Məhkəmə qərarları › İş №2-1(102)-901/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-901/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-901/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının əmək haqları nəzərə alınmaqla yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində D övlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqların nəzərə alınmaqla yenidən hesablanması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(105)-150/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuş, iddiaçı 23.07.1971-ci il tarixindən 29.12.2017-ci il tarixinədək müxtəlif müəssisələrdə işləmişdir. İddiaçıya 11.03.2005-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, 01.01.2006-cı ilədək ümumi stajı 34 il 03 ay 03 gün, 01.01.2018-ci il tarix inədək pensiyası 209,30 manat təşkil etmişdir. 01.01.2019-cu il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 215,57 manata çatdırılmışdır.

2. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə 01.02.2019-cu il tarixində DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir.

3. Cavabdeh 06.02.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçıya hüququnun yarandığı 11.03.2005-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

4. İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayı t İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 11.03.2005-ci il tarixdə DSMFnin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 11.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunarkən 18 il güzəştli əmək stajı olmuşdur. Lakin əmək pensiyası təyin olunarkən həmin vaxtı qüvvədə olan «Vətəndaşların pensiyası təminatı haqqında» Qanunun 13-cü madd əsinin «b» bəndi və 17-ci maddələrinin tələbləri kobud şəkildə pozularaq onun pensiyası düzgün hesablanmamışdır. Ona görə də iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək, ona 11.03.2005-ci il tarixdə təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ərizəsinin məğzindən kənar cavab verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim etmişdir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli qərardadı ilə cavabdeh DSM F-nin Sumqayıt şəhər şöbəsi əsl cavabdeh ƏƏSM yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01.10.2019-cu il tarixli 2-1(085)890/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSM yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 11 mart 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 11.03.2005-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 51,00 manat orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış, yalnız 01.01.2011-ci il tarixindən illik infilyasya əm salı nəzərə alınmaqla yenidən hesablanmışdır. Halbuki, iddiaçının pensiyası 01.01.2007-ci il tarixindən yenidən hesablanmalı idi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 28.11.2006-cı il tarixli 184-İİİQD saylı Qanunu ilə həmin məhdudiyyət aradan qaldırılmışdır və göstərilən Qanun iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ-hüquqi akt olduğundan iddiaçıya münasibətdə tətbiq edilməklə onun pensiyası yenidən hesablanmalı idi.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixli, 2-1(105)-91/2020 nömrəli qərardadına görə (sədrlik edən – Hökümə Babayeva, hakimlər – Fərmayı l Zeynallı, Zaur Məmmədov) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi,. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01.10.2019-cu il tarixli 2-1(085)890/2019 saylı qərarının ləğv edilməsi, inzibati işin yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə mahiyyəti üzrə baxmamış və düzgün hüquqi qiymət verməmişdir. İddiaçı ilkin təyinatı mübahisələndirdiyindən məhkəmə pensiya işini tələb etməli və iddiaçıya pensiya təyin olunarkən qüvvədə olan qanunun normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamalı olduğu halda, bunu etməmiş, qanuna sonradan edilmiş dəyişikliyin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi nəticəsinə gəlmişdir. Halbuki, iddiaçı bunu istəm əmiş, onun belə bir məzmunda xahişi və ya tələbi olmamışdır. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 11.03.2005-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(118)-941/2020 nömrəli qərarına görə (hakim – Vəfa Əzizova) iddianın təmin edilməsi, iddiaçıya 11.03.2005-ci il tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulm ası qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmuş pensiyanın hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun 01.01.2006-cı il tarixinə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmalıdır. Bu halda, iddiaçının həmin müddətdən əvvəl işlədiyi son 24 ayı ərzində (2003-2004-cü illər) aldığı orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasına dair tələbi əsaslıdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-150/2021 nömrəli qərarına görə (sədrlik edən – Səadət Bəktaşi, hakimlər – Telman Quliyev, Gülnarə Tağızadə) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(118)-941/2020 nömrəli qərarının dəyişdirilməsi və cavabdehin üzərinə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 01.02.2019-cu il tarixindən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmış və qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla (2003-2004-cü illər üzrə) yenidən hesablanmalıdır. L akin bu zaman nəzərə alınmalıdır ki, iddiaçı bu tələblə 01.07.2017-ci il tarixindən sonra – 01.02.2019-cu il tarixində müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməlidir.

19. Məhkəmə qərarı cavabdehə 15.03.2021-ci il tarixində təqdim edilmişdir.

20. Cavabdeh həmin qərardan 09.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(105)-150/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikay ətində qeyd etmişdir ki, iddiaçıya pensiya hesablanarkən hər hansı bir pozuntuya yol verilməmişdir. Məhkəmə iddiaçının hüquqlarının pozulmasına istinad etsə də, öz qərarını əsaslandırmamışdır. Belə ki, iddiaçıya pensiya hüququnun yarandığı 11.03.2005-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi stajı 34 il 03 y 03 gün, 01.01.2018-ci il tarixinə pensiyasının məbləği 209,30 manat təşkil edir. Pensiya təyinatı zamanı təqdim etdiyi əmək haqqı göstərilən dövr üçün 51,00 manat orta aylıq əmək haqqı formasında 100% məbləğində hesablanmış, 01.01.2006-cı il tarixində aylar üzrə ona 51,00 manat məbləğində pensiya ödənilmişdir. Sonradan illər üzrə pensiya məbləği inflyasiya faizinə uyğunlaşdırılmış, 01.01.2019-cu il tarixind ən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 215,57 manata çatdırılmışdır və aylar üzrə ödənilir. Göründüyü kimi, iddiaçının pensiyasının hesablanmasında hər hansı yanlışlığa yol verilməmişdir. Məhkəmə isə iddiaçının hüququnun hansı şəkildə pozulduğu əsaslandırılmamış, iddianın mümkünlük məsələsi yoxlanılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. 01.01.2010-cu il tarixinə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.

26. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta o lunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir

27. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007ci il 24 sentyabr tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş və 3363 sayla 10.10.2007-ci il tarixində dövlət qeydiyyatına alınmış ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının: 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qan unun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindi yi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır

28. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.

32. Belə ki, iddiaçı əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, məhkəmələr iddiaçının tələbini əsaslı hesab etmiş, bununla razılaşmayan cavabdeh isə kassasiya şikayətində iddiaçıya ödənilən pensiya məbləğinin hesablanmasında hər hansı bir pozuntunun olmamasına istinad etmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 25-27-ci bəndlərində göstərilən maddi hüququ normalarının məzmunundan aydın olur ki, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olaraq pensiya hesablanma lı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Qaydalar əsasında aparılmalıdır və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixinədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin tələbləri isə pensiyan ın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Odur ki, iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmuş pensiyanın hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun 01 yanvar 2006-cı il tarixə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmalı, beləliklə də iddiaçının həmin müddətdən əvvəl işlədiyi son 24 ayı ərzində (2003-2004-cü illər) aldığı orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır.

35. Bundan başqa, məhkəmə haqlı olaraq iddiaçının hazırkı tələblə 01.02.2019-cu il tarixində, yəni 01.07.2017-ci il tarixindən sonra müraciət etdiyinə istinad edərək “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini ona tətbiq etmiş və iddiaçıya cavabdehə müraciət etdiyi 01.02.2019-cu il tarixi ndən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır.

36. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Belə olan halda, cavabdehin kassasiya şikayəti rədd edilməli, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən f aktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-150/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar