Məhkəmə qərarları › İş №2-1(102)-90/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-90/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-90/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələr inin birinə ixtisası üzrə köçürülməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(107)-244/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunmuş və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Cavabdehin 19 oktyabr 2017-ci il tarixli, A-6224/02/1124 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, 2003-cü ildən sonra TQDK-nın sərəncamı olmadan Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunan və ya cavabdehin razılığı olmadan həmin universitetə köçürülən şəxslərin digər ali təhsi l müəssisinə yerləşdirilməsi və ya diplom alması mümkün deyil.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona diplom blankının verilməsini xahiş etmişdir.

3. Cavabdehin 24 yanvar 2020-ci il tarixli, A-460/11-24 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən ərizəçinin adına Diplom yazılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyəti orqanların imtina və icrasız cavablarını əsassız sayıb iddiaçının Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülüb dövlə t imtahanını yenidən verməyi, dövlət imtahanını müvəffəqiyyətlə keçdiyi təqdirdə ixtisası üzrə diplom almağı vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11549/2021 nömrəli qərardadı ilə inzibat iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunmuş, 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldığından buraxılış imtahanında iştirak etməmiş və ona diplom verilməmişdir. Ona diplom blankının verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş və cavabdeh xx.xx.2021-ci il tarixli, Z-10120/31-24 saylı məktubla onun adına blankın verilməsində imtina etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyası Qafqaz Xalqlar Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tari xli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli, 96 saylı əmr imzalanmışdır. Daha sonra yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə, qeyri dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli 46- 034368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilə rdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələrə sırasına daxil olunması əmrləşdirilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə cavabdeh tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının kö çürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən qanunsuz olaraq rəsmiləşdirilmişdir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir.

9. Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2- 1(116)-630/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunduğunu və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü, cavabdeh orqan isə baş vermiş köçürmənin Təhsil Nazirliyinin razılığı olmadan həyata keçirildiyini və köçürülmənin qanunsuz olduğunu bildirir. Mübahisə id diaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyinin iddiaçının üzərinə düşür. Yəni, iddiaçı sübut etməlidir ki, onun 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinə Təhsil Nazirliyi razılıq vermişdir. Lakin, iş materiallarından göründüyü kimi Təhsil Nazirliyi tərəfindən belə razılıq verilməmiş, iddiaçının adı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında olmamış, habelə iddiaçının adına diplom tərtib edilməmişdir. İddiaçının Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığ ı ilə köçürülməsi müəyyən edilmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(107)-244/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X5) ilə Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməs inə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və münasibətin dəlilləri

15. Kassasiya şikayətinin və münasibətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdehin etirazında istinad edilən Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olması, akademik məzuniyyət alması və təkrar kursda saxlanması haqqında” Əsasnamənin prosedur qaydalarının gözlənilməsi bir tələbə kimi, iddiaçının borcu deyil. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarş ı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Qanun:... 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pil ləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalar ının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur

18. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə:

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzif ələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:... 8.13. Ümumtəhsil məktəblərində sinifdən sinfə keçirmə və buraxılış imtahanların sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir təhsil müəssisəsindən digərindən köçürülməsi qaydalarını müəyyən edir (18 fevral 2011-ci ilə qədər qüvvədə olan redaksiya)....

19. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”:

1. Ümumi müddəalar 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsi linin əsas tibb təhsili üzrə təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali t əhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir.... 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarix li 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” 1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. 1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur. 3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı müba hisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi m übahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş (xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmış) «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında» Əsasnamənin 1.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktə bdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir.

29. Cavabdehin xx.xx.2001-ci il tarixli, 96 saylı “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” əmrin birinci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələr müvəqqəti dayandırılmışdır. Daha sonra, xx.xx.2007-ci il tarixli, xx-xx-4368/17 saylı məktubda istinad olunan xx.xx.2002-ci il tarixli “əmrdə qismə n dəyişiklik haqqında” əmrin İ bəndinə əsasən xx.xx.2001-ci il tarixli, 96 saylı əmrin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.”

30. Əmrin İİ bəndinə görə köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrin tabe olduqları nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilməsi; əmrin İİİ bəndinə əsasən qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələ rin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuşdur. Əmrin V bəndinə əsasən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir.

31. Cavabdehin bütün əmr və təlimati məktublarında qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələrinin Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuş, əmrdə həmçinin qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir.

32. Həmçinin iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsində qeyd edilmişdi ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.

33. Hazırkı işdə iddiaçı 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunduğunu və 2006-cı ildə 4Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü, cavabdeh orqan isə baş vermiş köçürmənin Təhsil Nazirliyinin razılığı olmadan həyata keçirildiyini və köçürülmənin qanunsuz olduğunu bildirir. Mübahisə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyinin iddiaçının üzərinə düşür.

34. Lakin, Təhsil Nazirliyi tərəfindən belə razılıq verilməmiş, iddiaçının adı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında olmamış, habelə iddiaçının adına diplom tərtib edilməmişdir.

35. Beləliklə, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə köçürülməsi müəyyən edilmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

36. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(107)-244/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar