Məhkəmə qərarları › İş №2-1(102)-90/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-90/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-90/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 28.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-433/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Politexnik İnstitutunda əyani ali təhsil almışdır. 2. 20.11.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərneftgeofizika” Trestində, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Giprodənizneftqaz” Dövlət ETLİ-də, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Xəzərdənizneftqaz” İstehsalat Birliyi Kompleks Dəniz Geoloji-Kəşfiyyat İdarəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “28 May” Neft və Qazçıxarma idarəsində, xx.xx.2007-ci il tarixdən hal-hazıradək "xxxx" şirkətində işləmişdir.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “Azneftgeofizika” Trestinin (indiki Kəşfiyyatgeofizika istehsalat bölümü) arxiv sənədlərində iddiaçının Mərkəzləşdirilmiş Elmi-Tədqiqat Kəşfiyyat Partiyasının Aparatların metroloji sahəsində mühəndis, 7/82 saylı Seysmik Partiyada (Çöl mövsümü qurtarana qədər) mühəndis, 16/83 saylı Seysmik Partiyada geof izik operator, 12/84 və 7/84 saylı Seysmik Partiyada mühəndis-elektronçu vəzifəsində çalışması haqqında məlumat vardır. Belə ki, iddiaçı xx.xx.1981-ci il tarixli 186 nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən Mərkəzləşdirilmiş Elmi-Tədqiqat Kəşfiyyat Partiyasının Aparatların metroloji sahəsinə mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli, 146-k nömrəli əmrə əsasən 7/82 saylı Seysmik Partiyasına (Çöl mövsümü qurtarana qədər) mühəndis, xx.xx.1983-cü il tarixli 93-k nömrəli əmrə əsasən 16/83 saylı Seysmik Partiyaya operator, xx.xx.1983-cü il tarixli 120-k nömrəli əmrə əsasən xx.xx.1983-cü il tarixdən Mərkəzləşdirilmiş ElmiTədqiqat Kəşfiyyat Partiyasının Aparatların metroloji sahəsinə mühəndis, xx.xx.1984-cü il tarixli, 62-k nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən 12 /84 saylı Seysmik Partiyaya mühəndis-elektronçu vəzifəsinə keçirilib. xx.xx.1987-ci il tarixli, 146 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. Cəmi iş stajı: xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinə qədər 6 il 1 ay 8 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinə qədər 1 il 6 gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinə qədər 3 il 4 ay 16 gün, cəmi: 4 il 4 ay 22 gündür. İddiaçının çalışdığı mühəndis, mühəndis-elektronçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siy ahısı”nda “21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” “b) rəhbərlər və mütəxəssislər” yarımbəndindəki 2130100b-17541 kodunda qeyd edilmiş “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” bəndində göstərilən mühəndislərlə eyni əmək funksiyasını yerinə yetirir.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 may” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “28 May” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 19912007-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 2007-ci il üçün T-2 formalı şəxsi kartoçkada, iddiaçının bu müəssisədə xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sazlayıcı, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək nəzarət-ölçü cihazları üzrə çilingər vəzifələrində işləməsi barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: 1) xx.xx.2005-xx.xx.2007-ci illər - nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər - 10.2a üzrə 2 il 5 ay 23 gün. İddiaçı xx.xx.2007-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi nə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilmişdir. 5. "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı texniki xidmət üzrə texnik (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) vəzifəsində Qərbi Çıraq Platformasında xx.xx.2007-ci il tarixdən bu günə qədər (o cümlədən xx.xx.2009 xx.xx.2010 - əməliyyatlar üzrə texnik (indiki texniki xidmət üzrə texnik), xx.xx.2010 xx.xx.2012 - cihazlar üzrə texnik (indiki texniki xidmət üzrə texnik), xx.xx.2012 - xx.xx.2013 - nəzarət-ölçü cihazları üzrə texnik (indiki texniki xidmət üzrə texnik), xx.xx.2013 – bu günədək - texniki xidmət üzrə texnik) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il, 2 ay, 24 gün (xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək hesablanıb) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: İddiaçı xx.xx.2009cu ildən BP şirkətinin həm quruda olan sahələrində (Sənqəçal Terminal, ATA Yard), həm də “Qərbi Çıraq” platformasında tutduğu vəzifə üzrə işləri çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) yerinə yetirir. Bundan başqa o, elektrik generatorlarının, kompressorların və nasosların işə salınması da daxil olmaqla, “Qərbi Çıraq” platformasında elektrik avadanlıqlarının profilaktik təmirini və sazlanmasını yerinə yetirir. Bu vəzifəsini yerinə yetirərkən, iddiaçı kükürd turşusu, silikogel, Chameleon ® qranulalar, natrium hipoxlorit (14-16%-lik məhlul) qalıqları və s. kimi kimyəvi maddələr ilə təmasda olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1(a) bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində 2021-ci il üzrə sığorta ödənişləri öz əksini tapmadığından (ümumilikdə 8 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 5 gün (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, təqdim edilmiş "xxxx" şirkətinin xx.xx.2022-ci il tarixli güzəştli arayışında iddiaçının xx.xx.2009-cu il tarixindən sözügedən müəssisədə müxtəlif vəzifələrdə işləməsi qeyd edilmişdir, işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” (10.5.1) sahəsinə aid deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 ay 20 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər) təşkil edir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesa blanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ona pensiya təyinatının təxirə salındığını bildirmişdir. Təxirə səbəb kimi 2021-ci il üzrə sığorta ödənişlərinin edilməməsi və güzəştli iş stajının 12 il 6 aydan az (11 il 11 ay) olması göstərilmişdir. O, həmin nöqsanları aradan qaldırmaqla, tələb olunan sənədlərlə birlikdə xx.xx.2022-ci il tarixində cavabdehə təkrar müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, on un güzəştli iş stajının 12 il 6 aydan az (5 il 4 ay 20 gün) olması göstərilmişdir. Halbuki, birinci cavabında təkcə “BP Eksploreyşn” şirkətinin arayışına əsasən, onun güzəştli stajının 11 il 11 ay olmasını qəbul etmişdir. Sonradan o, digər güzəştli arayışları da alıb cavabdehə təqdim etmişdir. Bu da, onun Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan ən azı 12 il 6 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır.

10. Cavabdehin iddiaya qarşı etirazında “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1 və 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışlara əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olduğu müəyyən edilmişdir. İddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda da qeyd olunduğu kimi, onun xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı mövcud olmuşdur. Belə olan halda, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 17 fevral 2023-cü il tarixli, 2-1(118)-643/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, lakin xx.xx.2018-ci il tarixdən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş mü ddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. İddiaçı ilkin olaraq xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Ona görə də, onun pensiyası 57 yaşının tamamından təyin edilsə də, xx.xx.2018-ci il tarixdən hesablanmalı və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zahid Məmmədov /sədrlik edən və məruzəçi/, Fuad Məmmədov və Gülnar Cabbarova) 02 iyun 2023-cü il tarixli, 2-1(105)-433/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şika yəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə və vəzifələrin, xüsusilə də "xxxx" şirkətində işlədiyi dövrün güzəştli pensiya hüququna əsas verən peşələrə (vəzifələrə) aid olması ona dair güzəştli arayışlarda ətraflı təsvir olunmuş, cavabdeh isə qeyd edilən arayışları nəzərə almadan, heç bir dəlil irəli sürmədən sadəcə xx.xx.2009-cu il tarixindən "xxxx" şirkətində işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstə ricilərin Siyahısı”nın “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” (10.5.1) sahəsinə aid olmadığını göstərmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli güzəştli arayışda iddiaçının gördüyü işlər ətraflı təsvir olunmaqla onun müvafiq siyahının 10.5.1 (a) bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olması qeyd edilmiş, cavabdeh isə iddiaçının təqdim etdiyi həmin arayışı təkzib edən hər hansı dəlil irəli sürməmiş, sübut təqdim etməmişdir. İddiaçının güzəştli arayışda qeyd edilən tutduğu vəzifə və gördüyü iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda 10.5.1-ci bənddə qeyd edilmiş... İstehsalatda məşğul olan...texnoloji avadanlıq və əsas istehsalatlar ın kommunikasiyasının xidməti və təmiri: nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər; texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi-çilingərlər peşəsi (vəzifəsi) üzrə uyğunluq təşkil edir.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı et iraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrə li qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1. Qazma b) rəhbərlər və mütəxəssislər: quy ularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullar ının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihaz ları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər texnoloji avadanlıqların təmiri üzrə çilingərlər təmirçi-çilingərlər

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüqu qu verən işdə çalışmasına dair iş yerinin arayışı;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı büt övlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrin in, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyi l, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütü n hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

35. Hüquq mü nasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

36. İstinad edilən həmin maddənin müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması.

37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

38. Həmçinin iddiaçının işlədiyi vəzifələrin (“mühəndis”, “mühəndis-elektronçu”, “nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər”, “ texniki xidmət üzrə texnik (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər)”) və sahənin neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

39. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nə zərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

40. Həmçinin məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ilkin müraciətinə verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan 9.1-ci maddəsinə istinad edərək iddiaçının güzəştli iş stajının 11 il 11 ay 5 gün (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2010-xx.xx.2020-ci il tarixlər i arasındakı dövrlər) təşkil etdiyini, iddiaçının növbəti müraciətinə verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan 9.1-ci maddəsinə istinad edərək iddiaçının güzəştli iş stajının 5 il 4 ay 20 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini, iddiaya qarşı etirazında isə “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1 və 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək iddiaçının güzəştli iş stajının xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini qeyd etmişdir. Cavabdeh apellyasiya və kassasiya şikayə tlərində isə “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1 və 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək iddiaçının güzəştli iş stajının xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini qeyd etmişdir.

41. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.

42. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

43. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıd a istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar