Məhkəmə qərarları › İş №2-1(102)-900/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-900/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-900/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın tutulması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “i ddiaçının torpağının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq kompensasiyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 fevral tarixli, 2-1(105)-6/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona iddiaçının torpağının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2017-ci il 03 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cava bdeh bildirmişdir ki, iddiaçının cavabdehə ünvanladığı ərizəyə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2017-ci il 05 iyun tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının torpağının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq 135000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2006-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Bununla bağlı ona Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 2006-ci il 28 noyabr tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. 2015-ci ildə iddiaçıya məlum olmuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Özünü iş icraçısı kimi təqdim edən şəxslər ona bildirmiş lər ki, onlar cavabdehin işçiləridirlər. İddiaçının torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq və ona kompensasiya ödəniləcəkdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş və oradan ona bildirmişlər ki, onun torpaq sahəsi dövlət ehtiyacları üçün alınan torpaqlar siyahısına daxil edilmişdir. Ərazidən Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 08 iyul tarixli, 2930 saylı sərəncamına əsasən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013cü illər üzrə Tədbirlər Planı” çərçivəsində tikintisi aparılan Bilgəh-Sumqayıt-Tağıyev qəsəbəsinə qədər avtomobil yolu inşa ediləcəkdir və elə buna görə də iddiaçı sənədlərini cavabdehə təqdim edilsin. O, da öz növbəsində bütün sənədləri toplayıb cavabdehə təqdim etmişdir. Layihə rəhbərinə və digər əməkd aşlara dəfələrlə müraciət olunsa da, məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. İddiaçının 2017-ci il 01 mart tarixli yazılı ərizəsinə cavab olaraq cavabdeh H-3/16-1944 saylı 2017-ci il 03 aprel tarixli cavab məktubu göndərilmişdir. Məktubda göstərilir ki, “iddiaçının cavabdehə ünvanladığı ərizəyə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz hə llini tapacaqdır”. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə salınmış və tam yararsız hala salınmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. İddiaçının torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat, ümumi dəyəri 135000 manat təşkil edir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarış ilə qeydə alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi sahə yol tikinti altına düşməmişdir. İddiaçı qeyd etdiyi ərazidə avtomo bil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və x-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əsasən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişikliklər edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. Göstərilənlərə əsasən hesab etmişdir ki, nəzərdə tutulan “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisində” iddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq, iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi əsassızdır. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddia qaldırmış iddiaçının müraciə t edildiyi halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. Üçüncü şəxsin etirazları:

6. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq işlərin görüldüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən imtina edilməmişdir. Bu baxımdan sözügedən iddia tələbi mümkün sayıla bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 aprel tarixli, 2-1(085)33/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Xdə yerləşən 0.27 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensa siyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin 2019-cu il 15 aprel tarixli, 3/09-2656 saylı məktubuna münasibətdə qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsini qeyd etsə də, hansı əlavələrin nəzərdə tutulmasını qeyd etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin 2 007-ci il 26 dekabr tarixli, 689 nömrəli fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda, tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 97200 manat (81000 (3000 x 27 sot) + 16200 (81.000 x 20% = 16200) = 97200) təşkil edir. Eyni zamanda məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, inzibati işlər üzrə dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddia həmin hissədə təmin oluna bilməz

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş e tmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 fevral tarixli, 2-1(105)-6/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bun dan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan, birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsini öz qərarına köçürməklə kifayətlənmişdir.

14. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

15. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Novxanı-Pirşağı (Sahil yolu) avtomo bil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki, “Avtomobil yolları haqqında” Qanuna görə təhkim zolağı avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına h ər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). Həmin Qanunun 15-1-ci maddəsinə görə Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyünü nəzərə alsaq, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.27 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi 97200 (doxsan yeddi min iki yüz) manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.27 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat cəmi isə 81000 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ər azidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Birinci instansiya məhkəməsinin sorğusuna qiymət barəsində arayış təqdim edilmiş və həmin arayışda qanunda nəzərdə tutulan bütün əlavələrdə qeyd olunmuşdur. Belə ki, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə, qiymətləndirmə sahəsində ixtisaslaşmış “xxxx” MMC tərəfin dən aparılmış iddiaçının əmlakın qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi barədə hesabat qüvvədədir. Hazırda isə həmin hesabat iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə İ PM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə 1.1.4. alınmanın təsirinə məruz qalan torpaq - bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın al ınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq; Maddə 1.1.5. alınan torpaq - bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; Maddə 1.1.6. kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları: Maddə 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlə t ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.

20. İPM: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair iş lər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

60. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanu na əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdir ilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Mülki Prosessual Məcəllə: Maddə 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Maddə 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki yüz iyirmi manatadək miqdarda cərimə olunur. Maddə 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına görə torpaqların dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidi r. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan torpaq sahəsinin tamamının və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq torpağın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, sözügedən avtomobil yolunun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fəaliyyəti nəticəsində iddi açı mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirmişdirmi və tələb etdiyi kompensasiya məhz bu itkinin əvəzidirmi? Yoxsa, iddiaçı tikinti fəaliyyətinin həyata keçirilməsi nəticəsində sahəni faktiki olaraq itirməsə də, görülən işlərin onun mülkiyyətinin dəyərinin və ya faydalılığının azalmasına səbəb olduğundan, yaxud ümumiyyətlə istifadəyə yararsız vəziyyətə gətirdiyindən çıxışı etməklə kompensasiya tələb edir?

26. Apellyasiya instansiyası məhkəməsi bu məsələni dəqiq müəyyən etməmiş, prosessual qanunvericilikdə təsbit olunmuş işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti borcunu yerinə yetirməmişdir. Belə ki, məhkəmə kompensasiyanın ödənilməsi tələbini təmin edərkən həm torpaq sahələrinin avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşm əsinin sübut olunduğuna, həm də ərazidə qazıntı işləri aparılmaqla sahənin istifadəyə tam yararsız hala salındığına istinad etmişdir. Odur ki, təkrar apellyasiya baxışında bu məsələ aydınlaşdırılmalı, ilk növbədə torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd edir ki, onun tərəfindən ekspertiza təyin edilsə də, dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsini” təqdim etmədiyi üçün rəy almaq mümkün olmamışdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, İPM-in 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borclud urlar. Məhkəmənin tələbinə baxmayaraq, həmin sənədlər təqdim olunmadıqda yenə prosessual qanunvericilikdə nəzərdə tutulmuş təsir tədbirləri görülməlidir. Ona görə də, məhkəmə İPM-in 1.2 və MPM-in 78-ci maddələrinin tətbiqi imkanlarını nəzərdən keçirməlidir.

28. Torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi ilə bağlı məsələ aydınlaşdırılarkən nəzərə alınmalıdır ki, bu zaman sahə faktiki olaraq avtomobil yolunun altına (təhkim zolağına) düşə biləcəyi kimi, onun qorunma (mühafizə) zolağına da düşə bilər. Çünki avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yollan üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiy i ərazini əhatə edir. Beləliklə, əgər sahə faktiki olaraq təhkim zolağına və ya qorunma (mühafizə) zolağına düşürsə, bu, həmin sahənin dövlət ehtiyacları üçün geri alınma ilə əlaqədar itirilməsi deməkdir. Bu halda, iddiaçıya ödənilməli kompensasiyanın məbləği mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirilməsinə görə verilməli olan kompensasiya olacaqdır.

29. Torpaq sahəsinin faktiki olaraq təhkim zolağına və ya qorunma (mühafizə) zolağına düşmədiyi müəyyən olunduqda isə ödənilməli kompensasiyanın məbləğini müəyyən etmək üçün həyata keçirilmiş işlərin sahəyə hansı qaydada təsir etdiyi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmə müəyyən etməlidir ki, həyata keçirilmiş işlər sahənin dəyərinin və ya faydalılığının müəyyən qədər azalmasına səbəb olmuşdur, yoxsa, görülmüş işlər sahən i ümumiyyətlə istifadəyə yararsız hala gətirmişdir, bərpa mümkün deyil və ya həddən artıq çox xərc tələb edir, yaxud torpağa vurulmuş zərər iddiaçının sahədən bundan sonra istifadəsinə olan marağının tamamilə itirilməsinə gətirib çıxarmışdır.

30. Apellyasiya məhkəməsi bu məsələlər üzrə də araşdırmasını tam və hərtərəfli aparmamış, torpaq sahəsinin qazıntı işləri nəticəsində istifadəyə tam yararsız hala salındığını bildirsə də, bu mövqeyini hər hansı sübutla əsaslandırmamışdır. Qazıntı işlərinin torpaq sahəsinin yararlılığına göstərdiyi təsir və onun dərəcəsi, eləcə də bərpanın mümkünlüyü ilə bağlı məsələ müvafiq mütəxəssis və ekspert rəyi ilə, eləcə də digər aidiyyəti sübutlarla dəstəklənməlidir.

31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrin in tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 fevral tarixli, 2-1(105)-6/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar