Məhkəmə qərarları › İş №2-1(102)-901/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-901/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-901/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (4.07.1962-cil il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-719/2022 nömrəli 11 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur və xx.xx.1979-ci ildən hal-hazıradək müxtəlif vəzifələrdə işləyir.

2. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı Sahilxan oğlu xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Dimitrov adına Maşınqayırma Zaovud “Azərneftmontəmir” İB-nin 2 saylı müəssisəsində xarrat köməkçisi vəzifəsində, 3.12.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Bakı Elektrik məişət cihazları” zavodu MTSŞ qot. məhsulları anbarına 2-ci dərəcəli daşıyıcı vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixdə ANN TQT 1 saylı Bakı TQİnə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 2.01.1984-cü il tarixdə “Xüsusi Quraşdırma Təmir İdarəsi”nin sərəncamına keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR İcraiyyə Komitəsinin Xüsusi Tikinti Zavodunda 2-ci dərəcəli fəhlə vəzifəsində, 1.09.1984-cü il tarixdə 75 saylı TPM-də aşpaz-çörəkçi qrupuna qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə 75 saylı TPM-ni bitirməsi ilə bağlı çıxarılmışdır. 6.08.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X2 75 saylı TPM-ni bitirdikdən sonra Nəqliy yat Donanmasının üzmə heyətində aşpaz vəzifəsində, xx.xx.1988-ci il tarixdə “X4” İdarəsinin X1 Cənub Rayonu İdarəsi Seysmokəşfiyyat t/x 2-ci dərəcəli aşpaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestinə keçirilməklə azad edilmişdir. xx.xx.1989-cu il tarixdə NSN Başneftgeofizika “Dənizgeoititf” İB “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestikeçirilmiş, xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. 6.04.1990-cı il tarixdə “Aznəqlyoltikinti” LSTBİ Bolşevik t/x aşpaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə MT 7026-ya birinci dərəcəli matros vəzifəsinə, xx.xx.1991-ci il tarixdən MT 6082-yə matros vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə Ağdərə 7 gəmisinə 1-ci dərəcəli matros vəzifəsinə qəb ul edilmiş, 1.11.1991-ci il tarixdə Zərdab-6-ya 1-ci dərəcəli matros, xx.xx.1992-ci il tarixdən “Cənub-20” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1995-ci il tarixdən “Ağdərə-7” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1992-ci il tarixdən “Cənub-18” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1996-cı il tarixdən “1219” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Cənub-5” gəmisinə 2-ci dərəcəli matros vəzifəsində işləmişdir. 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bul Kaspian” gəmisində matros, 01 iyun 2001-ci il tarixdən 17 may 2012-ci il tarixinədək “Orion-10”, “Orion-16”, “Ağdərə-7”, “PS-175”, “Qaradağ-8” gəmilərində matros, 17 may 2012- ci il tarixdən 18 sentyabr 2012-ci il tarixinədək “Karvan” növbə xidməti gəmisində matros, 20 sentyabr 201 2-ci il tarixdən 01 aprel 2014-cü il tarixinədək “Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin “Karvan” növbə xidməti sahəsində böyük matros vəzifələrində işləmiş, 01 may 2014-cü il tarixdən bu günə kimi Azərbaycan X2 QSC-nin Gəmi Xilasetmə vasitələrinin təmiri sahəsində təmirçi-çilingər vəzifəsində işləyir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh 28 avqust 2019-cu il tarixli **********5 saylı məktub iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin “b” yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz, çay don anmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətraflı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən vəzifə hesab edilir. İddiaçı işlədiyi gəmilər liman və limandaxili yol gəmilərinə aid deyil, eyni zamanda ərizəçinin ümumi iş stajı 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 57 yaşının tamam olduğu 4 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmi şdir.

6. İddiaçı ərizəsində bildirir ki, o, 4 iyul 1962-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasına və hərbi biletə əsasən 15 avqust 1979-cu il tarixdən 27 noyabr 1979-cu il tarixinədək “Azərneftmaştəmir” İB-nin maşınqayırma zavodunda tokar şagirdi, 23 dekabr 1979-cu il tarixdən 25 oktyabr 1980-ci il tarixinədək həmin idarədə anbar nəqledicisi peşəsində işləmiş, 10 noyabr 1980-ci il tarixdən 19 noyabr 1982-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 21 fevral 1983-cü il tarixdən 02 yanvar 1984-cü il tarixinədək 1 saylı Bakı TQİ-də fəhlə, 13 yanvar 1984-cü il tarixdən 27 avqust 1984-cü il tarixinədək həmin idarədə fəhlə peşəsində işləmiş, 1 sentyabr 1984-cü il tarixdən 24 iyul 1985-ci il tarixinədək 75 saylı texniki-peşə məktəbində təhsil almış, 6 avqust 1985-ci i l tarixdən 28 aprel 1988-ci il tarixinədək X2 İdarəsində üzən heyətin tərkibində aşbaz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:********) peşəsində, 20 may 1988-ci il tarixdən 28 fevral 1989-cu il tarixinədək “Xəzəmeftflot” İB-nin “Cənub rayon İdarəsi”nin gəmisində aşbaz peşəsində (2 №-li əlavə üzrə kod.********), 1 mart 1989-cu il tarixdən 1 aprel 1989cu il tarixinədək “Xəzərdənizneftgeofizikakəşfiyyaf” trestinin “Seysmokəşfiyyat” teploxodunda aşbaz (2 №- li əlavə üzrə kod:********), 1 aprel 1989-cu il tarixdən 10 mart 1990-cı il tarixinədək həmin idarədə geofizika partiyasının fəhləsi, 6 aprel 1990-cı il tarixdən 21 dekabr 1990-cı il tarixinədək həmin idarənin “Bolşevik” teploxodunda aşbaz (2 №-li əlavə üzrə kod:** ******), 21 dekabr 1990-cı il tarixdən 21 avqust 1991-ci il tarixinədək həmin teploxodda matros, 26 avqust 1990-cı il tarixdən 06 mart 2000-ci il tarixinədək “Cənub Dəniz neftdonanma” İdarəsinin bir neçə teploxodlarında matros (2 №-li əlavə üzrə kod:********), 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bul Kaspian” gəmisində matros (2 №-li əlavə üzrə kod:********), 1 iyun 2001-ci il tarixdən 17 may 2012ci il tarixinədək “Orion-10”, “Orion-16”, “Ağdərə-7”, “PS-175”, “Qaradağ-8” gəmilərində matros, 17 may 2012-ci il tarixdən 18 sentyabr 2012-ci il tarixinədək “Karvan” növbə xidməti gəmisində matros (2 №-li əlavə üzrə kod:********), 20 sentyabr 2012-ci il tarixdən 1 aprel 2014-cü il tarixinədək “Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin “Karvan” növbə xidməti sahəsində böy ük matros (2 №-li əlavə üzrə kod:********) vəzifələrində işləmiş, 01 may 2014-cü il tarixdən bu günə kimi Azərbaycan X2 QSC-nin Gəmi Xilasetmə vasitələrinin təmiri sahəsində təmirçi-çilingər vəzifəsində işləyir. Beləliklə 1 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 25 il 09 gün təşkil etmiş (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı toplamış), həmin staj illərindən 19 il 5 ay 8 gün (12 il 6 aydan artıq) müddətini 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13 maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısına daxil olan işlərdə çalışmışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. İddia ərizəsinə verilən etirazın dəlilləri ilkin etirazın dəlilləri ilə eynidir.

8. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-1122/2021 saylı qərardadı ilə iddiaçının dəqiqləşdirilmə barədə ərizəsi qəbul edilərək, iddia tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 4 iyul 2019-cu il tarixdən təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi” kimi icraata qəbul edilməsi qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1122/2021 saylı qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 4 iyul 2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 4 iyul 2019-cu il tarixdən g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-719/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, İ.Kərimli və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1122/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şi kayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılası üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri imtina məktubu ilə eyni məzmulnudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna ma likdir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edi lmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyə nləşdirir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şərai tinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32-1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinet inin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərl yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısı”

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərl yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı” Bənd 21.2. b üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdax ili yollar istisna olmaqla) duru yanacaqla işləyən gəmi ocaqçıları bütün adlarda maşinistlər bütün adlarda motorçular mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona gö rə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-719/2022 nömrəli 11 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar