Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-900/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; iddia vermə müddətinin əvvəlki qanuna görə ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (“X7” üçüncü şəxs qismində cəlb edilməklə) “Sərəncamların qismən ləğv edilməsi” tələbinə dair inzib ati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3169/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il 330 nömrəli sərəncamına əsasən Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi universitet kampusunun tikintisinin layihələndirilməsi üçün X4 daimi istifadəsinə verilmişdir.
2. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il 142 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 546 saylı sərəncamı ilə, Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 istehsalat hissə sinin bir hissəsi və xx.xx.2005-ci il tarixli 247 saylı sərəncamı ilə "xxxx" MMC-yə istehsalat tikintilərinin üçün ayrılmış torpaq sahəsi ləğv edilərək, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 330 saylı sərəncamı ilə X6 ayrılmış torpaq sahəsinə universitet tikintisinin layihələndirilməsi üçün əlavə edilmişdir. 3.İddiaçı3 xx.xx.2022-ci il tarixdə, İddiaçı2 və İddiaçı1 isə xx.xx.2022-ci il tarixdə ayrıayrılıqda onlara məxsus 44, 10 və 80 saylı nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ediblər. 4.İdarədən 2022-ci ilin fevral-mart ayları ərzində müxtəlif vaxtlarda təqdim edilmiş cavab məktu blarında iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmiş, idarə imtinanın əsaslarından biri kimi elektron kadastr baza məlumatlarında iddiaçılara verilmiş torpaq sahələri ilə bağlı digər şəxsin adına kadastr planının olduğunu göstərmişdir. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun xx.xx.2005-ci il tarixli sərəncamına əsasən X6 verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2005-ci il 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişlər.
6. Sonradan iddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2005-ci il 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar “Şabandağ bağçılıq-bostançılıq kollektivinin üzvləri olmuşlar və onlara Şabandağ sahəsində bağ sahələri verilmişdir.
8. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin İdarəyə torpaq sahəsi ayrılmışdır. 9. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçılar “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşlar və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən onlara Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən torpaq sahələri verilmişdir.
10. İddiaçı3 sahəsi 1200 kv.metr olan 44 saylı, İddiaçı2 sahəsi 12 sot olan 10 saylı, İddiaçı1 isə sahəsi 9 sot olan 80 saylı bağ sahələri ayrılıb. 11. "Bağçının üzvlük kitabça"larına əsasən iddiaçılar 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına üzv qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı i l tarixli, 11/546 nömrəli protokoluna əsasən onların istifadəsinə verilmiş bağ sahələri bir daha təsdiq edilib.
12. İddiaçı3 xx.xx.2022-ci il tarixdə, İddiaçı2 və İddiaçı1 isə xx.xx.2022-ci il tarixdə ayrı-ayrılıqda onlara məxsus 44, 10 və 80 saylı nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edib.
13. İdarənin müvafiq olaraq xx.xx.2022-ci il tarixli bildirişi ilə birinci iddiaçının, xx.xx.2022-ci il tarixli bildirişi ilə ikinci iddiaçının, xx.xx.2022-ci il tarixli bildirişi ilə üçüncü iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilib.
14. Büt ün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər şəxsin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) verilməsi göstərilib.
15. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X4 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kənd inin şərqində yerləşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələndirilməsi üçün X4 daimi istifadəsinə torpaq sahəsi verilmişdir.
16. Cavabdehin xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələndirilməsi üçün X4 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir.
17. İddiaçılar 2022-ci ilin yanvar ayında müxtəlif vaxtlarda onlara verilmiş bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 sa ylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər.
18. İdarədən 2022-ci ilin fevral-mart ayları ərzində müxtəlif vaxtlarda təqdim edilmiş cavab məktublarında iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmiş, idarə imtinanın əsaslarından biri kimi elektron kadastr baza məlumatlarında iddiaçılara verilmiş torpaq sahələri ilə bağlı digər şəxsin adına kadastr planının olduğunu göstərmişdir. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun xx.xx.2005-ci il tarixli sərəncamına əsasən X6 verilmişdir.
19. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanladığı imtina bildirişlərinin əsaslarından biri ki mi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilmişdir.
20. İddiaçılar qeyd edilmiş torpaq sahələri üzərində istifadə hüququnu xx.xx.1991-ci ildə əldə etmişlər. X7 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu xx.xx.2005-ci il və xx.xx.2006-cı ildə cavabdeh qurumun iki müvafiq sərəncamı ilə əldə etmişdir.
21. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına X5 kitabında xx.xx.2011-ci ildə 23519 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Bağ sahələri həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahələrinin iddiaçılara verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olmuşdur. Cavabdeh qurum həmin bağ sahələrinin digərlərinin istifadəsində olduğunu bildiyi halda və torpaq sahələrinin iddiaçılara ayrılmasına dair xx.xx.1991-cı il tarixli, 11/546 saylı protokol və Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə vermişdir ki, bu da qanunsuz və əsassızdır.
22. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X6 verməsi ilə bağlı sərəncamlarının idarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi idarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. “Ye rli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. 23. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır.
24. Cavabdehin 330 və 142 saylı Sərəncamlarında isə həmin sərəncamlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi instansiya haqqında məlumat verilmir. Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunması haqqında inzibati orqan inzibati aktın qəbul edilməsi h aqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Ancaq cavabdeh qurum sözügedən sərəncamı ilə bağlı iddiaçılara heç bir məlumat verilməyib, onlar yalnız Reyestr Xidmətinin cavab məktubundan belə bir sərəncamın mövcudluğundan xəbər tutublar. 25. "İnzibati icraat haqqında" Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Ancaq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Q anununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
26. İddiaçılar cavabdeh qurumun xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin təqdim etdiyi imtina məktubları ilə, xx.xx.2006cı il 142 saylı sərəncamdan isə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə xəbər tutublar.
27. Buna görə də cavabdeh qurumun xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddə tin axımı Reyestr Xidmətinin iddiaçılara təqdim etdiyi 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərinin, xx.xx.2006-cı il 142 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı isə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Həmin Sərəncamlar "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən 6 (altı) ay ərzində mübahisələndirilməli inzibati aktlar siyahısına aiddir və bu səbəbdən də həmin Sərəncamların məhkəmə qaydasında mübahisləndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməyib. cavabdehin etirazı:
28. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. Məhkəmə sorğularına cavab.
29. Məhkəmə sorğusu nəticəsində əldə edilm iş sənədlərdən görünür ki, iddiaçıların adına Ə.Əmirov adına NQÇİ-nin “Şabandağ” bağçılıq yoldaşlıq birliyi nəzdində bağ sahəsinin ayrılmasına dair sənəd( üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar edilməmişdir. Həmçinin Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı arxiv qovluğunda aşkar edilməmişdir.
30. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, “Heydər Əliyev” fondunun adına işlənmiş xx.xx.2011-ci il tarixli “torpaq sahəsinin plan və ölçü” sənədinin verilməsinə əsas kimi cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
31. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2303/2023 nömrəli qərar dadı ilə iddia mümkün sayılmamışdır.
32. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia tələbində qeyd olunun əsasla cavabdehin ikinci Sərəncamını, yəni xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışlar. Belə ki, cavabdehin xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələndirilməsi üçün üçüncü şəxsin daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir.
33. Göründüyü kimi, cavabdehin 142 saylı Sərəncamı iddiaçıların hər hansı bir hüququna toxunmur, həmin Sərəncam la yalnız A.M.A.Y” X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilmişdir.
34. İddiaçıların DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti zamanı onların müraciətinin təmin olunmasından imtina edilərkən mübahisəli torpaq sahəsinə digər şəxsin adına (hazırkı işdə üçüncü şəxs Fondun) plan və ölçü sənədinin işlənməsi göstərilmişdir.
35. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, “X7”nun adına işlənmiş xx.xx.2011-ci il tarixli “torpaq sahəsinin plan və ölçü” sənədinin verilməsinə əsas kimi cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı göstərilmişdir.
36. Göründüyü kimi, iddiaçılar cavabdehin ikinci -142 saylı Sərəncamının onların hansı hüquq və mənafeyinə toxunmasını əsaslandırmamışlar, iddiaçıların həm in Sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları müəyyən edilmir.
37. Digər tərəfdən, subyektiv hüquqları təsdiq edilsə belə, iddiaçılar cavabdehin Sərəncamlarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti də ötürmüşlər.
38. Belə ki, mübahisələndirilən Sərəncamlar 2005 və 2006-cı il tarixlidir.
39. Mübahisələndirilən Sərəncamların qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanla ra və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir.
40. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
41. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
42. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm ə həmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
43. Məhkəmə qeyd edir ki, istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir.
44. İşin halları və tərəflərin izahatları ilə üçüncü şəxs ayrılmış torpaq sahəsində Universitet Kampusu inşa edilmiş və fəaliyyət göstərir. İddiaçıların onlara ayrılmış torpaq sahəsində Universitet Kampusunun tikintisindən məlumatlı olmaması ağlabatan və inandırıcı deyildir.
45. İddiaçılar mübahisələndirdikl əri Sərəncamlardan 18 ilə yaxın müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməyərək həmin Sərəncamları mübahisələndirməmişlər.
46. İddiaçılar iddia ərizəsində cavabdehin xx.xx.2005-ci il tarixli 330 nömrəli Sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin təqdim etdiyi imtina məktubları ilə, xx.xx.2006-cı il 142 saylı sərəncamdan isə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə xəbər tutduqlarını göstərmişlər.
47. İddiaçılar hesab edirlər ki, buna görə də cavabdeh qurumun xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı Reyestr Xidmətinin iddiaçılara təqdim etdiyi 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərinin, xx.xx.2006-cı il 142 saylı Sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı isə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır.
48. Məhkəmə qeyd edir ki, bu hal iddiaçıların hüquqlarının pozulmasının bildiyi (müddətin axımının başlanması) anı kimi qəbul edilsə belə, iddiaçılar həmin vaxtdan da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. 49.İddiaçılar cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamından 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərini aldıqdan sonra məlumatlı olduqları halda, həmin Sərəncamdan İPM-in 38.1-ci maddəsinin tələblərinə əsasən 30 gün müddətində iddia verə bilərdilər. Lakin iddiaçıların birgə iddia ərizələri xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçılar həmin Sərəncamın onlara məlum o lmasını bildikləri vaxtdan 6-7 ay sonra məhkəməyə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşlər.
50. İddiaçılar “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edərək iddia müddətini ötürmədiklərini göstərmişlər.
51. Məhkəmə bununla bağlı qeyd edir ki, Qanunun “İnzibati şikayət verilməsi” adlanan həmin normasının adından və dispozisiyasından da göründüyü kimi istinad edilən norma inzibati aktın məhkəmədə mübahisələndirilməsi müddətini deyil, inzibati aktdan şikayət instansiyasına inzibati şikayət verilməsi müddətini tənzimləyir.
52. Ona görə də, həmin normanın hazırkı halda tətbiqi mümkün olmamaqla, iddiaçılar həmin normada qeyd edilən müddəti də ötürməklə hazırkı iddianı veriblər.
53. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şə rtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.
54. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
55. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3169/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2303/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
57. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinə aidiyyəti üzrə baxıl masını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
58. Məhkəmənin iddiaçıların subyektiv hüququnun olmaması arqumentinə dair: İddiaçılar Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvləri kimi onlara ayrılmış və faktiki olaraq istifadələrində olan bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq ərizə ilə müraciət etmişlər. Həmin müraciətə cavab olaraq Xidmətdən daxil olmuş və iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubdan görünür ki, “Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış bağ sahələri Bakı Şə hər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı Sərəncamı ilə Universitet kampusunıın tikintisi üçün ayrılmış ərazidə yerləşir və həmin əraziyə ləğv edilmiş X3 Komitəsi tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmişdir”. Göründüyü kimi iddiaçılar iddia ərizəsində və sonrakı dəqiqləşdirmə ərizələrində cavabdehin təkcə xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamının deyil, həm də xx.xx.2006cı İl tarixli 142 saylı Sərəncamı iddiaçılara aid hissədə ləğvi ilə bağlı tələbi iddiaçıların tələblə bağlı subyektiv hüququnun mövcudluğu halında irəli sürülmüşdür. Belə ki, iddiaçıların faktiki istifadələrində olan bağ sahələri cavabdehin hər 2 sərəncamının əhatə etdiyi ərazidə yerləşə bilərdi. Birinci instansiya və sonradan apellyasiya instansiyası məhkəməsi yuxarıda qey d edilən Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli məktubunu araşdırmayaraq ona qiymət verməmiş, bununla da iş üzrə səhv qənaətə gəlmişlər. 59.Birinci instansiya və sonradan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların cavabdehin 2 sərəncamından birinə, yəni xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamına münasibətdə onun ləğvi tələbinə subyektiv hüququ yoxdur. Başqa sözlə desək, birinci instansiya məhkəməsi iddiaçıların digər, yəni xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamın mübahisələndirilməsi ilə bağlı subyektiv hüququnun olmasını faktiki təsdiq etmişdir. Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılm asında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbləri və məhkəmə tərəfindən cavabdehin sərəncamlarından ən azı birinin mübahisələndirilməsi üçün iddiaçıların subyektiv hüquqlarının təsdiq olunması kontekstində birinci instansiya məhkəməsi digər sərəncamın mübahisələndirilməsi üçün iddiaçıların subyektiv hüququnun olmaması ilə bağlı iddiaçılara yardım etməli idi. Lakin birinci instansiya məhkəməsi iddiaçıların cavabdehin sərəncamlarından ən azından birini mübahisələndirmə üçü n subyektiv hüququ tanıdığı halda iddianı ümumiyyətlə mümkün saymaması onun işə qeyri-obyektiv münasibətinin olduğuna dəlalət edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırda mübahisələndirilən qərardadla yuxarıda qeyd edilən qeyri-obyektiv yanaşmanı davam etdirmişdir.
60. Məhkəmənin iddia müddətinin ötürülməsi arqumentinə dair: İşin cavabdeh və məhkəmə tərəfindən təkzib edilməyən hallarından görünür ki, iddiaçılar onların qanuni mənafelərinə və subyektiv hüquqlarına toxunan cavabdehin xx.xx.2005:ci il tarixli, 330 nömrəli və xx.xx.2006-cı il tarixli, 142 nömrəli sərəncamları barədə yalnız 2022-cü ilin iyun ayında məlumat əldə ediblər. Belə ki, iddiaçılar faktiki istifadələrində olan torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun tanınması üçün Əmlak Məsələləri Dövlət Xidməti nə müraciət etdikdə sonuncu tərəfindən iddiaçılara xx.xx.2022-ci il tarixli cavab məktubları göndərilmiş və həmin torpaq sahələrini də əhatə edən ərazilərlə bağlı iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin yuxanda qeyd edilən sərəncamlarının mövcud olması səbəbindən iddiaçıların həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınmasından imtina edilmişdir. Belə olan halda iddiaçılar öz konstitusion hüquqlarından istifadə edərək onların hüquq və mənafeyinə toxunduğunu aşkarladıqları sərəncamların iddiaçılara aid hissədə ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişlər.
61. Bakı İnzibati Məhkəməsi öz qərardadında Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə istinad etsə də, bu hüququn mütləq hüquq olmadığını və müəyyən qanuni məhdudiyyətlərə məruz qoyula bildiyini qeyd etmişdi r. Lakin məhkəmələr çıxardığı qərardadlarda iddiaçıların hüquq və azadlıqlarının müdafiəsinin məhkəmə təminatına əsaslı və ağlabatan qanuni məhdudiyyət müəyyən etmədən iddiaçıların ədalət mühakiməsi hüququnu pozmuşdur.
62. Birinci instansiya, sonradan isə apellyasiya instansiyası məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı istinad etdiyi əsas ondan ibarət olmuşdur ki, mübahisələndirilən sərəncamların qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqəd ar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Məhkəmələr qeyd etmişlər ki, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə mübahisələndirilməsi aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
63. Qeyd edilən səbəb heç bir halda ədalətli mühakimə hüququnun məhdudlaşdırılması üçün qanuni əsas ola bilməz. Belə ki, məhkəmənin istinad etdiyi İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 24-1-ci fəslində, 2000-ci ildə qüvvəyə minmiş Mülki Prosessual Məcəllənin xx.xx.2011-ci ilədək qüvvədə olmuş 27-ci fəslində, eyni zamanda hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllədə 2011-ci il tarixədək qəbul edilmiş aktların həmin tarixədək mübahisələndirilmədiyi hallarda sonradan mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı heç bir müddəa yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran... normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçılar onların qanuni məna felərinə və hüquqlarına toxunan cavabdehin 2005 və 2006-cı il tarixli sərəncamlarını mübahisələndirməklə istifadələrində olan və onlara qanuni şəkildə verilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqlarını müəyyən etmək istədiyindən, bununla da iddiaçıların hüquqi vəziyyətini yaxşılaşdırmağa imkan yaradan 2011-ci ilin sentyabrında qüvvəyə minmiş İnzibati Prosessual Məcəllə həmin tarixdən əvvəl qəbul edilmiş inzibati aktların mübahisələndirilməsinə də imkan vermiş olur.
64. Hazırkı iş üzrə iddiaçılar onların hüquqlarına toxunan Sərəncamların ləğvi ilə bağlı məlumatı əldə etdikdən sonra dərhal və ilk dəfə olaraq məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsi həmçinin hazırda qərardadı mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə kifayət qədər sübutlar əldə etmədən işə qiymət verərək iddianın mümkünsüz sayılması qənaətinə gəlməsi bütövlükdə ədalətli mühakimə hüququnu iddiaçılar üçün əlçatmaz etmiş, nəticədə iddiaçıların həmin hüququ da pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 66.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
67. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.
68. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildi yindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
69. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 70.Məhkəmə kollegiyası razılaşır ki, iddiaçıların mübahisələndirdikləri sərəncamların qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarını n, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
71. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
72. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
73. Başqa sözlə, 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, mübahisələndirmə müddətinin axımı 1 yanvar 2011-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir.
74. Beləliklə, iddiaçılar İPM-in 35.1-ci maddəsinə əsasən hüquqlarının pozulduğunu iddia edə bilməzlər.
75. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3169/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.