Məhkəmə qərarları › İş №2-1(102)-900/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-900/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-900/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: növbəliliyə uyğun olaraq güzəştli əsasla mənzillə təmin olunma şərtinin mövcud olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbəliliyə uyğun olaraq mənzillə təmin o lunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)2997/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən edilmişdir.

2. Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 44 nömrəli sərəncamı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)575/2015 saylı qərarı əsasında İddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. 3. xx.xx.2016-cı il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur.

4. İddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil növbəsindən çıxarılmışdır.

5. İddiaçı mənzil növbəsinin bərpa olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müraciət etmiş, cavabdeh 15 mart 2023-cü il tarixli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası nın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatının müddəti bitmişdir. Yenidən əlillik təyinatı veriləcəyi təqdirdə sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mənzil növbəsinin ləğv edilməsi haqqında qərarın ləğv edilməsi və mənzil növbəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə iddiaçı Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək 2-ci q rup Qarabağ əlili statusunu almışdır. İddiaçı növbəti dəfə 2021-ci ildə əlilliyinin təsdiqi ilə əlaqədar şəhadətləndirilməli və hospitaldan aldığı müalicənin epikrizlərini komissiyaya təqdim etməli olmuşdur. Lakin pandemiya ilə əlaqədar DİN-in hospitalı xəstə qəbulunu dayandırmışdır. Hospital 2022-ci ilə qədər təqaüdçülər qəbul etməkdən imtina edirdi. İddiaçı mənzili olmadığına görə 2015-ci ildə Suraxanı rayonunda əlil kimi ev növbəsinə götürülmüşdür. İddiaçı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, 2021-ci ilə qədər mənzil verməmişdirlər. 2021-ci ildə əlilliklə əlaqədar növbəti həkim komissiyasına göndərildikdən sonra xx.xx.2021-ci ildə Tibbi Sosial Ekspert tərəfindən cavab almışdır. Cavabda səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması, so n bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursunun olmaması və yenidən stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyacın olması və göndərişin çox səthi yazılması barədə cavab almışdır. Bu cavabda əlilliyinin ləğv olunması barədə heç bir məlumat olmamışdır. Əlilliyi ilə əlaqədar həkim komissiyasının göndərdiyi cavabında, göstərilən çatışmamazlığa laqeyd münasibət göstərməyinin səbəbi böyük oğlu ilə əlaqədar olmuşdur. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı böyük oğlu X1 Nazirliyinin "N" saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi zaman xüsusi hərbi tapşırığı yerinə yetirib qayıdarkən onlar erməni minomiyotların atəşi altına düşərək kontuziya və qəlpə yarası almışdır. xx.xx.2021ci il tarixli, 2449 nömrəli Azərbaycan Respublikas ı Prezidentinin sərəncamına əsasən 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələri və Qarabağ əlillərinin 2021-2025-ci illər ərzində mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bu sərəncamla əlaqədar olaraq iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vuraraq mənzil növbəsi barədə məlumat istəmiş və ona əlillik təyinatının bitməsi ilə əlaqədar olaraq mənzil növbəsinin ləğv edildiyi bildirilmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

9. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdən olan mənzil növbəsin in bərpa edilməsi və mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11931/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1672/2024 saylı, 03 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X8) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etməsinə hüquq yaradan əsas aradan qalxdığından, yəni iddiaçı hazırda əlilliyi olan şəxs olmadığından iddia tələbi əsaslı hesab edilə bilməz.

13. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaç ı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, iddia tələbinin “növbəliliyə uyğun olaraq mənzillə təmin olunma öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” məzmunda dəyişdirilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 21(103)-2997/2024 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2997/2024 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X6 və X7) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1672/2024 saylı, 03 aprel 2024-cü il tarixli qər arı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı növbəliliyə uyğun olaraq mənzillə təmin olunma öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki vəziyyətindən göründüyü kimi İddiaçı 8 may 2015-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və rayon İcra hakimiyyəti tərəfindən iddiaçı uçotdan çıxarılmamışdır. İddiaçının uçota alınmasını müəyyən edən inzibati akt hazırda qüvvədədir (ləğv və ya etibarsız hesab edilməmişdir). Qeyd edilən inzibati aktın qəbul edilmə əsası isə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-575/2015 saylı Qərarı olmuşdur.

17. Müvafiq qanunvericilik aktı ‘Azərbaycan Res publikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “əlilliyi müəyyən edilmiş şəxslər” dedikdə, hazırda yalnız “əlillik statusu” olan şəxslər deyil, eyni zamanda qeyd edilən əsaslarla əvvəlki vaxtlarda da (yəni hazırda statusu olmayan) “əlilliyi müəyyən olunmuş” şəxslər nəzərdə tutulur. Belə ki, qanunvericilikdə yalnız hazırda əlilliyi olan şəxslər söhbət getsə idi, bu zaman həmin hüquq verən aktda “əlilliyi müəyyən edilən şəxslər” kimi göstərilərdi. Göründüyü kimi, qanunvericilik konkret əsaslar üzrə bir dəfəyə məxsus olsa da, müəyyən kateqoriya üzrə əlilliyi müəyyən olunan şəxslərin mənzillə təmin olunma əsaslarını nəzərdə tutmuşdur.

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və i ddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

19. Şikayətdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2, 3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar maddi və prosessual hüquq normaları baxımından qanunsuz və əsassızdır.

20. Belə ki, mənzil təminatının həyata keçirilməsi i lə bağlı tədbirlər planını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. İddiaçı isə hal-hazırda əlilliyi müəyyən olunmuş şəxs deyildir. Yuxarıda qeyd olunan sərəncamların mahiyyəti odur ki, dövlət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin xüsusi qayğıya ehtiyacı olduğunu nəzərə alır və onların mənzil təminatının həyata keçirilməsini göstəriş olaraq verir. Əlilliyi olan şəxslərin əlillik səbəbindən əmək fəaliyyəti ilə məşğul olmasında müəyyən çətinliklər olduğunu nəzərə alır və mənzillə təmin edir. Odur ki, əlilliyi olmayan şəxslər sərbəst əmək fəaliyyəti ilə məşğul ola bilər və özü üçün mənzil əldə edə bilər. Lakin əlilliyi müəyyən edilmiş şəxslərdə bu imkan məhduddur. İddiaçının cari durumda əlilliyi olmayan şəxsdir, Nə qədər ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin bərpa edilməsi ilə bağlı qərar qəbul edilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi iddiaçıya birbaşa imtina verməmişdir, iddiaçının əlilliyi bərpa edildikdən sonra mənzil təminatının həyata keçiriləcəyini bildirmişdir. İddiaçı isə əlilliyin bərpa edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Madd ə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə

31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış s ahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən ə saslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.... Maddə

55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır:... 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda;... 24. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. 25. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbi rlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümləd ən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası Ümumi müddəalar... 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstər ilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı növbəliyə uyğun olaraq mənzilə təmin olunmaya yönəlmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, İddiaçı 8 may 2015-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından, rayon icra hakimiyyəti tərəfindən iddiaçı uçotdan çıxarılmadığından, eləcə də iddiaçının uçota alınmasını müəyyən edən inzibati akt hazırda qüvvədə olduğundan onun tələbi əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəmənin mövqeyini tam qanuna uyğun hesab etmir və gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

33. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəy yən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi hüququ təsdiq edilmişdir.

34. Göründüyü kimi Sərəncama əsasən şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi üçün iki şərt ödənilməlidir: 1. yaşayış sahəsinə ehtiyacı olmalı və

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər... olmalıdır.

35. İddiaçının yaşayış yerinə ehtiyacı olan şəxs olması mübahisə predmeti deyildir. Yəni onun uçota alınma əsaslarından biri kimi məhz yaşayış yerinin olmaması faktı olmuşdu r.

36. Əlilliklə bağlı məsələyə gəlincə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin arqumentləri əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçıya ilkin ikinci dərəcə əlillik xx.xx.2012-ci il tarixdə, təkrar əlilik isə xx.xx.2016-cı il tarixdə verilmiş, əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və yenidən əlilliklə bağlı hal müəyyən edilməmişdir. Başqa sözlə, mənzillə təmin olunma barədə müraciətə baxılarkən iddiaçıya münasibətdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı nda nəzərdə tutulmuş ikinci şərt, yəni əlilliyin mövcud olması barədə bağlı şərt ödənilmir.

37. Qanunvericilikdə mənzillə təmin edilmə əsası kimi hər iki şərtin eyni vaxta mövcud olma halı nəzərdə tutulduğundan və yuxarıda da qeyd edildiyi kimi iddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyi müəyyən olunmuş şəxs olmadığından iddia tələbi əlilliklə bağlı şərtin ödənilməməsi əsası ilə rədd edilməlidir.

38. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması barədə qənaətə gələrkən qərarında qeyd etmişdir ki, rayon icra hakimiyyəti tərəfindən iddiaçı uçotdan çıxarılmadığından, eləcə də iddiaçının uçota alınmasını müəyyən edən inzibati akt hazırda qüvvədə olduğundan onun tələbi əsaslıdır.

39. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu yanaşması ilə əlaqədar olaraq bildiri r ki, həqiqətən də iş materiallarında Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş və ləğv edilməmiş 44 saylı, xx.xx.2015-ci il tarixli Sərəncam mövcuddur. Həmin Sərəncamın qəbul edilmə əsası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-575/2015 saylı qərarı olmuşdur ki, bu qərar əsasında iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota götürülməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmə belə bir qərar qəbul edərkən “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 193 nömrəli Fərmanına istinad etmişdir.

40. Məhkəmə kollegiyas ı qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi həmin fərmanla respublika şəhər və rayon icra hakimiyyətlərinin başçılarına Azərbaycan Respublikasınının müdafiəsi zamanı əlil olmuş şəxslərin mənzil-məişət problemlərini təcili həll etmələri tapşırılmışdır.

41. Göründüyü kimi, “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 193 nömrəli Fərmanı da Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsi ilə bağlıdır. Başqa sözlə bu Fərmanda olduğu kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş ş əxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamında da imperativ tələb əliliyin mövcud olma faktıdır.

42. Odur ki, əlililyin mövcudluğu faktı aradan qalxdığından icra hakimiyyəti başçısının qəbul etdiyi Sərəncamdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ aktAzərbaycan Respublikası Prezidentinin Sərəncamının müddəalarında əks edilən hüquqi mövqe işə tətbiq edilməlidir.

43. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və təndaşların” Siyahısında olması da iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsi üçün əsas vermir. Belə ki, Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Yəni, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir.

44. Sadalanan xüsusatları ümumi ləşdirən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud olduğundan kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2997/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunma

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar