Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-900/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: növbədənkənar səyyar vergi yoxlama aparılması barədə qərarın əsaslandırılmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-2497/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisədə səyyar vergi yoxlaması aparılmışdır.
2. Səyyar vergi yoxlaması ilə müəssisəyə 225751,55 manat vergi məbləği hesablanmış və həmin vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səyyar vergi yoxlaması ilə hesablanmış 225751,55 manat vergi məbləğinin hesablanmasının və ona 114955,8 manat maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqın da xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğinin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi kimi dəyişdirilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisədə səyyar vergi yoxlaması aparılmışdır. Aparılmış yoxlama Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən təyin edilərək xx.xx.2020-ci il tarixdə başlanıldı və xx.xx.2021-ci il tarixdə başa çatdırıldı. Adıçəkilən yoxlama dövrü 2017-ci ilin 4-cü rübü ilə 2020-ci ilin 1-ci rübünü əhatə edir. Bu dövr ərzində yoxlama müxtəlif səbəblərdən ya müvəqqəti uzadıldı ya da müvəqqəti dayandırıldı. Aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə tə rtib edilmiş akt iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Yoxlamanın Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. Lakin Vergi Məcəlləsinin tələblərindən görünür ki, müəssisədə aparılmış yoxlamalar qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Aparılmış yoxlamanın qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh orqan tərəfindən aparılmış yoxlama tam qanunsuz və əsassız olmuşdur. Həmçinin bildirilir ki, aparılmış Səyyar vergi yoxlaması ilə müəssisəyə 225751,55 manat vergi məbləği hesablanmış və həmin vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi aparılmış yoxlama qanunsuz və əsasız olduğundan həmin yoxlamanın nəticələri də qanunsuz və əsassız hesab edilməldir. SVY 30 gündən artıq davam edə bilməz, yəni, xx.xx.2020-ci il tarixində yoxlama başlamış, xx.xx.2020-ci tarixində başa çatmalı idi. Lakin SVY qeyd edilən tarixdə başa çatmamış, müddət düzgün olmadan xx.xx.2021-ci il tarixədək davam etmişdir. SVY əsassız olaraq qəbul edilmiş qərarlarla 266 gün davam etdirilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazında göstərmişdir ki, iddiaçının səyyar vergi yoxlamasının Ver gi Məcəlləsinin tələbləri pozulmaqla aparılması, cavabdeh tərəfindən aparılan yoxlamanın qanunsuz və əsassız olması, səyyar vergi yoxlamasının 30 gündən artıq davam etməsi, xx.xx.2020-ci il tarixdə başlanan yoxlamanın xx.xx.2020-ci il tarixində başa çatmalı olmasına baxmayaraq düzgün olmadan xx.xx.2021-ci il tarixədək davam etməsi və yoxlamanın əsassız olaraq qəbul edilmiş qərarlarla 266 gün davam etdirilməsi barədə iddia ərizəsində göstərdiyi dəlillər tamamilə əsassızdır. Bununla bağlı aşağıdakılar qeyd edilir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün tələblərə riayət olunmuşdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata ke çirilir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması bu maddədə göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır).
7. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tari xli **********145811 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim: G.Sevdimalıyeva) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dəlili ondan ibarətdir ki, qeyd edilən yoxlama ilə əhatə olunan sahələr (mansard sahəsi və qaraj) əvvəlki yoxlama ilə təqdim edilmiş sahələrin təkrar satışıdır. Vergi orqanı tərəfindən iddiaçının sənədlərlə faktiki olaraq 3601,0 kv.m. mansard sahəsinin satışının həyata keçirildiyi, ondan iddiaçının təsdiq etdiyi 710 kv.m. sahənin yenidən rəsmiləşdirmə apardığı, əvvəlki yoxlama ilə əhatə olunan 1240,3 kv.m. nəzərə alınmaqla cari yoxlama ilə əsaslı olaraq 165 0,70 kv.m. mansard sahəsinin təqdim edilməsi nəzərə alınmışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən dəlilləri qəbul etməklə bildirmişdir ki, iddiaçı yoxlama dövründə təqdim edildiyi aşkar olunan və əvvəlki vergi yoxlaması ilə əhatə olunmayan sahələrin ekspert tərəfindən müəyyənləşdirilən satış qiymətini mübahisələndirmədən həmin sahələrin təkrar təqdim olunduğunu (satıldığını) bildirsə də, yoxlama zamanı götürülmüş sənədlərlə faktiki olaraq iddiaçı tərəfindən ümumilikdə 3601,0 kv.m. mansard sahəsinin satışının və 38 ədəd qarajın satışının həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə müvafiq olaraq 1650,70 kv.m. mansard sahəsinin və 38 ədəd qarajın satılması və əvvəlki yoxlama ilə əhatə olunmaması ilə bağlı vergi orqanının qənaətini (sadə riyazi hesablama ilə) və müvafiq olaraq həmi n 1650,70 kv.m. mansard sahəsinin və 38 ədəd qarajın satışı ilə bağlı vergi orqanı tərəfindən ƏDV və mənfəət vergisinin hesablanmasını (qərarda göstərilmiş hesablamanı) əsaslı hesab edir. Bu səbəbdən həmin 225751,55 manat vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz hesab edilə bilməz. İddiaçı vergi orqanı tərəfindən alınmış ekspert rəyi tərəfindən müəyyənləşdirilmiş bazar qiymətlərini mübahisələndirmir. Məhkəmə ekspert rəyi ilə müəyyənləşdirilmiş sahələrin hər kv.metrinin bazar qiymətini nəzərə almamaq və ya təkzib etmək üçün əsas müəyyən etməmişdir.Yoxlama dövrünün həddən artıq uzun davam etməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə yoxlama müddəti bir neçə dəfə dayandırılmış, vergi orqanının təşəbbüsü ilə ekspertizalar keçirilmiş, həmin müddətdə ve rgi orqanı tərəfindən hərəkətsizlik göstərilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-2497/2022 nömrəli qərarı (hakimlər: S.Bəktaşi (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.Hüseyn ) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlə r Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğinin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasınd a qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia t ələbinə qarşı etirazın məzmunu ilə oxşardır. Bundan başqa əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsi məsuliyyət qərarı qəbul edilərkən qüvvədə olmuşdur. Həmin maddi hüquq normasının məsuliyyət qərarı qəbul edilən zaman tətbiqini istisna edən hər hansı norma mövcud deyildir. Məhkəmə kollegiyası həmin normanın tətbiqini istisna edən hər hansı hüquqi dəyərələndirmə aparmamış və hüquqi cəhətdən əsaslandırmamışdır. Sadəcə olaraq məhkəmə kollegiyası müqavilələrin bağlandığı zaman həmin normanın qüvvədə olmadığını əsas götürmüşdür. Həm də qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə kollegiyası bu dəlili ilə iş üzrə araşdırma aparmadığını bir daha təsdiq etmişdir. Belə ki, bir sıra müqavilələr 2020-ci ildə bağlanmışdır ki, həmin dövrdə də sözügedən norma qüvvədə olmuşdur. X1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 55 saylı kooperativ tikintidə qaraj haqqında müqavilə Vergi Məcəlləsinin 67.16-cı maddənin qüvvədə olduğu müddətdə bağlanmışdır. Məhkəmə kollegiyası qərarında qeyd edir ki, eyni zamanda, Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanmasına səbəb olmuş keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyini əsaslandırmamış, həmçinin yoxlama müddətini əsassız olaraq uzatmış, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, nəticədə qanunsuz inzibati akt qəbul etmişdir. Öncəliklə qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 94.0.1 -ci maddəsini tətbiq edərkən həmin məcəllənin 94.0.2-ci maddəsini unutmuş və ya görməzdən gəlmişdir. Belə ki, həmin normaya əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Digər tərəfdən təkrar qeyd etməyi zəruri hesab edirik ki, səyyar vergi yoxlaması zamanı yoxlama müddəti uzadılmamışdır.Məhkəmə kollegiyası isə olmayan, yəni mövcud olmayan faktların olduğunu və əsassız olduğunu sübut etməyə çalışmışdır.Qeyd edilənlər bir daha sübut edir ki, məhkəmə kollegiyası iş üzrə heç bir araşdırma aparmamışdır.
15. Həmçinin bildiririk ki, məhkəmə kollegiyası tərəfindən yoxlama zamanı yoxlama müddəti artırılmadığı halda yoxlama müddətinin uzadılmas ı əsas gətirilərək bu müddətin artırıldığını və yoxlamanın dayandırlmasım Vergi Məcəlləsinin 39.1-39.5-ci maddələri baxımından qanunsuz hesab etmişdir.
16. Qeyd edildiyi kimi səyyar vergi yoxlama zamanı yoxlamanın müddəti artırılmamış, yoxlmanın dayandırma əsasları isə dayandırma ilə bağlı qərarlarda aydın şəkildə ifadə edilmişdir.
17. Yoxlama müddətinin artırılması və dayandırılması əsasları və müddəti Vergi Məcəlləsinin 39.1-39.5-ci maddəsində tənzimlənmədiyi halda həmin maddi hüquq normasına əsasən hüquqi qiymət verilmişdir.
18. Yəni, yoxlama müddətinin artırılması və dayandırılması ilə bağlı hüquqi münasibətlərinin Vergi Məcəlləsinin 39.1 39.5-ci maddələri ilə heç bir bağlılığı yoxdur.
19. Beləliklə məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını işin faktiki halları ilə bağlı tətbiq etməli olmadığı halda tətbiq etmişdir.
20. Beləliklə məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını işin faktiki halları ilə bağlı tətbiq etməli olmadığı halda tətbiq etmişdir.
21. Məhkəmə kollegiyası qərarda qeyd edir ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 27 dekabr 2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktınd a da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.
22. Məhkəməyə təqdim olunmuş sənədlərdə səyyar vergi yoxlamasının təyini əsasları barədə məlumat verilmiş, lakin məhkəmə kollegiyası tərəfindən bu əsaslar nəzərə alınmamışdır. 23. 225751,55 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasını təsdiq edən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6992 nömrəli ekspert rəyini təkzib edən hər hansı bir sübut işin materiallarında mövcud deyildir.
24. Məhkəmə kollegiyası qeyd olunan sözügedən sübutun qiymətləndirməsini qanunsuz olaraq həyata keçirməmişdir ki, nəticədə ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim e dilmişdir.Etiraza əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)2497/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə
23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 3
2. Səyyar vergi yoxlaması 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə
38. Səyyar vergi yoxlaması 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydad a və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı
47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi v ə əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmə k mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsi nin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
37. Səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilm əsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də cavabdehin istinad etdiyi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
38. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
39. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz.Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağ a, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-775/2022 saylı qərarında da qeyd olunduğu kimi, vergi orqanı inzibati orqan hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və mə lumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqs ədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.
41. Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 27 dekabr 2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
42. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.
43. Vergi Məcəlləsinin 38. 3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.
44. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbə dənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişd ir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.
45. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
46. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunmas ı ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
47. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul et diyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. 48.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul etdiyi qərarı əsaslandırmadığından kassasiya şikayətinin digər dəlillərinə münasibət bildirməyə zərurət yoxdur.
49. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 21(103)-2497/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.