər kvadratmetrinə görə müəyyən edilmiş kompensasiya məbləğlərini əks etdirən digər mövcu d sərəncamların rəsmi qaydada məhkəmə təqdim edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərilməsini xahiş edilmişdir.

14. Məhkəmə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, X.Rüstəmov, S.Vəzirov, Y.Əliyev küçələrinin və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin cavabdehə həvalə edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi 10.06.2013-cü il tarixli, 225 saylı sərəncamın təsdiq edilmiş surətinin, sərəncamın verilməsinə əsas olmuş, sərəncama əlavə olunmuş sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

15. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının 15 iyul 2021-ci il ta rixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi 10.06.2013-cü il tarixli, 225 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Sərəncamın təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə (Razim Məmmədov) həvalə edilmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış itkilərinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsini təmin edilməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X9məruzəçi, X10 və X4, 2-1(103)-1121/2021 saylı iş) 20 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçının 401,51 kvadratmetr olan tikilinin köçürülməsi ilə əlaqədar 471.211,00 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi rədd edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zərərvurma ilə bağ lı hüquq məsuliyyətinin yaranması üçün 4 şərtin mövcudluğunu sübut edilməlidir: hüquqa zidd əməl, zərər, səbəbli əlaqə və təqsir. İddiaçı “Azərneftyağ” İstehsalat Birliyinin Bakı Neftayırma zavoduna məxsus torpaq sahəsində sonuncunun razılığı ilə inşa etdiyi 401,51 kv.m tikilinin cavabdeh tərəfindən sökülməsi ilə bağlı 471.211 manat kompensasiya tələb etmişdir. Konkret halda isə 401,51 kv.m tikilinin söküntüsünə görə cavabdehin mülki məsuliyyətinin faktiki şərtlərinin mövcudluğu müəyyən olunmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən həmin tikinti sahəsinə görə 200.755,00 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. Məhkəmə bu nəticəyə gələrkən, 28.12.1992-ci il tarixli icarə müqaviləsinə və 10 və ya 19 (səlist deyil) yanvar 1997-ci il tarixində tərtib olunmuş bina hissəsinin texniki pasportuna dekabr 2014cü il tarixli razılaşma aktına istinad etmişdir. Birinci instansiya məhkəmənin qərarından görünür ki, prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, həqiqiliyi müəyyən edilməyən sənədlərə istinad olunmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi, iş materiallarına əlavə olunmuş həmin sənədlər, təsdiq olunmayan kserosurət sənədlərdir. “Texniki pasport və razılaşma aktı ümumiyyətlə səlahiyyətli şəxs tərəfindən imzalanıb, təşkilatın möhürü ilə təsdiq olunmamışdır. İş materiallarında isə mübahisələndirilən 401,51 kv.m qeyri-yaşayış (tikili) sahəsinə dair başqa hüquqmüəyyənedici sənəd-sübut (o cümlədən, texniki pasportun və razılaşdırma aktının əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti) məhkəməy ə təqdim olunması təklif edilsə də, mövcud deyil. Digər tərəfdən, işin yuxarıda qeyd olunan, mübahisələndirilməyən hallarından isə göründüyü kimi, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2001-ci il tarixli, 939/2268 nömrəli müqavilə əsasında ”Zamiq” MMC tərəfindən icarəyə götürülmüş sahədə fiziki şəxslər X5 və X3 vəsaiti hesabına inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə görə 45.000 məbləğində təzminat məbləği hesablanaraq onlara ödənilmişdir.

18. İddiaçı 28 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

19. İş materiallarına əlavə edilmiş texniki pasportdan göründüyü kimi iddiaçının istifadəsində həm 150 kv.m olan qeyri-yaşayış sahəsi (talvar), həm də sahəsi 199,27 kv.m olan istehsalat sexi və sahəsi 202,24 kv.m olan anbar binası olmaqla ümumi sahəsi 401.51 kv.m olan digər qeyri-yaşayış sahəsi olmuşdur. Cavabdeh tərəfindən hər üç əmlak sökülmüşdür.

20. Lakin cavabdeh sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə (talvar) görə 45.000 manat kompensasiya hesablayıb tərəflər arasında imzalanmış 25 fevral 2020-ci il tarixli akta əsasən ödəsə də, eyni texniki pasportda əks olunan və ümumi sahəsi 401.51 kv.m olan istehsalat sexi və anbar binasının sökülməsinə görə iddiaçıya ödəniş etməkdən imtina etmişdir.

21. Cavabdeh eyni faktiki hallar barəsində müxtəlif qərarlar qəbul etmişdir ki, bununla da “İnzibati icraat haqqın da” Qanunun 12.2-ci maddəsinin tələbini pozmuşdur.

22. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi iş üçün xüsusi əhəmiyyət kəsb edən bu məqama diqqət yetirməmiş və eyni faktiki hallara malik işlərlə bağlı fərqli qərarların qəbul edilməsinin yolverilməzliyini nəzərə almamışdır.

23. Həmçinin apellyasiya instansiya məhkəməsi 25.02.2020-ci il tarixli aktla ödənilən 45.000 manat kompensasiyanın hazırki iddia tələbində mübahisələndirilən qeyriyaşayış sahələri ilə əlaqəli olduğunu hesab etmiş və iddianı həm də bu əsasla təmin etməmişdir. Halbuki, ödənilmiş 45.000 manat kompensasiya istehsalat sexi və anbarın sökülməsinə görə deyil, talvarın sökülməsinə görə ödənilmiş və talvarın sökülməsi hazırki iddianın predmeti olmamışdır.

24. Şikayət əsaslandırılarkən Mülki Məcəllənin 157.9, 1096, 1097 -ci “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1, 7.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

27. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş z ərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiy acları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nə ticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tət biq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkl ifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi ə sasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

30. İnzibati Prosessu al Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yaz ılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

33. İddiaçı kasasiya məhkəməsinə göndərdiyi vəsatətində mübahisəyə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

34. İPM-in 96.4-cü maddəsinə görə kasasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı i craat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

35. Hazırkı işdə İPM-in 96.4-cü maddəsinin ikinci cümləsində olan hal olmadığından işə məhkəmə iclasında baxılmasına zərurət yaranmamışdır. Odur ki, məhkəmə tərkibi vəsatəti təmin etmir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında bağlanmış 28 dekabr 1992-ci il tarixli müqavi ləyə əsasən Bakı şəhəri, Svetlana Məmmədova 1 ( 3 nömrəli sex Karayev) ünvanında yerləşən torpaq sahəsi üzərindəki istehsalat təyinatlı sahə, avadanlıqla birlikdə iddiaçının icarəsinə verilmişdir. “Azərneftyağ” İstehsalat Birliyi iddiaçıya göndərdiyi 19 fevral 1993-cü il tarixli məktubunda icarəyə verilmiş ərazidə anbar və digər köməkçi sahələrin iddiaçı tərəfindən tikilməsinə icazə verilmişdir. 38. 30.11.1998-ci il tarixli və 21 dekabr 2001-ci il tarixli müqavilələrdə icarəyə verilən qeyri-yaşayış sahəsi 92 kv.m qeyd edilmişdir.

39. Bakı şəhəri, Svetlana Məmmədova 1 ünvanında olan əraziyə dair 19 yanvar 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportda torpaq sahəsi və tikililər əksini tapmışdır.

40. İşdə olan 19 yanvar 1997-ci il tarixdə tərtib edilmiş texniki pasport “Bakı şəhəri Xəta i rayonu torpaq sahəsinin planı üzrə liter “A” bina hissəsinin texniki pasportu” adlanır (səh.11).

41. Texniki pasportda “A” literli tikintinin planı tərtib edilmiş və cəmi sahə, o cümlədən bina hissəsinin texniki göstəriciləri ümumi sahə 156,4 kv.m qeyd edilmişdir (səh.14 və 15).

42. İddiaçının kasasiya şikayətinə əlavə etdiyi texniki pasportda da tikilinin sahəsi həmin qaydada əksini tapmışdır.

43. Bakı şəhər icra Hakimiyyəti başçısının 10 iyun 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhəri Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi cavabdehə həvalə edilmişdir. 44. 2014-cü ilin dekabrında tərtib edilmiş razılaşma ak tında iddiaçının icarəsində olan ünvan 11 ünvanında cəmi 401,51 kv.m tikintinin sökülməsi zərurətinin yaranması və təzminat məbləğinin Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə hesablamaqla istehsalat tikilisinin 1 kv.m üçün qiymətləndiricinin müəyyən etdiyi 500 manat əsas götürüldüyü, 401,51 kv.m sökülməsi zəruri olan tikiliyə 401,51 kv.m x 500 manat = 200.755 manat təklif olunduğu, iddiaçının komissiyanın iclasında iştirak etdiyi, ödəniləcək təzminatın məbləği ilə razılaşdığını bildirməklə razılaşma aktını imzaladığı, razılaşma aktını komissiyanın üzvlərinin də imzaladığı qeyd edilmişdir. Lakin razılaşma aktını cavabdeh təsdiq etməmişdir. 45. 25 fevral 2020-ci il tarixdə cavabdeh tərəfindən təsdiq edilmiş razılaşma aktından görünür ki, iddi açının icarəsində olan ünvan 11 ünvanında yerləşən qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2001-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən icarəyə götürülmüş sahədə onun vəsaiti əsasında inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə hesablamaqla birlikdə alqı-satqı bazar qiyməti 300 manat müəyyənləşdirilərək 150 kv.m tikili üçün təzminat 45.000 manatdır. Aktı iddiaçı və komissiya iştirakçıları imzalamışdır. 46. 25 fevral 2020-ci il tarixli razılaşma aktı tərtib edilərkən iddiaçının hazırkı iddia tələbi üzrə məhkəmə icraatı mövcud idi. Razılaşma aktında qeyri-yaşayış sahəsinin iddiaçının icarəsinə verilməsi barədə 21 dekabr 2001-ci il tarixli 939/2268 nömrəli müqaviləyə istin ad edilərək iddiaçının vəsaiti hesabına inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə görə ödənilməli kompensasiyadan bəhs olunur. Razılaşma aktını iddiaçı imzalamış, aktda hər hansı başqa icarə müqaviləsinə, iddiaçının istifadəsində başqa qeyriyaşayış sahəsi olmasına istinad edilməmiş, iddiaçının hər hansı qeyd-şərti olmamışdır.

47. Həm iddiaçının təqdim etdiyi texniki pasportda, həm də iddiaçının imzaladığı razılaşma aktında iddiaçıya aid qeyri-yaşayış sahəsinin 401,51 kv.m olması qeyd edilməmişdir.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icarə müqavilələrinə əsasən qeyriyaşayış sahənin 92,9 kv.m hissəsi iddiaçıya deyil, icarəyə verən “Azərneftyağ” İstehsalat Birliyi məxsus olmuş, “Azərneftyağ” İstehsalat Birliyi 92,9 kv.m tikiliyə görə kompensasiya tələbi barədə aidiyyəti dövlət o rqanlarına, o cümlədən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçıya səlahiyyət verməsinə dair işdə sübut olmamışdır. Bu səbəbdən iddiaçıya məxsus tikilinin ümumi sahəsi 401,51 kv.m olması barədə iddiasının dəlilləri hər hansı mötəbər sübutla təsdiq olunmamışdır.

49. İşdə olan sənədlərə görə iddiaçıya 150 kv.m sahəyə hər kvadratmetr üçün əlavə 20 faiz də nəzərə alınmaqla 45.000 manat cavabdeh tərəfindən ödəmə edilmişdir. İddiaçı həmin ödəmə ilə bağlı hər kvadratmetr sahənin əlavə 20 faiz də daxil olmaqla 300 manat hesablanması barədə tərtib edilmiş razılaşma aktını imzalamış, əmlakın qiyməti ilə bağlı etirazı olmasına dair aktda hər hansı qeyd aparmamışdır. 50. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur.

51. Bundan əlavə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “X12rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır.

52. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının poz ulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur.

53. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir.

54. Avropa Məhkəməsi “X12rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir.

55. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan H üquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

56. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanun i məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”(Qərarın 54-cü bəndi).

57. Azərbaycan Respublikasının yuxarıda sadalanan qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən onun “mülkiyyəti” olmuşdur və ona mülkiyyətindən məhrum olduğu əmlaka görə kompensasiya ödənilmişdir.

58. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1121/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar